Qərb ümid etməsin: Ukrayna bufer-zona olmayacaq .....                     Uşaqlar psixoloji və fiziki təzyiqə məruz qalır: Dərs yükü niyə ağırlaşdırılır? .....                     Qazaxıstan BRICS-ə qoşulmaqdan niyə imtina edib? .....                     Sahib Məmmədov "köhnə komanda"nı sürətlə yola salır .....                     İcra başçısının oğlu məhkəməyə verildi .....                     “Report” İnformasiya Agentliyinin 10 yaşı tamam olur .....                     "Xəzər RİH bizi yola verir" .....                     Ukraynaya kimin qalib gələməsi sərfəlidir? .....                     Zirəddin ad çəkdi: ABŞ-ın yeni prezidenti kim olacaq? .....                     İsrail İranın ballistik raket istehsalının mühüm elementini məhv edib .....                     "Məsul qurumların "yarıtmaz" fəaliyyəti araşdırılmalıdır" .....                     O tunel tikiləndə də Adil Vəliyev başçı idi, indi də: Göyüşov isə... .....                     Kredit ittifaqları kimləri aldadır: Dövləti, yoxsa vətəndaşı? .....                     Vahid kartlar tələbələrə nə vaxt paylanılacaq? .....                     İsrail İranda nələri məhv edib? .....                     “Gürcü Arzusu” Partiyası 53,5% səslə seçkilərdə liderdir .....                     İsrail İran ordusunu iflic etdi .....                     "Türklərlə kürdlərin bir-birini sevməsi fərzdir" .....                     Nurəddin Məmmədli AXCP-dən getdi .....                     İsrail-İran müharibəsi olacaq? .....                     Ziya Məmmədov bağ evini satışa çıxardı: .....                     Gürcüstan MSK parlament seçkilərinin baş tutduğunu elan edib, “Gürcü Arzusu” irəlidədir .....                     "Qərb və müttəfiqləri Ermənistan vasitəsilə .....                     Avropa Parlamentinin “erməni sevgisi”: .....                     Yekun sülhdən danışmaq çətindir .....                     Azad Qaraqoyunlu kəndi ərazisində ağacəkmə aksiyası davam etdirilir .....                     İsrailin növbəti hədəfi Xameneyidir .....                     Bakının üç şərti, İrəvanın iki istəyi var: Proses sürətləndi .....                     İrana NÖVBƏTİ HÜCUM: .....                     Cəbhədə yeni oyunçular: Çin Ukraynaya qoşun yeridir? .....                     Bakı aeroportu payız-qış uçuş cədvəlinə keçir .....                     Zaur Mikayılovdan yeni təyinat .....                     Aİ İsraillə bağlı məsləhətləşmələr aparır .....                     "Verilişimə nə Vəfanı, nə də Şəbnəmi çağırmayacağam" .....                     Bidzina İvanişvili: "Xarici agentura qalib gəlsə, müharibə olacaq" .....                     Qapını açmadı, əlil sərnişini döydü .....                     Feyziyev indi də Naxçıvanın TENDERXANASINDA... .....                     “Müxalifətin qalib gələcəyi halda .....                     “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar “Ağacəkmə aksiyası” keçirilib .....                     94 yaşlı ahıl qadını qapı-qapı gəzdirdilər... .....                 

Azərbaycan diasporunun rəhbəri Rusiyada erməni lavaşı istehsal edir - VİDEO
Tarix: 2-11-2017, 08:43 | Çap et
Azərbaycan diasporunun rəhbəri Rusiyada erməni lavaşı istehsal edir
Müasir dünyada İnformasiya Texnologiyaları o qədər inkişaf edib ki, bu gün, hətta iri dövlətlər belə biri-biriylə informasiya savaşındadılar. Bəzən yanlış informasiyaları insanlara elə çatdırırlar ki, çox inandırıcı təsir bağışlaya bilir. Bu gün milli məsələləri, problemləri və istənilən xəbəri informasiya vasitəsiylə yaymaq mümkündür.
Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlətin qarşısında duran əsas vəzifələrdən biri də xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, onların ölkəmizin ümumi maraqlarının müdafiəsi işinə cəlb edilməsi olub. 1993-cü ildə mərhum Prezident Heydər Əliyevin hakimiyyətə gəlişi digər sahələrdə olduğu kimi, diaspor quruculuğu işində də əsaslı dönüş yaratdı. Ulu Öndər bütün xarici səfərlərində Azərbaycan diasporunun nümayəndələri ilə görüşür, onların problem və qayğıları ilə maraqlanır, həmvətənlərimizi yenicə müstəqillik qazanmış respublikamızın mənafelərinin qorunması prosesində fəal iştirak etməyə çağırırdı.
Qısa müddət keçdikdən sonra, diaspor quruculuğu Azərbaycan Respublikasının Dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasət, hazırda dövlət başçısı cənab İlham Əliyev tərəfindən daha müasir formada və uğurla davam etdirilir.
Bu gün Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında bəzi diaspor təşkilatlarımız mütəmadi işlər aparır, istər informasiya texnologiyaları vasitəsilə, istər də, əyani vasitələrlə bu yolda yorulmadan çalışırlar.
Diasporla iş üzrə Dövlət Komitəsi də, bu istiqamətdə öz işlərini müasir tələblərə cavab verəcək səviyyədə qurub. Təqdirəlayiq haldır ki, sözügedən komitə dünyanın istənilən dövlətində fəaliyyət göstərən diaspor təşkilatları ilə sıx əməkdaşlıq edir. Ancaq bir faktı da xüsusilə vurğulamaq olar ki, aparıcı diaspor təşkilatları ilə yanaşı, ciblərində möhür gəzdirməklə, özlərini idarə müdiri kimi aparanlar da az deyil.

Bir neçə gün bundan əvvəl, Rusiya və Ukraynada səfərdə olarkən, bir neçə şəhərlərdə fəaliyyət göstərən diasporamızın üz qaraları haqqında məlumat ala bildik. “Novıy Urenqoy” şəhəri, xəritəyə baxarkən, üzü Şimal Buzlu okeana tərəf gedəndə sonuncu yaşayış məskənlərindən biridir, desək yanılmarıq. Necə deyərlər, bu şəhər lap dünyanın sonunda yerləşir. Təyyarədən enəndə şaxtalı və qarlı hava bizi qarşılasa da, sonradan həmyerlilərimizin isti münasibəti bizə soyuğu unutdura bildi. Həmyerlilərimizlə söhbət edərkən, onların necə yaşadıqları, hansı peşə sahibləri olmaları bizi daha çox düşündürürdü. Sadə azərbaycanlılarımızla xeyli söhbət etdikdən sonra, belə məlum oldu ki, bu şəhərdə Azərbaycanla bağlı heç bir təbliğata ehtiyac yoxdur. Belə ki, bu şəhərin təməlini Azərbaycan elminə böyük töhfələr vermiş Fərman Salmanov və Sabit Orucov qoyub. Şəhərdə hər bir sadə urenqoylu Azərbaycan sözünü eşidən kimi, deyir ki, bu şəhərin təməlini azərbaycanlılar qoyubdurlar. Bu maraq bizi şəhərdə fəaliyyət göstərən “Qaz Sənaye Texnikumuna” gətirib çıxardı. Texnikumun həyətində Sabit Orucovun büstünü gördük. Bu zonada ilk dəfə qazı Sabit Orucov tapdığı üçün texnikumun birinci kursları onun doğum günündə təntənəli tədbir keçirərək, büstün önünə tər çiçəklər düzürlər. Bizim gəlişimiz də məhz bu tədbirə təsadüf etdiyi üçün içəri daxil olub, tədbirdə iştirak etdik. Texnikumun girişində onun portreti birinci asılıbdır. Xeyli azərbaycanlı tələbə ilə də tanış olduq. Doğrudan da çox qürurverici bir hal idi. Mən texnikum rəhbərliyindən soruşdum ki, tədbirdə bizim diasporamızdan kimsə iştirak edirmi? O, sakitcə dedi ki, xeyir. Daha bunun səbəbini araşdırmadım. Tədbir bitən kimi, şəhəri gəzməyə çıxdıq. Məscidlə tanış olduq. Şəhərin hansı tərəfinə gedirdiksə, harada böyük bir ticarət müəssisəsi və yaxud bazar görürdüksə, dərhal bizə məlumat verirdilər ki, hamısı azərbaycanlılarındır. Əslində buna yalnız sevinirdik, çünki millətimizin durumu nə qədər yaxşı olsa, bu ümumi işin xeyrinə olardı.

Biz xeyli gəzdikdən sonra, diaspora fəaliyyətinin keyfiyyəti ilə maraqlanmaq istədik. Azərbaycanlılar bizə bir neçə misal çəkdilər və dedilər ki, bu barədə maraqlanmasaq daha yaxşı olardı. Bir həmyerlimiz dedi ki, bu günlərdə Azərbaycandan bir qrup insan hansısa firmanın təşkilatçılığı ilə, bu şəhərə işləməyə gəlmişdilər. Layihə rəhbəri türk millətinin nümayəndəsi idi. Gətirdiyi insanların demək olar ki, hamısını işlə təmin də edib, sadəcə, iki həmyerlimizin təqaüd yaşı çatdığından onların işlə təminatı alınmayıb. Qısası, bu iki ağsaqqal məcburən qalıblar Novıy Urenqoy şəhərində. Ciblərində pulları qurtardığı üçün bu şəhərdəki Azərbaycan diasporasına müraciət ediblər. Novıy Urenqoy şəhərindəki Azərbaycan diasporasının rəhbəri Namiq Əkbər oğlu Avdunov isə ağsaqqallara deyib ki, bunun onlara heç bir dəxli yoxdur: “Gəlmisiniz, pulunuz qurtarıb, bundan mənə nə? Diaspor təşkilatı xeyriyyəçiliklə məşğul deyil”. Kor peşman olan həmyerlilərimiz elə Namiq müəllimin şəxsi bazarını gəzərək qeyrətli azərbaycanlı axtardıqlarını deyiblər. Xülasə, Allah millətimizin qeyrətli oğullarını qorusun. Heç bir cəmiyyət, diaspor təşkilatı olmayan həmyerlilərimiz yığışaraq, hər iki ağsaqqala qatara bilet alıb və xeyli ərzaqla onları təmin edərək Bakıya yola salıblar. Əslində bu məsələ bir az bizi narahat etdiyi üçün, həmyerlilərimizdən Novıy Urenqoy şəhərində fəaliyyət göstərən Azərbaycan diasporası haqqında ətraflı məlumat toplamağa vadar etdi. Soydaşlarımızdan bir çox versiyalar eşitdik. Kimisi dedi ki, Namiq müəllim həddən artıq savadlı insandır, ancaq davranışlarında kifayət qədər ermənillərə meyillilik hiss edilir. Digərləri dedilər ki, siz gedin araşdırın baxın, şəhərin az qala yarısını pulu ilə alan insanın yanında bir nəfər belə Azərbaycan oğulu işləmir. Bu insan deyir ki, azərbaycanlılar ona müraciət etməsinlər. Bəs sual olunur: onda niyə Azərbaycan diasporasının rəhbərliyini əldən vermir? Bəlkə, kimlərinsə qarşısında öhdəliyi var? Digər bir soydaşımız isə dedi ki, biz sizə onun haqqında mənfi fikirlər desək, düşünərsiniz ki, bəlkə şəxsi marağımız var. Odur ki, gedin onun rəhbərlik etdiyi hər hansı bir dükana və Ermənistan adına istehsal etdiyi məhsullarla tanış olun. Bu sözü eşidərkən həqiqətən də, çox məyus olduq. Diasporla İş üzrə Dövlət komitəsinin sədri Nazim İbrahimovla səmimi söhbətimiz zamanı, o da mənə demişdi ki, bəzən kənarda yaşayan soydaşlarımızın içərisindən naxələfləri çıxaraq millətin adını batırır. Mən bu şəhərdə olarkən gördüm ki, Nazim müəllimin işi elə də asan deyilmiş və həddindən artıq məsuliyyətli bir vəzifədir. Beləliklə də, soydaşlarımızın səsləndirdikləri fikirlər bizi biraz da maraqlandırdı. Namiq Avdunovun rəhbərlik etdiyi şirniyyat və çörək istehsalı ilə məşğul olan bir müəssisəyə getdik. Oradan bizə bir telefon nömrəsi verərək dedilər ki, Namiq Akberoviç hal-hazırda məşğuldur, lakin Janna xanım onun bütün bu işlərini yerinə yetirir. Biz dərhal Janna xanıma zəng etdik. Oxucularımız üçün qaranlıq qalmasın deyə, telefon audio danışığımızı olduğu kimi yazıb və təqdim edirik:

Azərbaycan diasporunun rəhbəri Rusiyada erməni lavaşı istehsal edir

– Alo salam, bağışlayın Janna xanımla danışırıq?

– Salam, bəli.

– Janna xanım sizin nömrənizi mənə firma dükanınızdan verdilər və dedilər ki, Namiq Avdunovun bu sahədəki işlərinə siz rəhbərlik edirsiniz. Bu belədirmi?

-Bəli, sizi nə maraqlandırır?

-Janna xanım məni sizin istehsal etdiyiniz erməni lavaşı maraqlandırır, siz doğrudan da erməni lavaşı istehsal edirsiniz?

-Bəli.

-Janna xanım mən sizə biraz un təklifi edəcəyəm, əvəzində isə erməni lavaşı alacağam.

-Siz nə qədər erməni lavaşı almağı düşünürsünüz?

-O baxır lavaşın həcminə, güman ki, bir ton.

-Problem deyil.

-Mən bir məsələni aydınlaşdırmaq istəyirəm. Başqa şəhərdən gəldiyim üçün, sizləri yaxşı tanımıram. Zəhmət olmasa deyin bu Namiq Avdunov Novıy Urenqoy şəhərindəki Azərbaycan diasporasının rəhbəridirmi?

-Bəli, bəli, məhz həmin Namiq müəllimdir.

-Onda zəhmət olmasa bir sualıma da cavab verin. Sizdə erməni lavaşından başqa daha hansı erməni, vəyaxud sizin milli istehsalınız olan şirniyyat, çörək məhsulları var?

-Deməli bizdə bir çox milli məhsullar var, o cümlədən də, erməni lavaşı və maknakaş istehsal edirik.
-Bu gün istirahət gününüzdür?

-Bəli, birinci gün səhər saat 9-00 da sizi ofisimizdə gözləyirik.

-Sağolun, birinci gün görüşənədək.

Sonradan öyrəndik ki, maknakaş dediyi çörək adi təndir çörəyidir. Mən bu formada çörəyi, Naxçıvan şəhərində Vağzal çörəyi kimi tanınan təndir çörəyində görmüşdüm. Burada heç bir erməni milli çörəyindən söhbət gedə bilməz. Bu məsələ bizi çox narahat etdiyi üçün, Namiq Avdunovu yaxından tanıyanlarla söhbət də etdik. Onların dediyinə görə vaxtıilə Azərbaycana gəlməkdən çəkinən diaspor rəhbərimizin ailəsini belə, dostları bakıdan yola salıblar. Yəni bu insan vaxtıilə Azərbaycana gəlməkdən belə çəkinirmiş, görəsən niyə? Suallar çoxdur, cavabı isə bizi hələ xeyli düşündürəcək. Görəsən onda erməni millətinə olan rəğbətin səbəbi nədir? Pul?
Xeyir, Namiq müəllimin pulu o qədər çoxdur ki, sadəcə lavaşdan gələn gəlirə görə adını batırmazdı.

Yazıda adı çəkilən şəxslərin də mövqeyini dinləməyə hazırıq.

Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər və
Yazıçılar Birliyinin üzvü

Azinforum.az











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qərb ümid etməsin: Ukrayna bufer-zona olmayacaq - Çalıy
Bu gün, 10:20
Uşaqlar psixoloji və fiziki təzyiqə məruz qalır: Dərs yükü niyə ağırlaşdırılır? - AKTUAL
Bu gün, 10:17
Qazaxıstan BRICS-ə qoşulmaqdan niyə imtina edib? - Səfir DETALLARI AÇIQLADI
Bu gün, 10:06
Sahib Məmmədov "köhnə komanda"nı sürətlə yola salır - AHİK necə dəyişir
Bu gün, 10:03
İcra başçısının oğlu məhkəməyə verildi - BUNA GÖRƏ
Bu gün, 10:01
“Report” İnformasiya Agentliyinin 10 yaşı tamam olur - MÜHÜM XƏBƏR ÜNVANI...
Bu gün, 09:53
"Xəzər RİH bizi yola verir" - Şəhid ailəsini ƏLƏ SALIRLAR?
Bu gün, 09:48
Ukraynaya kimin qalib gələməsi sərfəlidir? - İNCƏLƏMƏ
Bu gün, 09:43
Zirəddin ad çəkdi: ABŞ-ın yeni prezidenti kim olacaq? - İLGİNC
Bu gün, 09:35
İsrail İranın ballistik raket istehsalının mühüm elementini məhv edib - KİV
Bu gün, 09:32
"Məsul qurumların "yarıtmaz" fəaliyyəti araşdırılmalıdır" - Normadan artıq "məsuliyyətsizlik"...
Bu gün, 09:27
O tunel tikiləndə də Adil Vəliyev başçı idi, indi də: Göyüşov isə... - İLGİNC FAKTLAR
Bu gün, 09:24
Kredit ittifaqları kimləri aldadır: Dövləti, yoxsa vətəndaşı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:05
Vahid kartlar tələbələrə nə vaxt paylanılacaq? - AÇIQLAMA
Bu gün, 09:03
İsrail İranda nələri məhv edib? – Detallar açıqlandı
Bu gün, 09:00
“Gürcü Arzusu” Partiyası 53,5% səslə seçkilərdə liderdir - Gürcüstan MSK
Bu gün, 08:57
İsrail İran ordusunu iflic etdi - Onlara 2 il vaxt lazımdır ki...
Bu gün, 00:18
"Türklərlə kürdlərin bir-birini sevməsi fərzdir" - Baxçalı o açıqlamasından sonra ilk dəfə danışdı
Bu gün, 00:15
Nurəddin Məmmədli AXCP-dən getdi - SƏBƏB
Bu gün, 00:12
İsrail-İran müharibəsi olacaq? - Netanyahu fürsətdən istifadə edir
Dünən, 23:31
Ziya Məmmədov bağ evini satışa çıxardı: - qiyməti…
Dünən, 23:26
Gürcüstan MSK parlament seçkilərinin baş tutduğunu elan edib, “Gürcü Arzusu” irəlidədir
Dünən, 23:24
"Qərb və müttəfiqləri Ermənistan vasitəsilə Azərbaycanı təzyiq altında saxlamaq məqsədi güdür"
Dünən, 19:10
Avropa Parlamentinin “erməni sevgisi”: - “Siyasi riyəkarlığın platforması”
Dünən, 19:02
Yekun sülhdən danışmaq çətindir - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
Azad Qaraqoyunlu kəndi ərazisində ağacəkmə aksiyası davam etdirilir - FOTO
Dünən, 18:56
İsrailin növbəti hədəfi Xameneyidir - Şok iddia
Dünən, 16:28
Bakının üç şərti, İrəvanın iki istəyi var: Proses sürətləndi - AKTUAL
Dünən, 16:17
İrana NÖVBƏTİ HÜCUM: - Bu dəfə terrorçular...
Dünən, 16:12
Cəbhədə yeni oyunçular: Çin Ukraynaya qoşun yeridir? - GƏLİŞMƏ
Dünən, 16:09
Bakı aeroportu payız-qış uçuş cədvəlinə keçir - DİQQƏT
Dünən, 16:05
Zaur Mikayılovdan yeni təyinat - ƏMR
Dünən, 15:55
Aİ İsraillə bağlı məsləhətləşmələr aparır - TASS
Dünən, 15:41
"Verilişimə nə Vəfanı, nə də Şəbnəmi çağırmayacağam"
Dünən, 15:21
Bidzina İvanişvili: "Xarici agentura qalib gəlsə, müharibə olacaq" - "Keçmə, namərd körpüsündən"...
Dünən, 15:18
Qapını açmadı, əlil sərnişini döydü - Bakıda avtobus sürücüsü cəzalandırıldı
Dünən, 15:09
Feyziyev indi də Naxçıvanın TENDERXANASINDA... - Talıbovun dövründə oralarda görünməmişdi...
Dünən, 15:07
“Müxalifətin qalib gələcəyi halda Rusiya Gürcüstanı Ukraynaya çevirə bilməyəcək...”
Dünən, 14:59
“Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar “Ağacəkmə aksiyası” keçirilib - FOTO
Dünən, 14:50
94 yaşlı ahıl qadını qapı-qapı gəzdirdilər... - NARAZILIQ VAR...
Dünən, 14:48
Qərb Gürcüstan hökumətinə xəbər göndərib: - “Seçkidən sonra…”
Dünən, 14:32
Azərbaycanla bağlı kritik təmas: - Hakan Fidan açıq danışdı
Dünən, 14:30
Azərbaycanın qarşısında HİNDİSTAN MANEƏSİ - AÇIQLAMA
Dünən, 14:11
Paşinyan hakimiyyəti üçün ciddi risk - İNCƏLƏMƏ
Dünən, 14:02
Avropa Parlamentinin qəbul etdiyi son qətnamə də... bu məqsədə xidmət edir
Dünən, 14:00
Tanınmış aparıcı ailə həyatı qurdu: - “Çox xoşbəxtəm, çünki...”
Dünən, 13:59
Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır - MƏQALƏ
Dünən, 13:50
Gürcüstanda hər iki tərəf öz qələbəsinə əmindir
Dünən, 13:43
Əliyevlə görüşdən sonra toplandılar - “Joqovurd”
Dünən, 13:39
Xoşqədəmin çağırışı Gürcüstanı qarışdırdı: “Üzr istəsin” - DETALLAR
Dünən, 13:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru