Kənd Təsərrüfatı Nazirliyini peşəkarlar idarə etmir... - Belə davam edərsə...
Tarix: 2-04-2020, 10:34 | Çap et
Ət ən çox tələb olunan qida məhsullarından biridir, buna görə də vətəndaşları koronavirus epidemiyasının ət istehsalına və onun dəyərinə necə təsir göstərəcəyi narahat edir. Mövzu üzrə AYNA-ya danışan kənd təsərrüfatı eksperti Vahid Məhərrəmovun sözlərinə görə, Covid-19-un yayılması bütün sahələrə mənfi təsir göstərir və onların içərisində kənd təsərrüfatı da istisna deyil. İndi vətəndaşlardan evdə qalmaları xahiş olunur, yaşı 65-dən yuxarı olanların çölə çıxmaları qadağandır, bir çoxları yoluxma təhlükəsi üzündən işə getməkdən çəkinirlər. Qeyd etmək lazımdır ki, yaşlı insanların əksəriyyəti əkinçiliklə, maldarlıqla məşğuldurlar. Bütün bunlar kənd təsərrüfatı məhsullarının, o cümlədən ət istehsalının azaldılmasına və bu məhsulun maya dəyərinin artmasına, dolayısı ilə bu məhsulların qiymətinin artmasına səbəb olacaq. Müsahibimizin dediyi kimi, bir neçə aydır, dünya bazarında ətin qiymətində artım müşahidə olunur: “Ət istehsalı yalnız heyvandarlıqdan ibarət deyil, həm də mövcud vəziyyətdə dərman və heyvan yemi ilə təmin olunmada da çətinliklər yarana bilər”. Vahid Məhərrəmov: Əksər fermerlər zərərə görə pambıqçılıqla məşğul ... V.Məhərrəmov bildirib ki, ümumi mənada öləkənin daxili tələbatını təmin edəcək ət istehsalı yoxdur: “Bu məsələ həll olunmalı - daxili ət istehsalı inkişaf etdirilməli və idxaldan asılı olunmamalıdır”. Rəsmi statistikaya görə, bu ilin ilk iki ayında Azərbaycana 14,147 milyon dollar dəyərində 7886,80 ton ət idxal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1254,1 ton (13.72%) az və 1.532 milyon dollar dəyərində (12.14%) çoxdur. “Məlumatları təhlil etsəniz, idxal olunan ətin və mal-qaranın idxalının artdığını görə bilərsiniz. Bu il ölkəyə 9,2 milyon dollar dəyərində mal-qara gətirilib, keçən il isə həmin dövrdə 5,7 milyon dollar dəyərində mal-qara gətirilib. Əsasən idxal olunan heyvanlar kəsimlik üçündür. Yəni bunlar mal-qara olaraq rəsmiləşdirilir və bununla da “yerli ət istehsalı” adlandırılır. Anlayışların dəyişdirilməsi, terminlərin manipulyasiyası gedir”, - ekspert vurğulayıb. Müsahibimizin dediyinə görə, Azərbaycana mal-qara, əsasən Ukrayna, Rusiya və Gürcüstandan gətirilir: “Qeyd edim ki, yerli inhisarçılar üçün dondurulmuş ətin ölkəyə gətirilməsi yerli istehsalın qurulmasından daha sərfəlidir. Bir ildə 60 min ton dondurulmuş ət gətirilir, halbuki, əvvəllər cəmi 5-6 min ton idxal olunurdu. Restoranlarda, kafelərdə, “fast food” obyektlərində, xüsusən də dönərlərdə dondurulmuş ətdən tez-tez istifadə olunur - daha ucuz və yararsızdır. Üstəlik, daha sərfəli və bişirilməsi daha asandır”. “Ölkədə ev heyvandarlığı sahəsində vəziyyət kritikdir. Bu vəziyyət, əsasən yemin olmaması ilə əlaqədardır. Əvvəllər ölkədə daha çox otlaq sahəsi var idi, indi həmin ərazilərin bir çoxu özünü doğrultmayan sənaye parklarına çevrilir. Kənd təsərrüfatı heyvanlarını lazımi miqdarda yemlə təmin etmək olardı. Azərbaycanda suvarma üçün kifayət qədər su mənbəyi var, bu mənbəyin ehtiyatı 32 milyard kubmetrdir. İqlim bir çox digər ölkələrlə müqayisədə isti olur, bu da bizə üstünlük verir. Otlaqlar vaxtında suvarılsa, yaxşı məhsul əldə edə bilərik. Ancaq bunun üçün suvarma vaxtında təşkil edilməlidir. Əraziləri düzgün becərmək, otlaq sahələrinə lazımi şəkildə qulluq etmək də lazımdır. Ancaq bizdə bunlar həyata keçirilmir, nəticədə otlaq sahələri xeyli azalıb və mal-qaranı saxlamaq müşkülə çevrilib”, - mütəxəssis deyib. Məhərrəmovun sözlərinə görə, ərazicə Azərbaycandan kiçik olan Niderland özünü heyvandarlıq məhsulları ilə təmin edirsə, üstəlik ixrac edirsə, bu haqda ciddi düşünmək lazımdır: “Bunun səbəbi Kənd Təsərrüfatı Nazirliyini peşəkarların idarə etməməsi ilə əlaqədardır. Düşünürəm ki, vəziyyət belə davam edərsə, bir neçə ildən sonra daha sıxıntılı nəticələrlə üz-üzə qala bilərik. O zaman idxaldan daha çox asılı vəziyyətdə qalacağıq”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
• “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• “Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01 |
|
|
|
• Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DƏRSLİKLƏRİMİZDƏKİ PROBLEM
Bu gün, 13:00 |
|
|
|
• Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək - KİV
Bu gün, 12:56 |
|
|
|
• İsrailin Baş Qərargah rəisi gözlənilmədən Britaniyaya gedib
Bu gün, 12:52 |
|
|
|
• Səs-küylü işlərə baxan hakim təqaüdə göndərildi - FOTO
Bu gün, 12:50 |
|
|
|
• Azərbaycanda taksi qiymətləri 19% bahalaşıb – Rəsmi
Bu gün, 12:48 |
|
|
|
• “Milla”nın rəhbərinin direktor olduğu 13 milyonluq şirkət “maya”sını azaldır
Bu gün, 12:42 |
|
|
|
• Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:40 |
|
|
|
• Marsda su ilə bağlı YENİ SÜBUT
Bu gün, 12:38 |
|
|
|
• Gürcüstanda prezident seçkilərinin vaxtı bilinib
Bu gün, 12:35 |
|
|
|
• Azərbaycandan milyonlarla pul çıxaran biznesmenlər TUTULDU - ŞOK FAKTLAR
Bu gün, 12:31 |
|
|
|
• Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır – 70 kiloqram qızıl beynəlxalq qaçaqmalçı şəbəkənin olub?
Bu gün, 12:24 |
|
|
|
• ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
Bu gün, 12:12 |
|
|
|
• Elnur Abdullayev borcları qaytarmaq üçün çabalayır – “Kontakt”ın məhkəmə çəkişmələri rekord səviyyədədir...
Bu gün, 12:08 |
|
|
|
• “Məktəb direktoru” olan Xalq artistinə TƏZYİQ: - “Məni söyürlər”
Bu gün, 12:04 |
|
|
|
• Pənah Hüseynin partiyasına dövlət pul ayırıb - MƏBLƏĞ
Bu gün, 12:03 |
|
|
|
• Əhməd Əhmədovdan yeni xəbər - Heç kəs şikayət vermədi
Bu gün, 11:52 |
|
|
|
• Əgər Berbok Azərbaycanı “danlayırsa”, deməli... – Markov
Bu gün, 11:51 |
|
|
|
• Univermağın 70 min manata yaxın pulunu mənimsəyərək “Tik-Tok”da xərcləyib – MƏHKƏMƏ
Bu gün, 11:37 |
|
|
|
• "3 ildir nazirə və nazirliyə çoxsaylı müraciətlər ünvanlasaq da... - heç bir cavab verilmir"
Bu gün, 11:36 |
|
|
|
• Paşinyanın “hər şeyi unudaq” və Bakıya güzəşt təklifinin sirri - qorxusu bu imiş...
Bu gün, 11:34 |
|
|
|
• İranda Azərbaycanın tibb sahələri üzrə verdiyi diplomlar qəbul edilmir - Canlarının QƏDRİNİ BİLİRLƏR...
Bu gün, 11:30 |
|
|
|
• Kənd yolunun təmiri üstündə dava qanla nəticələndi - MƏHKƏMƏ
Bu gün, 11:29 |
|
|
|
• Mirzoyan gülünc duruma düşdü: - Hələ təyin olunmayan naziri təbrik etdi
Bu gün, 11:26 |
|
|
|
• Paşinyan Akopyanı Dövlət Gəlirləri Komitəsinin rəhbəri təyin etdi
Bu gün, 11:24 |
|
|
|
• Bakıda keçmiş rəis həbs edildi - FOTO
Bu gün, 11:20 |
|
|
|
• Həkimlərin "gözəllik əməliyyatı": Ülviyyə İlyasovanı kim öldürüb? - ARAŞDIRMA
Bu gün, 11:18 |
|
|
|
• Evli ola-ola qız qaçıran şəxsin meyiti BAQAJDAN ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 11:14 |
|
|
|
• Nəcəflinin Talıbovdan ƏXZ ETDİKLƏRİ... - "Onların adlarını pul yazıb, ciblərinə qoyurlar"
Bu gün, 11:11 |
|
|
|
• Ədalət Verdiyevin həbsinin səbəbləri: Ehtiyatsızlıq, yoxsa qanun pozuntusu? - AKTUAL
Bu gün, 11:06 |
|
|
|
• Salyanda sakinlər BUNA GÖRƏ NARAZIDIR... - "...yola daş-çınqıl tökməkdən beziblər"
Bu gün, 11:04 |
|
|
|
• "Medianı “trol” yığnağı ilə hörmətsiz edən o məmur..." - MÜSAHİBƏ
Bu gün, 11:00 |
|
|
|
• Azərbaycan Standartlaşdırma İnstitutuna direktor əvəzi təyin olunub - ƏMR
Bu gün, 10:48 |
|
|
|
• "Taliban" Rusiyada qadağan olunmuş təşkilatlar siyahısından çıxarılır
Bu gün, 10:45 |
|
|
|
• "Rusiyanı da Turana qoşmaq olar, çünki onun tərkibində 8 türk dövləti var" - Novella Cəfəroğlu
Bu gün, 10:34 |
|
|
|
• Minimum pensiyanın artırılması nəzərdə tutulur, amma... - Görünəni odur ki...
Bu gün, 10:29 |
|
|
|
• BP AGT rəhbərliyində yeni təyinatlar olub - DETALLAR
Bu gün, 10:26 |
|
|
|
• 4 yüksək posta təyinat OLA BİLƏR - Bakı merinin müavinləri yoxdur
Bu gün, 10:24 |
|
|
|
• Qazaxıstanın Bakıdan qəribə gözləntisi – Ekspert “mümkün deyil” dedi
Bu gün, 10:13 |
|
|
|
• Mərkəzi Bank “Sara Qrup”u valyuta qaydalarını pozduğu üçün cərimələyir
Bu gün, 10:09 |
|
|
|
• Mağazanı qarət edən azərbaycanlı dəstə ələ keçirildi
Bu gün, 10:04 |
|
|
|
• Bu ölkə "S-300"lərini Ermənistana VERİR - "enikos.gr"
Bu gün, 10:00 |
|
|
|
• Fransa səfirinin İranda Qərbi Azərbaycan axtarışı - ŞƏRH
Bu gün, 09:53 |
|
|
|
• Şirvan şəhər Mərkəzi Xəstəxanası ÖZBAŞINA QALIB... - GÖRÜNƏNİ BUDUR
Bu gün, 09:48 |
|
|
|
|