14 yaşlı qızın ÖLÜM SEÇİMİ, .....                     “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? .....                     "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var .....                     Ermənistan silahlanır .....                     "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi .....                     Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq .....                     “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... .....                     Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi .....                     Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? .....                     Yataq xəstəsi ilə bağlı paylaşım edildi: .....                     Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır .....                     Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb .....                     Azərbaycanlı müğənni 39 minlik çantası ilə .....                     Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib .....                     İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına .....                     Əmək hüquqlarını pozan şirkət 24 min, .....                     Naxçıvanda təhsil sahəsində nələr baş verir... .....                     Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib .....                     Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib .....                     Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib .....                     Azərbaycan Milli Konservatoriyasına yeni rektor .....                     Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? .....                     Ermənistan silahlanır .....                     Kredit götürmək çətinləşəcək? .....                     Şikayətçi də, problemin "həlli" də əvvəlcədən hazırlanır .....                     Ermənistan uğrunda son savaş .....                     Oğul atasına xəbər verdi: "Anam kişilərlə danışır..." .....                     Saleh Məmmədovun rəhbərlik etdiyi qurum .....                     Putinin DƏNİZ QORXUSU... .....                     Həyatımızı kabusa çevirən dönərlər .....                     Şabranlı sahibkar Mehdiyevin kürəkəninin sürtülmüş iddiasına yenidən baxılmasına etiraz edir .....                     “Sərxan” Bakıdakı canilərdən daha pisdir? .....                     Müəmmalı "minimum" istehlak səbəti... .....                     "Şiva yayı" Qafqazı hədəf alır: .....                     Fəzail Ağamalı, deputat qızı və oğlanları məhkəməyə verildi .....                     Zaqatalada dönərdən kütləvi zəhərlənmə ilə bağlı .....                     Biləsuvar sakini birinci qrup əlil olsa da, “ikinci qrup” kimi qeydiyyata alınıb .....                     "Rayonlara, dağlara gedəndən sonra özümü efirə yad hiss edirəm .....                     Abşeronda saxlanılan 9 nəfərdən 14 kiloqram müxtəlif növ narkotik vasitə aşkarlanıb .....                     Bu, Əliyevin qələbəsidir .....                 

Şübhəli yanğında Səlim Müslümov izi... - İDDİA
Tarix: 5-06-2018, 08:45 | Çap et
Şübhəli yanğında Səlim Müslümov izi...
Hesablama Palatası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində və ona tabe olan qurumlarda yoxlama apardığı bir vaxtda Dövlət Sosial Müdafiə Fondunda(DSMF) yanğın baş verməsi çox ciddi iddiaların ortaya çıxmasına səbəb olub.

Fövqəladə Hallar Nazirliyi DSMF-də baş verən yanğınla bağlı yaydığı rəsmi məlumat isə iddialarda yer alan məlumatların həqiqətlə əlaqəsinin olmasını bir qədər də inandırıcı edib. Yada salaq ki, Yasamal rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerləşdiyi doqquzmərtəbəli binanın 7-ci mərtəbəsində ümumi sahəsi 13 m2 olan iş otağında ofis mebelləri və sənədlər yanıb. Digər otaqlar isə yanğından mühafizə olunub.

Fonddakı sənədlər tezalışan materialdan hazırlanıb?

Hansı sənədlərin yanması, yanğının hansı şöbədə meydana gəlməsi haqda bilgi yoxdur. Yanğının qəsdən və ya təsadüf nəticəsində baş verdiyi də bilinmir. “DSMF-də sənədlər niyə yanıb” sualı açıqdır və iddialar əsasən qəsdən yandırılma versiyasının üzərində cəmləşib. Bu da təsadüfi deyil.

Siyavuş Novruzov da dedi, faktlar ortalıqda...

Son aylarda mətbuatda DSMF-də baş vermiş böyük korrupsiya cinayətləri haqda məlumatlar yayılıb. Kifayət qədər ciddi olan bu iddiaların Hesablama Palatasının müfəttişləri tərəfindən yoxlandığı da bildirilir. Yayılan məlumatlardan birində deyilir ki, Gədəbəyin sabiq icra başçısı Ramiz Yediyarov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi rəsmiləri ilə əlbir olub və atəşkəsdən 24 il sonra 900 rayon sakininə Qarabağ veteranı statusu verdirib. Bu şəxslərin əksəriyyəti isə Qarabağda müharibə getdiyi illərdə Azərbaycanda olmayıblar, o dövrdə Rusiya bazarlarında alver ediblər. Bu məsələ bir neçə ay əvvəl mətbuatda tirajlanan zaman Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, YAP icra katibinin müavini Siyavuş Novruzovun kəskin reaksiya vermişdi. YAP icra katibinin müavini demişdi ki, ölkədə 90 min nəfər cibində müharibə veteranı vəsiqəsi gəzdirir: “Azərbaycanda müharibə veteranlarının sayı 90 minə çatıb. 90 min 2 ordu deməkdir. O boyda Əfqanıstanda qulluq edən sovet ordusunun tərkibində 45 min hərbçi var idi. Amma bizdə 90 min veteran var, guya Qarabağ müharibəsində iştirak edib. O vaxt batalyondan böyük ordu forması yox idi. Ancaq kim oradan keçibsə, adını yazdırıb. Beləcə, haqqı olanın da haqqı itib”.

900 nəfər güllə səsi eşitməyən 1 qərarla Qarabağ veteranı statusu necə aldı?

YAP icra katibinin dediklərində böyük həqiqətlər olduğunu yayılan məlumatlarla da təsdiqləyir.

Təkcə Gədəbəyin sabiq icra başçısının 900 nəfər güllə səsi eşitməyəni 1 qərarla Qarabağda döyüşmüş, canından keçmiş şəxslərin sırasına qoşması ilə bağlı suallar bu gün də aktualdır. Bu gün də bilinmir ki, Gədəbəy Rayon İcra Hakimiyyəti hansı faktları əsas tutub atəşkəsdən 24 il sonra həmin şəxslərin müharibədə iştirakını sübut edə bilib? Bu adamlar ötən 23 ildə Qarabağ veteranı statusu verilməsi üçün müvafiq qurumlara müraciət etməyiblərsə, Ramiz Yediyarov onların müharibədə döyüşmələrinə necə şahidlik edə bilib? Ən başlıcası isə 900 nəfərə status verilməsi 500-1000 manat civarında rüşvət hesabına başa gəldiyi haqda məlumatlar da var.

“Müslümovçular”ı işdən qovur, cinayətləri araşdırırlar

Hazırda Hesablama Palatası müfəttişləri Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş departamentində geniş yoxlamalar aparırlar. Müfəttişlərin bu faktı da araşdırdıqları haqda konkret bilgilər yoxdur. Bilinən odur ki, sabiq nazir Səlim Müslümovun xüsusi nəzarətində olan bu departamentdən qeyri-qanuni fəaliyyətə görə xeyli əməkdaş işdən çıxarılıb. Hesablama Palatası 2016-cı ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində və tabe qurumlarında apardığı araşdırmalar zamanı da çox ciddi, bir sıra hallarda cinayətə bərabər faktlar aşkar etmişdi.

181 vəfat etmiş şəxsin hesabına özlərinə həyat qurublar

Məsələn, Hesablama Palatasının 2016-cı ili əhatə edən auditinin nəticəsində üzə çıxmışdı ki, Səlim Müslümovun işçiləri 181 nəfər rəhmətə getmiş pensiyaçının hesabını bağlamayıblar. Yəni rəhmətliklərin adından dövlət büdcəsindən nə az, nə çox 624 min 500 manat alıb ciblərinə qoyublar. Bu hələ harasıdır? Eyni şəxsə Səlim Müslümovun işçilərinin 2 pensiya kartı verdikləri halları da az olmayıb. Eyni adam Pensiya Fondunun, məsələn, Xətai şöbəsindən də, Səbayel şöbəsindən də pensiya alıb. Audit dövründə 35 belə şəxs üzə çıxarılmışdı. Onlara ikiqat pensiya ödənildiyi təsdiqlənmiş və bu maxinasiyadan dövlət büdcəsinə ümumilikdə 319 min 100 manat məbləğində zərər dəydiyi məlum olmuşdu. 2016-cı ildə fondun Bakı şəhəri üzrə Hüquqi Şəxslərlə İş İdarəsində qeydiyyatda olan müəssisə və təşkilatlarda əmək fəaliyyəti ilə məşğul olan 492 nəfər, İri Sığortaedənlərlə İş İdarəsində isə 416 nəfər fondun müxtəlif şəhər və rayonlarında əlilliyə görə əmək pensiyasını tam məbləğdə alıb, bu səbəbdən artıq ödənilən pensiya məbləği ümumilikdə 1 milyon 920 min 600 manat olub.

Bu da süd məsələsi....

Sığortaolunanların sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi üzrə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası vasitəsilə maliyyələşdirilən xərclər üzrə 01.01.2016-cı il tarixə Konfederasiyanın hesabında 662 min 700 manat məbləğində qalıq olmasına baxmayaraq həmin vəsait təsdiq olunmuş illik xərclərdə nəzərə alınmayıb. Qanunvericilikdə fondun vəsaitlərinin düzgün və məqsədyönlü xərclənməsinin ildə bir dəfədən az olmayaraq yoxlanılması nəzərdə tutulsa da, fond və nazirlik tərəfindən konfederasiyada müvafiq yoxlamalar həyata keçirilməyib.

Hesablama Palatasının bu hesabatı o dövrdə də DSMF sistemindəki ciddi maxinasiya mexanizminin olmasını ortaya qoyurdu. Ölmüş şəxslərin adına pensiya ödənməsi, bir nəfərə 2 rayondan pensiya verilməsi halları fondun bütün rayonlarında mövcud olan mənimsəmə mexanizminin tərkib hissələri idi.

2 milyard 500 milyon manat büdcə vəsaiti harada “yandı”

Belə iddialar da vardı ki, Səlim Müslümovun nazir, bundan əvvəl isə DSMF sədri olduğu illər ərzində təkcə bu istiqamət üzrə 2-2,5 milyard manat vəsait yoxa çıxarılıb. Hesablama Palatasının 2016-cı ilə dair hesabatı da fond sistemində oturuşmuş korrupsiya sxemi yaradılmasını ortaya qoyub. Hesablama Palatasının əvvəlki yoxlamaları ilə indiki arasında da çox ciddi keyfiyyət fərqinin olması xəbərləri də var. Bu isə o deməkdir ki, ortaya daha böyük korrupsiya faktları Hesablama Palatasının rəsmi hesabatı şəklində çıxa bilər.

Bu iddialar fonunda Səlim Müslümovun susqunluq nümayiş etdirməsi, haqqında digər ittihamların da tirajlanmasına yol açıb. Modern.az saytı yazır ki, bir müddət əvvəl iddia olunurdu ki, eks-nazir Nazirlər Kabinetində yer almaması xəbərinə çox pis olub və hətta guya infarkt keçirib. Səhhətində yaranan problemlər xəbər gündəmini zəbt etdikdən sonra indi də eks-nazirin xaricə köçəcəyini söyləyənlər var.
“Yeni Müsavat”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Bu gün, 17:03
“Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Bu gün, 17:01
"Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Bu gün, 16:52
Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 16:45
"Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Bu gün, 16:40
Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Bu gün, 16:33
“Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Bu gün, 16:23
Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Bu gün, 16:20
Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Bu gün, 16:19
Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Bu gün, 16:17
Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Bu gün, 16:14
Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Bu gün, 16:13
Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Bu gün, 16:07
Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Bu gün, 16:05
İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Bu gün, 16:03
Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Bu gün, 16:00
Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Bu gün, 15:58
Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Bu gün, 15:45
Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Bu gün, 15:44
Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 15:43
Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Bu gün, 15:42
Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Bu gün, 15:09
Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 15:07
Kredit götürmək çətinləşəcək? – BOKT-larla bağlı YENİ QƏRAR: “300 min nə puldur?!”
Bu gün, 15:05
Şikayətçi də, problemin "həlli" də əvvəlcədən hazırlanır – Onun bu qəbullarda nə işi var?
Bu gün, 15:01
Ermənistan uğrunda son savaş – Tarix dəqiqləşdi, Azərbaycanı nə gözləyir?
Bu gün, 14:58
Oğul atasına xəbər verdi: "Anam kişilərlə danışır..." - Qanlı cinayətin şok təfərrüatı
Bu gün, 14:50
Saleh Məmmədovun rəhbərlik etdiyi qurum qəzaya düşən sürücüyə təzminat ödəyəcək
Bu gün, 14:49
Putinin DƏNİZ QORXUSU... - GƏLİŞMƏ
Bu gün, 14:48
Həyatımızı kabusa çevirən dönərlər -:Zəhərlənməmək üçün nə etmək lazımdır?
Bu gün, 14:20
Şabranlı sahibkar Mehdiyevin kürəkəninin sürtülmüş iddiasına yenidən baxılmasına etiraz edir - DETALLAR
Bu gün, 14:15
“Sərxan” Bakıdakı canilərdən daha pisdir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:02
Müəmmalı "minimum" istehlak səbəti... - Vətəndaşın yaşayış minimumu ilə dolanması mümkün deyil
Bu gün, 14:00
"Şiva yayı" Qafqazı hədəf alır: - Keyfiyyətsiz Hindistan silahları Ermənistana göndərilir
Bu gün, 13:58
Fəzail Ağamalı, deputat qızı və oğlanları məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 13:22
Zaqatalada dönərdən kütləvi zəhərlənmə ilə bağlı YENİ DETALLAR
Bu gün, 13:20
Biləsuvar sakini birinci qrup əlil olsa da, “ikinci qrup” kimi qeydiyyata alınıb - GİLEY
Bu gün, 13:16
"Rayonlara, dağlara gedəndən sonra özümü efirə yad hiss edirəm
Bu gün, 13:13
Abşeronda saxlanılan 9 nəfərdən 14 kiloqram müxtəlif növ narkotik vasitə aşkarlanıb - FOTO, VİDEO
Bu gün, 13:08
Bu, Əliyevin qələbəsidir - Solonnikov
Bu gün, 13:05
Mənfi obrazına görə nifrət qazanan AKTYOR: - “Qohumlarım deyir ki, səndən…”
Bu gün, 13:03
“Kim camaatın pulu yoxdur deyirsə, yalandır” - deputat
Bu gün, 12:53
Xaricdən gətirilən kərə yağı 20 qəpik ucuzlaşsa da, mareketlərdə 1,85 manat bahalanıb - SİYAHI
Bu gün, 12:46
İcra başçısı bacısı oğlunu yenidən özünə köməkçi təyin etdi - FOTO
Bu gün, 12:42
Arabir leysan olacaq - belə deyirlər...
Bu gün, 12:33
"Ermənistan bu üç şərti qəbul etməsə…" - Detallar açıqlandı
Bu gün, 12:24
Paşinyan ad çəkdi, kütləvi istefa başladı - “Hraparak”
Bu gün, 12:22
Tibbi qurum 4,6 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 12:18
"“Instagram”da nə yeyib, nə geyindiyimizi göstərmirik..."
Bu gün, 12:12
Göydə bircə ovuc "tüstü"sü qaldı... - Neft də qurtarır, qaz da...
Bu gün, 12:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru