Beyləqanda korrupsiya... - Yeyinti ittihamı
Tarix: 4-04-2017, 08:54 | Çap et
"Azərbaycan Respublikasında 1995-1998-ci illlərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramına uyğun olaraq Dövlət Əmlak Komitəsinin 2 mart 1998-ci il tarixli 378 saylı sərəncamı ilə "Azərkəndtikinti" Dövlət Şirkətinin Beyləqan Kənd Tikinti Birliyinin bazasında "Beyləqan Kənd Tikinti" ASC yaradılmış və səhmləri tam özəlləşdirilərək mülkiyətçisi dəyişdirilmişdir". Sorğumuza cavab verən Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilovun imzası ilə redaksiyamıza daxil olmuş məktubda belə yazılıb. Sonolay.org saytı bu müəssisənin təşkilati-hüquqi forması və mülkiyyətçisi haqda əvvəllər də məlumat toplamağa çalışmış və aidiyyati instansiyadan rəsmi cavab almışdır ki, hərracdadır. Hərçənd, həmin məktublarda faktiki mülkiyyətçi barədə məlumat verilməyib. Odur ki, müəssisənin tam hüququ olmadan böyük səlahiyyətlərə malik sahibinin kimliyi barədə özəl araşdırmalarımızın nəticələrini oxucularla bölüşməyi qərara aldıq. Sözügedən müəssisə əvvəllər el içində "Səfər Quliyevin qarajı" adı ilə tanınıb. Burada kənd təsərrüfütı texnikası, maşın - mexanizmləri saxlanılıb. Sabiq rəhbər Səfər Qara oğlu Quliyev indi yaşı 80-i ötmüş qoca və əlildir. Təbiidir ki, tərtib olunmuş Özəlləşdirmə Planına (Emissiya Prospektinə) uyğun olaraq müəssisə özəlləşdirilməyə çıxarılanda qanuna müvafiq surətdə, səhmlər ilk növbədə onun rəhbəri də başda olmaqla, kollektiv üzvlərinə təklif olunur, başqa namizədlərlə müqayisədə onlara üstünlük verilir. Bu nöqteyi-nəzərdən, Səfər Quliyev də səhmdarlardan biridir. Amma ümumi səhm paketində onun nə qədər paya sahib olduğu və bu payın ona mülkiyyət üzərində sərəncamvericilik hüququ verəcək qədər həcmdə olub-olmaması barədə dəqiq məlumat yoxdur. O hətta imtiyazlı səhmə malik olsa da belə, "Səhmdar cəmiyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa görə belə səhmlərin ümumi məbləği cəmiyyətin nizamnamə fondunun 10 faizindən çox ola bilməz. Faktiki vəziyyət isə belədir ki, Səfər Quliyev səhmdarların ümumi yığıncağını çağırmadan təkbaşına qərar verərək, müəssisənin əmlakını, texnikasını, maşın-mexanizmlərinin təmirinə xidmət etmiş boksları, hətta daş piltələri belə söküb dəyər-dəyməzinə satmaqla korrupsiya cinayətinə imza atmışdır. Güman edirik ki, baş prokurorluq və aidiyyəti üzrə səlahiyyətli qurumla Səfər Quluyevin dövlət əmlakını talamaqla varlanması faktını araşdıracaq və barəsində ciddi tədbirlər görəcəklər. Bu yerdə onu da xatırlatmağa dəyər ki, hələ 3 il bundan əvvəl bu müəssisənin ərazisində söküntü işi aparılarkən 9 yaşlı uşaq beton piltənin altında qalaraq can verdi. Lakin cavabdeh şəxslər məsuliyyətdən kənarda qalmağı bacardılar. O da məlumdur ki, bu talançılığı Səfər Quliyevin oğlu Rəvan Quliyev həyata keçirib. Satışdan əldə etdiyi gəlirdən də digər səhm sahiblərinə devident ödəməyib. Tam özəllləşdirmə dedikdə əmlak sırasına təkcə maşın-mexanizmlər, avadanlıq, inventar deyil, ən əsasa vəsait sayılan ərazi - torpaq sahəsinin özəlləşdirilməsi də başa düşülür. Bu prosesdə tərtib olunmalı əsas sənədlərdən sayılan Emissiya Prospektində müəssisə ərazisindəki tikililərin konkret sayı göstərilir. Torpağa da Şəhadətnamə verilir və hansı sahənin satın alındığı dəqiq koordinatlarla göstərilir. Öyrənmişik ki, Quliyevlər Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin balansında olan həmin ərazini də çoxdandı satmağa başlayıblar. Acgözlükləri o həddə çatıb ki, həmin ərazidə taleyin acı hökmü ilə məskunlaşmaq zorunda qalmış məcburi köçkünü oradan uzaqlaşdırmaq üçün iddia qaldırıblar. Onların bu qanunsuz əməllərinə ƏMDK-nin ərazi idarəsinin rəisi Aydın Ramazanov göz yumub. Yəqin ki, təmənna qarşılığında. Bu yerdə yada salmağa dəyər ki, A. Ramazanov rəhbərlik etdiyi qurumun nəzarətində olan "Dostluq" qoyuinçuluq təsərrüfatının da ərazisinin qəsb olunmasına rəvac vermişdi. Səfər və Rəvan Quliyevlərin qanunsuz əməllərinə Aydın Ramazanov "xeyir-dua", qardaşı - Beyləqan Gənclər və İdman İdarəsinin rəisi Sənan Quliyev isə öz nüfuzundan istifadə edərək mənəvi dəstək verib. Hesab edirik ki, bu sadaladığımız cinayətlər və cinayətə bərabər qanunsuzluqlar hüquq müstəvisində ciddi araşdırılmalı, ƏMDK və hüquq-mühafizə orqanları bizim iştirakımızla yerində baxış keçirməlidirlər. Xatırladaq ki, bizim bu istəyimiz də məhz "Səhmdar cəmiyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa istinadlıdır. Qanuna görə, ASC Maliyyə Nazirliyinin müəyyənləşdirdiyi formada hər il öz fəaliyyəti barədə KİV-də məlumat dərc etdirməlidir. Quliyev və onunla bərabər "Beyləqankəndtikinti" ASC isə həmişə mətbuatdan kənar olmuşlar.(Mənbə:sonolay.az)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bakıda yataqxana içində yaşayış ola-ola sökülür - ŞİKAYƏT / VİDEO
Bu gün, 02:16 |
|
|
|
• Əri ölüm ayağında olduğu üçün intihar edibmiş - Eyni gündə dəfn olundular
Bu gün, 02:13 |
|
|
|
• "Xırda-para" nöqsanlar, yoxsa sosial çaxnaşma təhlükəsi - GƏLİŞMƏ
Bu gün, 02:09 |
|
|
|
• Qonşu ölkədə iqtisadi vəziyyətin pisləşməsi Azərbaycan hökumətinə həyəcan siqnalıdır - Batan Rusiya, üzməyə çalışan azərbaycanlılar
Bu gün, 02:02 |
|
|
|
• “Gürcü Arzusu”ndan növbəti ruspərəst addım: qonşuda yeni qalmaqal - NƏ BAŞ VERİR?
Bu gün, 02:00 |
|
|
|
• Estetik cərrah pasiyenti görün nə hala salıb - "Bədənimdən çirk axır"
Bu gün, 01:10 |
|
|
|
• "Ticarətlə məşğul olmaq istəyirdim..."
Bu gün, 01:06 |
|
|
|
• AzTV “üsyankar” deputatları yıxıb sürüdü: “Möhtəkir”, “Şoumen” - VİDEO
Bu gün, 01:00 |
|
|
|
• Hikmət Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:53 |
|
|
|
• Dövlət Xidməti avtomobillərinə 3,8 milyon manatlıq ehtiyat hissələri aldı
Bu gün, 00:05 |
|
|
|
• Füzulinin 5 kəndinin elektriklə təmin olunması 4 milyona - BAŞA GƏLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Şirvanda insult keçirən adama əlillik verilmir – Nazirliyə şikayət
Dünən, 19:02 |
|
|
|
• Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? - NƏ ETMƏLİ?
Dünən, 19:00 |
|
|
|
• “Veteran pulu” nə qədər artırılacaq? - AKTUAL
Dünən, 18:58 |
|
|
|
• Tehran artıq başa düşür ki... - ŞƏRH
Dünən, 18:24 |
|
|
|
• Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Dünən, 18:11 |
|
|
|
• DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Dünən, 18:00 |
|
|
|
• Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Dünən, 17:59 |
|
|
|
• Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Dünən, 17:55 |
|
|
|
• Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Dünən, 17:53 |
|
|
|
• Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:49 |
|
|
|
• İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Dünən, 17:41 |
|
|
|
• BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Dünən, 17:36 |
|
|
|
• Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Dünən, 17:29 |
|
|
|
• "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Dünən, 17:24 |
|
|
|
• Azərbaycanda MTK MMC-yə çevrilir
Dünən, 17:22 |
|
|
|
• Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Dünən, 17:17 |
|
|
|
• Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Dünən, 17:05 |
|
|
|
• 14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Dünən, 17:03 |
|
|
|
• “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Dünən, 17:01 |
|
|
|
• "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Dünən, 16:52 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Dünən, 16:45 |
|
|
|
• "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Dünən, 16:40 |
|
|
|
• Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Dünən, 16:33 |
|
|
|
• “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Dünən, 16:23 |
|
|
|
• Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Dünən, 16:20 |
|
|
|
• Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Dünən, 16:19 |
|
|
|
• Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Dünən, 16:17 |
|
|
|
• Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Dünən, 16:14 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Dünən, 16:13 |
|
|
|
• Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Dünən, 16:07 |
|
|
|
• Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Dünən, 16:05 |
|
|
|
• İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Dünən, 16:03 |
|
|
|
• Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Dünən, 16:00 |
|
|
|
• Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Dünən, 15:58 |
|
|
|
• Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Dünən, 15:45 |
|
|
|
• Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Dünən, 15:44 |
|
|
|
• Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Dünən, 15:43 |
|
|
|
• Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Dünən, 15:42 |
|
|
|
• Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Dünən, 15:09 |
|
|
|
|