Eldar Mahmudova biət etmiş məmurlar - siyahıda kimlər var?
Tarix: 6-03-2017, 08:20 | Çap et
Eldar Mahmudovun çetesi ifşa ediləndən sonra bir çox iş adamlarının adları ittiham aktlarına zərərçəkən qismində yazıldı. Bu şəxslərin əksəriyyəti vaxtilə ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin yarıqaranlıq dəhlizlərindən keçmiş, var-yoxları əllərindən alınmışdı, özlərinin adı ən müxtəlif qondarma işlərə təqsirləndirilən şəxs kimi yazılmışdı. Eldar Mahmudovun özü və ətrafı varlandıqca, iş adamları sıradan çıxır, ölkədə biznes mühiti də xoş olmayan məcraya yönəlmişdi. Böyük xərcə salınan iş adamları ən müxtəlif yollara əl atmaqla vəziyyətdən çıxmağa çalışıblar. Belə şəxslərdən biri də “Qozbel İman” ləqəbli İman Quliyev olub.
Onun barəsində əvvəllər yazmışdıq. “Xalqlar Dostluğu” ticarət mərkəzinin sahibi, tikinti maqnatı İman Quliyev vaxtilə “MTN çetesi”nin qarmağına düşüb. Onu MTN-ə aparıb qorxudub, şantaj edib pulunu alıblar, özünü isə sərbəst buraxıblar. Bu hal bir neçə dəfə təkrarlansa da, onun adı “MTN işi” üzrə aparılan araşdırmalar çərçivəsində zərərçəkən kimi keçmir.
Redaksiyamıza daxil olan məlumata görə, İ.Quliyev “MTN çetesi”nin həbs edilməyən, sərbəst hərəkət imkanları olan üzvlərinin ona qarşı qanunsuz addımlar atmasından çəkinir. Gələn məlumatlara görə, İman Quliyev rəsmən müflisləşib. İş adamı obyektlərini satışa çıxarıb. Söhbət Yasamal rayonunda yerləşən “Filiz” şadlıq sarayı və 8-ci kilometrdəki “Şərq Saray”dan gedir. Məlumata əsasən, ümumi sahəsi 18 sot olan “Filiz” şadlıq sarayı “Quzu” restoranı ilə birlikdə satılır. Şadlıq evinin qiyməti 4 milyon 800 min manatdır. İndi icarədə olan “Filiz” sahibinə ayda 25 min manat gəlir gətirir. “Şərq Saray”ı da hazırda fəaliyyət göstərir. Ümumi sahəsi 65 sot olan şadlıq evinin qiyməti öncəki şadlıq sarayından 3 dəfə bahadır - 12 milyon manat.
İ.Quliyev çoxsaylı obyektlərin - “Romans” şadlıq evi, “Şərq Saray” şadlıq evi, “Xalqlar Dostluğu” ticarət mərkəzinin, “Qreen Haus” istirahət mərkəzləri şəbəkəsinin sahibidir. Eyni zamanda tikinti sektorunda da ciddi payı olub. Hakimiyyətdəki iki nüfuzlu generalla qohumluq əlaqələri olan İ.Quliyevin son vaxtlar öz biznesini xaricə köçürdüyü haqda məlumatlar var. Ölkədə Mahmudov çetesinin quldurluğu ilə üzləşən bir çox sahibkarlar bizneslərini daha təhlükəsiz dövlətlərə ərazi köçürüblər. Bundan ziyan çəkən Azərbaycan dövlətnin büdcəsi, iş yerlərini itirən sadə vətəndaşlar olub. Varlanan, harınlaşanlar isə Eldar Mahmudov və ətrafında qərarlaşıblar.
Maraqlıdır ki, MTN generallarına çəpik çalan, onların qanunsuz əməllərini mədh edən, can-başla yerinə yetirən vəzifə sahibləri də çox olub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ənvər Seyidovun Eldar Mahmudova mədhnamə yazması, onun qanunsuz əməllərini təqdirəlayiq hərəkətlər kimi təqdim etməsi yaddaşlardan silinməyib. Ə.Seyidovun məktubu üzə çıxmasaydı, bu gün onun MTN çetesi ilə əlaqələri bilinməyəcəkdi. Onun özü də kölgədə qalacaqdı. Bu gün “mahmudovçu”larla əlaqələri bilinən vəzifə sahiblərindəndir. Amma bilinməyənləri də az deyil.
Uzun illər boyunca qarşılıqlı mənfəətə əsaslanan münasibətlər sistemi də formalaşıb. İcra hakimiyyəti başçılarının bəziləri də “mahmudovçu”ların maraqlarını təmin edənlər sırasında olub. Xəzər rayon icra hakimiyyətinin başçısı Gülağa İslamovun adı da bu sırada ilk yerlərdən birində gəlir. Bu haqda bir müddət əvvəl vəkil Ramiz Zeynalov yazmışdı. Bildirmişdi ki, 2010-cu ildə Türkan qəsəbəsində 8 hektar torpaq sahəsini Xəzər RİH Türkan qəsəbəsi üzrə nümayəndəsi Rahib Babayev və İlham İslamov tərəfindən hasara alınıb. Sonradan isə həmin torpaq sahəsi Gülağa İslamov tərəfindən Eldar Mahmudova hədiyyə edilib.
2013-cü ildə də sabiq nazirə belə bir hədiyyə verilib. Bu dəfə aeroport şossesində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin arxasındakı 10 hektar torpaq sahəsi G.İslamovun qanunsuz sərəncamı ilə E.Mahmudovun əmisi oğlu Yaşar Mahmudova peşkəş edilib. Ərazi hasarlanıb və restoran kompleksi inşa olunub.
Vəkil yazıb ki, Gülağa İslamov rayonun Mərdəkan qəsəbəsində yerləşən unikal Dendrari parkının və ona bitişik Kurortlar Şurasının balansında olan 5 hektar sahəni qanunazidd olaraq 2008-ci il tarixli sərəncamı ilə sabiq nazir Eldar Mahmudova fərdi yaşayış evi inşa etmək üçün ayırıb.
2014-cü ilin yanvar ayında isə G.İslamov Eldar Mahmudovun ən yaxın adamı Lalə Əhmədovanı özünə müavin təyin edib. Lalə Əhmədova 2015-ci il parlament seçkilərində 17 saylı Yasamal seçki dairəsindən hakim Yeni Azərbaycan Partiyasının namizədi kimi seçkilərə qatılıb. Lakin Eldar Mahmudov 17 oktyabrda prezident İlham Əliyev tərəfindən vəzifəsindən çıxarıldıqdan 10 gün sonra Lalə Əhmədova könüllü olaraq namizədliyini geri götürdü. Həmin vaxt icra başçısının xanım müavinin seçkilərdə namizədliyinin məhz MTN rəhbərliyi tərəfindən irəli sürülməsi ilə bağlı mətbuatda xəbərlər vardı. Xəzər rayon İcra Hakimiyyəti başçısının müavini Vaqif Həsənovun MTN-in Antiterror Mərkəzinin müavini olmuş, həbsdə müəmmalı şəkildə dünyasını dəyişmiş İlqar Əliyevə 2 mərtəbəli mağaza bağışlaması haqda məlumat da var. Həmin mağaza Mərdəkan qəsəbəsinin girəcəyinin solunda, hazırda “Embawood” şirkətinin icarəsində olan 2 mərtəbəli binadır. Bina Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov vasitəsilə rəsmiləşdirilərək bağışlanıb. Beləliklə, iki müavin birləşib MTN-çi İ.Əliyevə bina bağışlayıb.
Redaksiyamıza daxil olan məlumata görə, hazırda Mahmudovun çetesinə tabe olmuş və icra hakimiyyəti strukturlarında post tutan məmurlarla bağlı müvafiq araşdırmalar aparılır. Bu strukturlar arasında Eldar Mahmudova boyun əymiş, onunla əməkdaşlıq etmiş, tapşırıqlarını icra etmiş və MTN xətti ilə icra başçısı vəzifəsinə təyin olunmuş məmurlar təftiş edilir. Onların siyahısı hazırlanır və Prezident Administrasiyasına təqdim olunacaq. Paralel olaraq hazırda vəzifədə olmayan, keçmiş icra başçıları ilə bağlı araşdırmalar aparılır. Onlar barəsində mətbuatda kifayət qədər yazılıb. Adı MTN işində keçmiş icra başçıları ilə bağlı hansı qərar veriləcəyi bilinmir. \\musavat.com\\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bakıda yataqxana içində yaşayış ola-ola sökülür - ŞİKAYƏT / VİDEO
Bu gün, 02:16 |
|
|
|
• Əri ölüm ayağında olduğu üçün intihar edibmiş - Eyni gündə dəfn olundular
Bu gün, 02:13 |
|
|
|
• "Xırda-para" nöqsanlar, yoxsa sosial çaxnaşma təhlükəsi - GƏLİŞMƏ
Bu gün, 02:09 |
|
|
|
• Qonşu ölkədə iqtisadi vəziyyətin pisləşməsi Azərbaycan hökumətinə həyəcan siqnalıdır - Batan Rusiya, üzməyə çalışan azərbaycanlılar
Bu gün, 02:02 |
|
|
|
• “Gürcü Arzusu”ndan növbəti ruspərəst addım: qonşuda yeni qalmaqal - NƏ BAŞ VERİR?
Bu gün, 02:00 |
|
|
|
• Estetik cərrah pasiyenti görün nə hala salıb - "Bədənimdən çirk axır"
Bu gün, 01:10 |
|
|
|
• "Ticarətlə məşğul olmaq istəyirdim..."
Bu gün, 01:06 |
|
|
|
• AzTV “üsyankar” deputatları yıxıb sürüdü: “Möhtəkir”, “Şoumen” - VİDEO
Bu gün, 01:00 |
|
|
|
• Hikmət Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:53 |
|
|
|
• Dövlət Xidməti avtomobillərinə 3,8 milyon manatlıq ehtiyat hissələri aldı
Bu gün, 00:05 |
|
|
|
• Füzulinin 5 kəndinin elektriklə təmin olunması 4 milyona - BAŞA GƏLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Şirvanda insult keçirən adama əlillik verilmir – Nazirliyə şikayət
Dünən, 19:02 |
|
|
|
• Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? - NƏ ETMƏLİ?
Dünən, 19:00 |
|
|
|
• “Veteran pulu” nə qədər artırılacaq? - AKTUAL
Dünən, 18:58 |
|
|
|
• Tehran artıq başa düşür ki... - ŞƏRH
Dünən, 18:24 |
|
|
|
• Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Dünən, 18:11 |
|
|
|
• DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Dünən, 18:00 |
|
|
|
• Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Dünən, 17:59 |
|
|
|
• Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Dünən, 17:55 |
|
|
|
• Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Dünən, 17:53 |
|
|
|
• Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:49 |
|
|
|
• İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Dünən, 17:41 |
|
|
|
• BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Dünən, 17:36 |
|
|
|
• Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Dünən, 17:29 |
|
|
|
• "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Dünən, 17:24 |
|
|
|
• Azərbaycanda MTK MMC-yə çevrilir
Dünən, 17:22 |
|
|
|
• Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Dünən, 17:17 |
|
|
|
• Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Dünən, 17:05 |
|
|
|
• 14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Dünən, 17:03 |
|
|
|
• “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Dünən, 17:01 |
|
|
|
• "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Dünən, 16:52 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Dünən, 16:45 |
|
|
|
• "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Dünən, 16:40 |
|
|
|
• Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Dünən, 16:33 |
|
|
|
• “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Dünən, 16:23 |
|
|
|
• Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Dünən, 16:20 |
|
|
|
• Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Dünən, 16:19 |
|
|
|
• Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Dünən, 16:17 |
|
|
|
• Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Dünən, 16:14 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Dünən, 16:13 |
|
|
|
• Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Dünən, 16:07 |
|
|
|
• Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Dünən, 16:05 |
|
|
|
• İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Dünən, 16:03 |
|
|
|
• Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Dünən, 16:00 |
|
|
|
• Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Dünən, 15:58 |
|
|
|
• Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Dünən, 15:45 |
|
|
|
• Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Dünən, 15:44 |
|
|
|
• Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Dünən, 15:43 |
|
|
|
• Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Dünən, 15:42 |
|
|
|
• Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Dünən, 15:09 |
|
|
|
|