Bakıda yataqxana içində yaşayış ola-ola sökülür .....                     Əri ölüm ayağında olduğu üçün intihar edibmiş .....                     "Xırda-para" nöqsanlar, yoxsa sosial çaxnaşma təhlükəsi .....                     Qonşu ölkədə iqtisadi vəziyyətin pisləşməsi Azərbaycan hökumətinə həyəcan siqnalıdır .....                     “Gürcü Arzusu”ndan növbəti ruspərəst addım: qonşuda yeni qalmaqal .....                     Estetik cərrah pasiyenti görün nə hala salıb .....                     "Ticarətlə məşğul olmaq istəyirdim..." .....                     AzTV “üsyankar” deputatları yıxıb sürüdü: “Möhtəkir”, “Şoumen” .....                     Hikmət Məmmədov işdən çıxarıldı .....                     Dövlət Xidməti avtomobillərinə 3,8 milyon manatlıq ehtiyat hissələri aldı .....                     Füzulinin 5 kəndinin elektriklə təmin olunması 4 milyona .....                     Şirvanda insult keçirən adama əlillik verilmir .....                     Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? .....                     “Veteran pulu” nə qədər artırılacaq? .....                     Tehran artıq başa düşür ki... .....                     Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri .....                     DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... .....                     Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır .....                     Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu .....                     Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? .....                     Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir .....                     İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... .....                     BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... .....                     Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir .....                     "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" .....                     Azərbaycanda MTK MMC-yə çevrilir .....                     Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? .....                     Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib .....                     14 yaşlı qızın ÖLÜM SEÇİMİ, .....                     “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? .....                     "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var .....                     Ermənistan silahlanır .....                     "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi .....                     Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq .....                     “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... .....                     Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi .....                     Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? .....                     Yataq xəstəsi ilə bağlı paylaşım edildi: .....                     Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır .....                     Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb .....                 

"Tennis Akademiyası"nı “bazar”a kimlər çevirib? - FOTOFAKT
Tarix: 3-10-2017, 08:41 | Çap et
"Tennis Akademiyası"nı “bazar”a kimlər çevirib?
Azərbaycanda dövlət büdcəsindən maliyyələşən bəzi idarə və müəssisələrin, təşkilat və cəmiyyətlərin rəhbərləri tərəfindən "özəl obyekt” kimi işlədilməsi artıq ənənə halını almaqdadır. Hər il dövlət büdcəsindən milyonlarla vəsaitin ayrılmasına baxmayaraq, bu tip müəssiələrin rəhbərləri qeyri-qanuni olaraq, tabeçiliklərindəki bazaları, tikililəri, zirzəmi və qarajları, hətta, bəzən inzibati binalarının birinci mərtəbələrini şəxsi maddi maraqları naminə icarəyə verirlər. Əlbəttə ki, bu cür "əqd”lərdə əldə olunan vəsaitlər dövlət büdcəsinə yox, birbaşa həmin təşkilatların rəhbərliyində təmsil olunan şəxslərə indekslənir.

Məsələnin acınacaqlı tərəfi isə budur ki, iş adamlarına, biznesmenlərə qeyri-qanuni olaraq daha çox məkan icarəyə verən dövlət maliyyəli müəssisələrin arasında ictimai, təhsil və idman profilli təşkilatlar üstünlük təşkil edir. Çox zaman isə "icarəyə” alınan məkanların gələcək funksiyası həmin müəssisələrin profili ilə üst-üstə düşmür.

Bu yazımızda misal olaraq, son günlər ölkənin gündəmini zəbt etmiş qalmaqallı "26-lar” kafesini göstərmək istəyirik. Hər il dövlətdən 2 milyon manatdan artıq vəsait alan Azərbaycan Yazıçılar Birliyinin birinci mərtəbəsində yerləşən "26-lar” kafesi mətbuatda yazılanlara görə, AYB-nin rəhbərliyi tərəfindən 8000 manata icarəyə verilibmiş. Dövlət tərəfindən yüksək səviyyədə mənəvi və maddi təminatı, şərəfli keçmişi olan bir təşkilatın yerləşdiyi inzibati binanın birinci mərtəbəsini kafe tipli obyekt üçün icarəyə verməsi ictimaiyyət arasında böyük rezonans doğurdu və dövlət rəsmiləri tərəfindən hadisəyə sərt təpki verildi. Eyni zamanda birliyin rəhbərliyi də cəmiyyətin qınaq obyektinə çevrildi.

Bu qalmaqallı hadisədən sonra Qlobal.az olaraq tabeçiliklərindəki məkanların bir hissəsini icarəyə verən dövlət müəssisələrinin axtarışına çıxdıq. Ancaq axtarışımız heç də uzun çəkmədi. Belə ki, hər gün işə gedərkən önündən keçdiyimiz, ancaq heç zaman fikir vermədiyimiz Bakı Tennis Akademiyası bu dəfə gözümüzə başqa bir biçimdə - sanki hansısa ticarət mərkəziymiş kimi göründü. Belə ki, Bakı Tennis Akademiyasının İbrahimpaşa Dadaşov küçəsində yerləşən inzibati binasının birinci mərtəbəsi bütövlükdə icarəyə verilib.

İnzibati binanın birinci mərtəbəsinin yola baxan hissəsində fəaliyyət göstərən obyektlərin hamısı da akademiyanın profilinə zidd olan xidmətlə məşğuldurlar. Belə ki, burada "Ankara futbol məktəbi”, "Ev alqı-satqısı”, "Baku Flowers” adlı gül maqazini və "Ləziz kafe” fəaliyyət göstərir. Amma bu "Ləziz kafe” elə-belə kafe deyil. Niyəsini aşağıda deyəcəyik. İndi isə gəlin Bakı Tennis Akademiyasıyla tanış olaq.

Beləliklə...

Prezident İlham Əliyev cənablarının təşəbbüsü ilə 2008-ci ildə Bakı Tennis Akademiyasının təməli qoyulmuş, 2009-cu ildə isə rəsmi açılışı olmuşdur. Rəsmi açılış mərasimində Prezident İlham Əliyevlə bərabər, ölkənin hazırkı birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da iştirak edib. Ümumi sahəsi 2.7 hektardır. Kompleks beynəlxalq standartlara uyğun olaraq bütün texniki vəsaitlərlə təmin olunub. 400 nəfərdən artıq say tutumu olan tamaşaçı zalı, çoxsaylı kortları var. Bu idman müəssisənin bir üstün cəhəti isə burada elektrik enerjisinin daimiliyidir.

Tikintisinə milyonlarla vəsait xərclənən akademiyanın xidmət "münyüsü”

Qlobal.az olaraq BTA-nın rəsmi saytından məlumatlar əldə etməyə çalışdıq. Bu məqsədlə akademiyanın saytında "xidmətlər” bölməsinə daxil olduq. Nə qədər qəribə görünsə də, adında Tennis sözü olan akademiyanın rəsmi saytının "xidmətlər” bölümünün "tennis” və "stolüstü tennis” bölməsində informativ xarakterli heç bir məlumat yoxdur. "SPA” bölməsində isə Taylanddan gələn masaj ustası təklif edilir.

"Tennis Akademiyası"nı “bazar”a kimlər çevirib?

Xidmətlər bölümündə "gülü” vuran xidmət təklifini isə yazının əvvəlində tanış olduğunuz "Ləziz kafe” edir. Belə ki, Bakı Tennis Akademiyasında fəaliyyət göstərən "Ləziz kafe” milli tennisimizi yaşadan və inkişaf etdirən insanlara milli mətbəx və milli içkimiz olan çayla yanaşı, qəlyan da təklif edir. Bəli, bəli, düz oxudunuz, qəlyanı. Təsəvvür edirsinizmi, idman akademiyasında fəaliyyət göstərən, müştərilərinin böyük əksəriyyəti idmançılardan ibarət olan bir kafe idmançılara "zəhər” təklif edir. Bundan başqa burada qiymətlər də olduqca bahadır. Təsəvvür edin, paytaxtın ən prestijli məkanı olan Dənizkənarı Milli Parkda fəaliyyət göstərən "Bakı Biznes Mərkəzi”ndə mərci supu 2 manata, müştərilərinin böyük əksəriyyəti tələbələr olan Tennis Akademiyasının kafesində isə 4 manata təklif olunur.

Qeyd edək ki, mərci supu Bakıda fəaliyyət göstərən türk restoranlarında da 2 manatdır. Akademiyanın kafesinin menyüsündə bütün qiymətlər od tutub yanır.

Ancaq görünür kafe Akademiyada yerləşməyinə baxmayaraq xidməti başqa kontingentə ünvanlanıb. Əks halda burada müştərilərə pivə və qalyan təklif olunmazdı...

Və ən dəhşətlisi də odur ki,kafe qalyan təklifini akademiyanın rəsmi saytında elan edir.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıda yataqxana içində yaşayış ola-ola sökülür - ŞİKAYƏT / VİDEO
Bu gün, 02:16
Əri ölüm ayağında olduğu üçün intihar edibmiş - Eyni gündə dəfn olundular
Bu gün, 02:13
"Xırda-para" nöqsanlar, yoxsa sosial çaxnaşma təhlükəsi - GƏLİŞMƏ
Bu gün, 02:09
Qonşu ölkədə iqtisadi vəziyyətin pisləşməsi Azərbaycan hökumətinə həyəcan siqnalıdır - Batan Rusiya, üzməyə çalışan azərbaycanlılar
Bu gün, 02:02
“Gürcü Arzusu”ndan növbəti ruspərəst addım: qonşuda yeni qalmaqal - NƏ BAŞ VERİR?
Bu gün, 02:00
Estetik cərrah pasiyenti görün nə hala salıb - "Bədənimdən çirk axır"
Bu gün, 01:10
"Ticarətlə məşğul olmaq istəyirdim..."
Bu gün, 01:06
AzTV “üsyankar” deputatları yıxıb sürüdü: “Möhtəkir”, “Şoumen” - VİDEO
Bu gün, 01:00
Hikmət Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:53
Dövlət Xidməti avtomobillərinə 3,8 milyon manatlıq ehtiyat hissələri aldı
Bu gün, 00:05
Füzulinin 5 kəndinin elektriklə təmin olunması 4 milyona - BAŞA GƏLƏCƏK
Bu gün, 00:02
Şirvanda insult keçirən adama əlillik verilmir – Nazirliyə şikayət
Dünən, 19:02
Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? - NƏ ETMƏLİ?
Dünən, 19:00
“Veteran pulu” nə qədər artırılacaq? - AKTUAL
Dünən, 18:58
Tehran artıq başa düşür ki... - ŞƏRH
Dünən, 18:24
Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Dünən, 18:11
DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Dünən, 18:00
Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Dünən, 17:59
Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Dünən, 17:55
Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Dünən, 17:53
Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:49
İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Dünən, 17:41
BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Dünən, 17:36
Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Dünən, 17:29
"Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Dünən, 17:24
Azərbaycanda MTK MMC-yə çevrilir
Dünən, 17:22
Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Dünən, 17:17
Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Dünən, 17:05
14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Dünən, 17:03
“Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Dünən, 17:01
"Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Dünən, 16:52
Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Dünən, 16:45
"Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Dünən, 16:40
Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Dünən, 16:33
“Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Dünən, 16:23
Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Dünən, 16:20
Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Dünən, 16:19
Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Dünən, 16:17
Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Dünən, 16:14
Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Dünən, 16:13
Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Dünən, 16:07
Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Dünən, 16:05
İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Dünən, 16:03
Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Dünən, 16:00
Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Dünən, 15:58
Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Dünən, 15:45
Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Dünən, 15:44
Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Dünən, 15:43
Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Dünən, 15:42
Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Dünən, 15:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru