İşıq idarəsinin müdiri vətəndaşı ölümlə hədələyir – "SƏNİN BAŞINI KƏSDİRƏCƏM..."
Tarix: 31-05-2017, 09:22 | Çap et
Cəlilabad şəhər sakini Vüsal Həsənov tərəfindən Hurriyyet.org-un redaksiyasına şikayət məktubu daxil olub. Müəllif bildirir ki, 24 aprel 2017-ci il tarixdə Cəlilabad rayon İşıq İdarəsi tərəfindən dükanına bildiriş gəlib və işığa olan 78 manat borcunu 5 gün müddətində ödəməsi tələb olunub: “Mən 27 aprel 2017-ci ildə poçta gedib işıq pulunu ödədim, lakin qayıdanda gördüm ki, İşıq İdarəsinin işçiləri müdir Aydın Məmmədovun əmri ilə dükanımın işığını kəsiblər. Atam nə qədər desə də ki, oğlum poçta gedib, işıq pulu artıq köçürülmüşdür, məhəl qoymadan elektrik xəttini kəsiblər. Beləcə, Cəlilabad İşıq İdarəsi heç bir səbəb olmadan, qəsdən normal iş fəaliyyətimizi pozmuşdur. Mən atamla Cəlilabad rayon Elektrik Şəbəkəsinin müdiri Aydın Məmmədovun qəbuluna getdik. Aydın Məmmədov bildirdi ki, bildiriş sizə aprelin 21-də verilmişdir. Biz təəccüb içində qaldıq, 24 aprel 2017-ci il tarixli bildirişi və ödəniş çekini Aydın Məmmədova göstərdik, dedik ola bilsin ki, işçiləriniz sizi aldadıb. Bundan sonra Aydın Məmmədov atama müraciət edərək dedi ki, ağsaqqal, onda günah bizimdir, indi elektrik xəttini bağlatdıraram”. Şikayətçi deyir ki, müdirin sözlərinə rəğmən, uzun müddət keçməsinə baxmayaraq dükanını elektrik enerjisi ilə təmin etməyiblər: “ Aydın Məmmədovun telefonuna zəng etdim, soruşdum ki, niyə belə edirsiniz, mənim borcum yoxdur, işıq pulunu da tam ödəmişəm, niyə işimizi pozursunuz və heç nədən get-gələ salırsınız? Lakin bu zaman müdir Aydın Məmmədov mənimlə əsəbi tonda danışdı, təhqir etdi, ölümlə hədələdi, dönə-dönə təkrar etdi ki, sənin arxana bıçağı soxaram. Bundan sonra mən DİN 102 xidmətinə zəng vuraraq ölümlə hədələndiyimi bildirdim, Aydın Məmmədovun hədələrindən ehtiyatlandığım üçün polis idarəsinə getdim. Lakin orada qəribə hadisə baş verdi. Polis şöbəsinə gələn Aydın Məmmədov elə təhqiqatçı Fəridin yanında mənə hədə-qorxu gəlməyə başladı: “Mən sənin başını kəsdirəcəm, sənin arxana bıçaq soxacam. Mən sizin evinizin də işığını indi kəsdirəcəm. Azərbaycanda elə bir kişi varsa, gəlsin mən kəsdirdiyim işığı o qoşsun!”. Mən təəccüb içində qaldım, ona bildirdim ki, əvvəla bizim evdə “Smart” kart sayğacıdır, siz onu hansı əsasla sökürsünüz və kimə arxalanıb belə edirsiniz? Bu sözlərimdən sonra Aydın Məmmədov bildirdi ki, arxamda energetika naziri və Mehriban Əliyeva özü dayanıb, mən sənin işığını kəsim, sən də bax! Polis məmurunun yanında mənə təhqiredici sözlər desə, hətta söyüş söysə də, bu qanunsuzluq barədə heç bir tədbir görülmədi. Sadəcə polis məmuru Fərid mənə dedi ki, sən ona baş qoşma, qoy getsin, sonra da sən gedərsən... Məni hədələyən müdir Aydın Məmmədov polisin yanında verdiyi sözlərə əməl edərək, tabeçiliyində olan işçilərlə birgə elə həmin gün yaşadığım evə basqın etdi. Düz 13 nəfər işçi 4 maşınla gəldilər, həyətimə doluşdular, elektrik xəttini kəsərək, “Smart” kart sayğacını qopardaraq apardılar. Evdə xəstə atam, anam və digər ailə üzvlərim yaranmış hay-küydən həyəcana düşdü. Evimiz işıqsız qaldı. Hal-hazırda iş Polis Şöbəsində araşdırılır. Aydın Məmmədov cəmi 78 manat məbləğin üstündə dava-dalaş salıb belə konflikt yaratdı. Halbuki mən illər boyu işıq pulunu requlyar ödəmişəm, bu vaxta kimi heç bir problemim də olmayıb. Səbəb də budur ki, bir müddət əvvəl “Smart” kart sayğacı qoyularkən dükançı olduğumu bilib, İşıq İdarəsi bizdən 200 manat rüşvət istəmişdi, biz o pulu vermədiyimizə görə Aydın Məmmədov heç nədən başımıza bu oyunu gətirdi. Hələ üstəlik ekspertizadan saxta kağız da alıb ki, guya qardaşım onu vurub. İndi qardaşımı bu cür saxta üsulla tutdurmaq da istəyir. Hal-hazırda cinayət xarakterli hərəkətlərə, şərəf və ləyaqətimin ləkələnməsinə xidmət edən hərəkətlərə yol verdiyinə, ünvanıma səlahiyyət həddi aşılmaqla əxlaq və qanun çərçivəsinə sığmayan təhqiramiz ifadələr işlətdiyinə, şəxsiyyətimi alçaltdığına görə Cəlilabad İşıq İdarəsinin müdiri Aydın Məmmədovu məhkəməyə vermişəm. Qanunları və Əsas Qanunun tələblərini ciddi pozan bu cür dövlət məmurları qanunun sərt üzü ilə cəzalandırılmalı, vəzifədən kənarlaşdırılmalı, barələrində cinayət qanunvericiliyinin tələbləri səviyyəsində ciddı və sərt tədbirlər görülməlidir. Onlara etimad edilmiş vəzifənin məsuliyyətini dərk etməyən və cavabdehliyin dərəcəsini düşünmək istəməyən belə dövlət məmurlarının qanunsuz hərəkətləri vətəndaşları dövlətdən narazı salan hərəkətlər olub, bu cür hərəkətlərlə nəinki vətəndaşların qanunla qorunan mənafeləri pozulmuş olur, həm də dövlət adından danışdığına görə dövlət mənafeyinin özü də pozulmuş olur. Xahiş edirəm ki, Aydın Məmmədov kimi özbaşına və qanunları tanımayan, sırf təsadüf nəticəsində həmin kresloda oturmuş dövlət məmurunun barəsində tədbir görülməsinə köməklik edəsiniz, mənim və ailəmin hüquqlarını müdafiə edəsiniz”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Proses davam etməlidir" - deputat
Bu gün, 06:38 |
|
|
|
• Bortnikov kəşfiyyat məlumatlarını “sızdırdı” - Azərbaycan iki ay ərzində…
Bu gün, 06:32 |
|
|
|
• Bakıda yataqxana içində yaşayış ola-ola sökülür - ŞİKAYƏT / VİDEO
Bu gün, 02:16 |
|
|
|
• Əri ölüm ayağında olduğu üçün intihar edibmiş - Eyni gündə dəfn olundular
Bu gün, 02:13 |
|
|
|
• "Xırda-para" nöqsanlar, yoxsa sosial çaxnaşma təhlükəsi - GƏLİŞMƏ
Bu gün, 02:09 |
|
|
|
• Qonşu ölkədə iqtisadi vəziyyətin pisləşməsi Azərbaycan hökumətinə həyəcan siqnalıdır - Batan Rusiya, üzməyə çalışan azərbaycanlılar
Bu gün, 02:02 |
|
|
|
• “Gürcü Arzusu”ndan növbəti ruspərəst addım: qonşuda yeni qalmaqal - NƏ BAŞ VERİR?
Bu gün, 02:00 |
|
|
|
• Estetik cərrah pasiyenti görün nə hala salıb - "Bədənimdən çirk axır"
Bu gün, 01:10 |
|
|
|
• "Ticarətlə məşğul olmaq istəyirdim..."
Bu gün, 01:06 |
|
|
|
• AzTV “üsyankar” deputatları yıxıb sürüdü: “Möhtəkir”, “Şoumen” - VİDEO
Bu gün, 01:00 |
|
|
|
• Hikmət Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:53 |
|
|
|
• Dövlət Xidməti avtomobillərinə 3,8 milyon manatlıq ehtiyat hissələri aldı
Bu gün, 00:05 |
|
|
|
• Füzulinin 5 kəndinin elektriklə təmin olunması 4 milyona - BAŞA GƏLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Şirvanda insult keçirən adama əlillik verilmir – Nazirliyə şikayət
Dünən, 19:02 |
|
|
|
• Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? - NƏ ETMƏLİ?
Dünən, 19:00 |
|
|
|
• “Veteran pulu” nə qədər artırılacaq? - AKTUAL
Dünən, 18:58 |
|
|
|
• Tehran artıq başa düşür ki... - ŞƏRH
Dünən, 18:24 |
|
|
|
• Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Dünən, 18:11 |
|
|
|
• DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Dünən, 18:00 |
|
|
|
• Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Dünən, 17:59 |
|
|
|
• Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Dünən, 17:55 |
|
|
|
• Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Dünən, 17:53 |
|
|
|
• Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:49 |
|
|
|
• İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Dünən, 17:41 |
|
|
|
• BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Dünən, 17:36 |
|
|
|
• Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Dünən, 17:29 |
|
|
|
• "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Dünən, 17:24 |
|
|
|
• Azərbaycanda MTK MMC-yə çevrilir
Dünən, 17:22 |
|
|
|
• Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Dünən, 17:17 |
|
|
|
• Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Dünən, 17:05 |
|
|
|
• 14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Dünən, 17:03 |
|
|
|
• “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Dünən, 17:01 |
|
|
|
• "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Dünən, 16:52 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Dünən, 16:45 |
|
|
|
• "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Dünən, 16:40 |
|
|
|
• Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Dünən, 16:33 |
|
|
|
• “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Dünən, 16:23 |
|
|
|
• Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Dünən, 16:20 |
|
|
|
• Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Dünən, 16:19 |
|
|
|
• Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Dünən, 16:17 |
|
|
|
• Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Dünən, 16:14 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Dünən, 16:13 |
|
|
|
• Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Dünən, 16:07 |
|
|
|
• Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Dünən, 16:05 |
|
|
|
• İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Dünən, 16:03 |
|
|
|
• Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Dünən, 16:00 |
|
|
|
• Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Dünən, 15:58 |
|
|
|
• Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Dünən, 15:45 |
|
|
|
• Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Dünən, 15:44 |
|
|
|
• Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Dünən, 15:43 |
|
|
|
|