Bakının «Lift xərçəngi" - «BakLift»in Qüdrət problemi
Tarix: 3-05-2017, 08:30 | Çap et
Rəhmətlik Səməd Vurğun vaxtilə yazmışdı: «Bakının dərdi var – Bakı xəstədir…» Çağdaş Bakı gerçəkdən «lift xərçəngi» mərəzindən əzab çəkir. «Xərçəng» metastaz verdikcə, şəhər sakinlərinin əzabları artır və buna tərs mütənasib olaraq, «BakLift» deyilən «hibrid idarə»nin rəisi Qüdrət Şükürovun «put çuvalı» günbəgün şişir. Hətta o qədər şişir ki, mətuatımızın «tros oğrusu» kimi təqdim etdiyi bu şəxs övladına 400 min dollarlıq toy edir və heç kim bu qədər canlı pulun mənbəyi barədə ondan heç nə sourşmur! Görünür, çox «dızıq» dayısı (oxu – şəriki var!)…
Mətbuatımızın yazdıqları, «AzPolitika.info»-nun ünvanına daxil olan müraciətlərin sayı və strukturu, o cümlədən, 2 gün əvvəl «20 yanvar metrostansiyası» yaxınlığındakı binanın liftində qəza göstərir ki, Bakının lift problemi çox «dərinə işləyib». Mövcud mənzərənin üzərinə işıq salmaq üçün redaksiyamıza daxil olmuş vətəndaş müraciətlərindən bir neçəsini dərc etmək yerinə düşərdi… Bakı şəhəri, Nərimanov rayonundan aldığımız müraciətdə deyilir: «Biz uzun illərdir ki, Bakı şəhəri, Nərimanov rayonu, İ.Hidayətzadə küçəsi, 3 ünvanında yerləşən binanın 6-ci blokunda yaşayırıq. Bina 9 mərtəbəli binadır və keçmiş SSRİ vaxtlarında, daha doğrusu 1973-cü ildə inşa edilmişdir. Bizim binanın lifti bina inşa olunduğu vaxtdan istifadə olunur – artıq köhnəlib və tez-tez sıradan çıxır… Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2008-ci il tarixli "Şəhər və rayon mərkəzlərində olan binalarda lift təsərrüfatlarının maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında” Sərəncamı sübut edir ki, lift təsərrüfatının təmiri və yenidən qurulması üçün kifayət qədər vəsait ayrılmışdır və bu proses davam edir. Lakin bu günə qədər 44 ildən artıq мüddətdə istifadə olunan bir lift qurğusunun niyə dəyişdirilməməsi yalnız təccüb doğurur və dövlət tərəfindən ayrılan vəsaitlərin təyinatı üzrə istifadə olunması ilə bağlı şübhə yaradır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin "Lifttəmir” İstehsalat Birliyinə ünvanladığı 25/24-04464 saylı,02.12.2010-cu il tarixli məktubunda da bizim blokun liftinin dəyişdirilməsi zəruri hesab olunmuşdur. Məlumat üçün bildiririk ki, şəxsi münasibətlər zəminində bizim binanın 1-ci blokunun lifti artıq yenisi ilə əvəz olunmuşdur. Biz başa düşürük ki, belə bir xırda məsələdən ötrü sizin saytı narahat etmək yerinə düşmür, lakin tez-tez sıradan çıxan liftin dəyişdirilməsinə наил олмаг üçün başqa bir yolumuz qalmayıb. Sizdən xahiş edirik ki, Bakı şəhəri, Nərimanov rayonu, Hidayətzadə küçəsi, 3 ünvanında yerləşən binanın 6-cı blokunda 44 ildir ki, istismarda olan liftin dəyişdirilməsi ilə bağlı bizim тələbimizi öz saytınızda dərc edəsiniz. Nərimanov rayonu, İ.Hidayətzadə küçəsi, 3 saylı binanın 6-cı blokunun sakinləri adından, Adil Hacalıyev»
Digər müraciəti Suraxanı rayanu, Yeni Günəşli qəsəbəsi, S.Cəfərov küçəsindəki 9-cu binanın birinci blokunun sakinlərindən almışıq. Sakinlər xəbər verirlər ki, blokun lifti hələ ötən əsrin 80-ci illərində quraşdırılıb və indiyə qədər əsaslı (və normal cari) təmir olunmayıb. Bir sözlə, sözügedən «texniki və mənəvi cəhətdən tam aşınmış» bu qurğu indi qəza vəziyyətindədir – bu, problemin bir tərəfidir.
Problemin digər tərəfi isə ondan ibarətdir ki, bu «qoca lift» heç əməlli-başlı işləmir də – ayda bir neçə dəfə ən müxtəlif səbəblərdən dolayı, «xarab olur» və həftələrlə, aylarla işləmir. Sivil dünya 21-ci əsrə qədəm qoyub, kosmosa turist səfərləri etdiyi bir vaxtda, torpağının altı da, üstü də «qızıl olan» Azərbaycanın baş kəndində zavallı insanlar lift xidmətinin yoxluğu səbəbindən, əzab çəkirlər…
Liftimiz hal-hazırda da işləmir – təxinən, 15 gün olar ki, «motor»u yanıb, deyirlər. Ümumiyyətlə, bizim «əldən düşmüş «qoca»nın motoru» tez-tez yanır – 2-3 aydan bir. Hər dəfə də lift idarəsi sakinlərdən pul yığdırır və guya, «motoru sarıtdırır». Görünür, onu məqsədli şəkildə, keyfiyyətsiz sarıyırlar ki, tez-tez yansın! Daha bezmişik – bilmirik neynəyək, kimə üz tutaq?
Bezmək bir yana, indi həm də ehtiyat edirik ki, «İslam həmrəylik oyunları»na təşrif buyuran müsəlman bacı və qardaşlarımızdan bir qisminin yolu birdən Yeni Günəşliyə düşər – onlar müsəlman bacı və qardaşlarının necə acınacaqlı bir vəziyyətdə yaşa… pardon, süründüyndən xəbər turarlar! O zaman, ağlımız kəsmir ki, onlar bizimlə həmrəy olsunlar – axı, onların liftləri bizimkilər kimi «göz dağı» deyil, lift idarələrinin rəisi də bizimki kimi «qüdrətli» ola bilməz. Heç biz də onlarla həmrəy ola biləcəyimizi düşünmürük – bilirik ki, «Artur-Hacıbala-Qüdrət triosu» buna imkan verməz…
Ötən dövrdə yerli KİV-in yazdığına görə, dövlət başçısı 2010-cu ildən üzübəri, Bakı şəhərindəki liftlərin təmiri və yenilənməsi məqsədilə həmin Qüdrətin rəis olduğu «BakLift» idarəsinə 50 milyondan artıq vəsait verib. Amma nə kələkdirsə, bu təyinatlı məbləğ artıqca, Qüdrətin «boynu daha da yoğunlayır», paytaxtın lift təsərrüfatı isə daha böyük ahənglə «dağılır».
Xahiş edirik ki, bizim əvəzimizə, hökumət deyilən bu «kriminal dəstə»dən soruşasınız: «Tros Qüdrət» (Şükürov) büdcə pullarını neyləyib ki, indi əhali yaşadığı yuxarı mərtəbələrə piyada qalxmaq zorunda qalıb?!»
Belə-belə işlər… Buradan açır görünür ki, «Azərbaycan iri addımlarla irəliləyir» – içi bizi yandırır, çölü isə özgələri. Amma dözümümüzə söz ola bilməz…
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bakıda yataqxana içində yaşayış ola-ola sökülür - ŞİKAYƏT / VİDEO
Bu gün, 02:16 |
|
|
|
• Əri ölüm ayağında olduğu üçün intihar edibmiş - Eyni gündə dəfn olundular
Bu gün, 02:13 |
|
|
|
• "Xırda-para" nöqsanlar, yoxsa sosial çaxnaşma təhlükəsi - GƏLİŞMƏ
Bu gün, 02:09 |
|
|
|
• Qonşu ölkədə iqtisadi vəziyyətin pisləşməsi Azərbaycan hökumətinə həyəcan siqnalıdır - Batan Rusiya, üzməyə çalışan azərbaycanlılar
Bu gün, 02:02 |
|
|
|
• “Gürcü Arzusu”ndan növbəti ruspərəst addım: qonşuda yeni qalmaqal - NƏ BAŞ VERİR?
Bu gün, 02:00 |
|
|
|
• Estetik cərrah pasiyenti görün nə hala salıb - "Bədənimdən çirk axır"
Bu gün, 01:10 |
|
|
|
• "Ticarətlə məşğul olmaq istəyirdim..."
Bu gün, 01:06 |
|
|
|
• AzTV “üsyankar” deputatları yıxıb sürüdü: “Möhtəkir”, “Şoumen” - VİDEO
Bu gün, 01:00 |
|
|
|
• Hikmət Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:53 |
|
|
|
• Dövlət Xidməti avtomobillərinə 3,8 milyon manatlıq ehtiyat hissələri aldı
Bu gün, 00:05 |
|
|
|
• Füzulinin 5 kəndinin elektriklə təmin olunması 4 milyona - BAŞA GƏLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Şirvanda insult keçirən adama əlillik verilmir – Nazirliyə şikayət
Dünən, 19:02 |
|
|
|
• Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? - NƏ ETMƏLİ?
Dünən, 19:00 |
|
|
|
• “Veteran pulu” nə qədər artırılacaq? - AKTUAL
Dünən, 18:58 |
|
|
|
• Tehran artıq başa düşür ki... - ŞƏRH
Dünən, 18:24 |
|
|
|
• Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Dünən, 18:11 |
|
|
|
• DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Dünən, 18:00 |
|
|
|
• Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Dünən, 17:59 |
|
|
|
• Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Dünən, 17:55 |
|
|
|
• Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Dünən, 17:53 |
|
|
|
• Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:49 |
|
|
|
• İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Dünən, 17:41 |
|
|
|
• BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Dünən, 17:36 |
|
|
|
• Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Dünən, 17:29 |
|
|
|
• "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Dünən, 17:24 |
|
|
|
• Azərbaycanda MTK MMC-yə çevrilir
Dünən, 17:22 |
|
|
|
• Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Dünən, 17:17 |
|
|
|
• Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Dünən, 17:05 |
|
|
|
• 14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Dünən, 17:03 |
|
|
|
• “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Dünən, 17:01 |
|
|
|
• "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Dünən, 16:52 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Dünən, 16:45 |
|
|
|
• "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Dünən, 16:40 |
|
|
|
• Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Dünən, 16:33 |
|
|
|
• “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Dünən, 16:23 |
|
|
|
• Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Dünən, 16:20 |
|
|
|
• Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Dünən, 16:19 |
|
|
|
• Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Dünən, 16:17 |
|
|
|
• Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Dünən, 16:14 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Dünən, 16:13 |
|
|
|
• Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Dünən, 16:07 |
|
|
|
• Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Dünən, 16:05 |
|
|
|
• İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Dünən, 16:03 |
|
|
|
• Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Dünən, 16:00 |
|
|
|
• Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Dünən, 15:58 |
|
|
|
• Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Dünən, 15:45 |
|
|
|
• Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Dünən, 15:44 |
|
|
|
• Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Dünən, 15:43 |
|
|
|
• Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Dünən, 15:42 |
|
|
|
• Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Dünən, 15:09 |
|
|
|
|