Zərdabda məmur ÖZBAŞINALIĞI - Prezidentə şikayət olundu
Tarix: 5-09-2018, 09:28 | Çap et
DİA.AZ: - Zərdab şəhər Samir Abdullayev küçəsi ev 35-də yaşayan Məmmədov Sahib Qnyaz oğlu prezident İlham Əliyevə şikayət məktubu ünvanlayıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:
"Hörmətli cənab Prezident! Siz Azərbaycan Respublikası Nazirlər Kabinetinin iclaslarında etdiyiniz cıxışlarınızda eyni zamanda �?’Regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfranslarda bildirmısınız ki �?’ Mənim üçün Azərbaycan xalqının, Azərbaycan dövlətinin maraqları hər şeydən üstündür.Gördüyümüz bütün işlərin mahiyyəti və məqsədi ondan ibarətdir ki, daha da güclü dövlət, xalqımız üçün daha da yaxşı şərait yaradaq ki, Azərbaycan xalqı rifah içində, təhlükəsizlik şəraitində yaşasın və inkişaf etsin.Xalqımızın milli mənafeyini, kimliyindən asılı olmayaraq, ayrı-ayrı adamların şəxsi mənafeyinə qurban vermək olmaz. Milli mənafeyimiz, xalqın aqibəti bizim üçün hər şeydən əzizdir, hər şeydən üstündür. Əgər bəzi yüksək vəzifəli şəxslər qanunu pozurlarsa, öz vəzifə borclarını yerinə yetirə bilmirlərsə onlar mütləq cəzalandırılacaq və cəzalandırılır. Xalq da, ictimaiyyət də bunu görür. Hamı bilsin, Azərbaycanda bir nəfər də olsun toxunulmaz adam yoxdur. Hamı qanun qarşısında bərabərdir.Dövlət məmurları xalqla bir yerdə olmalıdır. Mən həmişə demişəm, hər bir dövlət məmuru, o cümlədən də Prezident xalqın xidmətçisidir. Xalq bizə etibar edib və biz də bu etibarı, inamı hər gün doğrultmalıyıq.
Dövlət məmurları və onların ailə üzvləri özlərini təvazökar aparmalıdırlar. Xalqla bir yerdə olmalıdırlar, yekəxanalıq göstərməməlidirlər. Hesab etməməlidirlər ki, onların hansısa xüsusi statusu var. Onların statusu var - insanlara xidmət etmək, insanların problemlərini həll etmək, onlara qayğı göstərmək. İnsanları incitməməlidirlər, əksinə, qayğı, diqqət göstərməlidirlər və kömək etməlidirlər. Dediyim bütün bu amillər onların fəaliyyətinə verilən qiymətdə əsas rol oynayacaq.
Hörmətli cənab Prezident!
Mən Məmmədov Sahib Qnyaz oğlu Sizin Azərbaycan xalqının və dövlətinin rifahına, inkişafına yönəlmiş strategiyanızı, siyasətinizi dəstəkləyərək təəssüf hissi ilə qeyd etmək istəyirəm ki bəzi idarə ,müəssisə rəhbərləri, dövlət məmurları hələ də Sizin bu siyasətinizi, tələblərinizi dərk etməmiş və ya dərk edərək qəsdən həmin siyasətin həyata keçirilməsini əngəlləyən,onun sarsılmasına yönələn fəaliyyətlə məşğuldurlar. Bu baxımdan mən sadə bir Azərbaycanlı kimi Sizə arxalanaraq qarşılaşdığımız problemlər ,pozulmuş hüquqlarımızla bağlı dərdimizi sizə bildirmək ıstəyirəm.Öncədən bildirmək istəyirəm ki, Sizin 5 dekabr 2016 cı il tarixli sərəncamınızla , Zərdab şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə şəhərin mənzil fonduna daxil olan 27 çoxmənzilli binanın əsaslı təmiri ilə bağlı Zərdab Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat vəsait ayrılmışdır.Bu sərəncam Zərdab şəhərində əhalinin bütün kateqoriyalarının mənzil şəraitinin yaxşılaşdırılması üçün dövlətin böyük dəstəyinin təmin edilməsinin bariz nümunəsidir və bu baxımdan bütün Zərdab sakinləri adından Sizə dərin təşəkkürümüzü bildiririk.Rayonumuzda çoxmənzilli binaların əsaslı təmiri işləri 2017 ci ilin mart ayından başlamış və bu işlər 2017 ci ilin dekabr ayında yekunlaşmışdır.Əsaslı təmir olunan binalar sırasında qayınatam Əliyev Fərhad Murad oğlunun yaşadığı Azərbaycan küçəsidə yerləşən 20 saylı binanın olması bizi ürəkdən sevindirdi.Bizim bina Zərdab rayon Mənzil-istismar sahəsinin balansında olmaqla 16 mənzilli yaşayış evindən ibarətdir.Əfsuslar olsun ki, bizim sevincimiz uzun sürmədi.Belə ki bizim binada təmir işi aparılarkən bizə məxsus olan mənzilin-( Azərbaycan küçəsi bina 20 mənzil 15)-ballkonu dağıdıldı,qapı- pəncərənin şüşələri sındırildı,qaz xətti söküldü.Qayınatam Əliyev Fərhad Murad oğlu bununla bağlı Zərdab rayon Memarlıq və tikinti şöbəsinin müdiri Sahid Əhmədovla əlaqə saxladı.Sahid Əhmədov narahat olmamağımızı və binada əsaslı təmir işi çərcivəsində balkonun yenidən təmir ediləcəyini,qapı-pəncərə şüşələrinin,qaz xəttının yenidən əvvəlki vəziyyətə gətiriləcəyini bildirdi.Biz S.Əhmədovun bir dövlət qulluqçusu kimi sözlərinə inandıq.Məlumat üçün onu da bildirmək istəyirəm ki həmin binanın 16 balkonu mövcuddur və yalnız bızım mənzilin balkonu dağıdılmış, söküntü kimi qapı- pəncərə şüşələri sındırılmış ,qaz xətti yararsız hala salınmışdır.Bu minvalla biz bir xeyli vaxt gözləməli olduq.Dəfələrlə Sahid Əhmədova müraciət etdik.O isə narahatçılığa heç bir əsas olmadığını və təmir işi çərçivəsində bütün işlərin görüləcəyini bildirdi.Ancaq bütün bu vədlərə baxmayaraq 20 saylı bınada aparılan təmir işləri bizim mənzili əhatə etmədi.Bir müddət sonra eşitdik ki bina əsaslı təmir olunub və təhvil verilib.
Hörmətli cənab Prezident!
Sizin müvafiq sərəncamınıza uyğun olaraq ayrılmış 3(üç) milyon vəsait hesabına Zərdab rayonunda əsaslı təmir işlərini həyata keçirən tikinti müəssisəsinin rəhbərliyinin o cümlədən Rayonda bu işlərin həyata keçirilməsinə məsul olan dövlət məmurlarının,müəssisə rəhbərlərinin yuxarıda qeyd etdiyim real vəziyyətə biganə münasibəti bizdə sözün əsil mənasında şok effekti yaratmişdı.Yəni əsaslı təmir bir yana- bizim mənzilin balkonunun,qapı pəncərələrinin şüşələrinin,qaz xətlərinin əvvəlki vəziyətə gətirilməsi müşkül bir məsələyə cevrilmişdi.Tərəfimizdən müəyyən edildi ki Rayonda əsaslı təmir işlərini VETEKS-2017 adlı tikinti şirkəti həyata keçirmişdir.Biz həmin şirkətin rəhbərliyi ilə görüşmək istəyimizi bildirdikdə bizə məlumat verildi ki həmin şirkət Zərdab rayonunda fəaliyyət göstərən tikinti şirkəti deyildir və onların idarəsi başqa rayonda yerləşir.Carəsiz durumda qaldığımızdan yenidən Sahid Əhmədova müraciət etdik.S.Əhmədov bu məsələnin ona aidiyyəti olmadığını və həmin binanın əsaslı təmir olunaraq təhvil verildiyini bildirdi.Biz mənzilimizin nəinki əsaslı təmir olunduğunu əksinə balkonumuzun dağıdıldığını,qapı- pəncərənin şüşələrinin sındırildığını,qaz xəttinin söküldüyünü bir daha onun nəzərinə çatdırdıq. .S.Əhmədov möhtəşəm ,fundamental əsaslı təmir işlərinin aparıldığını, təmir işlərinin yekunlaşdığını bildirdi.Yekun olaraq əsaslı təmir üçün ayrılan maliyyə vəsaitinin xərcləndiyini və əgər əlavə vəsait ayrılarsa balkonun yenidən təmir ediləcəyini,qapı-pəncərə şüşələrinin,qaz xəttının yenidən əvvəlki vəziyyətə gətiriləcəyini qeyd etdi.
Azərbaycan küçəsində yerləşən 20 saylı binanın Zərdab rayon Mənzil-istismar sahəsinin balansında olması səbəbindən idarənin rəisi Kamil Ağayevə müraciət etməli olduq.İdarənin rəisi Kamil Ağayevə mənzildəki real vəziyyəti olduğu kimi catdırdıq.Kamil Ağayev bu işin ona aid olmadığını və heç bir köməklik edə bilməyəcəyini bildirdi.Biz isə binanın MİS-in balansında olduğunu,bu baxımdan məsul şəxs olduğunu onun nəzərinə çatdırdıq.O isə belə işlərin onun səlahiyyətində olmadığıni bir daha qeyd etdi.Əgər müraciətimizə baxmasanız sikayət edəcəyik dedikdə Kamil Ağayev” gedin kimə şikayət edirsinizsə edin”söylədi.
Aparılan əsaslı təmir işləri ilə bağlı tenderin Zərdab şəhər İcra nümayəndəliyi tərəfindən həyata keçirildiyini öyrəndikdən sonra Şəhər İcra nümayəndəsi Hafis Kərimova müraciət etdik.Hafis Kərimova əsaslı təmir dövründə 20 saylı binanın 16 balkonu mövcud olmasına baxmayaraq yalnız bızım 15 saylı mənzilin balkonunun dağıdıldığını, qapı- pəncərənin şüşələrinin sındırıldığını və qaz xəttinin yararsız hala salındığını söylədik. Zərdab şəhər nümayəndəsi binaya və mənzilə yerində baxılmasının zəruriliyini qeyd etdi.Həqiqətən də Hafis Kərimov binaya, mənilə baxış keçirdi və bildirdi ki mənzilin balkonu mütləq bərpa olunmalı, təmir edilməli qapı-pəncərə və qaz xətti əvvəlki vəziyyətə gətirilməlidir.Yekun olaraq H.Kərimov qısa müddət ərzində bütün bu işlərin Şəhər icra nümayəndəliyi tərəfindən həyata keçiriləcəyini bildirdi.Lakin təəssüflər olsun ki yenə də heç bir tədbir görulmədi. Bizim mənilin balkonu dağıdılmış vəziyyətdə,qapı-pəncərə qaz xətti yararsız halda qaldı və bu gün də qamaqda davam edir.
Məlumat üçün onu da bildiririk ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinə etdiyimiz şikayətlə bağlı Nazirliyin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən bizə rəsmi cavab verilmişdir. Rəsmi cavab məktubunda bildirilir ki Zərdab şəhərində coxmənzilli binaların əsaslı təmiri məqsədilə Rayon İcra Hakimiyyətinə ayrılmış 3.0 milyon manat vəsaitin təyinatı üzrə xərclənməsi 2017 ci ilin noyabr ayında Azərbaycan Respublikasının Hesablama Palatası tərəfindən yoxlanılmışdır.Yoxlamanın nəticəsinə dair 15 noyabr 2017 ci il tarixli akt tərtib olunaraq aşkar olunmuş nöqsan və çatışmazlıqların bərpası təmin edilmişdir.
Bildirmək istəyirik ki, Hesablama Palatası tərəfindən aparılmış yoxlamanın kameral,sənədli təftiş,səyyar və ya hər hansı digər yoxlama olduğunu bilməsək də bizə aydın olan o idi ki bu yoxlama Azərbaycan küçəsində yerləşən 20 saylı binaya aid deyil.Belə ki, Palata tərəfindən yoxlama zamanı hər hansı bir sənədi axtarıb tapmaq, ğünlərlə hesablama aparmağa ehtiyac yox idi. Sadəcə yoxlama aparan nümayəndənin binaya kənardan baxış keçirməsi kifayət idi.Odur ki bizdə belə bir sual yaranır ki doğurdanmı Palatanın nümayəndəsi bizim binanı görməyib?.Doğurdanmı Azərbaycan küçəsi bina 20 mənzil 15-də dağıdılmış balkonu, sındırılmış qapı- pəncərəni, yararsız hala salınmış qaz xəttini yoxlayıcı ğörməyib,aşkar etməyib?.
Hörmətli cənab Prezident!
Dünya iqtisadiyyatında təlatümlər baş verdiyi bir dövrdə,dünyanın əksər dövlətlərinin iqtisadiyyatının gerilədiyi bir zamanda Azərbaycanda sabit iqtisadi sistemin qorunub saxlanılması və inkişaf etdirilməsi yalnız və yalnız qüdrətli Prezident olaraq Sizin yorulmaz fəaliyyətinizin nəticəsidir.Siz dövlətimizin iqtisadi sabitliyinə və inkişafına nail olmaqla bərabər eyni zamanda davamlı sosial siyasətin həyata keçirilməsini,əhalinin sosial rifah halının yüksəldilməsini,həyat şəraitinin yaxşılaşdırılmasını təmin etmisiniz.Sizin 5 dekabr 2016 cı il tarixli sərəncamınızla Zərdab şəhərində 27 çoxmənzilli binanın əsaslı təmiri üçün 3,0 (üç) milyon manat vəsaitin ayrılması şəhər sakinlərinə böyuk diqqət və qayğınızın bariz nümunəsidir.Lakin 3,0(üç) milyon manat ayrılmış vəsait hesabına əsaslı təmir işlərini həyata keçirən VETEKS-2017 adlı tikinti şirkətinin,Zərdab rayon İcra hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri Sahid Əhmədovun,Zərdab Şəhər İcra Nümayəndəsi Hafis Kərimovun, Zərdab rayon Mənzil-İstismar sahəsinin rəisi Kamil Ağayevin Sizin sərəncamınızın rayonda icrasına belə münasibəti bizdə hiddət yaradır.Eyni zamanda bizdə belə bir təssürat yaranır ki, bu şəxslər Sizin Reğionların Sosial iqtisadi inkişafı Dövlət Proqramının icrasının yekunlarına həsr olunmuş konfransda cıxışınızdakı - “Nəticə olaraq, biz bunu ona görə edirik ki, insanlar daha da yaxşı yaşasınlar. Amma insanların yaxşı yaşaması təkcə maddi tərəflə ölçülmür. Burada, əlbəttə ki, məmur-vətəndaş münasibətləri xüsusi yer tutur. Mən bu məsələ ilə bağlı öz fikirlərimi dəfələrlə demişəm, bu gün də deyirəm, bunu hər kəs bilsin, eşitsin və nəticə çıxarsın. Məmurlar xalq üçün yaşayırlar, əksinə deyil. Məmur xalqın xidmətçisidir, vətəndaşa xidmət, kömək göstərməlidir, yekəxanalıq etməməlidir. Hansısa qanunsuz tələb irəli sürməməlidir. Özünü təvazökar aparmalıdır. Rüşvətxorluqla, soyğunçuluqla məşğul olmamalıdır. Məmur, bax, belə olmalıdır, dediyim kimi. Mən hər bir dövlət məmurunu ya icra başçısı, ya başqa vəzifəyə təyin edəndə göstəriş verirəm ki, get insanlara qulluq et, xidmət göstər, dövlətə xidmət et, təmiz işlə. Amma əfsuslar olsun ki, bəziləri nəticə çıxarmırlar. Onların da cəzası verilir və veriləcək.” - tələbləri,göstərişləri savad baxımından başa düşmürlər və ya savadları tam yerində olmaqla buna laqeyid münasibət göstərirlər və yaxud da yüksək savada malik olmaqla tam dərk edərək bilərəkdən,qəsdən həmin tələblərin,göstərişlərin,məqsəd-məramların həyata keçirilməsinə süni maneələr,əngəlliklər yaradırlar.
Hörmətli cənab Prezident!
Odur ki Mən Məmmədov Sahib Qnyaz oğlu Sizi dəstəkləyən sadə bir vətəndaş olaraq Zərdab şəhərində çoxmənzilli binaların əsaslı təmiri üçün ayrılmış 3,0(üç) milyon manat vəsait hesabına VETEKS-2017 tikinti şirkəti tərəfindən Zərdab şəhərində o cümlədən Azərbaycan küçəsidə yerləşən 20 saylı binada həyata keçirilən əsaslı təmir işlərinin, eyni zamanda Azərbaycan Respublikası Hesablama Palatasının 15 noyabr 2017 ci il tarixli yoxlama aktının müvafiq dövlət orqanlarının nümayəndələrinin birgə Komissiyası tərəfindən Xüsusi qaydada yoxlanılmasını, araşdırilmasını Sizdən xahiş edirəm.Bununla yanaşı Zərdab rayon İcra hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri Sahid Əhmədovun, Zərdab Şəhər İcra Nümayəndəsi Hafis Kərimovun, Zərdab rayon Mənzil-İstismar sahəsinin rəisi Kamil Ağayevin Sizin 5 dekabr 2016 cı il tarixli sərəncamınızın rayonda icrası ilə əlaqədar, eyni zamanda�?’Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasına həsr olunan konfransda dövlət məmurlarına dair tələblərinizə, göstərişlərinizə əməl etmələri ilə bağlı fəaliyyətlərinin araşdırılmasını Sizdən xahiş edirəm.Yekun olaraq bu ərizəmlə əlaqədar məni dərdimi demək üçün Şəxsən qəbul etməyinizi Sizdən rica edirəm.
Əvvəlcədən sizə öz təşəkkürümü bildirirəm".
dia-az.life olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Saleh Məmmədovun rəhbərlik etdiyi qurum qəzaya düşən sürücüyə təzminat ödəyəcək
Bu gün, 14:49 |
|
|
|
• Putinin DƏNİZ QORXUSU... - GƏLİŞMƏ
Bu gün, 14:48 |
|
|
|
• Həyatımızı kabusa çevirən dönərlər -:Zəhərlənməmək üçün nə etmək lazımdır?
Bu gün, 14:20 |
|
|
|
• Şabranlı sahibkar Mehdiyevin kürəkəninin sürtülmüş iddiasına yenidən baxılmasına etiraz edir - DETALLAR
Bu gün, 14:15 |
|
|
|
• “Sərxan” Bakıdakı canilərdən daha pisdir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:02 |
|
|
|
• Müəmmalı "minimum" istehlak səbəti... - Vətəndaşın yaşayış minimumu ilə dolanması mümkün deyil
Bu gün, 14:00 |
|
|
|
• "Şiva yayı" Qafqazı hədəf alır: - Keyfiyyətsiz Hindistan silahları Ermənistana göndərilir
Bu gün, 13:58 |
|
|
|
• Fəzail Ağamalı, deputat qızı və oğlanları məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 13:22 |
|
|
|
• Zaqatalada dönərdən kütləvi zəhərlənmə ilə bağlı YENİ DETALLAR
Bu gün, 13:20 |
|
|
|
• Biləsuvar sakini birinci qrup əlil olsa da, “ikinci qrup” kimi qeydiyyata alınıb - GİLEY
Bu gün, 13:16 |
|
|
|
• "Rayonlara, dağlara gedəndən sonra özümü efirə yad hiss edirəm
Bu gün, 13:13 |
|
|
|
• Abşeronda saxlanılan 9 nəfərdən 14 kiloqram müxtəlif növ narkotik vasitə aşkarlanıb - FOTO, VİDEO
Bu gün, 13:08 |
|
|
|
• Bu, Əliyevin qələbəsidir - Solonnikov
Bu gün, 13:05 |
|
|
|
• Mənfi obrazına görə nifrət qazanan AKTYOR: - “Qohumlarım deyir ki, səndən…”
Bu gün, 13:03 |
|
|
|
• “Kim camaatın pulu yoxdur deyirsə, yalandır” - deputat
Bu gün, 12:53 |
|
|
|
• Xaricdən gətirilən kərə yağı 20 qəpik ucuzlaşsa da, mareketlərdə 1,85 manat bahalanıb - SİYAHI
Bu gün, 12:46 |
|
|
|
• İcra başçısı bacısı oğlunu yenidən özünə köməkçi təyin etdi - FOTO
Bu gün, 12:42 |
|
|
|
• Arabir leysan olacaq - belə deyirlər...
Bu gün, 12:33 |
|
|
|
• "Ermənistan bu üç şərti qəbul etməsə…" - Detallar açıqlandı
Bu gün, 12:24 |
|
|
|
• Paşinyan ad çəkdi, kütləvi istefa başladı - “Hraparak”
Bu gün, 12:22 |
|
|
|
• Tibbi qurum 4,6 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 12:18 |
|
|
|
• "“Instagram”da nə yeyib, nə geyindiyimizi göstərmirik..."
Bu gün, 12:12 |
|
|
|
• Göydə bircə ovuc "tüstü"sü qaldı... - Neft də qurtarır, qaz da...
Bu gün, 12:05 |
|
|
|
• Azərbaycanda bank sektorunun vəziyyəti açıqlandı – 914 milyon xalis mənfəət
Bu gün, 11:55 |
|
|
|
• Naxçıvanın dizini belə yerə gətirirlər... - AXI NİYƏ?..
Bu gün, 11:51 |
|
|
|
• "Sizə qulaq asdıqca adamı dəhşət bürüyür... - Elə bil ki, ölkə bütün uçuruma gedir"
Bu gün, 11:47 |
|
|
|
• Xüsusi təyinatlılar Kurskda: - Ukraynanın mövqeyi məhv edildi
Bu gün, 11:43 |
|
|
|
• “Böyüklər” qitələri nizamlaya bilmirlər - İNCƏLƏMƏ
Bu gün, 11:36 |
|
|
|
• Qolunu və ya ayağını itirənlər təkrar müayinəyə cəlb olunmamalıdır - ÇAĞIRIŞ
Bu gün, 11:34 |
|
|
|
• AMB BOKT-larla bağlı son iki qərarını şərh edib - TƏFƏRRÜAT
Bu gün, 11:33 |
|
|
|
• Ermənilər Başkəndə iddiadan imtina edəcək? - AÇIQLAMA
Bu gün, 11:28 |
|
|
|
• Bakıda bu bank müştərilərinin evlərini xəbərsiz satdı - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:24 |
|
|
|
• Şadlıq saraylarında "dodaq uçuqladan" qiymətlər: Menyu 400 manat - BU NƏDİ BELƏ?..
Bu gün, 11:20 |
|
|
|
• "Mən əxlaqsızlıq eləmişəm, sizin də qeyrətiniz yoxdur" - Anasını qətlə yetirən oğulun məhkəməsi
Bu gün, 11:13 |
|
|
|
• Həyat yoldaşını vəzifəyə gətirdiyi deyilən deputatdan AÇIQLAMA - "Əmri mən vermirəm..."
Bu gün, 11:12 |
|
|
|
• Məhkəmə koopertiv sədrini 12 il 8 ay müddətinə azadlıqdan məhrum edib
Bu gün, 11:07 |
|
|
|
• Evini girov qoyub pul götürdü... 7 MİN RÜŞVƏT VERDİ... - Şərur Mərkəzi Xəstəxanasında İŞÇİ TƏLƏSİ...
Bu gün, 11:05 |
|
|
|
• Dudanın İrəvana gətirdiyi plan: - "Hədəfdə Bakı da var"
Bu gün, 10:55 |
|
|
|
• Rusiya sərhədində gözləyən erməni yük maşınlarının sayı...
Bu gün, 10:54 |
|
|
|
• "2 qızıl taxt var idi, birində Ərdoğan, digərində mən oturdum" - Merkel ilk dəfə açıqladı
Bu gün, 10:46 |
|
|
|
• Azərbaycanda yüksək vəzifəli şəxslər işdən çıxarıldılar - SİYAHI
Bu gün, 10:43 |
|
|
|
• Naxçıvan Karate-do Federasiyası fəaliyyətini dayandırıb
Bu gün, 10:41 |
|
|
|
• Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var – Müəllimlər haqlarını tələb edir
Bu gün, 10:28 |
|
|
|
• Dövlət Sosial Müdafiə Fondunun ağırlaşan pensiya şərtləri... pensiyaçı sayını azaldır
Bu gün, 10:21 |
|
|
|
• Xalq artisti film vaxtı həqiqətənmi bətnindəki övladını itirib?
Bu gün, 10:14 |
|
|
|
• Məhkəmə Zümrüd Yağmurun barəsində axtarış qərarı çıxardı - TƏFƏRRÜAT
Bu gün, 10:11 |
|
|
|
• Malalamaqla deyil, bu nazir dəyişməlidir… - ÇAĞIRIŞ
Bu gün, 10:07 |
|
|
|
• “Christian Dior" Azərbaycanda 4,3 mln. avroluq şirkətini ləğv edib
Bu gün, 10:01 |
|
|
|
• 13 maddəlik razılaşma: Bakı və İrəvan ilin sonuna kimi... - NƏ BAŞ VERİR?
Bu gün, 09:53 |
|
|
|
• “City Leasing Group”a direktor təyin olunub - FOTO
Bu gün, 09:45 |
|
|
|
|