Azər Süleymanovun baytarlıq korrupsiyası: - rüşvət qiymətləri, vaksin maxinasiyaları…
Tarix: 1-02-2017, 09:00 | Çap et
Keçən günlərdə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi vəzifəsini müvəqqəti icra edən Azər İdris oğlu Süleymanov barəsində bir neçə materiallar dərc etmişik.İndi isə sözügedən qurum və onun rəhbəri haqda cumhuriyyet.az-a yeni ilginc məlumatlar daxil olub. Bu məlumatlarda Azərbaycanın ərzaq təhlükəsizliyinə açıq sabotaj hesabına formalaşan böyük korrupsiya şəbəkəsindən söhbət gedir. Tarif cədvəlinin gerçək üzü: dövlətə qəpik, məmura milyonlar… Özəl mənbələrdən cumhuriyyet.az-a təqdim edilən “Tarif cədvəli”ni dərc edirik. Qoy ölkədə rüşvətə və korrupsiyaya qarşı mübarizə aparmaq istəyən dövlət qurumları özləri üçün nəticə çıxarsın. Azər Süleymanovun rəhbərliyi altında Baytarlıq və baytarlıq-sanitariya ekspertiza laboratoriyalarının xidmətləri: 1. Qaramal və ya digər iri heyvanların əti (1 cəmdək ) müayinə- 2 manat, bazardakı qiymət- 6 manat at, yəni 3 dəfə çox. 2. Qoyun və donuz əti ( 1 cəmdək )- müayinə 1 manat, bazardakı qiymət- 5 manat, yəni 5 dəfə çox. 3. Diri quş və quş əti ( 1 baş ) – müayinə 4 qəpik, bazardakı qiymət 50 qəpik. 4. Hazır ət məhsulları- müayinə 2 manat, bazardakı qiymət-10 manat. 5. İçalat, dil, baş, dırnaq və sair-müayinə 50 qəpik, bazardakı qiymət- 3 manat. 6. Balıq (diri, dondurulmuş və ya hisə verilmiş )- müayinə 80 qəpik, bazardakı qiymət 8 manat. 7. Yumurta (topdan satış- 1 partiya 1000 ədəddən artıq)- 80 qəpik, bazardakı qiymət 5 manat. 8. Yumurta (pərakəndə satış- 1 partiya 1000 ədədə qədər)- 20 qəpik, bazardakı qiymət 3 manat. 9. Süd və süd məhsulları, qatıq, pendir və s.- 30 qəpik, bazardkı qiymət 2 manat. 10. Arı balı ( 1 partiya )-1 manat 50 qəpik, bazardakı qiymət 6 manat…. Yuxarıda qeyd etdiyimiz qiymətlərdən göründüyü kimi, 10 qəpik dövlətin cibinə-büdcəyə gedəndə, ondan 15-20 dəfə çox miqdar ayrı-ayrı şəxslərin cibinə gedir. Bu, çox dəhşətli korrupsiya şəbəkəsidir. Biz hələ dövlətin təyin etdiyi tarifə əlavələrdən bəhs edirik. Nəzərə alsaq ki, minlərlə obyekt gizlədilir, uçota alınmır, yığılan rüşvətin miqdarı astronomik rəqəmlə ölçülər. Bizə daxil olan məlumata görə, 1 ət mağazası uçota alınanda 5-i kənarda qalır. Mötəbər mənbənin bildirdiyinə görə, hər baytarlıq laboratoriya müdiri dövlətin hesabına 300 manat keçirib, 10-15 min manatı öz cibinə qoyur, 5 min də Bakı Şəhər Baytarlıq İdarəsinə verir. Biz hələ ölkəyə gətirilən heyvan və heyvandarlıq məhsullarından bəhs etmirik. Təsəvvür edirsiniz ölkəyə daxil olan hər kiloqram ətə, yağa, pendirə, kolbasaya və s. görə Dövlət Baytarlıq Xidməti işçilərinin ciblərinə nələr daxil olur. Hələ ət kəsim obyektləri, kolbasa, sosiska sexləri və digər “toçka”lardan hansı miqdarda rüşvət yığılır. Vaksin korrupsiyası… Rəsmi statistikadan da məlumdur ki, son 10-15 ildə Azərbaycanda sonsuzluq xəstəlyi geniş yayılmaqdadır. Yeni evlənmiş cütlüklər bir qayda olaraq uzun müddət müalicə olunduqdan sonra övlad sahibi olaraq həyatlarına sevinc qata bilirlər. Hamilə qadınlarımızın 70-80 faizinin qanında isə zərəli mikroblar aşkarlanır. Bəs bu bəlanın səbəbi nədir? Mütəxəssislərin verdiyi məlumata əsaslanaraq bilgi veririk ki, tərkibində sağlamlığımız üçün ciddi fəsadlar törədən xəstəlik viruslarının süfrəmizə və mədəmizə yol tampasının qarşısının alınmasının iki yolu var. 1. Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən heyvanlara vaxtlı-vaxtında müxtəlif xəstəliklərə qarşı vaksinlər vurulmalı və proflaktik tədbirlər həyata keçirilməlidi. 2. Qüvvədə olan qanunvericiliyə əsasən mağazlarda, köşklərdə və s. yerlərdə satılan heyvan əti, ancaq kəsim yerlərində (məntəqələrdə) mərkəzləşdirilmiş qaydada kəsilməli, kəsim məntəqəsinin baytar həkimi tərəfindən ekspertizadan keçirilib cəmdəyin üzərinə “baytarlıq baxışı” nişanı vurulduqdan sonra satışa göndərilməlidir. Lakin çox təəssüflə qeyd etməliyk ki, Dövlət Baytarlıq Nəzarəti Xidməti üzərinə düşən vəzifəni yerinə yetirmir və nəticədə insanlarıiızda müxtəlif xəstəliklər, o cümlədən sonsuzluq xəstəliyi yaranır. Bu gün heç kimə sirr deyil ki, ölkəmizin sosial bəlalarından birinə çevrilən sonsuzluğa qarşı ciddi tədbirlər alınmazsa, bu sosial bəla mili təhlükəsizlik məsələsinə çevrilə bilər. Problemin həll yolu isə təbii ki, Dövlət Baytarlıq Nəzarəti Xidmətinin üzərinə düşən vəzifəni icra etməsindən ibarətdir. Bizim apardığımız araşdırma və bir sıra mütəxəssislə söhbətimizdən sonra ortaya çıxan qənaət belədir ki, hər şeydən əvvəl mal-qara vaxtlı vaxtında peyvənd olunmalıdı. Çox təəssüf ki, dövlət hər il Dövlət Baytarlıq Nəzarəti Xidmətinə kifayət qədər vaksin dərmanları almaq üçün vəsait ayırmasına baxmayaraq, bu sahədə heç bir iş görülmür. Qeyd edək ki, həmin vaksinlər xaricdən alınır və baytar həkimlər yerlərdə həmin vaksinləri pulsuz olaraq kəndli və fermer təsərrüfatlarında olan heyvanlara vurmaqla vəzifəlidirlər. Dövlət Baytarlıq Nəzarəti Xidmətində olan mənbəmiz bildirir ki, hər il vaksinlərin alınması üçün külli miqdarda vəsait ayrılır. Bu vəsaitin üçdə iki hissəsi bir qayda olaraq Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəhbərliyi tərəfindən mənimsənilir. Və təbii ki, mənimsənilən vəsait Kənd Təsərrüfatı Nazirliynin məsul rəhbərləri ilə bölüşdürülür. Vəsaitin üçdə bir hissəsinə isə vaksin və digər dərman pereparatları alınır və rayonlara göndərilir. Rayonlarda apardığımız araşdırmalar zamanı məlum olub ki, Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rayon şöbələri və baytar məntəqələri vaksinləri özəl apteklərdə satıdırır və pullarını ciblərinə qoyurlar. Heyvanlar isə ancaq bir halda peyvənd olunur. Heyvan sahibləri özləri baytarlara müraciət etdikdə və buna görə pul ödənildikdə. Eyni zamanda, ölkəmizə yararlıq vaxtı keçməsinə az qalan dərman preparatları alınıb gətirililməsi faktları da mövcuddur. Bununla bağlı cumhuriyyet.az olaraq əldə etdiyimiz məlumatlara görə, 2015-ci ilin sentyabr-oktyabr aylarında Dövlət Baytarlıq Nəzarəti Xidmətində keçirilən tenderdə “MEQAVET” keçirilən pulun 33 faizinin onlara qaytarılması müqabilində sövdələşməyə görə qalib oldu. Nəticədə isə bu “sövdələşmə” heyvan sahiblərinə ciddi iqtisadi zərər vurdu. Dövlət büdcəsi hesabına “MEQAVET”- dən 2,5 mln manata alınmış dabaq xəstəliyi əleyhinə vaksin yerli baytarların məlumatına əsaslanaraq heyvanlara fevral ayında vurulmuşdur. Təlimata görə bu vaksin heyvanları altı ay xəstəlikdən qorumalı idi. Lakin Türkiyə və İranda dabaq xəstəliyinin qeydə alınmış yeni ştamm serotipinin yayılması nəzərə alınmadığından və ucuz alınmış peyvənd vasitəsi keyfiyyətsiz olduğu üçün heyvanlar arasında immunitet yaratmamış və nəticədə Azərbaycanda may ayında heyvanlar dabaq xəstəliyinə yoluxmuşdur. Mənbənin cumhuriyyet.az-a verdiyi məlumata əsasən hələ 2015-ci ilin dekabr ayında Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) İran və Türkiyədə dabaq xəstəliyinin yeni ştamm serotipinin yayıldığı barədə Zaqafqaziya ölkələrinə, o cümlədən Azərbaycana qabaqcadan xəbərdarlıq məktubu göndərərək heyvanların planlı peyvəndləməsində dabağın А / IRN / 2005, А / TUR / 2006, А / TUR / 2011, А / TUR / 2 014 ştammın serotiplərindən imtina edərək, vaksinin (A / IRN / 12/2015, A / IRN / 8/2015) və (A / Ван / TUR / 203/2015) ştamm serotiplərinin alınaraq heyvanlara vurulması tövsiyə edilmişdir. Lakin ölkəmizin xaricdən keçə biləcək heyvan xəstəliklərdən qorunmasına bir başa məsul olan şəxslər FAO-nun 2015-ci ildə Azərbaycana etdiyi xəbərdarlığa məhəl qoymamış, ölkəmizi bu xəstəlikdən qorumaq üçün qonşu ölkədə epizootiyaya səbəb olmuş ştammdan olan peyvənd vasitəsi alınmamışdır. Əvəzində isə “MEQAVET”dən daha ucuz, FAO–nun tövsiyəsində qeyd edilənlərin əksinə olan vaksin alınmışdır. Bu da Respublikanın heyvandarlığını dabaq xəstəliyindən qorumamış və xəstəliyin alovlanmasına, hətta Bərdədə, Qubada və respublikanın digər rayonlarında heyvanların tələf olması ilə nəticələnmişdir. Azər Süleymanov xəstəliyi ört-basdır etmək istəsə də Qubada 19 iyun ANS kanalında, Bərdədə 25 iyunda Lider TV-də, və 27 iyunda –də ATV-də və 01- 02 iyulda Qanunxeber.az-da dabaq xəsəliyinin kütləvi hal alması barədə gedən sujetlərdə bu bir daha öz təsdiqini tapır. Sahibkarların sujetlərdə ürəkağrısı ilə verdiyi məlumata görə onlara xəstəliklər nəticəsində külli miqdar maddi zərər dəymişdir. Bu da “MEQAVET”dən ucuz alınmış vaksinin ölkəmiz üçün yaramadığını göstərir. Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi əvəzi Azər Süleymanov FAO kimi möhtəbər təşkilatın xəbərdarlığına məhəl qoymadığından bu virus tipli yoluxucu xəstəliyin ölkəmizdə yayılmasına şərait yarandığı və bununla ölkədə ərzaq təhlükəsizliyini, heyvan mənşəli məhsulların beynəlxalq ticarətini və ölkə daxilində istehsalını təhlükə altına qoyduğuna, habelə vətəndaşlara vurulan zərərə görə məsuliyyət daşıyır. Lakin cənab Heydər Əsədovun şəxsi maraqları dövlətin maraqlarından üstün tutan, nəticədə yoluxucu xəstəliklərin yayılmasına şərait, habelə bu istiqamətdə iqtisadi və epidemioloji gərginlik yaradan A. Süleymanovun hələ də başının “sığallaması” başadüşülən deyil.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bakıda yataqxana içində yaşayış ola-ola sökülür - ŞİKAYƏT / VİDEO
Bu gün, 02:16 |
|
|
|
• Əri ölüm ayağında olduğu üçün intihar edibmiş - Eyni gündə dəfn olundular
Bu gün, 02:13 |
|
|
|
• "Xırda-para" nöqsanlar, yoxsa sosial çaxnaşma təhlükəsi - GƏLİŞMƏ
Bu gün, 02:09 |
|
|
|
• Qonşu ölkədə iqtisadi vəziyyətin pisləşməsi Azərbaycan hökumətinə həyəcan siqnalıdır - Batan Rusiya, üzməyə çalışan azərbaycanlılar
Bu gün, 02:02 |
|
|
|
• “Gürcü Arzusu”ndan növbəti ruspərəst addım: qonşuda yeni qalmaqal - NƏ BAŞ VERİR?
Bu gün, 02:00 |
|
|
|
• Estetik cərrah pasiyenti görün nə hala salıb - "Bədənimdən çirk axır"
Bu gün, 01:10 |
|
|
|
• "Ticarətlə məşğul olmaq istəyirdim..."
Bu gün, 01:06 |
|
|
|
• AzTV “üsyankar” deputatları yıxıb sürüdü: “Möhtəkir”, “Şoumen” - VİDEO
Bu gün, 01:00 |
|
|
|
• Hikmət Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:53 |
|
|
|
• Dövlət Xidməti avtomobillərinə 3,8 milyon manatlıq ehtiyat hissələri aldı
Bu gün, 00:05 |
|
|
|
• Füzulinin 5 kəndinin elektriklə təmin olunması 4 milyona - BAŞA GƏLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Şirvanda insult keçirən adama əlillik verilmir – Nazirliyə şikayət
Dünən, 19:02 |
|
|
|
• Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? - NƏ ETMƏLİ?
Dünən, 19:00 |
|
|
|
• “Veteran pulu” nə qədər artırılacaq? - AKTUAL
Dünən, 18:58 |
|
|
|
• Tehran artıq başa düşür ki... - ŞƏRH
Dünən, 18:24 |
|
|
|
• Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Dünən, 18:11 |
|
|
|
• DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Dünən, 18:00 |
|
|
|
• Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Dünən, 17:59 |
|
|
|
• Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Dünən, 17:55 |
|
|
|
• Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Dünən, 17:53 |
|
|
|
• Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:49 |
|
|
|
• İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Dünən, 17:41 |
|
|
|
• BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Dünən, 17:36 |
|
|
|
• Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Dünən, 17:29 |
|
|
|
• "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Dünən, 17:24 |
|
|
|
• Azərbaycanda MTK MMC-yə çevrilir
Dünən, 17:22 |
|
|
|
• Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Dünən, 17:17 |
|
|
|
• Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Dünən, 17:05 |
|
|
|
• 14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Dünən, 17:03 |
|
|
|
• “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Dünən, 17:01 |
|
|
|
• "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Dünən, 16:52 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Dünən, 16:45 |
|
|
|
• "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Dünən, 16:40 |
|
|
|
• Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Dünən, 16:33 |
|
|
|
• “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Dünən, 16:23 |
|
|
|
• Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Dünən, 16:20 |
|
|
|
• Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Dünən, 16:19 |
|
|
|
• Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Dünən, 16:17 |
|
|
|
• Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Dünən, 16:14 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Dünən, 16:13 |
|
|
|
• Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Dünən, 16:07 |
|
|
|
• Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Dünən, 16:05 |
|
|
|
• İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Dünən, 16:03 |
|
|
|
• Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Dünən, 16:00 |
|
|
|
• Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Dünən, 15:58 |
|
|
|
• Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Dünən, 15:45 |
|
|
|
• Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Dünən, 15:44 |
|
|
|
• Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Dünən, 15:43 |
|
|
|
• Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Dünən, 15:42 |
|
|
|
• Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Dünən, 15:09 |
|
|
|
|