"Qərb və müttəfiqləri Ermənistan vasitəsilə .....                     Avropa Parlamentinin “erməni sevgisi”: .....                     Yekun sülhdən danışmaq çətindir .....                     Azad Qaraqoyunlu kəndi ərazisində ağacəkmə aksiyası davam etdirilir .....                     İsrailin növbəti hədəfi Xameneyidir .....                     Bakının üç şərti, İrəvanın iki istəyi var: Proses sürətləndi .....                     İrana NÖVBƏTİ HÜCUM: .....                     Cəbhədə yeni oyunçular: Çin Ukraynaya qoşun yeridir? .....                     Bakı aeroportu payız-qış uçuş cədvəlinə keçir .....                     Zaur Mikayılovdan yeni təyinat .....                     Aİ İsraillə bağlı məsləhətləşmələr aparır .....                     "Verilişimə nə Vəfanı, nə də Şəbnəmi çağırmayacağam" .....                     Bidzina İvanişvili: "Xarici agentura qalib gəlsə, müharibə olacaq" .....                     Qapını açmadı, əlil sərnişini döydü .....                     Feyziyev indi də Naxçıvanın TENDERXANASINDA... .....                     “Müxalifətin qalib gələcəyi halda .....                     “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar “Ağacəkmə aksiyası” keçirilib .....                     94 yaşlı ahıl qadını qapı-qapı gəzdirdilər... .....                     Qərb Gürcüstan hökumətinə xəbər göndərib: .....                     Azərbaycanla bağlı kritik təmas: .....                     Azərbaycanın qarşısında HİNDİSTAN MANEƏSİ .....                     Paşinyan hakimiyyəti üçün ciddi risk .....                     Avropa Parlamentinin qəbul etdiyi son qətnamə də... .....                     Tanınmış aparıcı ailə həyatı qurdu: .....                     Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır .....                     Gürcüstanda hər iki tərəf öz qələbəsinə əmindir .....                     Əliyevlə görüşdən sonra toplandılar .....                     Xoşqədəmin çağırışı Gürcüstanı qarışdırdı: “Üzr istəsin” .....                     Qonşu qadını döyüb, qızını öldürən şəxsə cəza verildi: .....                     Tərtərdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ümumrayon ağacəkmə aksiyası keçirilib .....                     Əminə Yusifqızı haqqına yayılan xəbərləri YALANLADI: .....                     Paşinyandan geri addım: .....                     “İçi çürük adamlar mənəm-mənəm deyir” .....                     “NATO ölkələri BRİCS-in “qapılarını döyür”, amma...” .....                     Əməkdar artist özünə BAHALI MAŞIN aldı .....                     Bakıda genişmiqyaslı iməcilik keçirilib .....                     Təmiz kərə yağı istehsal etsək, 30 manata olacaq .....                     Qiyamətə qədər sürəcək SAVAŞ... .....                     Cəbrayılda yük maşını qaçıran șəxslər saxlanılıblar .....                     Gülənin dəfnindəki sirli adamlar .....                 

Rektora qarşı ağır ittihamlar... - Rüşvət, korrupsiya, özbaşınalıq...
Tarix: 18-03-2016, 08:54 | Çap et
Rektora qarşı ağır ittihamlar...
Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) rüşvət tüğyan etməkdədir. Ölkənin aparıcı ali məktəblərindən olan ADİU-da rektor dəyişikliyi olsa da, sistemdə hər hansı müsbətə doğru dəyişklik müşahidə olunmadı.

Əksinə, Şəmsəddin Hacıyevin dövründən sonra vəziyyət daha da mürəkkəbləşdi. Bu təhsil ocağında hər semestr qabağı bir canlanma, canfəşanlıq, şıdırğı bazarlıq gedir. “Gündəm-xəbər”ə yazan bir qrup tələbənin müraciətində qeyd olunur ki, rektor Ədalət Muradovun rüşvət piramidasında təmsil olunan kahinlər var.

Rektorun ətrafındakı dördlər...

Onlar ADİU rəhbərliyində təmsil olunan və rektorun kabinetinə istənilən saatda daxil olan məmurlaşmış prorektor-dekan heyətidir. Ş.Hacıyevin dövründən qalan bəziləri də Ə.Muradova canla-başla xidmət edirlər.

Həmin bürokrat dekanları kimin rektor olması qətiyyən maraqlandırmır. Təki sistem dəyişməsin, işdən azad olunmasınlar və tələbələri soğan qabığı kimi soysunlar. Odur ki, muradına çatan həmin şəbəkə Ə.Muradovun ətrafında sıx birləşib, rüşvətin geniş təşəkkül tapmasına lazımi dəstək verməkdədir. Bəs, onlar kimdir?

Qabil Manafov - Magistratura Mərkəzinin direktorudur. Rektorun həmyerlisidir. Bu dəfə də tayfa-klan-regionçuluq prinsipi pozulmayıb. Öz sahəsində böyük imtiyazlara sahibdir. Rektorun himayəsində olduğuna görə konfidensial işlərin ifşasından, qeyri-rəsmi əməliyyatların de-şifrə olunmasından narahatlıq keçirmir.

Texnologiya və Dizayn fakültəsinin dekanı Vəkil Hüseynov. Onun müasir texnologiyası və bər-bəzəkli dizayn işləri nəticəsində fakültədə rüşvət sürətlə inkişaf edib. V.Hüseynov Ş.Hacıyevin dövründən bu fakültədə tələbələrin qanını sormaq üçün öz komandası ilə çalışır.

Əmtəəşünaslıq fakültəsinin dekanı Tofiq Osmanovə gəlincə, onun ən vacib əmtəəsi də semestr imtahanlarında tələbələrin qanını qaraltmaqdır. ADİU-da rüşvət yığılmasında məhsuldar dekanlardan olan T.Osmanov da Ə.Muradov üçün önəmli kadr hesab olunur.

Məhz bu korrupsiya piramidasında adıçəkilən dekanların müstəsna iştirakının olduğu iddia olunur. Bu barədə qəzetimizə yazan tələbələr də qeyd edirlər ki, siyahıda Damət Bağırovun rolu xüsusi qiymətləndirilməlidir.

Rektorun sağ əli sayılan Damət müəllim elə sabiq rektorun dövründə də mühüm kadr olub. Onun ictimai-siyasi tədbirlərdə, media ilə işləməkdə, universitetin siyasi kursunun praktikasında təcrübəsi var. Tədris və İnformasiya Texnologiyaları üzrə prorektor Damət Bağırov bu şəbəkəyə rəhbərlik edir.

Bu kampaniya barəsində Təhsil Nazirliyinə və Prezident Administrasiyasına anonim məktublar ünvanlanır. Eyni zamanda Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə və Vergilər Nazirliyinə göndərilən məktublarda sözügedən qruplaşma və ümumilikdə təhsil ocağında baş verənlər barəsində səhih məlumatlar verilib.

İmtahanların tarifi, bir intiharın sirri...

Əslində, hesab edildi ki, Şəmsəddin Hacıyevin zamanında olan “nöqsan”lara son qoyular, Ədalət Muradov ADİU-nin gələcəyi üçün yeni bir səhifə açar. O, İqtisad Universitetinə hansısa bir yenilik gətirər. Bunun üçün isə mütləqdir ki, ətrafında ağıllı, savadlı, ideya və təşəbbüsü olan şəxsləri birləşdirsin.

Bu şərtlər su, hava, qida qədər önəmlidir. Lakin göründüyü kimi, ADİU-də heç nə dəyişmədi. Əksinə, I kurs tələbələri yazılı test imtahanı verməyə başladı ki, bununla da rüşvət daha geniş miqyas aldı. Hazırda Beynəlxalq iqtisadi münasibətlər (BİM), İqtisadiyyat və sənaye, Kommersiya, Maliyyə fakültələrində tələbələrdən semestr imtahanlarının qaydaya qoyulması üçün 1000-1500 manat civarında rüşvət alınmasını heç kim inkar edə bilməz.

Rüşvətlə sürücülük vəsiqəsi verilərkən kompüterdə düzgün cavablarla bağlı düymə necə basılırsa, ADİU-də imtahanları həmin sistemlə həyata keçirirlər.

Hazırda prorektor Damət Bağırov və Tədris metodiki mərkəzinin direktoru Eldar Azadov rəhbərlik edir. Onlar ADİU-nin Dərbənd filialından universitetə köçürülmə və sonrakı mərhələdə tələbələrdən hər fənn üzrə fərq imtahanı üçün 800 manat alır.

Damət Bağırov və Eldar Azadov bu işdən kifayət qədər mənfəət götürür. Dərbənd filialından ADİU-nə köçürülmə 30-35 min manata başa gəlirsə, sonradan tələbə 15-20 fərq imtahanının hər birinə 800 manat verməli olur. İl ərzində isə 60-70 tələbə Dərbənd filialından ADİU-ya köçürülür.

Məlumat üçün onu da bildirək ki, hələ bir neçə il bundan qabaq media orqanlarında Damət Bağırovla Dərbənd filialının müəllimi olmuş Minə xanım arasında tələbə köçürülmələri ilə bağlı yaranmış narazılıq işıqlandırılmışdı. Sonradan məlum oldu ki, Minə xanım özünü asaraq intihar edib.

Qəribəsi odur ki, Ədalət Muradov rektor təyin olunanda ADİU-də işləyən müəllimlərdə yəqinlik yaranmışdı ki, yeni rəhbər ilk əvvəl Damət Bağırovu tutduğu vəzifədən azad edəcək. Nəinki bu baş verdi, əksinə, Damət Bağırov yeni rektorun “kassir”inə çevrildi, “idarəetmə”nin əsasları onun adı ilə bağlandı.

İş yoldaşlığından başlayan bazarlıq

“Gündəm-xəbər”ə daxil olan məlumata görə, Ə.Muradovun ADİU-ya rektor təyin edilməsi ilə ölkənin nəhəng ali məktəbi baltalandı. Məhz Ə.Muradovun təyinatının ardınca bu ali təhsil ocağında vəziyyət daha da ağırlaşıb.

Mətbuatda dərc olunan xəbərlər və prezidentə ünvanlanan şikayətlər deməyə əsas verir ki, bu təyinat nəinki uğurlu olmayıb, hətta fiaskoya uğrayıb. Belə olmasaydı, ADİU-dan kütləvi şəkildə narazılıqlar ölkə başçısına ünvanlamazdı.

Onu da deyək ki, təhsil naziri ilə rektor İqtisadi İnkişaf Nazirliyində iş yoldaşı olublar. Onların arasında dostluq münasibətləri var. Ədalət Muradovun rektor təyin olunmasında Mikayıl Cabbarovun da xüsusi rolunun olduğu bildirilir. Hətta nazir canfəşanlıq nümayiş etdirərək hakimiyyət kluarlarında dostunun rektor keçməsinə müvəffəq olub.

Qaynağımız iddia edir ki, bu təyinatdan sonra nazir mövqelərinin gücləndiyinə arxayınlaşıb.Və rektorla işbirliyi onlar üçün yeni kassaların açılması ilə müşayiət olunub. İddialara görə, Ə.Muradova məhz nazir dostu ali məktəbi çapıb talamağa şərait yaradıb.

Nazirin diktəsi ilə hərəkət edən rektor ADİU-da bazar açmaqdan çəkinməyib. Şəmsəddin Hacıyevin dövründə rüşvətin belə tüğyan etmədiyini söyləyən tələbələr indiki şəraitə etiraz edirlər.

Mənbə bildirir ki, ADİU-da dekanların tələbələrdən açıq şəkildə pul tələb etməsi, prorektorların çəkinmədən semester alverinə getməsi məhz rektorun onları arxayınlaşdırmasından irəli gəlir. Hətta sabiq rektorun dövründən qalan bəzi dekanlar razılıq edirlər.Çünki onlara Ş.Hacıyevin dövründə belə açıq bazar açmağa imkan verilməyib.

Baş mühasibin buxarladığı vəsaitlər

Ədalət Muradov 1995-1999- cu illərdə T. Şevçenko adına Kiyev Dövlət Universitetində, 1999-2002-ci illərdə isə Azərbaycan Respublikası Prezidentinin yanında Dövlət İdarəçilik Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olub.

Bunca pedaqoji fəaliyyətlə məşğul olması Ədalət müəllimin hazırkı vəzifədə fəaliyyəti üçün stimullaşdırıcı amil sayıla bilər. Başqa sözlə iqtisad universitetinin rektorluğu onun üçün yad vəzifə deyil. Məhz elə bu səbəbdən də çoxları yeni rektordan müsbət mənada çox şey gözləyirdi.

Məlumatlarda deyilir ki, universitetin maliyyə və mühasibatlıq departamentinin baş mühasibi Nəsimi İsmayılovla bağlıdır. Məhz qısa zamanda bu şəxsin əli ilə küllü miqdarda vəsaitin müxtəlif adlarla “buxarlanması” haqqında məlumatlar dolanır.

Bu sıraya isə həm sabiq rektorun zamanından qalıb xərclənməmiş, həm də yeni ayrılmış vəsaitlər daxildir. Əvəzində isə əsas korpusun ehtiyac olmayan bəzi divarları rənglənib. Ə.Muradov nəinki ona göstərilən etimadı doğrultmayıb, hətta universitetin fəaliyyətini çıxılmaz dalana salıb. Ədalət Muradovun İqtisad Universitetinə təyin olunmasından ötən bir il ərzində adıçəkilən təhsil ocağı kifayət qədər geriləyib.

25 milyon hara gedib?

İstər maddi-texniki baza, istər təhsilin keyfiyyəti, tələbələrin dərsə davamiyyəti, istərsə də rüşvətxorluq iddiaları ilə bağlı müraciətlər ötən müddət ərzində nəzərəçarpacaq dərəcədə çoxalıb.

Rektor təyinatından dərhal sonra “kadr islahatlarına” başlayan Ə. Muradov özünə yaxın şəxsləri rəhbər postlara yerləşdirməklə tam nəzarəti ələ alıb.

Beynəlxalq iqtisadi münasibətlər (BİM), İqtisadiyyat və sənaye, Kommersiya, Maliyyə fakültələrində tələbələrdən yay semestr imtahanlarının qaydaya qoyulması üçün 1000-1500 manat civarında rüşvət alınması halları bu ilin əsas “göstəricilərindəndir”.

Xüsusilə Ədalət Muradovun belə geniş “fəaliyyət” göstərməsində onun Təhsil Nazirinin müavini Ceyhun Bayramovla yaxın münasibətlərinin də mühüm rol oynadığı bildirilir. Ədalət Muradov təhsil nazirinin yaxın çevrəsinə aid edilsə də, onun daha çox nazirin müavini Ceyhun Bayramovun təsiri altında olduğu deyilir.

Bu il ödənişli təhsil sektorundan İqtisad Universitetinin hesabına daxil olmuş 25 milyon manatın aqibətindən xəbər yoxdur. Təsadüfi deyil ki, Prezident Admnistrasiyasının rəhbəri Ramiz Mehdiyev müşavirələrin birində ölkədə savadlı kadrların çatışmazlığından danışmış, tənqidi fikirlər səsləndirmişdi.

Rafiq Qara
GundemXeber.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Qərb və müttəfiqləri Ermənistan vasitəsilə Azərbaycanı təzyiq altında saxlamaq məqsədi güdür"
Bu gün, 19:10
Avropa Parlamentinin “erməni sevgisi”: - “Siyasi riyəkarlığın platforması”
Bu gün, 19:02
Yekun sülhdən danışmaq çətindir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 19:00
Azad Qaraqoyunlu kəndi ərazisində ağacəkmə aksiyası davam etdirilir - FOTO
Bu gün, 18:56
İsrailin növbəti hədəfi Xameneyidir - Şok iddia
Bu gün, 16:28
Bakının üç şərti, İrəvanın iki istəyi var: Proses sürətləndi - AKTUAL
Bu gün, 16:17
İrana NÖVBƏTİ HÜCUM: - Bu dəfə terrorçular...
Bu gün, 16:12
Cəbhədə yeni oyunçular: Çin Ukraynaya qoşun yeridir? - GƏLİŞMƏ
Bu gün, 16:09
Bakı aeroportu payız-qış uçuş cədvəlinə keçir - DİQQƏT
Bu gün, 16:05
Zaur Mikayılovdan yeni təyinat - ƏMR
Bu gün, 15:55
Aİ İsraillə bağlı məsləhətləşmələr aparır - TASS
Bu gün, 15:41
"Verilişimə nə Vəfanı, nə də Şəbnəmi çağırmayacağam"
Bu gün, 15:21
Bidzina İvanişvili: "Xarici agentura qalib gəlsə, müharibə olacaq" - "Keçmə, namərd körpüsündən"...
Bu gün, 15:18
Qapını açmadı, əlil sərnişini döydü - Bakıda avtobus sürücüsü cəzalandırıldı
Bu gün, 15:09
Feyziyev indi də Naxçıvanın TENDERXANASINDA... - Talıbovun dövründə oralarda görünməmişdi...
Bu gün, 15:07
“Müxalifətin qalib gələcəyi halda Rusiya Gürcüstanı Ukraynaya çevirə bilməyəcək...”
Bu gün, 14:59
“Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar “Ağacəkmə aksiyası” keçirilib - FOTO
Bu gün, 14:50
94 yaşlı ahıl qadını qapı-qapı gəzdirdilər... - NARAZILIQ VAR...
Bu gün, 14:48
Qərb Gürcüstan hökumətinə xəbər göndərib: - “Seçkidən sonra…”
Bu gün, 14:32
Azərbaycanla bağlı kritik təmas: - Hakan Fidan açıq danışdı
Bu gün, 14:30
Azərbaycanın qarşısında HİNDİSTAN MANEƏSİ - AÇIQLAMA
Bu gün, 14:11
Paşinyan hakimiyyəti üçün ciddi risk - İNCƏLƏMƏ
Bu gün, 14:02
Avropa Parlamentinin qəbul etdiyi son qətnamə də... bu məqsədə xidmət edir
Bu gün, 14:00
Tanınmış aparıcı ailə həyatı qurdu: - “Çox xoşbəxtəm, çünki...”
Bu gün, 13:59
Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır - MƏQALƏ
Bu gün, 13:50
Gürcüstanda hər iki tərəf öz qələbəsinə əmindir
Bu gün, 13:43
Əliyevlə görüşdən sonra toplandılar - “Joqovurd”
Bu gün, 13:39
Xoşqədəmin çağırışı Gürcüstanı qarışdırdı: “Üzr istəsin” - DETALLAR
Bu gün, 13:34
Qonşu qadını döyüb, qızını öldürən şəxsə cəza verildi: - "Səhər durdum gördüm ölüb..."
Bu gün, 13:23
Tərtərdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ümumrayon ağacəkmə aksiyası keçirilib - FOTO
Bu gün, 13:15
Əminə Yusifqızı haqqına yayılan xəbərləri YALANLADI: - “Ölsəm qəfil öləcəm, xəstə olmayacam”
Bu gün, 13:09
Paşinyandan geri addım: - “Referendum olmayacaq”
Bu gün, 13:00
“İçi çürük adamlar mənəm-mənəm deyir” - Əməkdar artist
Bu gün, 12:53
“NATO ölkələri BRİCS-in “qapılarını döyür”, amma...” - Hərbi analitik
Bu gün, 12:47
Əməkdar artist özünə BAHALI MAŞIN aldı - VİDEO
Bu gün, 12:45
Bakıda genişmiqyaslı iməcilik keçirilib - FOTO
Bu gün, 12:38
Təmiz kərə yağı istehsal etsək, 30 manata olacaq - BÖHRAN VAR...
Bu gün, 12:35
Qiyamətə qədər sürəcək SAVAŞ... - ŞƏRH
Bu gün, 12:25
Cəbrayılda yük maşını qaçıran șəxslər saxlanılıblar
Bu gün, 12:23
Gülənin dəfnindəki sirli adamlar – Onları mərasimə kim göndərib?
Bu gün, 12:20
“Apo hazırda heç bir dəyəri olmayan zavallı bir adamdır” - REAKSİYA
Bu gün, 12:19
Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:16
Fransa terrorçulara və ekstremistlərə belə "hami"lik edir - TƏFƏRRÜAT
Bu gün, 12:15
Türkiyə Ermənistanla sərhədlərini açmayacaq - Sülh sazişi imzalanmasa...
Bu gün, 12:00
“Avropa İttifaqı mini-Çindir” - Tramp
Bu gün, 11:58
“İrana hücumda 100-dən çox İsrail təyyarəsi iştirak edib” – JPost
Bu gün, 11:56
Keçirilən aksiyalar paytaxtın ekoloji durumunu daha da yaxşılaşdıracaq - FOTO
Bu gün, 11:47
"Real Ermənistan Bakı, artsax və Naxçıvandan başlayır...” -Paşinyan getsə, belələri gələcək...
Bu gün, 11:36
Yeni HƏBS DALĞASI - Qanun sərtləşdirilsə də...
Bu gün, 11:32
Seymur Verdizadə baş redaktorluqdan getdi
Bu gün, 11:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru