ƏƏSMN sistemindəki yeyintilərin KİLİD İSMİ: Əjdər Ol - İTTİHAM
Tarix: 22-05-2018, 09:04 | Çap et
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev yeni təyinatının ilk günlərindən sərt qərarlar verməyə başlayıb. O, “köhnə qvardiya”nın əsas fiqurlarını zərərsizləşdirməkdə davam edir. Belə ki, S. Babayevin əmri ilə Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Yasamal, Suraxanı, Xətai və Sabunçu rayon şöbələrinin müdirləri də işdən kənarlaşdırılıb.
Qeyd edək ki, DSMF-nin Suraxanı rayon şöbəsinin müdiri Şahalı Cəbiyev adıçəkilən nazirliyin sabiq Aparat rəhbəri Əjdər Cəbiyevin, Sabunçu rayon şöbəsinin müdiri Əlibarat Poladov isə Səhiyyə Nazirliyinin Tibbi Yardımın Təşkili Şöbəsinin müdiri Gülmirzə Poladovun qardaşıdır. Bundan əlavə, Daxili nəzarət şöbəsinin müdir müavini, nazirlikdə Aparatın ümumi şöbəsinin müdiri də işdən çıxarılıb.
Yeni nazir sələfi Səlim Müslümovun kadrlarını işdən kənarlaşdırmaqla yanaşı, onun qurduğu sistemə də “əl gəzdirməyə” başlayıb. S. Babayev nazirliyin həyata keçirdiyi bütün sahələrlə bağlı ilkin araşdırma apararaq, işçi qruplarının yaradılması barədə qərarlar verməkdədir. İstər əlilliyin müəyyənləşdirilməsi, istər pensiya təyinatı, istər ünvanlı sosial yardımın verilməsi, istərsə də digər sahələrlə bağlı sistemli işlərin görüləcəyi planlaşdırılır.
Nazirlikdəki mötəbər mənbə “Reytinq”ə deyib ki, nazir Sahil Babayev Səlim Müslümovdan fərqli olaraq populizmdən uzaq fəaliyyət xətti seçib:
“Yadınızdadırsa, Səlim Müslümov nazir təyin olunandan dərhal sonra geniş müşavirə keçirdi, elə oradaca, şou göstərirmiş kimi, xeyli vəzifəli şəxsi işdən kənarlaşdırdı. Doğrudur, onların əksəriyyəti sabiq nazir Füzuli Ələkbərovun formalaşdırdığı korrupsiya sisteminin icraçıları idi, amma onlarla bərabər xeyli peşəkar kadr da Müslümovun kadr siyasətinin qurbanı olmuşdu. Lakin Sahil Babayev fərqli metod seçib. Yəni, o, şəbəkənin bütün üzvlərini eyni vaxtda işdən uzaqlaşdırmır”.
Nazir korrupsioner şəbəkənin izinə düşüb
Məlumata görə, Sahil Babayevin əmri ilə nazirlikdə əlilliyin qiymətləndirilməsi ilə bağlı proseslərin təkmilləşdirilməsi, həmçinin müvafiq elektron sistemlərin imkanlarının genişləndirilməsi vasitəsilə vətəndaşların narazılığına səbəb olan halların aradan qaldırılması, əlilliyi olan şəxslərin reabilitasiyası və onların cəmiyyətə inteqrasiyası ilə bağlı zəruri işlərin görülməsi məqsədilə işçi qrupu yaradılıb:
“Yəni, nazir sistemdə dəyişiklik etmir, amma korrupsioner şəbəkənin “qol-budağını” kəsmək qərarı verib. Diqqət etdinizsə, nazir yeni yaradılan işçi qrupun qarşısında bir sıra vəzifələr müəyyən edib. Belə ki, işçi qrup əlillik təyinatlarının monitorinqinin həyata keçirilməsi istiqamətində Səhiyyə Nazirliyinin müvafiq işçi qrupu ilə birgə iş aparacaq. İşçi qrup Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq edilmiş "Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”yə və "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə dəyişikliklər edilməsi barədə təkliflər də hazırlamalıdır. Eləcə də, dövlət səhiyyə müəssisələri tərəfindən rəsmiləşdirilən göndərişlərin TSERAS-a ötürülmədən öncə Səhiyyə Nazirliyinin müvafiq məlumat bazaları ilə qarşılaşdırılması mexanizmi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Səhiyyə Nazirliyi arasında elektron məlumat mübadiləsinə dair sazişə əlavələr edilməsi, əlillərin bərpa mərkəzlərinin inkişafı üzrə konsepsiya layihəsi barədə təkliflər də işçi qrupu tərəfindən hazırlanmalıdır. Ötən həftə nazir, Səhiyyə Nazirliyi ilə birgə fəaliyyət müstəvisində aparılacaq işlər - əlilliyin qiymətləndirilməsi sisteminin daha təkmil səviyyədə qurulması ilə bağlı ciddi tapşırıqlar verdi”.
