Həbsdəki Çovdarov sabiq baş metroçunu bitirə biləcəkmi? - İlginc iddialar
Tarix: 16-09-2016, 09:22 | Çap et
MTN generalı ilə Metropoliten QSC-nin sabiq rəhbəri arasındakı işbirliyi, yeraltı dünya sahibindən aldığı 3 milyon və büdcədən talalan pulların hesabı verilə bilər Azərbaycan siyasi tarixində növbəti dərslik yazılır. Bu dərslik gələcək nəsillər üçün stolüstü itaba çevrilə bilər. “Gündəm-xəbər”in verdiyi məlumata görə, söhbət həbsdəki MTN generalı Akif Çovdarovla Metropoliten QSCnin sabiq rəhbəri Tağı Əhmədovla işbirliyindən gedir. Hazırda YAP-ın Yasamal təşkilatının çətiri altında gizlənən və törətdiyi cinayətlərə bəraət qazandıran T.Əhmədovun həbsi kifayət qədər realdır. Metropolitendə təkcə keçidlərdəki ticarətdən milyonlar qazanan sabiq QSC sədri indi Çovdarovu dələduz, özünü isə əzabkeş kimi təqdim etməyə çalışır.
Həbs əndişəsi
Halbuki, metro keçidlərində ticarət obyektlərinin yer pulunu tez-tez qaldıran T.Əhmədov demə bu vəsaiti Çovdarova çatdırmaq üçün toplayıbmış. Dövlət belə idarə olunurmuş. İndi qanun qarşısında cavab verməli olan T.Əhmədov məsuliyyətdən yayınır və hakim partiyaya sığınır. Unudur ki, ölkə rəhbərliyi heç zaman cinayət törədənləri siyasi statusuna baxmadan bağışlamır. Məsələn, Gülər Əhmədovanın Elşad Abdullayevlə seçki cinayəti göstərdi ki, əsla kimsə bağışlanmır və hər kəs qanun qarşısında bərabərdir. Eləcə də Çovdarov da, Eldar Mahmudov da, Tağı Əhmədov da. Bakı Metropoliteninin işdən çıxarılan sabiq rəisi Tağı Əhmədovun vəziyyəti ağırdır. Bununla bağlı gələn məlumatlara görə, durum elə bir həddə çatıb ki, T.Əhmədov hər an həbs oluna bilər. Sabiq rəisin özünün də vəziyyətdən xəbəri var və çox narahatdır. T.Əhmədov işdən qəfil çıxarıldığından vergidən yayınma, korrupsiya halları ilə bağlı bir sıra sənədləri qaydaya sala və önləyici tədbirlər görə bilməyib. Yoxlama nəticəsində müəyyən edilib ki, metropolitendən və geniş ticarət şəbəkəsindən hər il əldə olunan 11- 12 milyon manat vəsait müxtəlif vasitələrlə dövlət büdcəsindən və vergidən gizlədilərək mənimsənilib. Yaxın zamanlarda yoxlamanın nəticələrinin ictimailəşdiriləcəyi və T.Əhmədovun həbs olunacağı gözlənilir. Yoxlama nəticəsində müəyyən edilib ki, metropolitendən və geniş ticarət şəbəkəsindən hər il əldə olunan 11- 12 milyon manat vəsait müxtəlif vasitələrlə dövlət büdcəsindən və vergidən gizlədilərək mənimsənilib.
Keçidlərdə mənimsənilən milyonlar
O da bəlli olub ki, metroda fəaliyyət göstərən ticarət obyektlərinin tam əksəriyyəti T.Əhmədovun ailə üzvlərinin, qohumlarının və ona yaxın olan şəxslərin adlarına rəsmiləşdirilib. Yaxın zamanlarda yoxlamanın nəticələrinin ictimailəşdiriləcəyi və T.Əhmədovun həbs olunacağı gözlənilir. Qeyd edək ki, T.Əhmədov hələ 2010-cu ildə Azadlıq Radiosunun “İşdən sonra” proqramına müsahibəsində metro ticarətindən əldə olunan vəsaitin vergidən yayındırıldığını demək olar ki, özü təsdiqləyib. Həmin vaxt T.Əhmədov bildirib ki, metropoliten ərazisindəki ticarət obyektlərində 2 min nəfər çalışır və ayda 70 min, ildə isə 840 min manat gəlir əldə olunur. T.Əhmədov həmin gəlirin metronun tələbatlarına sərf olunduğunu və bir manat da olsun vergi ödənilmədiyini deyib. T.Əhmədov həmçinin bildirib ki, metro keçidlərində ən yüksək icarə haqqı bir kvadratmetr üçün 100 manatdı. T.Əhmədov doğru deyir, sənədlərdə metropoliten ərazisində bir kvadratmetr yerin icarə qiyməti 70-100 manata sənədləşdirilir. Amma icarədarlara ən azı 700 manata verilir. Metropoliten ərazisindəki ticarət köşklərinin ilk icarədarları isə T.Əhmədovun oğlunun və digər yaxınlarının sahibi olduğu müəssisələrdi. Həmin müəssisələr metropoliten ərazisindəki ticarət köşklərinin bir kvadratmetrini 70-80 manata icarəyə götürürlər, sonra isə təxminən 10 dəfə baha qiymətə icarəyə verirlər. Həm də həmin köşklər icarəyə verilərkən bir dəfə olmaqla ticarətçilərdən 1200-1500 manat alınır.
Aylıq 70 min hara gedib?
T.Əhmədov da metro ticarətindən böyük qazancı daha çox bu yolla əldə edib. Onun dediyi aylıq 70, illik 840 min manat isə öz yaxınlarının müəssisələrinin metropolitenlə bağladığı müqaviləyə görə ödənilən məbləğdi. Onun özünün dediyindən də məlum olur ki, həmin məbləğdən də dövlətə bir manat da olsun ödənməyib. Bu məbləğ “Metropolitenin tələbatına sərf olunub” adı ilə mənimsənilib. Ən yaxşı halda isə hara sərf olunduğu qaranlıq qalıb. T.Əhmədovun işdən çıxarılmasından sonra qısa müddət ərzində aparılan yoxlamalar və araşdırmalar nəticəsində bütün bunlarla bağlı dəhşətli faktların üzə çıxması isə metropolitenin sabiq rəisinin qələminin birdəfəlik qırılmasına əsas yaradıb. Mənbənin qeydlərinə görə, MTN generalının həbsdən verdiyi açıqlamlardan sonra Əhmədovun vəziyyəti pisləşib. Onun istintaqa cəlb olunması ehtimalı var. Çünki büdcədən talan etdiyi vəsaitlər, mənimsədiyi pullar, ticarət köşklərindən qazandığı pulların hesabını verməlidir. Heç də özünün dediyi kimi Çovdarova verdiyi 3 milyon manatı 40 il ərzində işləyib maaşından yığmayıb. Buna bişmiş toyuğun da gülməyi gəlir. Qeyd edək ki, generalın açıqlamaları istintaq tərəfindən cinayət işi materiallarına əlavə olunur. Çovdarovun Əhmədov haqda dedikləri ikincinin məsuliyyətə cəlb olunmasını şərtləndirir. Artıq ayrı-ayrı ekspertlər də çıxışlarında qeyd edirlər ki, T.Əhmədova cinayət işi açılmalıdır. “Yeraltı dünya”nın keçmiş sahibinin ifşa edilməsi və dövlətdən mənimsənilən 3 milyonu generala verməsi onun da məsuliyyətini artırır.
Çovdarovdan qorunmaq olmaz
Korrupsiya pullarını generala təhvil verən QSC-nin keçmiş rəhbəri lə bağlı araşdırmaların aparılmasına zərurət var. Hüquq-mühafizə orqanlarındakı mənbədən bildirilib ki, Çovdarovun ifadələri Əhmədovun həbsini aktuallaşdırıb. YAP-ın Yasamal təşkilatının sədri olan T.Əhmədov 3 milyon pulu hansı mənbədən əldə etməsi ilə bağlı soğrusuala tutulsa da, verdiyi cavab istintaqı qane etməyib. Hər halda bu pulu maaşdan yığmasını deməklə istintaqı uşaq kimi aldatmaq olmaz. Zaman-zaman T.Əhmədovun Metropolitendəki korrupsiya əməlləri, biznesi, yeraltı keçidlərdən qazandığı milyonları barədə materiallar mətbuat səhifələrində yer alıb. Bütün bunlar təsdiqləyir ki, Çovdarova çatan üç milyon manat heç də halal zəhmətin bəhrəsi olmayıb. Eyni zamanda Çovdarovla Əhmədovun işbirliyinin olduğunu sübuta yetirir. Qaynağımız deyib ki, istitaq materiallarına yeni işlər əlavə oluna bilər və hazırda T.Əhmədovla bağlı proses gedir. Xatırladaq ki, istintaq materiallarına əsasən, A.Çovdarov T.Əhmədovdan 3 milyon manata yaxın pul alıb. İstintaq materiallarına əsasən, pulu A.Çovdarova T.Əhmədobun qardaşı oğlu Ə.Əhmədov çatdırıb. Pulun verilməsində məqsədə gəlincə isə bildirək ki, iddia edilir ki, MTN-ə 10 ədəd "Range Rover" markalı avtomobil lazım olub.
Bankda batan milyonlar
Bunun üçün büdcədən pul ayrılıb. Lakin A.Çovdarov ayrılan məbləği mənimsəyərək, Tağı Əhmədovdan həmin maşınları alıb verməsini istəyib. T.Əhmədov isə bundan imtina edib. A.Çovdarov da intiqam məqsədi ilə onun ətrafında olanlarla barədə araşdırma aparıb. Əhmədovun qardaşı oğlu Şövqi Tağıyevin və digər qohumu Elşən Tağıyev (Tağı Əhmədovun qardaşı oğlanları) A.Çovdarovun göstərişi ilə saxlanılıb. Onlara MTN-də fiziki təzyiq olunub. Sonda Tağı Əhmədov məcburən 3 milyon manatı verməyə razılaşıb. Onun oğlu Ruslan və qardaşı oğlu Əli 1,2 milyon dollar, 1,5 milyon avro və 300 min manat pulu qara idman çantasında 2014-cü ilin aprel ayında Bakıda A.Çovdarova məxsus mənzillərin birində şəxsən onun özünə veriblər. Qeyd edək ki, A.Çovdarov ötən ilin noyabr ayında həbs edilib. Həmin vaxt Səbayel Rayon Məhkəməsi onun barəsində dörd ay müddətində həbs qətimkan tədbiri seçib. Sonradan həbs qətimkan tədbirinin vaxtı bir neçə dəfə uzadılıb. Onu da deyək ki, 21 dekabr devalvasiyasından sonra ciddi maliyyə böhranı yaşayan banklara Azərbaycanın üzdə olan tanınmış adamlarının da böyük məbləğlərdə vəsait yatırdığı barədə məlumatlar yayılmaqdadır. Bakı Metropolitenin sabiq rəisi, Yeni Azərbaycan Partiyası Yasamal rayon Təşkilatının hazırki sədri Tağı Əhmədovun da adı həmin tanınmışlar siyahısında var. Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədovun bir neçə milyon manat vəsaiti bu günlərdə bağlanan banklardan birində batıb. O, Azərbaycanda problemlə üzləşən bankların birinə vaxtı ilə küllü miqdarda əmanət yatırıbmış. Lakin ötən ilin 21 dekabrında manatın devalvasiyaya uğraması nəticəsində bir çox banklarda ciddi problemlər yarandığı üçün həmin kommersiya müəssisələri əmanətçilərin vəsaitləri geri qaytara bilməyib. Tağı Əhmədov da bankdan əmanətini geri istəyib, amma bu, alınmayıb. Nəticədə sabiq rəisin külli miqdarda əmanəti bankda batıb.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Şirvanda insult keçirən adama əlillik verilmir – Nazirliyə şikayət
Bu gün, 19:02 |
|
|
|
• Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? - NƏ ETMƏLİ?
Bu gün, 19:00 |
|
|
|
• “Veteran pulu” nə qədər artırılacaq? - AKTUAL
Bu gün, 18:58 |
|
|
|
• Tehran artıq başa düşür ki... - ŞƏRH
Bu gün, 18:24 |
|
|
|
• Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Bu gün, 18:11 |
|
|
|
• DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Bu gün, 18:00 |
|
|
|
• Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Bu gün, 17:59 |
|
|
|
• Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Bu gün, 17:55 |
|
|
|
• Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Bu gün, 17:53 |
|
|
|
• Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:49 |
|
|
|
• İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Bu gün, 17:41 |
|
|
|
• BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Bu gün, 17:36 |
|
|
|
• Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Bu gün, 17:29 |
|
|
|
• "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Bu gün, 17:24 |
|
|
|
• Azərbaycanda MTK MMC-yə çevrilir
Bu gün, 17:22 |
|
|
|
• Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Bu gün, 17:17 |
|
|
|
• Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Bu gün, 17:05 |
|
|
|
• 14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Bu gün, 17:03 |
|
|
|
• “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Bu gün, 17:01 |
|
|
|
• "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Bu gün, 16:52 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 16:45 |
|
|
|
• "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Bu gün, 16:40 |
|
|
|
• Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Bu gün, 16:33 |
|
|
|
• “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Bu gün, 16:23 |
|
|
|
• Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Bu gün, 16:20 |
|
|
|
• Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Bu gün, 16:19 |
|
|
|
• Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Bu gün, 16:17 |
|
|
|
• Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Bu gün, 16:14 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Bu gün, 16:13 |
|
|
|
• Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Bu gün, 16:07 |
|
|
|
• Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Bu gün, 16:05 |
|
|
|
• İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Bu gün, 16:03 |
|
|
|
• Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Bu gün, 16:00 |
|
|
|
• Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Bu gün, 15:58 |
|
|
|
• Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Bu gün, 15:45 |
|
|
|
• Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Bu gün, 15:44 |
|
|
|
• Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 15:43 |
|
|
|
• Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Bu gün, 15:42 |
|
|
|
• Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Bu gün, 15:09 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 15:07 |
|
|
|
• Kredit götürmək çətinləşəcək? – BOKT-larla bağlı YENİ QƏRAR: “300 min nə puldur?!”
Bu gün, 15:05 |
|
|
|
• Şikayətçi də, problemin "həlli" də əvvəlcədən hazırlanır – Onun bu qəbullarda nə işi var?
Bu gün, 15:01 |
|
|
|
• Ermənistan uğrunda son savaş – Tarix dəqiqləşdi, Azərbaycanı nə gözləyir?
Bu gün, 14:58 |
|
|
|
• Oğul atasına xəbər verdi: "Anam kişilərlə danışır..." - Qanlı cinayətin şok təfərrüatı
Bu gün, 14:50 |
|
|
|
• Saleh Məmmədovun rəhbərlik etdiyi qurum qəzaya düşən sürücüyə təzminat ödəyəcək
Bu gün, 14:49 |
|
|
|
• Putinin DƏNİZ QORXUSU... - GƏLİŞMƏ
Bu gün, 14:48 |
|
|
|
• Həyatımızı kabusa çevirən dönərlər -:Zəhərlənməmək üçün nə etmək lazımdır?
Bu gün, 14:20 |
|
|
|
• Şabranlı sahibkar Mehdiyevin kürəkəninin sürtülmüş iddiasına yenidən baxılmasına etiraz edir - DETALLAR
Bu gün, 14:15 |
|
|
|
• “Sərxan” Bakıdakı canilərdən daha pisdir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:02 |
|
|
|
• Müəmmalı "minimum" istehlak səbəti... - Vətəndaşın yaşayış minimumu ilə dolanması mümkün deyil
Bu gün, 14:00 |
|
|
|
|