Vərəm xəstəsi başçıdan kömək istəsə də... - GİLEY
Tarix: 22-02-2018, 09:28 |
Çap et
Quba rayon sakini Davud Manafov redaksiyamıza üz tutaraq, rayonun aidiyyəti qurumları tərəfindən olmazın haqsızlıqlarla üz-üzə qaldığını bildirir. O, vurğulayır ki, «hərbi xidmət dövrü səhhətimdə əmələ gələn problemlər səbəbindən, düz 37 ildir ki, vərəm xəstəsiyəm:
"Rayonun Səhiyyə Şöbəsinin rəhbərliyi müalicə və müayinəmlə bağlı müraciətlərimi qulaqardına vurur və mənə hər hansı dərman preparatlarının verilməsində kömək əlini uzatmır. Bu cür haqsızlıqlarla üz-üzə qaldığımdan və problemlərimin həllinə kömək göstərilməsi məqsədilə bir müddət bundan əvvəl RİH Aparatında olsam da, təəssüflər olsun ki, adı çəkilən qurumda müavin vəzifəsini daşıyanlar sanki məni qapıdan «it kimi qovdular». Son anda məcbur olub Bakı şəhərindəki 6 saylı Vərəm Dispanserinə üz tutdum. Çünki, səhhətimdəki ağrılar günü-gündən çoxalır və məni heç cür rahat buraxmırdı. Başa düşə bilmirəm ki, Quba rayon Səhiyyə Şöbəsi dövlətin vərəm xəstəsi olanlara ayırdığı dərmanları, bir çox vəsaitləri və s. hara «qeybə» çəkdirir ki, mən və mənim kimi olanlar belə bir dərdə düşürük. Dövlətimiz bizə diqqət göstərir, rayondakı vəzifə sahibləri isə bizə «buynuz» göstərirlər. Onların atdıqları addımlar, birbaşa ölkə rəhbərinin həyata keçirdiyi siyasətə edilən xəyanətdən başqa bir şey deyil".\\bia.az\\