Niyə hələ də SƏFƏRBƏR OLA BİLMİRİK? - İTTİHAM VAR!
Tarix: 18-03-2022, 09:36 | Çap et
3 gün öncə yayılan rəsmi məlumatdan bəlli oldu ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 46 əməkdaşı ciddi nöqsanlara görə cəzalandırılıb. Daha dəqiq desək, Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatında bu barədə konkret səbəblər göstərilib. Bildirilib ki, hesabat dövründə korrupsiya ilə əlaqədar hüquq pozmalara dair daxil olmuş vətəndaş müraciətləri asasında Xidmətin əməkdaşları barəsində müvafiq araşdırmalar aparılıb. Təsdiqini tapan faktlar əsasında 5 halda toplanılan materiallar Baş Prokurorluğa və Hərbi Prokurorluğa göndərilib, eyni zamanda aparılan araşdırmalar nəticəsində xidməti vəzifələrinin icrasi zamanı yol verdikləri nöqsanlara görə Xidmətin 46 nəfər əməkdaşı intizam qaydasında cəzalandırılıb. Hesabata fikir verdinizmi ? Çox yumşaq formada, sanki nə şiş yansın, nə kabab qaydasında hazırlanıb hesabat. Hesabatda qeyd olunur ki....təsdiqini tapan faktlar əsasında... Əgər faktlar təsdiqini tapıbsa, nə üçün intizam qaydasında cəza olmalıdır..? Həm də 46 nəfərdən söhbət gedir, bu artıq şəbəkədir. Görəsən, bu faktlara niyə Hərbi Prokurorluq göz yumur ? Bəli, heç kimə sirr deyil ki, köhnə adı “Azvoyenkom”, indiki adı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti olan qurum neçə illərdir ki, rüşvət və korrupsiya yuvasıdır. Bunu inkar etmək mümkün deyil. Qarabağ müharibəsinin olması isə bu qurumun əlini-qolunu daha da açdı. Yəni imkanı olan şəxslər öz övladlarını ordudan yayındırmaq üçün Xidmətin rayon şöbələri ilə “bazarlıq” edərək minlərlə gənci “neqodnu”, yəni orduya yararsız edərək rəsmi sənəd veriblər. Minlərlə “neqodnu” gənc, milyonlarla pul deməkdir. Bu böyük cinayət əməlidir və müharibə dövründə baş verib. Deməli, həmin vəzifəli şəxslər müharibə qanunlarına uyğun olaraq cəza almalıdırlar. Biz hələ Xidmətin rayon şöbələrinin ( bəzi rəsmi sənədlərdə idarə yazılır ) inzibati binalarının tikilməsi, təmiri üçün dövlətin ayırdığı milyonları demirik. Təsəvvür edirsiniz, qurumun rəisi, general-polkovnik Arzu Rəhimovun 4 müavini var. Başda Arzu Rəhimov olmaqla bu 4 müavinlə birlikdə Arzu Rəhimov nə qədər mübarizə aparsalar da rayon komissarları bildiklərini edirlər. Görün bunlar nə qədər özlərini arxayın aparırlar ki, heç bir həbsdən və həbsxanadan qorxmurlar. Cənab Prezidentin tapşırıqlarını eşitmirlər. İstər Zəngilan rayon hərbi komissarlığında, istər Xətaidə, istər Səbayeldə, istərsə də Binəqədidə çox ciddi problemlər mövcuddur. Hətta elə hərbi komissarları tanıyırıq ki, neqodnuların pulları ilə başlarına tük əkdirirlər. Bu pulun çoxluğunun son həddi deməkdir. Vaxtı ilə söz deyəndə tər-su aparan komissarlar indi ağsaqqallıq edirlər. Bu haqda növbəti yazıda. Sözün qısası, bu qurumun bəzi rayon şöbələri bu gün də rüşvət və korrupsiya mənbəyi olmaqda davam edir. Bəzi rayonların “hərbi komissarları” az qala milyonçuya çevriliblər. Belə “hərbi komissarlar”dan biri də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zəngilan Rayon İdarəsinin sabiq rəisi Adil Nadir oğlu Hüseynovdur. O hazırda qurumun Nəsimi Rayon İdarəsində çalışır. Adil Hüseynov Zəngilanın “voyenkomu” olduğu müddətdə xeyli sayda gənci ordudan yayındırıb və bu yolla milyonlara sahib olub. Zəngilan sakinləri deyir ki, Adil Hüseynov pulu “bardamla” daşıyırdı. Bəli, Adil Hüseynov rayonda qiymət qoymuşdu ki, kim övladını “neqodnu” etmək istəyirsə, 7-8 min manat verməlidir. Bütün bunlar ortada ola-ola görəsən, Hərbi Prokurorluq nə üçün susur ? Heç bir tədbir görmür ? Biz Gündəlik-Bakı olaraq Hərbi Prokuror cənab Xanlar Vəliyevə müraciət edirik ki, bu hallar ciddi araşdırılsın. Yəni söhbət təkcə Zəngilan rayonundan getmir, digər rayonlardakı “neqodnu” siyahıları araşdırılsın. Həm də söhbət təkcə “neqodnu” məsələsindən getmir. Bu haqda növbəti yazımızda bəhs edəcəyik. Mövzunu gündəmdə saxlayacağıq. Bizi izləyin. Qarşı tərəfin mövqeyni dərc etməyə hazırıq. //gundelik-baku.com//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Sabiq icra başçısının qardaşına qarşı dələduzluq edən şəxslərdən xəbər var - TƏFƏRRÜAT
Bu gün, 10:38 |
|
|
|
• Naxçıvansayağı təhsil siyasəti... – korrupsiya və zorakılığa “hə”, əlavə dərsə “yox”!
Bu gün, 10:30 |
|
|
|
• “Çinar Park”ın dövlətə 100 min manatdan çox vergi borcu var - Biznes mərkəzini idarə edir...
Bu gün, 10:22 |
|
|
|
• “Azərbaycan COP29-la bağlı qarşısına qoyduğu bütün hədəflərə nail oldu” - deputat
Bu gün, 10:17 |
|
|
|
• Azərbaycanda DƏHŞƏT: qardaş qardaşı öldürdü
Bu gün, 10:12 |
|
|
|
• “Bakı Telefon Rabitəsi” sığortaçı seçib
Bu gün, 10:05 |
|
|
|
• Deputat Əminə Ağazadə MDB PA-nın Hüquqi məsələlər üzrə daimi komissiyasının sədr müavini seçilib - FOTO
Bu gün, 10:04 |
|
|
|
• Azərbaycan Mərkəzi Bankı sığortaçı seçib
Bu gün, 09:48 |
|
|
|
• Rusiya ordusu yeni hücuma hazırlaşır - “DeepState”
Bu gün, 09:47 |
|
|
|
• Bu gündən COP29 zolaqları qüvvədən düşüb - DİQQƏT
Bu gün, 09:43 |
|
|
|
• İşçisini acımasızcasına döyən aptek müdiri OLİQARX ÇIXDI... - SİYAHI
Bu gün, 09:42 |
|
|
|
• Kredit sənin üçün bitib, bizim üçün yox... - Bir "Kontakt Home" NAĞILI...
Bu gün, 09:25 |
|
|
|
• Elmi-Tədqiqat Kardiologiya İnstitutu kotirovka sorğusuna yekun vurub
Bu gün, 09:20 |
|
|
|
• AMB işğaldan azad edilmiş ərazilərdə poçt filialına bank lisenziyası verib - İLK DƏFƏ...
Bu gün, 09:19 |
|
|
|
• Bakıda maraqlı boşanma: Milyoner cütlüyün toydan bir ay sonrakı DAVASI - TƏFƏRRÜAT
Bu gün, 09:17 |
|
|
|
• Vilsondan bəri ən ermənipərəst administrasiya… - Tenni
Bu gün, 09:13 |
|
|
|
• Bahar Muradova Faiq Ağayevi təriflədi - FOTO
Bu gün, 09:09 |
|
|
|
• İpoteka və Kredit Zəmanət Fondu 3 illik auditor seçib
Bu gün, 09:05 |
|
|
|
• Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib - FOTO
Bu gün, 09:04 |
|
|
|
• Borc ikiqat artdı: çürüyən dövlətə çevrilirik - Avetisyan
Bu gün, 09:01 |
|
|
|
• CƏZA ARDINCA CƏZA: “Bakı Sığorta”nın səhmdarlarından biri cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 08:59 |
|
|
|
• Fəaliyyətsiz qalmış “Sumqayıt Tikiş” ASC-nin - SƏHMDARLARI TOPLANIR
Bu gün, 08:56 |
|
|
|
• Dillər Universitetində NƏ OYUNLAR ÇEVRİLİR... - İLGİNC FAKTLAR...
Bu gün, 08:49 |
|
|
|
• Yeni iş tapa bilməyən şəxslər üçün... - Ekspert danışır...
Bu gün, 08:41 |
|
|
|
• `Bazarstore`da konfet alana `vitamin` hədiyyə... - FOTOFAKT
Bu gün, 08:36 |
|
|
|
• Burda müştərini rəsmən QARƏT EDİRLƏR - BU NƏ HESABDIR?
Bu gün, 08:30 |
|
|
|
• Ucarda Qarabağ Qazisi NARAZILIQ EDİR... - MÜRACİƏT
Bu gün, 08:22 |
|
|
|
• Mürsəl İbrahimovun “X5” sevdalı işçisi... - O GÖRÜNMƏZDİRMİ?
Bu gün, 08:17 |
|
|
|
• Nəcəflinin XALQLA... XALQA QAPALI GÖRÜŞÜ... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:11 |
|
|
|
• Tramp Ərdoğanı Putinlə yaxınlaşdıracaqmı? - NƏ BAŞ VERİR?
Bu gün, 08:08 |
|
|
|
• Məktəblərdə payız tətilindən sonra dərslər başlayıb
Bu gün, 08:05 |
|
|
|
• Aqrar sektor niyə sürətlə geriləyir? - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 07:11 |
|
|
|
• Bayden Trampa qədər nüvə savaşı başladacaq - Skott Ritter
Bu gün, 07:07 |
|
|
|
• Bu boyda işi tək adamın törədə biləcəyinə inanmıram - MƏHKƏMƏ
Bu gün, 07:03 |
|
|
|
• Gəlirlərin artması üçün yeni yol tapılıb - "...nədənsə indi yada düşüb"
Bu gün, 06:48 |
|
|
|
• “Ədəbi əks-səda”nın sədası sonra çıxacaq - MÜSAHİBƏ
Bu gün, 06:46 |
|
|
|
• Qərbi Azərbaycana QAYIDIŞ: Mane olmamalıdırlar... - AKTUAL
Bu gün, 06:42 |
|
|
|
• COP29-un tarixi uğuru nə oldu? - İNCƏLƏMƏ
Bu gün, 06:36 |
|
|
|
• Köçəryan sirləri açdı: - Qarakənddə vurulan helikopterdə o da olub
Bu gün, 06:29 |
|
|
|
• Türkiyədən ermənipərəst jurnalistə qadağa: - ölkəyə buraxılmadı
Bu gün, 00:08 |
|
|
|
• Bu gün Kəlbəcər Şəhəri Günüdür
Bu gün, 00:03 |
|
|
|
• Berbok Bakını niyə erkən tərk edib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:36 |
|
|
|
• Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub - ƏMR
Dünən, 21:34 |
|
|
|
• "Bundan başqa bizə nə lazımdır axı?"
Dünən, 19:28 |
|
|
|
• Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” - GƏLİŞMƏ
Dünən, 19:26 |
|
|
|
• “Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” - ÇAĞIRIŞ
Dünən, 19:21 |
|
|
|
• Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Dünən, 15:35 |
|
|
|
• Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Dünən, 15:33 |
|
|
|
• Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Dünən, 15:22 |
|
|
|
• Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Dünən, 13:42 |
|
|
|
|