Əsas Səhifə > Siyasət, Manşet > Biləsuvarda başçı torpaqları necə xırıd edibsə...

Biləsuvarda başçı torpaqları necə xırıd edibsə...


7-11-2019, 10:26
Biləsuvarda başçı torpaqları necə xırıd edibsə...
DİA.AZ: - Redaksiyamıza müraciət edən Biləsuvar rayon sakinləri iddia edirlər ki, rayonun icra başçısı Mahir Quliyev elə vəziyyət yaradıb ki, bu gün kəndli Biləsuvarda əkməyə torpaq tapa bilmir.

Sakinlər DİA.AZ-a yazır: "Mahir Quliyev Biləsuvarın torpaq sahələrini məmurlara satıb. Onların hər birinin yüz hektarlarla torpaq sahəsi olduğu halda sıravi biləsuvarlı qonşu rayonlardan icarəyə torpaq götürmək məcburiyyətində qalıb".

Sakinlər dia-az.site vasitəsilə ölkə rəhbərliyinə müraciət edərək bildirirlər ki, bu faktı dövlətin müvafiq qurumları araşdırmalıdır:

"Əgər araşdırılarsa, o zaman Mahir Quliyevin böyük yeyintisi və özbaşınalığı ifşa olunacaq".

İddia olunanlarla bağlı dia-az.site olaraq qarşı tərəfi də dinləməyə hazırıq..

Geri qayıt