Estetik cərrah pasiyenti görün nə hala salıb .....                     "Ticarətlə məşğul olmaq istəyirdim..." .....                     AzTV “üsyankar” deputatları yıxıb sürüdü: “Möhtəkir”, “Şoumen” .....                     Hikmət Məmmədov işdən çıxarıldı .....                     Dövlət Xidməti avtomobillərinə 3,8 milyon manatlıq ehtiyat hissələri aldı .....                     Füzulinin 5 kəndinin elektriklə təmin olunması 4 milyona .....                     Şirvanda insult keçirən adama əlillik verilmir .....                     Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? .....                     “Veteran pulu” nə qədər artırılacaq? .....                     Tehran artıq başa düşür ki... .....                     Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri .....                     DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... .....                     Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır .....                     Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu .....                     Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? .....                     Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir .....                     İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... .....                     BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... .....                     Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir .....                     "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" .....                     Azərbaycanda MTK MMC-yə çevrilir .....                     Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? .....                     Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib .....                     14 yaşlı qızın ÖLÜM SEÇİMİ, .....                     “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? .....                     "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var .....                     Ermənistan silahlanır .....                     "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi .....                     Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq .....                     “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... .....                     Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi .....                     Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? .....                     Yataq xəstəsi ilə bağlı paylaşım edildi: .....                     Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır .....                     Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb .....                     Azərbaycanlı müğənni 39 minlik çantası ilə .....                     Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib .....                     İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına .....                     Əmək hüquqlarını pozan şirkət 24 min, .....                     Naxçıvanda təhsil sahəsində nələr baş verir... .....                 

Haqqı tapdanan vətəndaş prezidentə üz tutdu - ŞİKAYƏT VAR
Tarix: 2-01-2017, 10:41 | Çap et
Haqqı tapdanan vətəndaş prezidentə üz tutdu
Neçə gün əvvəl vətəndaş Cəbrayıllı Gülnarə Aydın qızının iddiası əsasında Bakı şəhəri Xətai rayon Məhkəməsində hakim İlahə Abbasovanın sədrliyi ilə mülki iş üzrə məhkəmə prosesi davam etdirildi... Prosesdə iddiaçı Cəbrayıllı Gülnarə Aydın qızının vəkili Nüşabə Ağayeva, cavabdeh Mikayılov Bayram Təvəkkül oğlu, onun nümayəndəsi Mehman Paşayev və tərəflərin yaxınları iştirak edirdilər... Hakim İlahə Abbasova prosesi mülki məhkəmə prosesini açıq elan etdikdən sonra iclas şahidlərin dindirilməsi ilə başlamışdı... "Təzadlar" məhkəmə prosesi barədə dünənki buraxılışında ətraflı yazmışdı... Bu dəfə hamını şoka salan bir məlumatı təqdim etməyə məcburuq. Söhbət hakim İlahə Abbasovanın mülki şikayətçidən onun qanuni xeyrinə qərar qəbul edilməsi üçün onun atası Aydın Cəbrayılovu "çıxılmaz vəziyyətə" salmasından gedir... "Təzadlar"a Aydın Cəbrayılov tərəfindən Xətai rayon Məhkəməsinin hakimi İlahə Abbasovanın bu qanunsuz əməli və intriqalı hərəkətindən Prezident İlham Əliyevə və ədliyyə naziri, Azərbaycan Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədova ünvanlı şikayət məktubu daxil olub. Aşağıda ixtisarla təqdim edirik:
Çox hörmətli cənab Prezident!
"Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanununda hakimlərin statusu aydın yazılıb. Həmin qanunda hakimlərə dövlət qayğısı və imtiyazlar aydın şəkildə yazılıb. Amma çox təəssüflər olsun ki, Xətai rayon Məhkəməsinin hakimi İlahə Abbasova bütün etik qaydaları, qanunun tələblərini pozaraq qızımın mülki iddiasının təmin olunması üçün görünməmiş qanunsuz addım atdı... Belə ki, hakimə bütün maddi sübutlar təqdim edilmişdi, o, bu sübutları görəndə şoka düşmüşdü və bizə bildirmişdi ki, qarşı tərəf Allahsızlıq edib, bu qədər sübutlar olduğu halda niyə sizə qarşı belə hərəkətlər edib? Mən hakimə qızımın ər evinə apardığı cehiz əmlakının hər birinin haradan və hansı qiymətə alınması, dəyərinin kimin tərəfindən ödənilməsi, hansı tarixdə hansı şirkət tərəfindən verildiyi, həmin mənzilə necə daşınıb yerləşdirilməsi barədə arayışlar təqdim etməyimə baxmayaraq sonuncu prosesdə hakim İlahə Abbasova heç bir əsas olmadan qarşı tərəfin xeyrinə olan qərar qəbul etdi. Məni yandıran budur ki, hakim qadındır və bilməli idi ki, ər evinə (bu evin təmirinə isə mən 80 min manat xərc çəkmişəm, bu başqa bir mövzudur) gəlin cehiz aparır, bəy yox! Amma bu hakimin qərarından belə başa düşülür ki, cehizi bəy, yəni hazırda Saatlı Məğulluq Mərkəzinin direktoru olan Bayram Mikayılov gətirib... Necə ola bilər ki, mən mənfur ermənilərdən xilas edib gətirdiyim mal-mülkü Bakıda Xətai rayon Məhkəməsinin bir qondarma qərarı ilə kimsə ələ keçirir! Bu necə mümkündür? Hakimin bu işdə, yəni belə qanunsuz qərar qəbul etməsində marağı nədir? Bəli, hakim "istəklərindən" xəbərdar idim, lakin mən Azərbaycanda korrupsiyaya qarşı mübarizə aparıldığı bir vaxtda belə addımı ata bilərdimmi?
Cənab Prezident!
Hörmətli nazir!
Mən indi nə edim, bu hakimin belə qanunsuz, cinayət mahiyyətli əməlinə qarşı ən sərt tədbir görülməli deyilmi? İnanıram ki, Azərbaycanın adına zidd əməllər tutan belə hakimlər sərt cəzalanmalıdır və hakim İlahə Abbasovanın barəsində müvafiq tədbir görülməlidir...

Hakimin köməkçisi iddiaçının mobil telefonuna göndərdiyi mesajında niyə təcili hakimlə görüşməyi tələb edir?

Şikayətçi Aydın Cəbrayılov bu gün əməkdaşımızla görüşüb və iş üçün vacib sübutlara dair bir sıra vacib sənədləri təqdim etdi... Hansı ki, bu sənədlər məhkəmə prosesində hakimə də təqdim olunub. Həmin sənədlər "Sfera Mebel" mağazalar şəbəkəsindən alınan mətbəx mebelinə, "Smarton" MMC-dən alınmış 4 ədəd LG televizorlarının, 3 ədəd kondisionerlərin alınmasına dair rəsmi sənədlər və ödəniş qəbzlərindən ibarətdir.
Sənədlər arasında "Yağmur Mebel" mağazasından alınan mebel dəstlərinin, 145 adda cehiz əşyalarının, 2 ədəd qızıl tac (hər biri 25 min dollar məbləğində, Türkiyədə sifariş əsasında hazırlanıb) və gəlin üçün sinə qızıl lileti və s. vardır. Bunlar da hakimə təqdim edilib. Hakim İlahə Abbasova isə qarşı tərəfə başqa şərtlərini diqtə edib... "Hətta onun köməkçisi mən Aydın Cəbrayılovun mobil telefonuna mesaj yazaraq təcili olaraq hakim İlahə Abbasova ilə görüşməyi təklif edir... Bunun isə nə demək olduğunu bir hakim bilsin, bir də Allahı!", -deyə şikayətçi bildirir...
Sənədləri təhlil edəndə isə məlum olur ki, kürəkəni Bayram Mikayılova qızıl pul kartını verib onu Parisə göndərən Aydın Cəbrayılov kartından xərclənən 20 min evro pula xəsislik etməyibsə, onun qeyd edilən cehiz mebelləri almaması necə mümkündür? Hansı ki, hakim İlahə Abbasova tamam tərsinə mövqe tutaraq qərar qəbul edir ki, sən demə, bütün cehizi Bayram Mikayılov alıbmış... Şikayətçi Aydın Abbasov haqlı olaraq sual edir: "Hakimdən soruşuram, özü ərə gedəndə, yəni ailə həyatı quranda, yaxud övladlarına toy edəndə, cehizi oğlan evi almışdı, yoxsa qız evi???".
***
Şikayətçi Aydın Cəbrayılov hazırda apelyasiya şikayəti verməyə hazırlaşır... Bununla bərabər, o, hakimin barəsində Prezident İlham Əliyevə və MHŞ-nin sədri Fikrət Məmmədova rəsmi müraciət də göndərəcək... O, həmçinin hakim İlahə Abbasovanın qohumlarına, qudasına... da mətbuat vasitəsilə müraciət etmək niyyətindədir. Sonuncu Müraciət redaksiyaya təqdim edilib. Az sonra oxuya bilərsiniz...
(Davamı var)
"Təzadlar"









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Estetik cərrah pasiyenti görün nə hala salıb - "Bədənimdən çirk axır"
Bu gün, 01:10
"Ticarətlə məşğul olmaq istəyirdim..."
Bu gün, 01:06
AzTV “üsyankar” deputatları yıxıb sürüdü: “Möhtəkir”, “Şoumen” - VİDEO
Bu gün, 01:00
Hikmət Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:53
Dövlət Xidməti avtomobillərinə 3,8 milyon manatlıq ehtiyat hissələri aldı
Bu gün, 00:05
Füzulinin 5 kəndinin elektriklə təmin olunması 4 milyona - BAŞA GƏLƏCƏK
Bu gün, 00:02
Şirvanda insult keçirən adama əlillik verilmir – Nazirliyə şikayət
Dünən, 19:02
Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? - NƏ ETMƏLİ?
Dünən, 19:00
“Veteran pulu” nə qədər artırılacaq? - AKTUAL
Dünən, 18:58
Tehran artıq başa düşür ki... - ŞƏRH
Dünən, 18:24
Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Dünən, 18:11
DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Dünən, 18:00
Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Dünən, 17:59
Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Dünən, 17:55
Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Dünən, 17:53
Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:49
İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Dünən, 17:41
BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Dünən, 17:36
Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Dünən, 17:29
"Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Dünən, 17:24
Azərbaycanda MTK MMC-yə çevrilir
Dünən, 17:22
Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Dünən, 17:17
Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Dünən, 17:05
14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Dünən, 17:03
“Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Dünən, 17:01
"Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Dünən, 16:52
Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Dünən, 16:45
"Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Dünən, 16:40
Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Dünən, 16:33
“Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Dünən, 16:23
Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Dünən, 16:20
Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Dünən, 16:19
Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Dünən, 16:17
Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Dünən, 16:14
Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Dünən, 16:13
Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Dünən, 16:07
Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Dünən, 16:05
İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Dünən, 16:03
Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Dünən, 16:00
Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Dünən, 15:58
Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Dünən, 15:45
Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Dünən, 15:44
Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Dünən, 15:43
Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Dünən, 15:42
Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Dünən, 15:09
Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Dünən, 15:07
Kredit götürmək çətinləşəcək? – BOKT-larla bağlı YENİ QƏRAR: “300 min nə puldur?!”
Dünən, 15:05
Şikayətçi də, problemin "həlli" də əvvəlcədən hazırlanır – Onun bu qəbullarda nə işi var?
Dünən, 15:01
Ermənistan uğrunda son savaş – Tarix dəqiqləşdi, Azərbaycanı nə gözləyir?
Dünən, 14:58
Oğul atasına xəbər verdi: "Anam kişilərlə danışır..." - Qanlı cinayətin şok təfərrüatı
Dünən, 14:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru