Gədəbəydə vandalizm: - 20 min dollarlıq "yardım" və 150 min manatlıq "haqq" - İlginc ittihamlar
Tarix: 1-08-2014, 11:58 | Çap et
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov yerli əhaliyə, xüsusən sahibkarlara ciddi problemlər yaradır. Belə ki, məhz onun göstərişi ilə rayonun Qalakənd kəndi ərazisində min bir əzab-əziyyətlə istirahət mərkəzi tikən iş adamının obyekti qanunsuz olaraq yerlə-yeksan edilib. Gədəbəy rayon Miskinli kənd sakini Əliyev Oqtay İbrahimov oğlu da icra başçısı tərəfindən incidildiyini bildirdi: "2003-cü ilin iyulunda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sərəncamı ilə Gədəbəy rayonunun Qalakənd kəndi ərazisində turizm-istirahət mərkəzi tikmək qərarına gəldim. Həmin sərəncamla ötən ilin iyulunda obyektin tikintisinə başladım.
Gədəbəy rayonu İcra Hakimiyyəti başçısının müavini-Aqrar məsələlər şöbəsinin müdiri Rüstəm Nağıyev ötən il tikintini dayandırdı. Mənə dedi ki, icra başçısı səni gözləyir, görüşmək istəyir. Məni icra başçısının birinci müavini Qüdrət Paşayevlə görüşdürdülər. Qüdrət Paşayev dedi ki, rayonda abadlıq işləri gedir. Görüşdüm, dedilər Rusiyadan gəlmisiniz. Bizə rayonun abadlaşdırılması üçün köməklik göstərin. Əvəzində obyekt tikilib başa çatdıqdan sonra özəlləşmə üçün biz də sənə kömək edərik. Həmin vaxt onlara 20 min dollar pul verdim".
Oqtay Əliyevin sözlərinə görə, bir il idi işi davam edirdi: "İşlər yekunlaşan vaxt Gədəbəy rayonu İcra Hakimiyyəti başçısının müavini-Aqrar məsələlər şöbəsinin müdiri Rüstəm Nağıyev bu il iyulun 11-də yenidən işi dayandırdı. Bu, elə bir vaxt idi ki, işlər tam başa çatmışdı. Ayın 25-də açılış etmək istəyirdik. Obyekt tikilib başa çatmaq üzrəykən, daha dəqiq desəm kosmetik işləri görən zaman icra hakimiyyətinin nümayəndələri gəlib işi dayandırdılar. Heç bir xəbərdarlıq etmədən obyektin bir hissəsini sökdülər. Min bir əzab-əziyyət hesabına bu il tikintini başa çatdırsm da bunun qarşısını aldılar. Obyekt elə bir yerdə tikilirdi ki, tikinti materiallarını usta və fəhlələr ora bir kilometr məsafədən əllərində daşıyırdılar. İcra başçısının müavini Rüstəm Nağıyev heç bir qanuni əsas və məhkəmə qərarı olmadan obyektin bir hissəsini sökdürdü. Həmin gün ora polislər, icra hakimiyyətinin nümayəndələri də gəlmişdi. Halbuki, aidiyyəti qurumlardan, o cümlədən Ekologiya və Təbii Sərvətlər Nazirliyindən lazım olan bütün sənədləri almışdım. Sadəcə, bu işdə icra hakimiyyətinin rəhbər şəxslərinin başqa maraqları olduğundan tikintini yarımçıq saxladılar".
Şikayətçi deyir ki, obyektin bir hissəsi dağıdılandan sonra onu Gədəbəy Rayon İcra Hakimiyyətinə çağırıblar: "Həmin vaxt orada atam olub. Atam icra başçısının müavini Rüstəm Nağıyevdən soruşub ki, siz hansı əsasla bu obyekti sökürsünüz? Deyib ki, bizi icra başçısı göndərib. Atam ona etiraz edərək bildirib ki, bundan ötrü məhkəmə qərarı, müvafiq sənəd olmalıdır. Rüstəm Nağıyev bildirib ki, başçı bizə belə deyib, belə də edirik. Gedin işinizlə məşğul olun. O, atama qarşı nalayiq hərəkətlər edib və söyüş söyüb. Gədəbəy Rayon Polis Şöbəsi rəisinin müavini Rəhman da həmin gün ora gəlibmiş. Böyük qüvvə ilə ora gəliblər. Mənə zəng etdilər və rayonav gəldim. İcra başçısının birinci müavini Qüdrət Paşayevlə görüşüb soruşdum ki, bu nə məsələdir? Axı biz ötən il danışdıq. Cavabında bildirdi ki, başçı yeni göstəriş verib, tikintiyə yenidən icazə üçün 150 min dollar pul verməlisən. Sonra isə həmin məbləği 100 minə endirdi. Ona bildirdim ki, mən bir manat da verməyəcəm. Mən verdiyimi vermişəm".
İcra başçısının birinci müavini Qüdrət Paşayev bundan sonra iş adamını hədələyib: "Mənə dedi ki, sən sən ol, biz də biz. Gör sənin obyektini nə günə qoyacağıq. Cavabında bildirdim ki, məhkəmənin qərarını gətirin, nə istəyirsinizsə edin. Bir həftə gözlədilər. Sonra əllərində heç bir əsas, məhkəmə qərarı, bildiriş olmadan, polisin müşayiəti, ağır texnikanın köməyi ilə, icra başçısının müavini Rüstəm Nağıyevin rəhbərliyi altında obyekti tamamilə yerlə-yeksan etdilər. Hətta obyektin fundamentini belə, darmadağın etdilər. Mənim həmin obyektə təkcə naqd şəklində 120 min manat xərcim çıxmışdı. Hələ digər xərcləri nəzərə almıram. Onları da nəzərə alsam, 150 min manata qədər xərcim çıxıb. Fəhlələr daşı, taxtanı, sementi bir kilometr piyada aparırdılar. Bu qədər əzab-əziyyətlə qurduğumuz turizm-istirahət mərkəzini amansızlıqla darmadağın etdilər".
Sahibkar başına gələn haqsızlıqlarla bağlı rayonun icra başçısına müraciət etsə də, məmur onu qəbul etməyib: "İcra başçısına müraciət etsəm də məni qəbul etmədi. Bakıya qayıtdığım gün obyektin bütün qalan hissələrini də dağıtdılar. Çünki mən onların əlavə pul təkliflərinə razılıq vermədim. Ölkədə bu cür gözəl şərait yaratdığına və sahibkarlığın inkişafına göstərdiyi dəstəyə görə ölkə prezidenti cənab İlham Əliyevə öz minnətdarlığımı bildirirəm. Biz gədəbəylilər ölkə başçısının həyata keçirdiyi işlərə baxıb həmişə fəxr etmişik və bu gün də edirik. Amma Ramiz Yediyarov prezidentin gördüyü müsbət işlərin üstündən sanki xətt çəkməyə çalışır. Prezidentimiz Rusiyada və digər xarici ölkələrdə yaşayan soydaşlarımızı Azərbaycana dəvət edir ki, iş adamları respublikamızda sahibkarlıqla məşğul olsunlar. Demir ki, bəzi rayonların icra başçılarına haqq versinlər. Üzləşdiyim haqsızlıqla bağlı hüquq-mühafizə orqanlarına teleqramlar vurdum. Daxili İşlər Nazirliyinin "102" "Qaynar xətt"inə dəfələrlə müraciət etdim. Daxili İşlər Nazirliyinin "102" "Qaynar xətt"indən mənə gülməli cavab verdilər: "İcra başçısı polisə göstəriş verir və polis də bunu həyata keçirir. Belə çıxır ki, icra başçısı polisə vətəndaşı güllələmək əmrini versə, polis vətəndaşı güllələyəcək? Polisin nə ixtiyarı var ki, məhkəmə qərarı olmadan obyektin qanunsuz söküntüsündə iştirak etsin. Hətta polislər bu söküntünü telefona çəkən əməkdaşlarımızı da təhqir edib. Belə olmaz axı. Əgər mənə rayonda obyekt tikməyə icazə vermirdilərsə, nə üçün 20 min dollarımı aldılar. Bir il idi tikinti işi aparırdım, niyə bunun qarşısını vaxtında almırdılar? Nə üçün obyekt istifadəyə verilən ərəfədə onu söküb yerlə yeksan etdilər?"
Oqtay Əliyev sonda üzünü Azərbaycan Respublikasının prezidentinə tutdu: "Cənab prezident İlham Əliyevə müraciət edib xahiş edirəm ki, bu məsələnin araşdırılması üçün göstəriş versin. Ramiz Yediyarovun əməlləri cinayət əməlləridir. Xahiş edirəm o, cəzalandırılsın və mənə dəyən ziyan ödənilsin. Mən artıq Gədəbəy rayonuna gedə bilmirəm. Ramiz Yediyarov Gədəbəy Rayon Polis Şöbəsinə göstəriş verib ki, əgər Oqtay Əliyev şikayətini geri götürməsə onu həbs edin. Məni hansı əsasla həbs edəcəklər? Artıq neçə gündür polislər rayondakı doğmalarıma təzyiq göstərir, onları narahat edirlər". (ardı var)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
• “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• “Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01 |
|
|
|
• Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DƏRSLİKLƏRİMİZDƏKİ PROBLEM
Bu gün, 13:00 |
|
|
|
• Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək - KİV
Bu gün, 12:56 |
|
|
|
• İsrailin Baş Qərargah rəisi gözlənilmədən Britaniyaya gedib
Bu gün, 12:52 |
|
|
|
• Səs-küylü işlərə baxan hakim təqaüdə göndərildi - FOTO
Bu gün, 12:50 |
|
|
|
• Azərbaycanda taksi qiymətləri 19% bahalaşıb – Rəsmi
Bu gün, 12:48 |
|
|
|
• “Milla”nın rəhbərinin direktor olduğu 13 milyonluq şirkət “maya”sını azaldır
Bu gün, 12:42 |
|
|
|
• Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:40 |
|
|
|
• Marsda su ilə bağlı YENİ SÜBUT
Bu gün, 12:38 |
|
|
|
• Gürcüstanda prezident seçkilərinin vaxtı bilinib
Bu gün, 12:35 |
|
|
|
• Azərbaycandan milyonlarla pul çıxaran biznesmenlər TUTULDU - ŞOK FAKTLAR
Bu gün, 12:31 |
|
|
|
• Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır – 70 kiloqram qızıl beynəlxalq qaçaqmalçı şəbəkənin olub?
Bu gün, 12:24 |
|
|
|
• ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
Bu gün, 12:12 |
|
|
|
• Elnur Abdullayev borcları qaytarmaq üçün çabalayır – “Kontakt”ın məhkəmə çəkişmələri rekord səviyyədədir...
Bu gün, 12:08 |
|
|
|
• “Məktəb direktoru” olan Xalq artistinə TƏZYİQ: - “Məni söyürlər”
Bu gün, 12:04 |
|
|
|
• Pənah Hüseynin partiyasına dövlət pul ayırıb - MƏBLƏĞ
Bu gün, 12:03 |
|
|
|
• Əhməd Əhmədovdan yeni xəbər - Heç kəs şikayət vermədi
Bu gün, 11:52 |
|
|
|
• Əgər Berbok Azərbaycanı “danlayırsa”, deməli... – Markov
Bu gün, 11:51 |
|
|
|
• Univermağın 70 min manata yaxın pulunu mənimsəyərək “Tik-Tok”da xərcləyib – MƏHKƏMƏ
Bu gün, 11:37 |
|
|
|
• "3 ildir nazirə və nazirliyə çoxsaylı müraciətlər ünvanlasaq da... - heç bir cavab verilmir"
Bu gün, 11:36 |
|
|
|
• Paşinyanın “hər şeyi unudaq” və Bakıya güzəşt təklifinin sirri - qorxusu bu imiş...
Bu gün, 11:34 |
|
|
|
• İranda Azərbaycanın tibb sahələri üzrə verdiyi diplomlar qəbul edilmir - Canlarının QƏDRİNİ BİLİRLƏR...
Bu gün, 11:30 |
|
|
|
• Kənd yolunun təmiri üstündə dava qanla nəticələndi - MƏHKƏMƏ
Bu gün, 11:29 |
|
|
|
• Mirzoyan gülünc duruma düşdü: - Hələ təyin olunmayan naziri təbrik etdi
Bu gün, 11:26 |
|
|
|
• Paşinyan Akopyanı Dövlət Gəlirləri Komitəsinin rəhbəri təyin etdi
Bu gün, 11:24 |
|
|
|
• Bakıda keçmiş rəis həbs edildi - FOTO
Bu gün, 11:20 |
|
|
|
• Həkimlərin "gözəllik əməliyyatı": Ülviyyə İlyasovanı kim öldürüb? - ARAŞDIRMA
Bu gün, 11:18 |
|
|
|
• Evli ola-ola qız qaçıran şəxsin meyiti BAQAJDAN ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 11:14 |
|
|
|
• Nəcəflinin Talıbovdan ƏXZ ETDİKLƏRİ... - "Onların adlarını pul yazıb, ciblərinə qoyurlar"
Bu gün, 11:11 |
|
|
|
• Ədalət Verdiyevin həbsinin səbəbləri: Ehtiyatsızlıq, yoxsa qanun pozuntusu? - AKTUAL
Bu gün, 11:06 |
|
|
|
• Salyanda sakinlər BUNA GÖRƏ NARAZIDIR... - "...yola daş-çınqıl tökməkdən beziblər"
Bu gün, 11:04 |
|
|
|
• "Medianı “trol” yığnağı ilə hörmətsiz edən o məmur..." - MÜSAHİBƏ
Bu gün, 11:00 |
|
|
|
• Azərbaycan Standartlaşdırma İnstitutuna direktor əvəzi təyin olunub - ƏMR
Bu gün, 10:48 |
|
|
|
• "Taliban" Rusiyada qadağan olunmuş təşkilatlar siyahısından çıxarılır
Bu gün, 10:45 |
|
|
|
• "Rusiyanı da Turana qoşmaq olar, çünki onun tərkibində 8 türk dövləti var" - Novella Cəfəroğlu
Bu gün, 10:34 |
|
|
|
• Minimum pensiyanın artırılması nəzərdə tutulur, amma... - Görünəni odur ki...
Bu gün, 10:29 |
|
|
|
• BP AGT rəhbərliyində yeni təyinatlar olub - DETALLAR
Bu gün, 10:26 |
|
|
|
• 4 yüksək posta təyinat OLA BİLƏR - Bakı merinin müavinləri yoxdur
Bu gün, 10:24 |
|
|
|
• Qazaxıstanın Bakıdan qəribə gözləntisi – Ekspert “mümkün deyil” dedi
Bu gün, 10:13 |
|
|
|
• Mərkəzi Bank “Sara Qrup”u valyuta qaydalarını pozduğu üçün cərimələyir
Bu gün, 10:09 |
|
|
|
• Mağazanı qarət edən azərbaycanlı dəstə ələ keçirildi
Bu gün, 10:04 |
|
|
|
• Bu ölkə "S-300"lərini Ermənistana VERİR - "enikos.gr"
Bu gün, 10:00 |
|
|
|
• Fransa səfirinin İranda Qərbi Azərbaycan axtarışı - ŞƏRH
Bu gün, 09:53 |
|
|
|
|