Əsas Səhifə > Siyasət, Manşet > "Bu süründürməçiliklə rüşvət istədikləri aşkardır..."

"Bu süründürməçiliklə rüşvət istədikləri aşkardır..."


24-08-2021, 09:26
"Bu süründürməçiliklə rüşvət istədikləri aşkardır..."
DİA.AZ: - "Şikayətim 18 saylı dövlət poliklinikasındandır. Bildiyiniz kimi allergiyası olan xəstələrə covid əleyhinə vaksin vurula bilməz. Arayış üçün müraciət etdim. Dedilər igE analizi gətir". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı şikayətində Sevinc Əzimli adlı istifadəçi bildirir.

"Bu süründürməçiliklə rüşvət istədikləri aşkardır..."

Daha sonra narazı vətəndaş yazır: "Çox yüksək dərəcədə allergiyam çıxdı və bu dünən srağagün yaranmayıb. Uşaq vaxtından əzab çəkirəm. 7 yaşımda ikən xəstəxanada yatmağım barədə Xəstəxana kağızını da analiz cavabını da təqdim etdim. Kartoçkaya yazıldı. Apardım şöbə müdirinə təhvil verdim. Soruşdum nə vaxta hazır olar? Dedi nömrəniz var hazır olanda zəng edərik. On gün gözlədim zəng gəlmədi.

"Bu süründürməçiliklə rüşvət istədikləri aşkardır..."

Zəng etdim sahə həkiminə deyirəm nə oldu bir arayışı yazmayıb. Sahə həkimi Tahirə xanım bildirdi ki şöbə müdiri kartoçkanı geri qaytarıb Deyir indi də getsin allerqoloq rəyi və dəri zöhrəvidən kağız gətirsin. Halbuki başqa poliklinikalarda sadəcə igE analizinə görə arayış alırlar. Bu süründürməçiliklə rüşvət istədikləri aşkardır. Xahiş edirəm aidiyyati qurumlar bu məsələ ilə məşğul olsunlar".

İddia olunanlarla bağlı dia-az.site olaraq qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq...


Geri qayıt