Bu dəfə sahibkar sahibkara fırıldaq gəlib... - İTTİHAM VAR
Tarix: 6-05-2016, 08:50 | Çap et
Müdrik insanlar doğru deyirlər ki, bir iş görəndə, gərək çalışasan şərikin olmasın. Hətta olsa belə, çalışıb bu yoldaşı dürüst insanlar arasından seçmək lazımdır. Yoxsa, sonra şərikliyinə də, yoldaşlığına da peşmanlıq çəkərsən. Sonrakı peşmançılıq isə, məlum olduğu kimi fayda vermir. Elə dünən redaksiyamıza ərizə ilə müraciət etmiş vətəndaş Elnur Qaybaliyev də təxminən bir il bundan əvvəl atdığı bir addımın peşmanlığını çəkir. Amma əlindən çıxardığı, daha dəqiq desək şərikinə etibar etdiyi külli miqdarda sərmayəsini hələ də geri qaytara bilmir. Halbuki, bu işə razılıq verəndə Elnur nəinki, sərmayəsini geri alacağına, həmçinin bir o qədər də qazanc əldə edəcəyinə qətiyyən şübhə etmirdi. Elnur Qaybaliyevin başına gələnlər ərizədə belə təsvir olunur:
“2015-ci ilin yanvar ayında bir müddət əvvəldən tanıdığım və bizneslə məşğul olduğunu düşündüyüm həmkəndlim, Abşeron rayonu “At yalı” yaşayış massivində qeydiyyatda olan Muradlı Əlihəsən Ağamurad oğlu mənə bir iş təklifi etdi. Əlihəsən mənə öz tanışı kimi təqdim etdiyi, əslən Cəbrayıl rayonundan olan Elxan adlı şəxs vasitəsi ilə Birləşmiş Ərəb Əmirliklərindən yeni traktor mühərrikləri gətirməyin mümkün olduğuna və bu işdə 100% qazanc edəcəyimizə inandırdı. Bu məqsədlə isə, Əlihəsən hər birimizin 100 000 (yüz min) ABŞ dolları məbləğində sərmayə qoymağımızın lazım gələcəyini də vurğuladı. Biz bu xüsusda razılığa gələndən sonra, Əlihəsən Muradlı tanışı Elxan ilə birlikdə Dubaya getmiş və oradan mənimlə əlaqə saxlayaraq, istədiyimiz malların hamısını aldıqlarını və malları “KEFALAT” SHİPPİNG Carco Co. (LLC)-yə təhvil vermək üçün Azərbaycanda vergi orqanlarında qeydiyyata düşməyimin vacib olduğunu mənə bildirmişdir. Bizim əvvəldən, mən ona 100.000 ABŞ dolları verərkən də danışığımızda belə bir şərt olmuşdu ki, mallar mənim adıma gəlsin. Buna görə də, 08.05.2015-ci il tarixində mən 1304099912 saylı VÖEN-lə Asan xidmətdə vergi ödəyicidi kimi qeydiyyata düşdüm.
Bir müddət sonra, Dubaydan göndərilən malların nəzərdə tutulduğu kimi, yeni traktor mühərrikləri deyil, köhnə traktor mühərrikləri olduğu aşkar edildi. Həmçinin məlum oldu ki, 9 qaimə üzrə qiymətlər şişirdilmiş və bununla da maliyyə maxinasiyasına cəhd olunmuşdur. 03.06.2015-ci il tarixdə gətirilən malları gömrükdə rəsmiləşdirərkən malın ümumi dəyərinin 200 000 (iki yüz min) ABŞ dolları deyil, cəmi 21403 (iyirmi bir min dörd yüz üç) manat 95 qəpik olduğu məlum oldu. Həmçinin İNVOİCE-də (beynəlxalq qaimə) isə, malların ümumi dəyəri 6750.9 ABŞ dolları qeyd olunub. 9 ədəd qaimə üzrə isə, malların ümumi dəyəri cəmi 95580 (doxsan beş min beş yüz səksən) ABŞ dolları təşkil edir. Bunların hamısı aramızda əldə olunmuş razılaşmaya qarşı yer almış uyğunsuzluqlardır.
11.04.2016-ci il tarixində Vergilər Nazirliyinin şöbə rəisinin müavini Nəsimi Cəfərovun imzası ilə kameral vergi yoxlamasına mənə şərait yaratmaq üçün məktub göndərilmişdir. Lakin Əlihəsən Muradlı buna mane olur. Bu barədə Muradlı Əlihəsənə zəng edərək bildirildi ki, Vergilər Nazirliyi gətirilən mallara baxmaq istəyir. O isə, bu addımı atdığıma görə, məni söyərək təhqir etmişdir. Bu barədə 19.04.2016-cı il tarixində vergi ödəyicilərinin 2 nömrəli xidmət mərkəzinə (№1600095461 saylı) müraciət etmişəm.
Həmçinim bildirirəm ki, Əlihəsən Muradlı təkcə mənə qarşı deyil, bir çox başqa şəxslərə qarşı da dələduzluq edib. Belə ki, 2015-ci ildə bir nəfər Masallı sakini bu barədə Abşeron RPŞ-nə müraciət edib. Bundan başqa, Əlihəsən Muradlı Dubayda karqonun 4000 dollarını ödəməyib. Həmçinin Dağıstanda dələduzluq etdiyi üçün Rusiya Federasiyasından deportasiya edilib və sonradan şəxsiyyət vəsiqəsini və soyadını dəyişib (Muradov əvəzinə, Muradlı soyadını qəbul edib). Lakin yenə də növbəti dəfə Rusiyaya gedərkən, sərhəddən qaytarılıb.
Bununla belə, Əlihəsən Muradlı bir neçə daşınmaz əmlakın, ev və obyektləri sahibidir. Belə ki, Binəqədi rayonu Xocahəsən qəsəbəsində “Murad” şadlıq evi, “Murad” kafesi, həmin ərazıdə təkər satışı mərkəzi, kürəkəni Rəşadın yaşadığı ev, Abşeron rayonu ərazisində, Bakı-Şamaxı yolunun üzərində (Sulutəpə hissəsində) yerləşən “Elmar market” və bir çox digər obyektlər də Əlihəsən Muradlıya məxsusdur və icarəyə veriliblər. Qeyd edim ki, bu obyektlərin heç biri də vergi ödəmir. Və onların hamısı qanunsuz tikililərdir...”
Sonda Elnur Qaybaliyev Azərbaycan Respublikasının Daxili İşlər Naziri cənab Ramil Usubova, Vergilər Naziri cənab Fazil Məmmədova, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı xanım İradə Gülməmmədovaya və Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı cənab Xaləddin İsgəndərova müraciət edərək, təqdim etdiyi faktlar əsasında müvafiq tədbirlərin görülməsini xahiş edir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Həyatımızı kabusa çevirən dönərlər -:Zəhərlənməmək üçün nə etmək lazımdır?
Bu gün, 14:20 |
|
|
|
• Şabranlı sahibkar Mehdiyevin kürəkəninin sürtülmüş iddiasına yenidən baxılmasına etiraz edir - DETALLAR
Bu gün, 14:15 |
|
|
|
• “Sərxan” Bakıdakı canilərdən daha pisdir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:02 |
|
|
|
• Müəmmalı "minimum" istehlak səbəti... - Vətəndaşın yaşayış minimumu ilə dolanması mümkün deyil
Bu gün, 14:00 |
|
|
|
• "Şiva yayı" Qafqazı hədəf alır: - Keyfiyyətsiz Hindistan silahları Ermənistana göndərilir
Bu gün, 13:58 |
|
|
|
• Fəzail Ağamalı, deputat qızı və oğlanları məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 13:22 |
|
|
|
• Zaqatalada dönərdən kütləvi zəhərlənmə ilə bağlı YENİ DETALLAR
Bu gün, 13:20 |
|
|
|
• Biləsuvar sakini birinci qrup əlil olsa da, “ikinci qrup” kimi qeydiyyata alınıb - GİLEY
Bu gün, 13:16 |
|
|
|
• "Rayonlara, dağlara gedəndən sonra özümü efirə yad hiss edirəm
Bu gün, 13:13 |
|
|
|
• Abşeronda saxlanılan 9 nəfərdən 14 kiloqram müxtəlif növ narkotik vasitə aşkarlanıb - FOTO, VİDEO
Bu gün, 13:08 |
|
|
|
• Bu, Əliyevin qələbəsidir - Solonnikov
Bu gün, 13:05 |
|
|
|
• Mənfi obrazına görə nifrət qazanan AKTYOR: - “Qohumlarım deyir ki, səndən…”
Bu gün, 13:03 |
|
|
|
• “Kim camaatın pulu yoxdur deyirsə, yalandır” - deputat
Bu gün, 12:53 |
|
|
|
• Xaricdən gətirilən kərə yağı 20 qəpik ucuzlaşsa da, mareketlərdə 1,85 manat bahalanıb - SİYAHI
Bu gün, 12:46 |
|
|
|
• İcra başçısı bacısı oğlunu yenidən özünə köməkçi təyin etdi - FOTO
Bu gün, 12:42 |
|
|
|
• Arabir leysan olacaq - belə deyirlər...
Bu gün, 12:33 |
|
|
|
• "Ermənistan bu üç şərti qəbul etməsə…" - Detallar açıqlandı
Bu gün, 12:24 |
|
|
|
• Paşinyan ad çəkdi, kütləvi istefa başladı - “Hraparak”
Bu gün, 12:22 |
|
|
|
• Tibbi qurum 4,6 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 12:18 |
|
|
|
• "“Instagram”da nə yeyib, nə geyindiyimizi göstərmirik..."
Bu gün, 12:12 |
|
|
|
• Göydə bircə ovuc "tüstü"sü qaldı... - Neft də qurtarır, qaz da...
Bu gün, 12:05 |
|
|
|
• Azərbaycanda bank sektorunun vəziyyəti açıqlandı – 914 milyon xalis mənfəət
Bu gün, 11:55 |
|
|
|
• Naxçıvanın dizini belə yerə gətirirlər... - AXI NİYƏ?..
Bu gün, 11:51 |
|
|
|
• "Sizə qulaq asdıqca adamı dəhşət bürüyür... - Elə bil ki, ölkə bütün uçuruma gedir"
Bu gün, 11:47 |
|
|
|
• Xüsusi təyinatlılar Kurskda: - Ukraynanın mövqeyi məhv edildi
Bu gün, 11:43 |
|
|
|
• “Böyüklər” qitələri nizamlaya bilmirlər - İNCƏLƏMƏ
Bu gün, 11:36 |
|
|
|
• Qolunu və ya ayağını itirənlər təkrar müayinəyə cəlb olunmamalıdır - ÇAĞIRIŞ
Bu gün, 11:34 |
|
|
|
• AMB BOKT-larla bağlı son iki qərarını şərh edib - TƏFƏRRÜAT
Bu gün, 11:33 |
|
|
|
• Ermənilər Başkəndə iddiadan imtina edəcək? - AÇIQLAMA
Bu gün, 11:28 |
|
|
|
• Bakıda bu bank müştərilərinin evlərini xəbərsiz satdı - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:24 |
|
|
|
• Şadlıq saraylarında "dodaq uçuqladan" qiymətlər: Menyu 400 manat - BU NƏDİ BELƏ?..
Bu gün, 11:20 |
|
|
|
• "Mən əxlaqsızlıq eləmişəm, sizin də qeyrətiniz yoxdur" - Anasını qətlə yetirən oğulun məhkəməsi
Bu gün, 11:13 |
|
|
|
• Həyat yoldaşını vəzifəyə gətirdiyi deyilən deputatdan AÇIQLAMA - "Əmri mən vermirəm..."
Bu gün, 11:12 |
|
|
|
• Məhkəmə koopertiv sədrini 12 il 8 ay müddətinə azadlıqdan məhrum edib
Bu gün, 11:07 |
|
|
|
• Evini girov qoyub pul götürdü... 7 MİN RÜŞVƏT VERDİ... - Şərur Mərkəzi Xəstəxanasında İŞÇİ TƏLƏSİ...
Bu gün, 11:05 |
|
|
|
• Dudanın İrəvana gətirdiyi plan: - "Hədəfdə Bakı da var"
Bu gün, 10:55 |
|
|
|
• Rusiya sərhədində gözləyən erməni yük maşınlarının sayı...
Bu gün, 10:54 |
|
|
|
• "2 qızıl taxt var idi, birində Ərdoğan, digərində mən oturdum" - Merkel ilk dəfə açıqladı
Bu gün, 10:46 |
|
|
|
• Azərbaycanda yüksək vəzifəli şəxslər işdən çıxarıldılar - SİYAHI
Bu gün, 10:43 |
|
|
|
• Naxçıvan Karate-do Federasiyası fəaliyyətini dayandırıb
Bu gün, 10:41 |
|
|
|
• Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var – Müəllimlər haqlarını tələb edir
Bu gün, 10:28 |
|
|
|
• Dövlət Sosial Müdafiə Fondunun ağırlaşan pensiya şərtləri... pensiyaçı sayını azaldır
Bu gün, 10:21 |
|
|
|
• Xalq artisti film vaxtı həqiqətənmi bətnindəki övladını itirib?
Bu gün, 10:14 |
|
|
|
• Məhkəmə Zümrüd Yağmurun barəsində axtarış qərarı çıxardı - TƏFƏRRÜAT
Bu gün, 10:11 |
|
|
|
• Malalamaqla deyil, bu nazir dəyişməlidir… - ÇAĞIRIŞ
Bu gün, 10:07 |
|
|
|
• “Christian Dior" Azərbaycanda 4,3 mln. avroluq şirkətini ləğv edib
Bu gün, 10:01 |
|
|
|
• 13 maddəlik razılaşma: Bakı və İrəvan ilin sonuna kimi... - NƏ BAŞ VERİR?
Bu gün, 09:53 |
|
|
|
• “City Leasing Group”a direktor təyin olunub - FOTO
Bu gün, 09:45 |
|
|
|
• Əlavə ödənişlər hansı tələblərə əsasən ödənilir? - Ekspert danışır...
Bu gün, 09:40 |
|
|
|
• ADY-yə məxsus iki şirkət birləşir
Bu gün, 09:34 |
|
|
|
|