Şəxsiyyət vəsiqəsinin surəti ilə pensiyaya çıxanlar...
“Reytinq”i bilgiləndirən şəxs deyib ki, S. Babayev bu sahəyə yad şəxs olsa da, hədəfləri hələlik dəqiqdir. Onun qənaətincə, yeni nazirə korrupsiyaya uğramış sistemin “kilid nöqtələri”ni işarə verən bu sahəni dərindən bilən şəxslərdir:
“Ötən ilin iyulunda pensiya yaşı artırılmaqla, 12 illik staj məsələsi ləğv olundu. Bu səbəbdən də pensiya kapitalı yetərli olmayanların əlillik dərəcəsi alaraq pensiyaya çıxması o qədər də səmərəli olmur. Yəni, lazımi kapital olmadığına görə, sistemdə pul qazanan şəbəkə çıxış yolunu birinci qrup əlillik dərəcəsi “satmaqda” gördülər. Amma bu şəbəkə nümayəndələrinin pul qazanmaq hərisliyi o həddə çatmışdı ki, heç bir əndazəni gözləmirdilər. Hətta tək şəxsiyyət vəsiqəsinin surəti ilə pensiyaya çıxanlar da var. Yəni, adam şəxsiyyət vəsiqəsinin surətini təqdim edir, onun adına köhnə tarixə epiqriz hazırlanır, sonra forma 88 yazılaraq sistemə vurulur və təsdiqlənir. 15-20 gün sonra isə həmin şəxsə “get, bankdan pensiya kartını götür”,- müjdəsi verilir. Təbii ki, bu “xidmət”in qarşılığında 4500-5000 manat pul ödənilir. Amma bu şəbəkə elə formalaşdırılıb ki, konkret işi görən şəxsin kimliyi bilinmir. Yəni, hər rayonda “makler”lik edən bir şəxs tapılır və onun vasitəsi ilə tanıdıqları şəxslər pensiyaya çıxarılır”.
TSEK rəhbərlərinə xəbərdarlıq
Sözsüz ki, əlilliyin müəyyən olunması prosesindəki bu dərəbəylik nazirin diqqətindən yayına bilməz. Belə ki, iki gün oncə S.Babayev Nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində müşavirə keçirdi. Nazir müşavirədə əlilliyin qiymətləndirilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində fəaliyyətin təkmilləşdirilməsinin, bu sahədə də şəffaflıq yaradılmasının Nazirlik qarşısında əsas vəzifələrdən biri olduğunu vurğulayıb. Nazir bildirib ki, əlillik təyinatlarının həyata keçirilməsində mövcud olan vəziyyəti qənaətbəxş hesab etmək olmaz. "Əlilliyin qiymətləndirilməsi prosesi tam qanunvericilik çərçivəsində icra olunmalıdır. Kimin ki, qanunla əlillik qrupu almağa hüququ çatır, onların bu hüququ süründürməçiliyə yol verilmədən, onlarda narazılıq yaratmadan təmin edilməlidir. Digər tərəfdən, əlillik vəziyyətində olmayan şəxslərə bilərəkdən əsassız şəkildə əlillik qrupu təyin edilməsi hallarına yol verilməməlidir”, – deyə S. Babayev bildirib.
Belə hallara yol verən əməkdaşların aşkar edilərək heç bir güzəşt olmadan sərt şəkildə cəzalandırılacağını qeyd edən S. Babayev diqqətə çatdırıb ki, ümumilikdə saxta əlillik təyinatlarına yol verilməsi və əlilliyin təyin olunmasında süründürməçilik hallarının qarşısının alınması üçün sistemli tədbirlər görüləcək. Artıq nazirlikdə müvafiq işçi qrupu yaradılıb. Həmin işçi qrup Səhiyyə Nazirliyinin müvafiq işçi qrupu ilə birgə müəyyən bir dövr üzrə əlillik təyinatları ilə bağlı araşdırmalar aparır. Bu araşdırmaların nəticələrinə uyğun olaraq ciddi tədbirlər görüləcək. Müvafiq qanunvericilikdə də zəruri təkmilləşdirmələr aparılacaq.
Həkimlərlə TSEK-lərin kodlu işbiliyi
Mənbəmizin sözlərinə görə, xüsusən də son on ay ərzində sistemə vurulan birinci qrup əlilliklə bağlı sənədləri yenidən yoxlamaya qaytarıblar. “Əlilliyin qiymətləndirilməsi hazırda səhiyyə müəssisələrinin elektron sisteminə daxil etdikləri göndərişlər əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən yerinə yetirilir ki, bu sistemin təkmilləşdirilməsi üçün də təkliflər hazırlanacaq. Nazir də qabaqcıl beynəlxalq meyarlara uyğun olaraq, əlilliyin əmək qabiliyyətinin itirilmə faizinə uyğun qiymətləndirilməsi sisteminin yaradılmasının əsas hədəflərdən olduğunu bildirib. Əslində elektron sistem yaxşıdır, lakin bunun da mənfi tərəfləri var idi. Belə ki, həkim əlilik dərəcəsini müəyyənləşdirir, forma 88-i sistemə vurur, həmin sənəd 3 ayrı-ayrı TSEK-ə göndərilir. Yəni, TSEK-də kompüter arxasında oturan mütəxəssis xəstəni görmür, sənədə baxır, ya təsdiq edir, ya da etirazını bildirir. Belə etirazlar çox olduğuna görə, ciddi narazılıq yaranmışdı. Çünki elektron sistemə keçiddən sonra həqiqətən xəstə olanlara əlillik dərəcəsi verilmirdi, onlar da haqlı olaraq Prezident Administrasiyasından tutmuş, bütün qurumlara şikayət edirdilər”.
Məlumatlı şəxs bu sistemdə qurulan işbirliyinin gizli tərəfini də açıb. Deyib ki, forma 88-i hazırlayıb sistemə vuran həkimlərlə onu təsdiqləyən TSEK əməkdaşlarının işbirliyi var:
“Nəzərinizə çatdırım ki, hər bir həkimin öz kodu var. Sistemə vurulan forma 88-də həmin kod qeyd olunur. TSEK əməkdaşı həmin kodun hansı həkimə məxsus olduğunu bilir. Bu sistemə də Nazirliyin sabiq Aparat rəhbəri Əjdər Cəbiyev rəhbərlik edirdi. Yəni, hansı işlərin təsdiqlənməsinə onun tapşırıq verdiyi adamlar qərar verirdilər. Əgər iş “razılaşdırılmış” olardısa, təsdiqlənirdi. Amma Əjdər Cəbiyevin “vurulmasından” sonra bu şəbəkənin də fəaliyyətinin üstü açılıb. Ona görə də nazir, TSEK rəhbərlərinə xəbərdarlıq etdi ki, bu günə kimi nə olub-olub, amma bundan sonra heç kimə güzəşt olmayacaq”.
Müslümovun daha bir kadrı gizlənir
Bizi bilgiləndirən şəxs nəzərə çatdırıb ki, elektron sistemin başında dayanan və söz sahibi olan şəxs ƏƏSMN-nin İnformasiya texnologiyaları şöbəsinin müdiri Elnur Məcidovdur. Onun sözlərinə görə, E.Məcidov sabiq nazir Səlim Müslümovun ən yaxın kadrlarından sayılır, lakin S.Babayev hələ də onu vəzifədə saxlayır:
“Məlumat üçün deyim ki, Elnur Məcidov sıradan şöbə müdiri deyil. O, elektron sistemin formalaşdırılmasında iştirak edən, necə deyərlər, bu sistemin yaradıcılarından sayılır. Məhz, buna görə də Səlim Müslümov bu sistemdəki bütün işləri onun öhdəsinə buraxmışdı. Təbii ki, sistemin alt qatında həyata keçirilən qaranlıq işlər də Elnur Məcidovun iradəsindən kənar baş verə bilməzdi.
Bildiyiniz kimi, son illər ünvanlı sosial yardımın verilmə prosesi də elektronlaşıb. Bu sistem şəffaflıq və ədalətli bölgü məqsədiylə qurulsa da, buradakı “əyri əllər”in müdaxiləsi nəticəsində şəffaflıqdan söhbət gedə bilməz. Yəni, elə bir şərait yaradırlar ki, heç kim sistemin müəyyənləşdirdiyi konkret adamların iradəsindən kənar ünvanlı sosial yardım ala bilmir. Həmin konkret şəxslər isə bu müavinətin 7-9 ayına şərik olurlar. Həmin vəsaitin bir ayı aşağıdakı işçilərə, qalan hissəsi isə zəncirvari olaraq “yuxarılara” ötürülür”.
Elə bu səbəbdən də nazir Sahil Babayev bu sahəyə açıq müdaxilə etməyi vacib bilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi sisteminin təkmilləşdirilməsi məqsədilə işçi qrupu yaradılıb. İşçi qrup müvafiq qanunvericilik bazasının təkmilləşdirilməsi, Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) vasitəsilə ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması və verilməsində neqativ hallara şərait yaradan amillərin aradan qaldırılması, ünvanlılığın artırılması üçün təkliflər hazırlayacaq. Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət etmiş ailənin maddi-məişət şəraitinin müayinəsi, ünvanlı dövlət sosial yardımının təyinatı prosesində şəffaflığın tam təmin edilməsi, vətəndaşlara daha keyfiyyətli və şəffaf xidmətlərin göstərilməsi, vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə də təkliflərin hazırlanması təmin olunacaq.
DSMF-dən narazlıq və təftiş...
Onu da nəzərə çatdıraq ki, DSMF ƏƏSMN-nin şah damarı sayılır. S. Müslümov da nazir postuna bu sistemdən gəldiyi üçün bu qurumun “kilid nöqtələri”nə yaxın adamlarını yerləşdirmişdi. Hətta Elman Mehdiyevin sədr olduğu dönəmdə belə, DSMF-yə Müslümovun özü nəzarət edirdi. Elə bu səbəbdən də DSMF-də formalaşan korrupsiya sisteminin kökü dərinə gedir. Bu qurumda ciddi yoxlamalar aparılmadığından orada baş verənlər gizli qalıb. Heydər Əsədov Hesablama Palatasının rəhbəri olduğu dövrdə DSMF-də “hər şey qaydasında” olub. Sonrakı dövrdə də, nazir şəxsi nüfuzu hesabına qurumda detallı yoxlama aparılmasına imkan vermirdi. Amma hər hansı bir nöqsan üzə çıxan kimi, o dəqiqə həmin məmuru qurban verərək özünü təmizə çıxara bilirdi. Səlim Müslümovun gedişindən sonra isə ilkin araşdırmalar zamanı ciddi nöqsanlar üzə çıxdı. Hətta qeyri-rəsmi məlumatlara görə, ümumilikdə həcmi milyardla ölçülən yeyintilər olub. Bu mənada yeni nazirin DSMF ilə bağlı təftiş əmri verməsi təsadüfi deyil.
Son iclasda da Fondun fəaliyyətinin nəticələrinin qənaətbəxş olmadığını qeyd edən nazir diqqətə çatdırıb ki, sosial təminat növlərinin təyinatı ilə əlaqədar müraciət edən vətəndaşlara həssaslıqla yanaşılmalıdır. Onlara qanunla nəzərdə tutulan təminat növlərinin təyin edilməsi zamanı süründürməçiliyə yol verilməməlidir. Vətəndaşlarla kobud münasibətə yol verilməsi halları aradan qaldırılmalı, müvafiq hallarda insanlara qanunvericiliyin tələbləri barədə sadə və aydın şəkildə dolğun izahatlar verilməldir. Sosial sığorta daxilolmaları ilə bağlı proqnozun icrasının Fondun fəaliyyətinin əsas məqsədlərindən olduğunu qeyd edən S.Babayev vurğulayıb ki, bu sahədə çatışmazlıqlar özünü göstərir. Fond həmin istiqamətdə fəaliyyətini gücləndirməli, eyni zamanda, bu proqnozların düzgün, reallığa əsaslanan şəkildə tərtib edilməsini də vacib şərt kimi diqqətdə saxlamalıdır. Debitor borcların yaranması hallarına yol verilməməli, sosial sığorta ödəyicilərinə münasibətdə subyektiv, qeyri-bərabər yanaşmaya son qoyulmalı, bütün səylər də qanunla ödənilməli olan sosial sığorta vəsaitlərinin ödənilməsinə yönəlməlidir.
“Pensiya bosu” Çingiz Əliyev postdadır...
Maraqlı məqamlardan biri də odur ki, S. Babayev pensiya təyinatı ilə bağlı məmur-vətəndaş əlaqəsinin minimuma endirilməsi üçün pensiya təyinatı sisteminin tam avtomatlaşdırılması barədə tapşırıq verib. Amma bu sahədə çalışanlar həlilik bunun hansı mexanizmlə gerçəkləşdiriləcəyinin sual altında olduğunu vurğulayırlar.
Qeyd etmək yerinə düşər ki, nazir Sahil Babayev pensiya təminatı ilə bağlı problemlərə işıq salaraq, narazılığıanı ifadə etsə də, bu sektora cavabdeh olan şəxslə bağlı qəti qərar verməyə tələsməyib. Belə ki, Nazirliyin Sosial sığorta və pensiya siyasəti şöbəsinin müdiri Çingiz Əliyev də Səlim Müslümovun əsas kadrlarından sayılır.
Məlumat üçün bildirə ki, Ç.Əliyev S.Müslümovun DSMF-dən bəri ən yaxın kadrlarından biridir. Prezident İlham Əliyevin uyğun fərmanına əsasən, Dövlət Sosial Müdafiə Fondu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edildikdən sonra, S. Müslümov onu özü ilə nazirliyə gətirib.
Həmin dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsində aparılan dəyişikliklərlə, əmək pensiyaları və sosial sığorta sahələrində vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək və qanunvericiliyə uyğun olaraq həmin siyasətin həyata keçirilməsinin təmin olunması nazirliyin fəaliyyət istiqamətləri sırasına daxil edilib. Sosial sığorta və pensiya siyasəti şöbəsi də müvafiq sahədə vəzifələrin yerinə yetirilməsini, o cümlədən sosial sığorta və pensiya sistemi ilə bağlı normativ hüquqi aktların, aidiyyəti fəaliyyət sahələri üzrə proqram və layihələrin, təlimatı-metodiki göstərişlərin işlənib hazırlanmasını, təkliflərin verilməsini təmin edəcək. Şöbənin müdiri vəzifəsinə əvvəllər Dövlət Sosial Təminat Xidmətinin rəisi vəzifəsində çalışmış Çingiz Əliyev təyin olunmuşdu.
Onun xidmət rəisi olduğu dövrdə də, Nazirliyin Sosial sığorta və pensiya siyasəti şöbəsinin müdiri çalışdığı müddətdə də S.Müslümovun əsas kadrı kimi özünü göstərib. Yəni, bu gün ümumi sitemdən narazılıq varsa, bu məsələdə Ç.Əliyevin də payı az deyil. Bu mənada yeni nazirin onu vəzifədə uzun müddət saxlayacağı inandırıcı deyil.
İki nazirin iki qohumu – Hərbiçilərin pensiyası necə hesablanıb?
Onu da da qeyd edək ki, S. Müslümov nazir olduğu dönəmdə yaxın qohumlarını ətrafına toplamışdı. Onlar da nazir qohumlarının himayəsi nəticəsində istədikləri kimi hərəkət edirdilər. S. Müslümov vəzifədən gedən kimi isə “nişangaha” gəldilər.
Məlum olduğu kimi, Hesablama Palatası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsində nəzarət tədbiri həyata keçirir. Qeyd edək ki, Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə sabiq nazir Səlim Müslümovun həyat yoldaşının qardaşı Ağalar Xasayev rəhbərlik edir.
Hesablama Palatası tərəfindən adıçəkilən idarədə bu ilin aprelin 2-dən nəzarət tədbiri başlanılıb və may ayının sonunda başa çatdırılması nəzərdə tutulur. "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsində nəzarət tədbiri 2017-ci ilin dekabr ayında təsdiq olunmuş "Azərbaycan Respublikasının Hesablama Palatasının 2018-ci il üçün iş planı"na uyğun olaraq həyata keçirilir", - deyə məlumatda vurğulanıb. Nəzarət tədbirinin nəticələri Hesablama Palatasının kollegiya iclasında müzakirə edilərək təsdiq olunduqdan sonra qanunvericiliklə müəyyən edilmiş qaydada açıqlanacaq.
Bir məqamı da nəzərə çatdıraq ki, Müdafiə Nazirliyi Mərkəzi hərbi həkim komissiyasından son illər daha çox zabit və gizirin xəstəliklə pensiyaya çıxdığı bildirilir. Yəni, bu qurum əlillik dərəcəsi verir, DSMF-nin Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsi onların pensiya təminatını həyata keçirir. Görünən odur ki, bu iki qurum arasında münsibətlər elə də soyuq olmayıb.
Onu da vurğulayaq ki, Müdafiə Nazirliyi Mərkəzi hərbi həkim komissiyasının rəisi, tibb xidməti polkovnik-leytenantı Elxan İbrahimov Müdafiə naziri Zakir Həsənovun bacanağıdır. Elxan İbrahimov 2000-ci ildə leytenant rütbəsi ilə hərbi xidmətə başlayıb. Ona mayor (2008-ci il) və polkovnik-leytenant (2013-cü il) baş zabit rütbələri də Daxili qoşunlarda xidmət etdiyi müddətdə daxili işlər nazirinin müvafiq əmrləri ilə verilib. E. İbrahimov 6 dekabr 2013-cü il tarixindən Daxili Qoşunlar Baş İdarəsinin Tibb xidmətinin hərbi həkim komissiyasının sədri vəzifəsindən xidmətini davam etdirmək üçün müdafiə nazirinin sərəncamına göndərilib. Yəni, onun da nazir qohumu olmağı karyera pillələrində yüksəlməsinə yardım olub.
Bizi bilgiləndirən şəxs nəzərə çatdırıb ki, nazir Sahil Babayev vəzifəyə təyin olunandan bəri bir çox sahələrlə bağlı araşdırma aparsa da, sağlamlıq imkanları məhdud olan uşaqlar üçün internat məktəbləri, qocalar evi, pansionatları diqqətdən yayındırb. “İlk baxışdan bu qurumlar gözə dəyməsə də, əslində həmin qurumlarda da böyük yeyintilərə yol verilir. Özü də orada təkcə büdcə vəsaitləri deyil, müxtəlif şəxslər tərəfindən edilən yardımlar da “yeyilir”. Məndə olan məlumata görə, bu cür müəssisələrdə orta hesabla ayda 20-30 min manat vəsait toplanır. Təbii ki, bu vəsaitin hamısı müəssisə rəhbəri tərəfində mənimsənilmir. Vəsaitin ən azı yarısı yuxarı ötrülür”, – deyən müsahibimiz nəzərə çatdırıb ki, bu qurumlara da təsadüfi adamlar rəhbər təyin olunmayıblar. Onun sözlərinə görə, Səlim Müslümov nazir olduğu dövrdə bu müəssisələrə özünə yaxın adamları rəhbər təyin edib: “Belə demək mümkündürsə, bu sahəni də “monopoliyaya” alanlar var. Belə ki, Şağanda yerləşən Müharibə Əlilləri üçün Müalicə Pansionatının direktoru Pərvanə Əsədova Bilgəhdəki Qocalar Evinin direktoru Qətibə Əsədovanın qızıdır. Hər iki şəxs Səlim Müslümova yaxınlığı ilə seçilib. Qətibə Əsədova Səlim Müslümovun sayəsində qızı Pərvanə Əsədovanı Müharibə Əlilləri üçün Müalicə Pansionatına, bacısı qızını isə Şağan 3 saylı Fiziki və Əqli Qüsurlu Uşaqlar üçün İnternat Evinə direktor təyin etdirib. Bu sahə ilə bağlı mediada da maraqlı məlumatlar yer alıb. Bu günlərdə stimulxəbər saytında maraqlı bir məqam diqqətimi çəkdi. Bildirilir ki, S. Müslümov Pərvanə Əsədovanı müalicə pansionatının direktoru vəzifəsinə Sevgililər Gümü (təqvimin 14 fevral səhifəsi) təyin edib.
Saytın iddiasına görə, təyinatın həmin günə təsadüf etməsi də maraqlıdır. Hər halda, dəqiq bir söz deyə bilməsək də, söylənənlər bunlardır. Yəqin ki. Sahil Babayev bu sahəyə də diqqət ayıracaq”.
Yeni nazir “köhnə qvardiya” ilə bacarmır
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev vəzifədən çıxardığı iki şöbə müdirinin vəzifələrinin icrasını müavinlərinə həvalə edib. Nazirin əmri ilə Daxili nəzarət şöbəsinin müdiri vəzifəsinin icrası Günel Nəsibovaya, Kadr və kadr hazırlığı şöbəsinin müdiri vəzifəsinin icrası isə Südabə Cəfərovaya həvalə olunub. Onu da qeyd edək ki, mayın 8-dək Daxili nəzarət şöbəsinə Sultan Hacıyev, Kadr və kadr hazırlığı şöbəsinə isə Qurbanəli Əsədov rəhbərlik edib. Adıçəkilən şəxslər mayın 8-də Aparat rəhbəri Əjdər Cəbiyevlə birgə vəzifələrindən azad olunublar. Bizi bilgiləndirən şəxs isə deyib ki, Kadr və kadr hazırlığı şöbəsinin müdiri vəzifəsinin icrası tapşırılan Südabə Cəfərova “köhnə qvardiya”nın təmsilçisidir. Onun sözlərinə görə, S. Cəfərova Əjdər-Qurbanəli cütlüyünün yetirməsi sayılır.
“Bildiyiniz kimi, ƏƏSMN-də işə götürmək işinə Əjdər Cəbiyev nəzarət edirdi. O, sistemi elə ələ almışdı ki, onun razılığı olmadan hətta Səlim Müslümovun tapşırdığı adamlar belə işə götürülmürdü. Yəni, Əjdər Cəbiyevin hesabı çatmalı idi. Hesab verməyən namizədlər isə daxili imtahandan rahat keçmələri üçün Südabə Cəfərovanın yanına gəlməli olurdular. Onlara konspekt verilirdi və bunun hesabına imtahandan keçirdilər. Hesab verməyənlər isə müxtəlif yollarla “dolaşığa salınırdılar”. Bu mənada Südabə Cəfərovanın orada saxlanılması düzgün qərar deyil”, – deyə müsahibimiz fikrini tamamlayıb.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Tehran artıq başa düşür ki... - ŞƏRH
Bu gün, 18:24 |
|
|
|
• Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Bu gün, 18:11 |
|
|
|
• DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Bu gün, 18:00 |
|
|
|
• Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Bu gün, 17:59 |
|
|
|
• Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Bu gün, 17:55 |
|
|
|
• Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Bu gün, 17:53 |
|
|
|
• Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:49 |
|
|
|
• İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Bu gün, 17:41 |
|
|
|
• BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Bu gün, 17:36 |
|
|
|
• Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Bu gün, 17:29 |
|
|
|
• "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Bu gün, 17:24 |
|
|
|
• Azərbaycanda MTK MMC-yə çevrilir
Bu gün, 17:22 |
|
|
|
• Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Bu gün, 17:17 |
|
|
|
• Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Bu gün, 17:05 |
|
|
|
• 14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Bu gün, 17:03 |
|
|
|
• “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Bu gün, 17:01 |
|
|
|
• "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Bu gün, 16:52 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 16:45 |
|
|
|
• "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Bu gün, 16:40 |
|
|
|
• Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Bu gün, 16:33 |
|
|
|
• “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Bu gün, 16:23 |
|
|
|
• Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Bu gün, 16:20 |
|
|
|
• Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Bu gün, 16:19 |
|
|
|
• Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Bu gün, 16:17 |
|
|
|
• Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Bu gün, 16:14 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Bu gün, 16:13 |
|
|
|
• Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Bu gün, 16:07 |
|
|
|
• Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Bu gün, 16:05 |
|
|
|
• İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Bu gün, 16:03 |
|
|
|
• Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Bu gün, 16:00 |
|
|
|
• Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Bu gün, 15:58 |
|
|
|
• Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Bu gün, 15:45 |
|
|
|
• Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Bu gün, 15:44 |
|
|
|
• Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 15:43 |
|
|
|
• Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Bu gün, 15:42 |
|
|
|
• Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Bu gün, 15:09 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 15:07 |
|
|
|
• Kredit götürmək çətinləşəcək? – BOKT-larla bağlı YENİ QƏRAR: “300 min nə puldur?!”
Bu gün, 15:05 |
|
|
|
• Şikayətçi də, problemin "həlli" də əvvəlcədən hazırlanır – Onun bu qəbullarda nə işi var?
Bu gün, 15:01 |
|
|
|
• Ermənistan uğrunda son savaş – Tarix dəqiqləşdi, Azərbaycanı nə gözləyir?
Bu gün, 14:58 |
|
|
|
• Oğul atasına xəbər verdi: "Anam kişilərlə danışır..." - Qanlı cinayətin şok təfərrüatı
Bu gün, 14:50 |
|
|
|
• Saleh Məmmədovun rəhbərlik etdiyi qurum qəzaya düşən sürücüyə təzminat ödəyəcək
Bu gün, 14:49 |
|
|
|
• Putinin DƏNİZ QORXUSU... - GƏLİŞMƏ
Bu gün, 14:48 |
|
|
|
• Həyatımızı kabusa çevirən dönərlər -:Zəhərlənməmək üçün nə etmək lazımdır?
Bu gün, 14:20 |
|
|
|
• Şabranlı sahibkar Mehdiyevin kürəkəninin sürtülmüş iddiasına yenidən baxılmasına etiraz edir - DETALLAR
Bu gün, 14:15 |
|
|
|
• “Sərxan” Bakıdakı canilərdən daha pisdir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:02 |
|
|
|
• Müəmmalı "minimum" istehlak səbəti... - Vətəndaşın yaşayış minimumu ilə dolanması mümkün deyil
Bu gün, 14:00 |
|
|
|
• "Şiva yayı" Qafqazı hədəf alır: - Keyfiyyətsiz Hindistan silahları Ermənistana göndərilir
Bu gün, 13:58 |
|
|
|
• Fəzail Ağamalı, deputat qızı və oğlanları məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 13:22 |
|
|
|
• Zaqatalada dönərdən kütləvi zəhərlənmə ilə bağlı YENİ DETALLAR
Bu gün, 13:20 |
|
|
|
|