Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? .....                     Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir .....                     İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... .....                     BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... .....                     Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir .....                     "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" .....                     Azərbaycanda MTK MMC-yə çevrilir .....                     Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? .....                     Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib .....                     14 yaşlı qızın ÖLÜM SEÇİMİ, .....                     “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? .....                     "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var .....                     Ermənistan silahlanır .....                     "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi .....                     Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq .....                     “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... .....                     Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi .....                     Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? .....                     Yataq xəstəsi ilə bağlı paylaşım edildi: .....                     Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır .....                     Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb .....                     Azərbaycanlı müğənni 39 minlik çantası ilə .....                     Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib .....                     İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına .....                     Əmək hüquqlarını pozan şirkət 24 min, .....                     Naxçıvanda təhsil sahəsində nələr baş verir... .....                     Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib .....                     Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib .....                     Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib .....                     Azərbaycan Milli Konservatoriyasına yeni rektor .....                     Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? .....                     Ermənistan silahlanır .....                     Kredit götürmək çətinləşəcək? .....                     Şikayətçi də, problemin "həlli" də əvvəlcədən hazırlanır .....                     Ermənistan uğrunda son savaş .....                     Oğul atasına xəbər verdi: "Anam kişilərlə danışır..." .....                     Saleh Məmmədovun rəhbərlik etdiyi qurum .....                     Putinin DƏNİZ QORXUSU... .....                     Həyatımızı kabusa çevirən dönərlər .....                     Şabranlı sahibkar Mehdiyevin kürəkəninin sürtülmüş iddiasına yenidən baxılmasına etiraz edir .....                 

Nazir böyük güclərlə üz-üzə gəlib - Birinci vitse-spiker, baş nazirin müavini və digər vəzifəli şəxlərin qohumları...
Tarix: 2-07-2018, 12:15 | Çap et
Nazir böyük güclərlə üz-üzə gəlib
Üç aya yaxındır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində müsbət mənada dəyişikliklər başlayıb. Səlim Müslümov nazir vəzifəsindən çıxarıldıqdan sonra onun yerinə təyin olunan Sahil Babayev sistemdə ciddi dönüş yaradacağını bəyan edir.

Yeni nazir öncə sələfi S. Müslümovun komandasını nazirlikdən uzaqlaşdırmağa başladı. Daha sonra məşğulluq, əlilliyin təyin olunması, reabilitasiya mərkəzləri və digər strukturlarda ciddi dəyişikliklərə zərurət olduğunu bildirərək yoxlamalara start verdi.

Heç kimə sirr deyil ki, cəmiyyətdə ən çox narazılıq yaradan və korrupsiya şəbəkəsinin olduğu yer əlilliyin təyinatı ilə bağlı sahədir. Belə ki, əlilliyin təyinatı prosesindəki problemlərlə bağlı yeni nazir xüsusi iclas keçirərək sərt addımların atılacağını bildirmişdi. Sahil Babayev nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində müşavirə keçirən zaman demişdi ki, əlillik təyinatlarının həyata keçirilməsində mövcud vəziyyəti qənaətbəxş hesab etmək olmaz:

"Əlilliyin qiymətləndirilməsi prosesi tam qanunvericilik çərçivəsində icra olunmalıdır. Kimin ki, qanunla əlillik qrupu almağa hüququ çatır, onların bu hüququ süründürməçiliyə yol verilmədən, onlarda narazılıq yaratmadan təmin edilməlidir. Digər tərəfdən, əlillik vəziyyətində olmayan şəxslərə bilərəkdən əsassız şəkildə əlillik qrupu təyin edilməsi hallarına yol verilməməlidir”. Belə hallara yol verən əməkdaşların aşkar edilərək heç bir güzəşt olmadan sərt şəkildə cəzalandırılacağını qeyd edən S.Babayev diqqətə çatdırıb ki, ümumilikdə saxta əlillik təyinatlarına yol verilməsi və əlilliyin təyin olunmasındakı süründürməçiliyin qarşısının alınması üçün sistemli tədbirlər görüləcək. Artıq nazirlikdə müvafiq işçi qrupu yaradılıb. Həmin işçi qrupu Səhiyyə Nazirliyinin müvafiq işçi qrupu ilə birgə müəyyən dövr üzrə əlillik təyinatları ilə bağlı araşdırmalar aparır. Bu araşdırmaların nəticələrinə uyğun ciddi tədbirlər görüləcək.

S. Babayev həmçinin, diqqətə çatdırıb ki, əlillərin reabilitasiya səviyyəsi demək olar ki, sıfıra enib.

Maraqlısı odur ki, əlillik təyinatı sahəsindəki nöqsanlar keçmiş nazir Səlim Müslümovun da təyinatdan sonra ilk tənqid etdiyi məsələdir. 2013-cü ildə - təyinatından bir ay sonra S. Müslümov bütün rayonların Tibbi-Sosial Ekspert komissiyaları (TSEK) sədrlərinin iştirakı ilə iclas keçirib.

İclasda o, Bakının Xətai, Sumqayıt, Xaçmaz, İsmayıllı-Şamaxı-Qobustan, Ağcabədi-Ağdam, Mingəçevir-Yevlax, Samux-Goranboy-Naftalan, Daşkəsən-Göygöl, Qazax-Ağstafa, Cəlilabad-Biləsuvar, Masallı-Yardımlı, Saatlı-İmişli və Salyan-Neftçala regional TSEK rəhbərlərinin işdən azad olunduğunu bildirərək, onlardan iclası tərk etməyi tələb etmişdi. Lənkəran və Füzuli rayon TSEK-lərinin rəhbərləri isə işdən azad olunaraq həkim vəzifələrinə keçirilmişdi.

Düzdür, sonradan bəzi TSEK rəhbərləri yenidən öz vəzifələrinə bərpa olunmağı bacardılar. Lakin S. Müslümovun bu addımı hamıda əlilliyin təyinatı sahəsindəki biabırçılıqlara son qoyulacağına böyük ümidlər yaratmışdı. Xüsusilə Bakıda bir neçə həkimin əlillik təyinatı ilə bağlı rüşvət alarkən yaxalanmasından sonra əhali bu sahədə, nəhayət ki, rüşvətxorluğa son qoyulacağını gözləyirdi.

Maraqlısı odur ki, S. Müslümov o zaman 3 mindən çox şəxsi nazirlik sistemindən kənarlaşdırmışdı. Amma Sahil Babayev daha humanist davrandı. Bir neçə əsas fiqur "vurulandan” sonra proses səngidi.

Xatırladaq ki, Sahil Babayev məlum müşavirədən sonra 4 rayonun TSEK sədrini vəzifədən kənarlaşdırmışdı. Nazirin əmrinə əsasən, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin - Sabunçu rayon TSEK sədri Vahid İbrahimov, Qəbələ rayon TSEK sədri Eldar Abbasov, Ağcəbədi-Ağdam TSEK sədri Yaşasın Haqverdiyev və Nərimanov TSEK sədri vəzifədən uzaqlaşdırılmışdı.

"Reytinq”ə daxil olan məlumata görə, yeni nazirin TSEK-lərlə bağlı mübarizəsi uzun çəkməyib. Məlumatlı şəxs deyib ki, Sahil Babayevin "təmizləmə əməliyyatı” bütün sistemi əhatə edə bilməyib:

"Xatırlayırsınızsa, nazir son dövrlər kütləvi şəkildə əlliyin təyin olunma hallarının araşdırılması üçün işçi qrupu yaratmışdı. İşçi qrup bütün rayonlar üzrə TSEK-lərdə yoxlamaya başladı. Hətta ilkin araşdırmalar zamanı minlərlə əsassız əlillik təyinatı halları aşkarlandı. Amma artıq nazir bu iddiasından çəkilib. Yoxlamalar dayandırılıb, işçi qrupun fəaliyyətinə xitam verilib. Hələlik bununla bağlı rəsmi məlumat verilməsə də, bundan sonra hansısa yoxlama aparılmayacaq. Diqqət edirsinizsə, son bir həftədə nazirliyin bu sektorunda durğunluq hökm sürməkdədir. Hətta bir müddət əvvəl sistemə işlənilən "forma 88”-lərə müsbət cavab verilməsi ilə bağlı da tapşırıq verilib. Belə demək mükündürsə, Sahil Babayevin islahat kampaniyası başa çatıb”.

Mənbəmiz deyib ki, əlilliyin təyinatı müştərək həyata keçirilir: "Son uç ildə, yəni elektronlaşma sistemi tətbiq olunandan bəri səhiyyə müəssisələrinin prosesdə rolu artıb. Bu səbəbdən də sözügedən sahədə ciddi islahatlar aparmaq üçün Səhiyyə Nazirliyi də onay verməlidir. Amma yeni nazirin rəsmi və qeyri-rəsmi çağırışlarına baxmayaraq, Səhiyyə Nazirliyinin müvafiq qurumları birgə əməkdaşlıq etməyə meyl göstərmədilər. Bu səbəbdən də Sahil Babayev sistemi tam nəzarətinə almağa müvəffəq ola bilmədi. Ona görə də TSEK-lərdə "təmizləmə” tam nənasında baş tutmadı”.

Qeyd olunur ki, S.Babayevin TSEK-lərin tərkibini dəyişmək istəyinin baş tutmamasının başqa səbəbləri də var və nazir bir neçə TSEK sədrindən başqa digərlərini sistemdən uzaqlaşdıra bilməyib. "Son bir neçə ilə qədər əlilliyin təyinatı prosesində toplanan pullar Tibbi-Sosial Ekspert Komissiyasının sədrlərində cəmlənirdi. Ona görə də sıradan şəxslərin TSEK sədri olması mümkün deyil. Məsələn, araşdırsanız üzə çıxar ki, Tibbi-Sosial Ekspert Komissiyası sədrlərinin əksəriyyəti yüksək vəzifəli məmurların qohumlarıdır. Buna görə də, onların əksəriyyəti uzun illər korrupsiya şəbəkəsi quraraq "alverlərini” edə biliblər. Səlim Müslümov da belə məmurlarla münasibətini gərginləşdirmək istəmirdi və bu səbəbdən bəzi "hərəkətlərə” göz yummağa məcbur olurdu. Amma Sahil Babayev bir neçə həmlə edərək onların bəzilərini zərərsizləşdirə bildi. Öz himayədarına arxayın olan Sabunçu rayon TSEK sədri Vahid İbrahimov da "vuruldu”. V. İbrahimov Prezident Administrasiyasının mühüm fiqurlarından sayılan Əli Əsədovun yaxın qohumudur. Düzdür, Sahil Babayev onu işdən çıxarıb, amma yəqin ki, o da yaxın günlərdə yenidən sistemə qayıda biləcək”.

Məlumatda bildirilir ki, bu sistemdə yeni nazirin "vura” bilmədiyi şəxslər də var. Qeyd olunur ki, Nəsimi TSEK-in rəhbəri Əli Həsənov Milli Məclis sədrinin birinci müavini Ziyafət Əagərovun, Xətai TSEK-ın rəhbəri Əli Əsgərov isə baş nazirin sabiq müavini Abid Şərifovun qohumudur.

"Əslində, TSEK-lərdə ciddi qayda-qanun yaratmaq üçün bütün sistemdə islahat aparılmalıdır. Amma görünən odur ki, belə qayda-qanun yaratmaq istəyi yeni nazirə baha başa gəlir. Təbii ki, Sahil Babayevin Ziyafət Əsgərov, Abid Şərifov və digər yüksək vəzifəli şəxslərlə üz-üzə gəlməsi o qədər də inandırıcı deyil. Yəqin nazir daha iri fiqurlarla qarşı-qarşıya gəlməmək üçün çox dərinə gedə bilməyib”, - deyə mənbə fikrini tamamlayıb.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Bu gün, 17:53
Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:49
İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Bu gün, 17:41
BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Bu gün, 17:36
Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Bu gün, 17:29
"Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Bu gün, 17:24
Azərbaycanda MTK MMC-yə çevrilir
Bu gün, 17:22
Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Bu gün, 17:17
Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Bu gün, 17:05
14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Bu gün, 17:03
“Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Bu gün, 17:01
"Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Bu gün, 16:52
Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 16:45
"Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Bu gün, 16:40
Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Bu gün, 16:33
“Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Bu gün, 16:23
Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Bu gün, 16:20
Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Bu gün, 16:19
Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Bu gün, 16:17
Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Bu gün, 16:14
Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Bu gün, 16:13
Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Bu gün, 16:07
Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Bu gün, 16:05
İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Bu gün, 16:03
Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Bu gün, 16:00
Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Bu gün, 15:58
Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Bu gün, 15:45
Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Bu gün, 15:44
Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 15:43
Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Bu gün, 15:42
Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Bu gün, 15:09
Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 15:07
Kredit götürmək çətinləşəcək? – BOKT-larla bağlı YENİ QƏRAR: “300 min nə puldur?!”
Bu gün, 15:05
Şikayətçi də, problemin "həlli" də əvvəlcədən hazırlanır – Onun bu qəbullarda nə işi var?
Bu gün, 15:01
Ermənistan uğrunda son savaş – Tarix dəqiqləşdi, Azərbaycanı nə gözləyir?
Bu gün, 14:58
Oğul atasına xəbər verdi: "Anam kişilərlə danışır..." - Qanlı cinayətin şok təfərrüatı
Bu gün, 14:50
Saleh Məmmədovun rəhbərlik etdiyi qurum qəzaya düşən sürücüyə təzminat ödəyəcək
Bu gün, 14:49
Putinin DƏNİZ QORXUSU... - GƏLİŞMƏ
Bu gün, 14:48
Həyatımızı kabusa çevirən dönərlər -:Zəhərlənməmək üçün nə etmək lazımdır?
Bu gün, 14:20
Şabranlı sahibkar Mehdiyevin kürəkəninin sürtülmüş iddiasına yenidən baxılmasına etiraz edir - DETALLAR
Bu gün, 14:15
“Sərxan” Bakıdakı canilərdən daha pisdir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:02
Müəmmalı "minimum" istehlak səbəti... - Vətəndaşın yaşayış minimumu ilə dolanması mümkün deyil
Bu gün, 14:00
"Şiva yayı" Qafqazı hədəf alır: - Keyfiyyətsiz Hindistan silahları Ermənistana göndərilir
Bu gün, 13:58
Fəzail Ağamalı, deputat qızı və oğlanları məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 13:22
Zaqatalada dönərdən kütləvi zəhərlənmə ilə bağlı YENİ DETALLAR
Bu gün, 13:20
Biləsuvar sakini birinci qrup əlil olsa da, “ikinci qrup” kimi qeydiyyata alınıb - GİLEY
Bu gün, 13:16
"Rayonlara, dağlara gedəndən sonra özümü efirə yad hiss edirəm
Bu gün, 13:13
Abşeronda saxlanılan 9 nəfərdən 14 kiloqram müxtəlif növ narkotik vasitə aşkarlanıb - FOTO, VİDEO
Bu gün, 13:08
Bu, Əliyevin qələbəsidir - Solonnikov
Bu gün, 13:05
Mənfi obrazına görə nifrət qazanan AKTYOR: - “Qohumlarım deyir ki, səndən…”
Bu gün, 13:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru