İcra başçısı Gədəbəyi qarış-qarış zəbt edib - FOTOLAR
Tarix: 10-01-2018, 08:47 | Çap et
Sabiq vergilər naziri Fazil Məmmədovun Şəmkir rayonunda bütün gəlirli sahələrə əl qoyması haqda ötən saylarımızda dərc olunan reportajda ətraflı məlumat vermişdik. Şəmkirdəki durum belədir - gözünü yum və əlini hər hansı bir istiqamətə tuşla. Ətrafındakılar barmaqlarının Fazil Məmmədovun zavodu, quşçuluq fabriki, restoranı, hoteli, çayxanası, çörək zavodu, istirahət mərkəzi, gölü, istixanası və hətta özəl meşəsinə tuşlandığını deyəcəklər. Bəli, Şəmkirdən Gədəbəy istiqamətinə irəliləsən və gözün meşəyə sataşsa, tərəddüd etmədən rahatca “bura da Fazil Məmmədovundur” deyə bilərsən və yanılmayacaqsan.
Gədəbəyin Yasamal aşırımlarındakı “Yastı meşə”si də məhz Fazil Məmmədovun nəzarəti altındadır, orada dəbdəbəli imarətlər inşa etdirib. 1 gün də olsun oralardakı imarətlərdə yaşamasa da, Şəmkir və Gədəbəydən olan sakinlər daha oralara istirahətə gedə bilmirlər. Həmin meşələr onların üzünə həmişəlik bağlanıb.
Gədəbəyin özündə isə Fazil Məmmədovun kadrı Ramiz Yediyarov “balaca padşah”lıq edir. İş adam Fəxrəddin Bağırovun başına açdığı müsibətlər haqda ötənlərdə yazmışdıq. Vaxtilə vergi işçisi olmuş Ramiz Yediyarov 3 ay əvvəl yuxusuna haram qatıb plan cızmış, səhər isə sahibkarın obyektinə hücum təşkil etmişdi. Öz hikkəsinə rayondakı dövlət qurumlarının nümayəndələrini də bulaşdıran icra başçısı sahibkarın obyektinin qapı-pəncərələrini, darvazasını daşla hördürmüşdü. Fazil Məmmədov büdrəyəndən sonra Ramiz Yediyarov qorxuya düşüb obyektin qonşuluğundakı həyətdən ora yol açdırmışdı. Rayona sonuncu səfərimiz zamanı sahibkarın obyektinin qapılarını hörülmüş gördük. Yerli sakinlərdən xəbər aldıq, dedilər ki, Fəxrəddin Bağırov rayondan 3 ay əvvəl çıxandır və geri qayıtmayıb. Obyekt isə ağzı günə qalıb, fəaliyyətsizdir. Vergi işçisi olan başçı bir sahibkarı beləcə vergi ödəməkdən, büdcəyə xeyir verməkdən uzaqlaşdırıb. Obyektdə çalışanları da işsiz qoyub.
Başçının qanunsuz tikdirdiyi yanacaq doldurma məntəqəsi
Sən demə, gözdən-könüldən uzaq Gədəbəydə Ramiz Yediyarovun işi elə sahibkarlara qarşı qanunsuzluqlar etməkdən ibarətmiş...
Gədəbəydə ilk diqqətimizi cəlb edən Şəhidlər Xiyabanı qarşısında yöndəmsiz inşa olunan yanacaqdoldurma məntəqəsi oldu. Öyrəndik ki, məntəqə başçının göstərişi ilə tikilib. İllər əvvəl bir sahibkarın sökülmüş obyekti əvəzinə ona verilməli olub. Sahibkar gəlib, məntəqəyə baxıb və onu qəbul etmək istəyib. Başçının adamları ona deyiblər ki, sənəd-filan olmayacaq, yoxdur. Yəni məntəqə qanunsuz tikilib. İcra başçısının qəbuluna gedən sahibkar məsələni aydınlaşdırmaq istəyib. Lakin İcra hakimiyyəti binasında quraşdırılan polis, şəxsi cangüdən və katibə postlarını keçib başçısının qəbuluna düşə bilməyib. Bəli, Ramiz Yediyarovun qəbuluna düşmək üçün 1 turniket və 3 post keçməlisən. Dəmiraxtaranla başdan-ayağa kimi yoxlamaya hazır olmalısan. Bir sözlə, prezidentin məmurlara, icra başçılarına yönəlik çıxışlarında sadəlik, xalqa xidmət kimi çağırışlarını Gədəbəy İcra Hakimiyyətində əxz edən yoxdur.
Sakinlər deyirlər ki, obyekti sökülərkən sahibkara hər cür dəstək vəd edən Ramiz Yediyarov sonradan ondan gen gəzib. Odur ki, Şəhidlər Xiyabanı önündə qanunsuz tikilən məntəqə işə başlamayıb. Sahibkarın müxtəlif orqanlarına şikayətlərini də icra başçısı önləyə bilib. Yerli sakinlərdən öyrəndik ki, başçı bu obyekti satmaq üçün illərdir müştəri axtarır, məntəqə qanunsuz tikildiyindən kimsə ora yaxın düşmür. Üstəlik, digər iş adamları obyekti dağıdılmış sahibkarın haqqına girmək istəmirlər. Bundan başqa, məntəqə faktiki olaraq barıt çəlləyini xatırladır. Yetər ki, məntəqədəki çənlərə benzin və ya digər tez alışan maye doldurulsun. Səbəb də budur ki, obyekt qaz kəmərinin yaxınlığında və 10 kilovoltluq elektik xəttinin altında tikilib. Adi bir ehtiyatsızlıq, qığılcım ərazidə böyük bir partlayış, yanğının meydana gəlməsinə səbəb ola bilər...
Əli Abdullayevə kompensasiya əvəzi verilməsi adı ilə tikilən, ona verilməyən obyekt
Mərhum iş adamı Əli Abdullayevə qarşı Ramiz Yediyarovun törətdiklərini isə Gədəbəydə bilməyən az adam var. Rayondakı ilk özəl hotelin sahibi Əli Abdullaeyvə heç bir kompensasiya ödəmədən obyekti bir gecənin içində uçurulmuşdu. Uzun-uzadı çəkişmələrdən sonra başçı obyektin qanunsuz söküldüyünü etiraf edərək iş adamına Gədəbəyin Heydər Əliyev prospektində 3 mərtəbəli bina tikib veriləcəyini bildirmişdi. Bu sövdələşmədən az sonra Əli Abdullayev qəfil və müəmmalı şəkildə dünyasını dəyişdi. Yerli sakinlər Əli Abdullayevə verilməli olan 3 mərtəbəli binanın tikintisinin çoxdan başa çatdırıldığını, amma mərhum sahibkarın vərəsələrinə, ailəsinə verilmədiyini deyirlər. Ramiz Yediyarovun həmin əmlakı da digər şəxslərə satmaq planının varlığı haqda danışırlar. Hazırda başçının göstərişi ilə binada Gədəbəy rayon Uşaq Yaradıcılıq Mərkəzi yerləşir. Sakinlər deyir ki, mərkəzin binası daha perspektivli yerdə olduğu üçün başçı “hamam suyundan özünə dost tutub”. Sahibkarın obyektini dağıdıb, ona kompensasiya olaraq vəd edilən tikilini isə mərkəzə verməklə bu qurumun əvvəlki əmlakını da öz mal-mülkünə qatıb. Heydər Əliyev prospektindəki binanın yerləşdiyi torpaq sahəsi isə başçının etibarlı adamı, YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyevin anası Xalidə Ehsan qızının adına rəsmiləşib. Ərazidə çəkiliş apararkən məlum oldu ki, bu bina da qaz xəttinin yaxınlığında inşa olunub...
Slavyanka kəndində əkin sahələrinin tən ortasında zəbt olunan torpaq
Şəmkirdə Fazil Məmmədov hər tin-bucaqda korrupsiya pulları hesabına obyektlər tikdirməklə ad çıxarıbsa, onun Gədəbəydəki kadrı Ramiz Yediyarov sahibkarların obyektlərini dağıtması ilə “şöhrət” tapıb. Söküntü işləri icra başçısına bir tərəfdən perspektivli torpaq sahələrinə “əl qoymağa” imkan verib, digər tərəfdən isə yeni inşa edilən obyektlərin onun “çətiri” altına yığılmasına yol açıb. Sahibkarların obyektləri dağıdılan günlərdə Ramiz Yediyarov rayonun 20 Yanvar küçəsində ticarət mərkəzi tikdirib. Sahibkarlara da həmin mərkəzdə obyektlər veriləcəyi vəd olunub. Sənəd-sübutlu obyektləri dağıdılan sahibkarlar ticarət mərkəzinin 10 və 35 kilovoltluq elektrik xətlərinin altında yerləşdiyini və ərazinin ticarət üçün əlverişsizliyini görüb ora köçməyə həvəs göstərməyiblər. 10 və 35 kilovoltluq elektrik xətlərinin dəmir dayaqları bu mərkəzin ərazisindədir. Xırda bir nasazlıq yüksəkgərginlikli xətlərin əraziyə düşərək, hər an böyük faciəyə səbəb ola biləcəyini söyləməyə əsas verir. Ərazidə tikinti aparılmasını tapşıran Ramiz Yediyarov belə bir olay baş versə, yəqin ki, yaxasını kənara çəkəcək. Deyəcək ki, tikintidən xəbəri olmayıb. Ortada Binəqədidə bina yanğını zamanı Xaləddin İsgəndərovun özünü necə aparması, 1-ci müavinini “rasxod”a verməsi nümunəsi var.
10 və 35 kilovoltluq elektrik xəttlərinin altında qanunsuz tikilən ticarət mərkəzi
Ramiz Yediyarovun pay torpaqlarını payi-mal etməsi də rayonda müzakirə mövzularındandır. Dağlar qoynundakı Gədəbəydə gözəgəlimli bir yer oldusa, “əkin sahəsidir”, “təyinatı başqadır” kimi qadağalar işə yaramır. Gədəbəydə bir qanun işləyir - Ramiz Yediyarovun qanunları. Slavyanka kəndində də bunu bilməyən yoxdur. Başçı qəbiristanlıqdan bir qədər yuxarıda yerləşən pay torpağında tikinti aparılmasını əngəlləməyib. Daş töküb, əkin sahələrinin tən ortasında hasar çəkiblər, ev tikilməsi üçün hazırlayıblar. Əlbəttə ki, başçının göstərişi, razılığı olmasa, kimsə daşı daş üstə qoya bilməz. Bunu Gədəbəydə bilməyən yoxdur. Nə vaxtsa bir rayonda sahibkarlığın necə çökdürülməsi haqda kitab yazılsa, müəllifin Ramiz Yediyarovun fəaliyyətini təftiş etməsi yetər...
“Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Şirvanda insult keçirən adama əlillik verilmir – Nazirliyə şikayət
Bu gün, 19:02 |
|
|
|
• Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? - NƏ ETMƏLİ?
Bu gün, 19:00 |
|
|
|
• “Veteran pulu” nə qədər artırılacaq? - AKTUAL
Bu gün, 18:58 |
|
|
|
• Tehran artıq başa düşür ki... - ŞƏRH
Bu gün, 18:24 |
|
|
|
• Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Bu gün, 18:11 |
|
|
|
• DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Bu gün, 18:00 |
|
|
|
• Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Bu gün, 17:59 |
|
|
|
• Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Bu gün, 17:55 |
|
|
|
• Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Bu gün, 17:53 |
|
|
|
• Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:49 |
|
|
|
• İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Bu gün, 17:41 |
|
|
|
• BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Bu gün, 17:36 |
|
|
|
• Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Bu gün, 17:29 |
|
|
|
• "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Bu gün, 17:24 |
|
|
|
• Azərbaycanda MTK MMC-yə çevrilir
Bu gün, 17:22 |
|
|
|
• Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Bu gün, 17:17 |
|
|
|
• Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Bu gün, 17:05 |
|
|
|
• 14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Bu gün, 17:03 |
|
|
|
• “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Bu gün, 17:01 |
|
|
|
• "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Bu gün, 16:52 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 16:45 |
|
|
|
• "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Bu gün, 16:40 |
|
|
|
• Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Bu gün, 16:33 |
|
|
|
• “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Bu gün, 16:23 |
|
|
|
• Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Bu gün, 16:20 |
|
|
|
• Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Bu gün, 16:19 |
|
|
|
• Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Bu gün, 16:17 |
|
|
|
• Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Bu gün, 16:14 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Bu gün, 16:13 |
|
|
|
• Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Bu gün, 16:07 |
|
|
|
• Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Bu gün, 16:05 |
|
|
|
• İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Bu gün, 16:03 |
|
|
|
• Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Bu gün, 16:00 |
|
|
|
• Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Bu gün, 15:58 |
|
|
|
• Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Bu gün, 15:45 |
|
|
|
• Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Bu gün, 15:44 |
|
|
|
• Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 15:43 |
|
|
|
• Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Bu gün, 15:42 |
|
|
|
• Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Bu gün, 15:09 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 15:07 |
|
|
|
• Kredit götürmək çətinləşəcək? – BOKT-larla bağlı YENİ QƏRAR: “300 min nə puldur?!”
Bu gün, 15:05 |
|
|
|
• Şikayətçi də, problemin "həlli" də əvvəlcədən hazırlanır – Onun bu qəbullarda nə işi var?
Bu gün, 15:01 |
|
|
|
• Ermənistan uğrunda son savaş – Tarix dəqiqləşdi, Azərbaycanı nə gözləyir?
Bu gün, 14:58 |
|
|
|
• Oğul atasına xəbər verdi: "Anam kişilərlə danışır..." - Qanlı cinayətin şok təfərrüatı
Bu gün, 14:50 |
|
|
|
• Saleh Məmmədovun rəhbərlik etdiyi qurum qəzaya düşən sürücüyə təzminat ödəyəcək
Bu gün, 14:49 |
|
|
|
• Putinin DƏNİZ QORXUSU... - GƏLİŞMƏ
Bu gün, 14:48 |
|
|
|
• Həyatımızı kabusa çevirən dönərlər -:Zəhərlənməmək üçün nə etmək lazımdır?
Bu gün, 14:20 |
|
|
|
• Şabranlı sahibkar Mehdiyevin kürəkəninin sürtülmüş iddiasına yenidən baxılmasına etiraz edir - DETALLAR
Bu gün, 14:15 |
|
|
|
• “Sərxan” Bakıdakı canilərdən daha pisdir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:02 |
|
|
|
• Müəmmalı "minimum" istehlak səbəti... - Vətəndaşın yaşayış minimumu ilə dolanması mümkün deyil
Bu gün, 14:00 |
|
|
|
|