Kolleclərlə bağlı ciddi ölçü götürülməlidir... - Hərə bir bazar açıb, bazarkomluq edir...
Tarix: 8-06-2016, 08:58 | Çap et
15 ildir kolleci çapıb talayan Xəlil Orucov gözü doymur və onun rüşvət yolu ilə topladığı pullar Təhsil Nazirliyinin «gorən gozunu» qapayıb.
Dəqiq məlumata görə tələbələrin təqaüd kartları direktorun evindəki seyfdə saxlanılır və hər ay Xəlil Orucov yaxın adamlar Göyçayda və yaxın rayonlarda həmin kartlardan pul çıxarır.
Ölkə təhsilində rüşvətə qarşı aparılan mübarizə hələ ki problemin qarşısında acizdir. Xüsusən kolleclərdə rüşvət baş alıb gedir və bu açıq rüşvət bazarı rəzalətinə dur deyən yoxdur.
Ölkənin müxtəlif rayonlarında fəaliyyət göstərən kollec və təhsil ocaqlarında rüşvət azalmaq əvəzinə çıxalmaqda davam edir. Belə bir təhsil ocaqlarından biridə Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecidir.
AzFakt.com-a Göyçaydan daxil olan məlumata görə Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində artıq imtahan bazarı açılıb. Öncədən qeyd edək ki, adı çəkilən təhsil ocağında 1000-dən yuxarı təhsil alan tələbə ilə bərabər, 100-ə yaxın müəllim işləyir. Direktor isə kollec yaranan gündən ona rəhbərlik edən Xəlil Orucovdur.
Göyçay Dövlət İdarəetmə və Texnologiya Kolleci 11 ixtisaslar üzrə mütəxəsisslər hazırlayır. Bunlar, Fiziki tərbiyə müəllimliyi (ümumi orta təhsil bazası üçün); Texnologiya müəllimliyi; Təsviri incəsənət müəllimliyi; Hüquq mühafizə fəaliyyəti; Mühasibat uçotu; Maliyyə işi; Elektrik təchizatı; Nəqliyyat vasitələrinin texniki istismarı (nəqliyyat növləri üzrə); Yol hərəkətinin təşkili; Aqrar (fermer) təsərrüfatının təşkili; Nəqliyyat vasitələrinin təmiri və servisi ixtisaslarıdır.
Qeyd edək ki, uzun illərdir mətbuatda Göyçayda fəaliyyət göstərən bu təhsil ocağındakı rüşvət və korrupsiya faktları ilə bağlı məlumatlar dərc olunsa da, vəziyyət dəyişmir. Çünki Xəlil Orucov yerini o qədər möhkəm bərkidib ki, artıq kolecdə onu “əbədi” direktor ayaması ilə çağırırlar.
Adının çəkilməsini istəməyən bir qrup kollec tələbəsinin AzFakt.com-a göndərdiyi məlumatda qeyd olunur ki, təhsil ocağında artıq imtahan bazarı açılıb. Bu bazarın sahibi isə kollecin direktoru Xəlil Orucovdur. Tələbələrdən aldığı rüşvət sayəsində özünə cah-cəlalı həyatı quranru Xəlil Orucov, həmin pullar hesabına tez-tez özü haqqında bəzi media qurluşlarında tərif yazısı da yazdırır. Tələbələr yazırlar ki, “Xəlil Orucov nə qədər özünü təriflətsə, özünün aydan arı, sudan duru olduğunu söləsə də, Göyçayda və Dövlət İdarəetmə və Texnologiya Kollecinin kollektivi onun necə rüşvətxor bir direktor olduğunu yaxşı bilir”. Kollec tələbələrinin verdiyi məlumatda bildirilir ki, artıq yay imtahanlarının başlama vaxtıdır və buna görədə Xəlil Orucov dekanları, müəlimləri yeni qiymətlərə təlimatlandırıb. Bu yeni qiymətlər isə 250 manatdan 450 manat arasında dəyişir.
AzFakt.com-a təqdim olunan məlumatlarda vurğulanır ki, sessiya imtahanlarının vaxtı yaxınlaşdıqca kollecdə hökm sürən ab-hava əsil əmtəə birjasını xatırladır. Əslində, bu təhsil müəssisəsində imtahanların nəticələri əməlli-başlı bazar forması alıb. Müxtəlif fənlər üzrə imtahan qiymətləri məhz müəllimlərin, “prinsipiallığı” və tələbələrin “qiymət öldürmək” bacarıqlarına müvafiq olaraq fərdi qaydada müəyyən edilir. Təbii ki, müəllimlərin “prinsipiallığı” dedik də onların təyin etdikləri ilkin qiymətlərdən aşağı düşməmək bacarıqları nəzərdə tutulur. İmtahanlarda uğursuzluğa düçar olan tələbələrdən hər kəsiri “düzəltmək” üçün 100 manat tələb olunur. Kollecdə tələbələrdən pul tələbi ildən-ilə yüksələn xətt üzrə artır.
Digər məlumatda qeyd olunur ki, bir çox tələbələrin adı jurnalda getsə də, özlərinin dərslərdə iştirak etməməsi buna əyani sübutdur. Məlumatlarda deyilir ki, dərslərdə iştirak etməməyin aylıq “xərci” 100 manatdır. Kollecin bu cür məzuniyyətə buraxılmış tələbələri paytaxtın və başqa şəhərlərin inşaat meydançalarında fəhləliklə məşğul olurlar. Aydın məsələdir ki, belə halda bu gənclərin əmək hüquqları da qorunmur. Bütün bunlar əlbəttə ki, ölkənin ümumilikdə təhsil sisteminə, bir vətəndaş kimi hələ tam formalaşmamış gənc nəslin təlim-tərbiyəsinə çox böyük ziyan vurur. Tələbələrə ayrılan təqaüd isə onlara çatmır. Çünki tələbələrin adlarına olan kartları direktor Xəlil Orucov özündə saxlayır. Dəqiq məlumata görə tələbələrin təqaüd kartları direktorun evindəki seyfdə saxlanılır və hər ay Xəlil Orucov yaxın adamları Göyçayda və yaxın rayonlarda həmin kartlardan pul çıxarır. Sonra kartlar və pullar Xəlil Orucov seyfinə qayıdır. Direktor tələbələrin təqaüdlərini açıq şəkildə mənimsəməsini də gizlətmir. Kollecdə hər kəs yaxşı bilir ki, Xəlil Orucov təqaüd kartını tələb edən tələbə qısa müddətdə kollecdən qovulacaq. Azfak.com-u məlumatlandıran mənbə iddia edir ki, belə bir hal bir neçə dəfə təkrar olunduğuna görə artıq heç kim direktordan təqaüd kartını istəməyi içitndən belə keçirmir.
Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində baş alıb gedən bu cür onlarla qanunsuzluğa baxmayaraq Xəlil Orucov 15 ildir ki, heç kəs “gözün üstündə qaşın var” demir. Çünki Xəlil Orucov illər ərzində yığdığı milyonların bir hissəini rayon icra hakimiyyətinə və Təhsil nazirliyinə dadızdırmağın yolunu yaxşı bilir. Elə məhz ona görədir ki, Göyçaya kim icra başçısı təyin edilirsə, ilk günü kabinetininq arşısında əlində hədiyyə, cibində paket bağlaması ilə Xəlil Orucov görürlər. Ağsaqqal vaxtında rayon icra başçısı və səlahiyyətli məmurları haqqında məclislərdə dayanmadan sağlıqlar deyən kollec direktoru əslində yaltaqlığın kitabını yazıb. Məhz bu cür xasiyyətinə görədə Təhsil nazirliyində tanınan və “seçilən” Xəlil Orucov vəzifəsində uzun müddət qalmaq niyyətindədir.
Hazırda kollecdə imtahan sezonun başladığını və tələbələrin soyulduğu haqda saytımızın elektron ünvanına məlumat daxil olub.Həmin məlumatda deyilir ki, dərsə gəlməyən və imtahanda iştirak etməyən tələbələr imtahana görə kollec rəhbərliyinə 500 manat verirlər. Daim məktəbə gələn tələbələr isə imtahan üçün 200 manat ödəyirlər.
Qeyd edək ki, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin tələbələri kollecdə baş alıb gedən rüşvət sistemi və onlara rəhbərlik edən müəllimlərin siyahsını yaxın vaxtlarda saytımıza göndərəcklər.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Bu gün, 15:45 |
|
|
|
• Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Bu gün, 15:44 |
|
|
|
• Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 15:43 |
|
|
|
• Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Bu gün, 15:42 |
|
|
|
• Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Bu gün, 15:09 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 15:07 |
|
|
|
• Kredit götürmək çətinləşəcək? – BOKT-larla bağlı YENİ QƏRAR: “300 min nə puldur?!”
Bu gün, 15:05 |
|
|
|
• Şikayətçi də, problemin "həlli" də əvvəlcədən hazırlanır – Onun bu qəbullarda nə işi var?
Bu gün, 15:01 |
|
|
|
• Ermənistan uğrunda son savaş – Tarix dəqiqləşdi, Azərbaycanı nə gözləyir?
Bu gün, 14:58 |
|
|
|
• Oğul atasına xəbər verdi: "Anam kişilərlə danışır..." - Qanlı cinayətin şok təfərrüatı
Bu gün, 14:50 |
|
|
|
• Saleh Məmmədovun rəhbərlik etdiyi qurum qəzaya düşən sürücüyə təzminat ödəyəcək
Bu gün, 14:49 |
|
|
|
• Putinin DƏNİZ QORXUSU... - GƏLİŞMƏ
Bu gün, 14:48 |
|
|
|
• Həyatımızı kabusa çevirən dönərlər -:Zəhərlənməmək üçün nə etmək lazımdır?
Bu gün, 14:20 |
|
|
|
• Şabranlı sahibkar Mehdiyevin kürəkəninin sürtülmüş iddiasına yenidən baxılmasına etiraz edir - DETALLAR
Bu gün, 14:15 |
|
|
|
• “Sərxan” Bakıdakı canilərdən daha pisdir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:02 |
|
|
|
• Müəmmalı "minimum" istehlak səbəti... - Vətəndaşın yaşayış minimumu ilə dolanması mümkün deyil
Bu gün, 14:00 |
|
|
|
• "Şiva yayı" Qafqazı hədəf alır: - Keyfiyyətsiz Hindistan silahları Ermənistana göndərilir
Bu gün, 13:58 |
|
|
|
• Fəzail Ağamalı, deputat qızı və oğlanları məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 13:22 |
|
|
|
• Zaqatalada dönərdən kütləvi zəhərlənmə ilə bağlı YENİ DETALLAR
Bu gün, 13:20 |
|
|
|
• Biləsuvar sakini birinci qrup əlil olsa da, “ikinci qrup” kimi qeydiyyata alınıb - GİLEY
Bu gün, 13:16 |
|
|
|
• "Rayonlara, dağlara gedəndən sonra özümü efirə yad hiss edirəm
Bu gün, 13:13 |
|
|
|
• Abşeronda saxlanılan 9 nəfərdən 14 kiloqram müxtəlif növ narkotik vasitə aşkarlanıb - FOTO, VİDEO
Bu gün, 13:08 |
|
|
|
• Bu, Əliyevin qələbəsidir - Solonnikov
Bu gün, 13:05 |
|
|
|
• Mənfi obrazına görə nifrət qazanan AKTYOR: - “Qohumlarım deyir ki, səndən…”
Bu gün, 13:03 |
|
|
|
• “Kim camaatın pulu yoxdur deyirsə, yalandır” - deputat
Bu gün, 12:53 |
|
|
|
• Xaricdən gətirilən kərə yağı 20 qəpik ucuzlaşsa da, mareketlərdə 1,85 manat bahalanıb - SİYAHI
Bu gün, 12:46 |
|
|
|
• İcra başçısı bacısı oğlunu yenidən özünə köməkçi təyin etdi - FOTO
Bu gün, 12:42 |
|
|
|
• Arabir leysan olacaq - belə deyirlər...
Bu gün, 12:33 |
|
|
|
• "Ermənistan bu üç şərti qəbul etməsə…" - Detallar açıqlandı
Bu gün, 12:24 |
|
|
|
• Paşinyan ad çəkdi, kütləvi istefa başladı - “Hraparak”
Bu gün, 12:22 |
|
|
|
• Tibbi qurum 4,6 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 12:18 |
|
|
|
• "“Instagram”da nə yeyib, nə geyindiyimizi göstərmirik..."
Bu gün, 12:12 |
|
|
|
• Göydə bircə ovuc "tüstü"sü qaldı... - Neft də qurtarır, qaz da...
Bu gün, 12:05 |
|
|
|
• Azərbaycanda bank sektorunun vəziyyəti açıqlandı – 914 milyon xalis mənfəət
Bu gün, 11:55 |
|
|
|
• Naxçıvanın dizini belə yerə gətirirlər... - AXI NİYƏ?..
Bu gün, 11:51 |
|
|
|
• "Sizə qulaq asdıqca adamı dəhşət bürüyür... - Elə bil ki, ölkə bütün uçuruma gedir"
Bu gün, 11:47 |
|
|
|
• Xüsusi təyinatlılar Kurskda: - Ukraynanın mövqeyi məhv edildi
Bu gün, 11:43 |
|
|
|
• “Böyüklər” qitələri nizamlaya bilmirlər - İNCƏLƏMƏ
Bu gün, 11:36 |
|
|
|
• Qolunu və ya ayağını itirənlər təkrar müayinəyə cəlb olunmamalıdır - ÇAĞIRIŞ
Bu gün, 11:34 |
|
|
|
• AMB BOKT-larla bağlı son iki qərarını şərh edib - TƏFƏRRÜAT
Bu gün, 11:33 |
|
|
|
• Ermənilər Başkəndə iddiadan imtina edəcək? - AÇIQLAMA
Bu gün, 11:28 |
|
|
|
• Bakıda bu bank müştərilərinin evlərini xəbərsiz satdı - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:24 |
|
|
|
• Şadlıq saraylarında "dodaq uçuqladan" qiymətlər: Menyu 400 manat - BU NƏDİ BELƏ?..
Bu gün, 11:20 |
|
|
|
• "Mən əxlaqsızlıq eləmişəm, sizin də qeyrətiniz yoxdur" - Anasını qətlə yetirən oğulun məhkəməsi
Bu gün, 11:13 |
|
|
|
• Həyat yoldaşını vəzifəyə gətirdiyi deyilən deputatdan AÇIQLAMA - "Əmri mən vermirəm..."
Bu gün, 11:12 |
|
|
|
• Məhkəmə koopertiv sədrini 12 il 8 ay müddətinə azadlıqdan məhrum edib
Bu gün, 11:07 |
|
|
|
• Evini girov qoyub pul götürdü... 7 MİN RÜŞVƏT VERDİ... - Şərur Mərkəzi Xəstəxanasında İŞÇİ TƏLƏSİ...
Bu gün, 11:05 |
|
|
|
• Dudanın İrəvana gətirdiyi plan: - "Hədəfdə Bakı da var"
Bu gün, 10:55 |
|
|
|
• Rusiya sərhədində gözləyən erməni yük maşınlarının sayı...
Bu gün, 10:54 |
|
|
|
• "2 qızıl taxt var idi, birində Ərdoğan, digərində mən oturdum" - Merkel ilk dəfə açıqladı
Bu gün, 10:46 |
|
|
|
|