Əli Həsənov haqda ilginc iddialar... - FOTOLAR, FAKTLAR...
Tarix: 9-02-2021, 11:01 | Çap et
Ötən gün sosial şəbəkələrdə Qərbi Kaspi Universitetində mərhum dövlət başçısı Heydər Əliyevin rəsminin və İDEYA təşkilatının loqosunun əks olunduğu köynəyin yararsız hala salınmasını əks etdirən fotolar yayılıb. Belə ki, ölkə başçısı İlham Əliyevin oğlu Heydər Əliyevin adına (heydar_aliyev) qeyd olunan instagram hesabında yayılan məlumatda deyilir ki, Qərbi Kaspi Universitetində döşəmələri silmək üçün Heydər Əliyevin portreti əks olunmuş köynəklərdən istifadə olunur: “İlk gördükdə inanmadım, hesab etdim ki, Ermənistandır! Amma sonra öyrəndim ki, Ulu Öndərin 94 illiyindən sonra Qərbi Kaspi Universiteti döşəmələri silmək üçün Ulu Öndərin portreti əks olunmuş köynəklərdən istifadə edirmiş. Söz tapa bilmədim. Universitetin rəhbərliyinə də, bundan sitifadə edən xadiməçilərə də ayıb olsun”.
“Faktla bağlı Qərbi Kaspi Universiteti hüquq-mühafizə orqanlarına müraciət edib”
Sözügedən instagram hesabının ölkə başçısı İlham Əliyevin oğluna aid olub-olmadığını dəqiq deyə bilməsək də, yayılan fotolar məlumatın doğruluğunu, yəni Heydər Əliyevin rəsminin və İDEYA təşkilatının loqosunun əks olunduğu köynəklərdən döşəmələrin silinməsi üçün istifadə olunduğunu təsdiqləyir. Onu da bildirək ki, Qərbi Kaspi Universiteti “facebook” hesabında yaydığı açıqlamada həmin fotonun universitetdə çəkilib-çəkilməməsi ilə bağlı araşdırma aparıldığını, həmçinin ali təhsil müəssisəsi tərəfindən hüquq-mühafizə orqanlarına müraciət edildiyini vurğulayıb: “Qərbi Kaspi Universiteti olaraq Ulu Öndər Heydər Əliyevin rəsminin və İDEYA təşkilatının loqosunun əks olunduğu köynəyin yararsız hala salınmasını əks etdirən fotonu gördükdə üzüldük və təəssüf hissi keçirərək bildiririk ki, bu fotonun universitetdə çəkilib-çəkilməməsi ilə bağlı araşdırma aparılır. Qərbi Kaspi Universiteti fəaliyyətə başladığı ilk gündən Azərbaycan dövlətinin taleyində, onun mənəvi-siyasi və ictimai həyatında misilsiz xidmətləri olan, həyatının bütün dövrlərində həmişə öz xalqı ilə birlikdə olan, onun bir millət və dövlət kimi inkişafı naminə həyatını belə əsirgəməyən Ümummili Lider Heydər Əliyevin rəhbərliyi altında təhsil sahəsində ölkədə aparılan islahatlarda yaxından iştirak etmiş, onun elm, təhsil və gənclərə olan diqqət və qayğısından yararlanmışdır. Qərbi Kaspi Universiteti müstəqil Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyevin, möhtərəm Prezidentimiz İlham Əliyevin ənənələrinin, siyasi kursunun təbliğinə daim xüsusi diqqətlə yanaşmış, dahi liderin Azərbaycan xalqının xoşbəxt və firavan gələcəyi yolunda əvəzsiz xidmətlərinin gənc nəsilə çatdırılmasına səylə çalışmış, daim bu siyasətin dəstəkçisi olmuş, İDEYA hərəkatının keçirdiyi tədbirlərin fəal iştirakçısı olmuşdur”.
Açıqlamada o da deyilir ki, hansısa narazı qalmış tələbənin və ya digər şəxsin bu fotodakı situasiyanı provakasiya məqsədilə hazırladığı və fotosunu çəkdiyi şübhə doğurmur: “Fotoda köynəyin hər iki tərəfinin çevrilərək çəkilməsi bu əməlin məqsədliliyindən xəbər verir – istisna deyil ki, şəxs köynəyi özü ilə gətirərək, belə bir situasiya hazırlayıb və fotosunu çəkib. Faktla bağlı Qərbi Kaspi Universiteti hüquq-mühafizə orqanlarına müraciət edib”.
Hüseynqulu Bağırova məxsus Qərb Universiteti, Əli Həsənovun Qərbi Kaspi Universitetinə çevrilib
Məlumat üçün bildirək ki, əsası 1991-ci ildə qoyulan Qərbi Kaspi Universiteti əvvəllər sabiq ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırova məxsus olsa da, artıq xeyli müddətdir ki, prezidentin keçmiş köməkçisi, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sabiq rəhbəri Əli Həsənovun biznes imperiyasının bir hissəsini təşkil edir. Qeyd edək ki, sözügedən ali təhsil müəssisəsi Əli Həsənovun nəzarətinə keçənə qədər Qərb Universiteti adını daşıyırdı. Lakin Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sabiq rəhbəri onu özününküləşdirdikdən sonra məşhur “Kaspi” brendini universitetin adına əlavə edib. Nəticədə, Hüseynqulu Bağırova məxsus Qərb Universiteti, Əli Həsənovun Qərbi Kaspi Universitetinə çevrilib.
Əgər Qərbi Kaspi Universitetində döşəmələri silmək üçün Heydər Əliyevin portreti əks olunmuş köynəklərdən istifadə olunduğu müvafiq qurumların araşdırması nəticəsində təsdiqlənərsə, bu, Ulu Öndərə qarşı hörmətsizliyin Əli Həsənovun göstərişi əsasında edildiyini deməyə zəmin yaradır. Çünki universitet rəhbərliyi törədilən əmələ görə məsuliyyət daşıyacağını bildiyi üçün risk edib bu cür xoşagəlməz hərəkətə əsla şərait yaratmaz. Deməli, burada Əli Həsənovun diqtəsi rol oynayır.
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sabiq rəhbəri bu dəfə bir qədər də irəli gedib və…
Yeri gəlmişkən, onu da nəzərinizə çatdıraq ki, bugünlərdə “Space” telekanalının rəhbəri Vaqif Mustafayevin istefası ilə bağlı açıqlama verən kanalın təsisçisi Sevil Əliyeva rejissorun Heydər Əliyev haqqında çəkdiyi “İnsanları xilas etməyə gedirəm” adlı dokumental film barədə olduqca maraqlı məqama toxunub. Belə ki, Sevil Əliyevanın sözlərinə görə, bəzi məmurlar Heydər Əliyevin daha çox siyasətçi deyil, bir insan kimi təqdim olunduğu həmin filmin yayımlanmasına imkan verməyib: “Ümid edirəm ki, indi, ölkənin ideoloji siyasətinə cavabdeh olan məmurlar dəyişəndən sonra geniş ölkə ictimaiyyəti, nəhayət, bu filmlə tanış olacaq”.
Diqqət yetirdinizsə, Sevil Əliyeva konkret ad çəkmədən “bəzi məmurlar” desə də, daha sonra onların kimliyinə işarə edib. Hər kəsə yaxşı bəllidir ki, uzun illər ölkənin ideoloji siyasətinə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə yanaşı, Əli Həsənov başçılıq edib. Buradan da belə qənaətə gəlmək olar ki, məhz bu iki şəxsin müdaxiləsi nəticəsində Heydər Əliyev haqqında çəkilən filmin yayımlanmasının qarşısı alınıb.
rezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sabiq rəhbəri bu dəfə isə bir qədər də irəli gedərək, sahibi olduğu Qərbi Kaspi Universitetində döşəmələri silmək üçün Heydər Əliyevin portreti əks olunmuş köynəklərdən istifadə olunmasına dair göstəriş verib.
“Hürriyyət“in Araşdırma Qrupu
P.S. Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bu məhsulların satışı ciddi problemlərə yol açır -Ekspertdən çağırış
Bu gün, 00:28 |
|
|
|
• Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... - "Kolxoz və sovxozlar yaradılsın"
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycanın xalq artisti vəfat etdi
Bu gün, 00:19 |
|
|
|
• Dövlət qurumu "Atasığorta"nı seçdi
Bu gün, 00:05 |
|
|
|
• “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq
Dünən, 23:59 |
|
|
|
• Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib - FOTO
Dünən, 23:56 |
|
|
|
• Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... - Məhəlləyə "nəzarət" edirmiş
Dünən, 23:53 |
|
|
|
• Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama
Dünən, 23:46 |
|
|
|
• Prezident İlham Əliyev Donald Trampa zəng edib
Dünən, 23:39 |
|
|
|
• 70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib - TƏFƏRRÜAT
Dünən, 23:36 |
|
|
|
• Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Dünən, 21:35 |
|
|
|
• Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 21:30 |
|
|
|
• "3-4 min manat tələb olunur, əgər bu davam etsə..." - Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı
Dünən, 21:27 |
|
|
|
• "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
Dünən, 20:18 |
|
|
|
• 145 saylı məktəbdən NARAZILIQ - İstilik yoxdur, uşaqlar xəstələnsə, kim cavab verəcək?
Dünən, 20:13 |
|
|
|
• Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
Dünən, 19:32 |
|
|
|
• Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Dünən, 19:18 |
|
|
|
• Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Dünən, 19:02 |
|
|
|
• Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Dünən, 18:58 |
|
|
|
• Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Dünən, 18:56 |
|
|
|
• Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Dünən, 18:39 |
|
|
|
• Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Dünən, 18:35 |
|
|
|
• Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Dünən, 18:34 |
|
|
|
• Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Dünən, 18:31 |
|
|
|
• Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Dünən, 18:25 |
|
|
|
• Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Dünən, 18:18 |
|
|
|
• Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək – 182 min manat ayrıldı
Dünən, 18:09 |
|
|
|
• Üç qüvvə birləşdi – Paşinyanın planı nədir?
Dünən, 18:05 |
|
|
|
• Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi - DETALLAR
Dünən, 18:03 |
|
|
|
• Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
Dünən, 18:01 |
|
|
|
• Hərbi ekspert Ədalət Verdiyev həbs edilib - ŞOK TƏFƏRRÜAT
Dünən, 17:58 |
|
|
|
• “Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... - 25 MİNLİK CƏZA
Dünən, 17:55 |
|
|
|
• “Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTO
Dünən, 17:44 |
|
|
|
• COP29-da Azərbaycan tarixi nəticə əldə etdi - MƏQALƏ
Dünən, 17:41 |
|
|
|
• Qənirə Ataşovanın hesabı silindi - SƏHİYYƏ MAFİYASINI ifşa etmişdi...
Dünən, 17:39 |
|
|
|
• Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Dünən, 17:27 |
|
|
|
• Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Dünən, 17:20 |
|
|
|
• Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Dünən, 17:13 |
|
|
|
• Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Dünən, 17:12 |
|
|
|
• Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Dünən, 17:09 |
|
|
|
• Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Dünən, 17:04 |
|
|
|
• Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Dünən, 17:02 |
|
|
|
• Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Dünən, 16:55 |
|
|
|
• "Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
Dünən, 16:44 |
|
|
|
• Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
Dünən, 16:37 |
|
|
|
• Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi - SƏBƏB
Dünən, 16:35 |
|
|
|
• Rusiya son sutkada 8 ballistik raket vurub - KİV
Dünən, 16:33 |
|
|
|
• Güzəştli kreditlərə hamının "əli çatırmı"? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:27 |
|
|
|
• Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? - AKTUAL
Dünən, 16:25 |
|
|
|
|