"Melissa Park"da FIRILDAQ - Tikinti şirkəti vətəndaşı necə aldadıb?
Tarix: 15-04-2017, 09:43 | Çap et
Vətəndaşların çətinlik çəkdiyi problemlərdən biri də etibarlı tikinti şirkəti tapmaqdır. Çünki bu günə kimi onlarla tikinti firması fırıldaqla məşğul olaraq, payçıları aldadıb. Belə fırıldaqçı tikinti şirkətləri gah bir mənzili bir neçə payçıya satır, gah inşaatı yarımçıq qoyur, gah da evlərin təhvil verilməsini gecikdirirlər. Hazırda daşınmaz əmlak almaq istəyənlərin əlində iri həcmdə pul vəsaiti olmadığından vətəndaşlar xalq arasında “novostroyka” adlandırrılan yeni tikilmiş binalardan hissə-hissə ödəniş etməklə mənzilə sahiblənirlər. Lakin tikinti şirkətlərinin sonradan verdiyi vədlərə əməl etməməsi vətəndaşlara əlavə problemləryaradır. VİP mənzillər tikən şirkətlərdən fərqli olaraq, digər tikinti şirkətlərində alıcıların aldadılması hallarına demək olar ki, hər addımbaşı rast gəlinir. Çünki bu sahədə fəaliyyət göstərən şirkətlər yağışdan sonra artan göbələk kimi peyda olurlar. Bu qəbildən olan şirkətələrə qarşı cinayət işinin başlanması da fırıldaq qurbanına çevrilən şəxslərin qeyd olunan problemlərini tam həll etmir. əli hər yedən üzülən vətəndaş isə çıxış yolunu yuxarı instansiyaalara şikayət etməkdə görür. Araşdırmalar göstərir ki, tikintiylə məşğul olan MMC-lərin vəzifəli şəxslərinin səlahiyyətlərindən sui-istifadə edərək cəmiyyət tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasındakı mənzilləri qanunsuz olaraq təkrarən ayrı-ayrı şəxslərə satılır. Belə tikinti şirkətlərindən Feba” MTK şirkətinin rəhbərliyinin dələduzluğunun qurbanına çevrilən Bakı şəhər sakini Reyhan Əli qızı Səfərli də son ümidini Azərbaycan Respublikası Baş Prokurorluğuna şikayət etməkdə görüb. Gununsesi.info Reyhan Əli qızı Səfərlinin Baş prokurora etdiyi şikayəti olduğu kimi təqdim edir: “Cənab Başprokuror! Mən 202 saylı orta məktəbdə ingilis dili müəlliməsi kimi 24 ildir əmək fəaliyyətimi həyata keçirirəm, şəhid bacısıyam, tək qadınam, ata -anam təqaüdçüdür. Mənimlə “Feba” MTK arasında bağlanımış 11 fevral 2016-cı il tarixli, 555 saylı Payçı müqaviləsinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi pr. 3166 ünvanında tikilməkdə olan “Melissa Park” layihəsinin B binasında, 2-ci blok, 3-cü mərtəbədə yerləşən, 3 saylı, 1 otaqlı mənzilin tikilərək mənim mülkiyyətimə verilməsi öhdəliyi MTK tərəfindən öz üzərinə götürülüb. Həmin müqavilənin 2.1-ci bəndinə görə, mənzilin ümumi sahəsi 25.8 kv.m olmaqla, ümumi sahəsinə yaşayış, yardımcı, balkon sahələri və sxemə uyğun daxili divar daxildir. Mənzilin ümumi dəyəri 41 280 AZN (qırx bir min iki yüz səksən manat) təşkil edir ki, həmin mənzilin dəyəri tərəfimdən tam şəkildə (İPOTEKA YOLU İLƏ) ödənilib. Belə ki, mənzilin dəyərini ödəmək üçün Azərbaycan Beynəlxalq Bankının Abşeron filialı ilə mənim aramda bağlanmış 11 fevral 2016-cı il tarixli daxili ipoteka krediti müqaviləsinə əsasən, yuxarıda qeyd edilən ünvanda yerləşən mənzilin alınması üçün mənə 37080 AZN (otuz yeddi min səksən manat) məbləğində kredit verilib. Nə müqavilə bağlanılan zaman, nə də ki ödəniş həyata keçirildikdən sonra sözü gedən mənzilə baxmaq imkanım olmayıb, MTK tərəfindən hər dəfə müxtəlif bəhanələrlə mənzil mənə göstərilməyib. Yalnız mənə həmin mənzilin cizgi planı göstərilib və 2 ədəd kataloq və mənzilin cizgisi verilib. Həmin cizgidə mənzilin sahəsi eynilə müqavilədə və mənə göstərilən evlərin kataloqundakı kimi 25.8 kv.m qeyd edilib. Həmin vaxt “Melissa Park”ın reklam çarxinda dəfələrlə qeyd olunur ki , istəsəniz evinizin pulunu geri ögəyərik. Lakin MTK tərəfindən mənim adıma alınan 0972366 saylı, 27.12.2016-cı il tarixli Daşınmaz Əmlakın Dövlət Reyesrindən çıxarışda mənzilin sahəsi 24.5 kv. m qeyd edilib. Bu çıxarış üçün də şirkət məndən 400 azn pul alıb. Məsələnin araşdırılması üçün “Feba” MTK-nın rəhbərliyinə müraciət edərək mənzilin mənə göstərilməsini tələb etdim. Uzun süründürməçilikdən sonra nəhayət, mənzili gördükdə, mənzilin heç çıxarışda qeyd edildiyi, 24.5 kv.m ölçüdə belə olmadığının şahidi olaraq çox məyus oldum. Çünki 60 yaşıma qədər az olan müəllim əmək haqqı ilə Beynəlxalq Banka kredit ödəyəcəyim evin aldadılaraq mənə satıldığını öyrəndikdə mənəvi sarsıntı keçirdim. Mənzil mənə sentyabr ayında təhvil verilməli olduğu halda müxtəlif bəhanələrlə əvvəlcə dekabr, daha sonra isə yanvar ayınadək uzadıldı. Bu qədər vaxt ərzində kirayədə qalmağa məcbur olmuşam. Dəfələrlə MTK rəhbərliyinə bildirmişəm kirayədə yaşadığımı, əlavə xərclər çəkməyim müqabilində etibarımdan sui-istifadə edilməsi haqda. Aldadılmağım dözülməz haldır. Belə ki, həmin mənzilin otağının sahəsi 15.6 kv.m-dir. Halbuki çıxarışda 19.5 kv.m yazılıb, hamamın sahəsi 3.7 kv.m yazılmasına baxmayaraq 2.8 kv.m-dir, balkonun sahəsi isə 1.3 kv.m-dir, hündürlük 3 m yazılıb amma 2.78 m .dir. Yəni, mənzilin sahəsi, ümumilikdə heç 22 kv.m deyil (təxminən 21.5). Bununla da MTK rəhbərliyi ilə mübahisə edərək bu mənzilin yaşayış üçün yararsız olduğunu bildirməklə, ya ödədiyim pulun geri qaytarılmasını, ya da müqavilədə qeyd edilən ölçüdə – 28.5 kv.m sahəsi olan mənzilin mənə verilməsi tələb etdim. Lakin onlar mənə “Pulu geri tam qaytarmırıq, get, kimə şikayət edirsən, et”-, dedilər. Bununla da öz qanunazidd əməllərini davam etdirərək, hüquqlarımı pozmağa davam etmişdirlər. Onlar mənə ancaq mənimsədikləri kvadratmetrin yarısının pulunu verməyə razidirlar . Mənzilin sahəsinin nə müqavilədə, nə də çıxarışda qeyd edilən ölçüdə olmadığını gördükdən sonra mənə məlum oldu ki, ilk gündən mənə mənzili göstərməməklə öz cinayət əməllərini pərdələməyə çalışıblar. Müqavilə bağlamaqla məni aldadıb, etibarımdan sui-istifadə ediblər. MTK mənzilləri sataraq əslində, qanunsuz yolla, vətəndaşlatı aldadaraq gəlir əldə edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə – yüz manatdan yeddi yüz manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məni aldadaraq pulumu almış “Feba” MTK-nın rəhbərliyinin törətdiyi cinayət əməlinə görə məsulioyyətə cəlb edilməsi və pozulmuş hüquqlarımın bərpası üçün müvafiq tədbirlər görməyinizi Sizdən xahiş edirəm”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bakıda yataqxana içində yaşayış ola-ola sökülür - ŞİKAYƏT / VİDEO
Bu gün, 02:16 |
|
|
|
• Əri ölüm ayağında olduğu üçün intihar edibmiş - Eyni gündə dəfn olundular
Bu gün, 02:13 |
|
|
|
• "Xırda-para" nöqsanlar, yoxsa sosial çaxnaşma təhlükəsi - GƏLİŞMƏ
Bu gün, 02:09 |
|
|
|
• Qonşu ölkədə iqtisadi vəziyyətin pisləşməsi Azərbaycan hökumətinə həyəcan siqnalıdır - Batan Rusiya, üzməyə çalışan azərbaycanlılar
Bu gün, 02:02 |
|
|
|
• “Gürcü Arzusu”ndan növbəti ruspərəst addım: qonşuda yeni qalmaqal - NƏ BAŞ VERİR?
Bu gün, 02:00 |
|
|
|
• Estetik cərrah pasiyenti görün nə hala salıb - "Bədənimdən çirk axır"
Bu gün, 01:10 |
|
|
|
• "Ticarətlə məşğul olmaq istəyirdim..."
Bu gün, 01:06 |
|
|
|
• AzTV “üsyankar” deputatları yıxıb sürüdü: “Möhtəkir”, “Şoumen” - VİDEO
Bu gün, 01:00 |
|
|
|
• Hikmət Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:53 |
|
|
|
• Dövlət Xidməti avtomobillərinə 3,8 milyon manatlıq ehtiyat hissələri aldı
Bu gün, 00:05 |
|
|
|
• Füzulinin 5 kəndinin elektriklə təmin olunması 4 milyona - BAŞA GƏLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Şirvanda insult keçirən adama əlillik verilmir – Nazirliyə şikayət
Dünən, 19:02 |
|
|
|
• Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? - NƏ ETMƏLİ?
Dünən, 19:00 |
|
|
|
• “Veteran pulu” nə qədər artırılacaq? - AKTUAL
Dünən, 18:58 |
|
|
|
• Tehran artıq başa düşür ki... - ŞƏRH
Dünən, 18:24 |
|
|
|
• Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Dünən, 18:11 |
|
|
|
• DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Dünən, 18:00 |
|
|
|
• Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Dünən, 17:59 |
|
|
|
• Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Dünən, 17:55 |
|
|
|
• Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Dünən, 17:53 |
|
|
|
• Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:49 |
|
|
|
• İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Dünən, 17:41 |
|
|
|
• BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Dünən, 17:36 |
|
|
|
• Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Dünən, 17:29 |
|
|
|
• "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Dünən, 17:24 |
|
|
|
• Azərbaycanda MTK MMC-yə çevrilir
Dünən, 17:22 |
|
|
|
• Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Dünən, 17:17 |
|
|
|
• Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Dünən, 17:05 |
|
|
|
• 14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Dünən, 17:03 |
|
|
|
• “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Dünən, 17:01 |
|
|
|
• "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Dünən, 16:52 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Dünən, 16:45 |
|
|
|
• "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Dünən, 16:40 |
|
|
|
• Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Dünən, 16:33 |
|
|
|
• “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Dünən, 16:23 |
|
|
|
• Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Dünən, 16:20 |
|
|
|
• Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Dünən, 16:19 |
|
|
|
• Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Dünən, 16:17 |
|
|
|
• Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Dünən, 16:14 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Dünən, 16:13 |
|
|
|
• Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Dünən, 16:07 |
|
|
|
• Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Dünən, 16:05 |
|
|
|
• İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Dünən, 16:03 |
|
|
|
• Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Dünən, 16:00 |
|
|
|
• Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Dünən, 15:58 |
|
|
|
• Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Dünən, 15:45 |
|
|
|
• Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Dünən, 15:44 |
|
|
|
• Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Dünən, 15:43 |
|
|
|
• Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Dünən, 15:42 |
|
|
|
• Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Dünən, 15:09 |
|
|
|
|