Əsas Səhifə > Siyasət, Manşet > Səfər Mehdiyevlə bağlı QƏRAR VERİLƏCƏK

Səfər Mehdiyevlə bağlı QƏRAR VERİLƏCƏK


21-09-2022, 08:50
Səfər Mehdiyevlə bağlı QƏRAR VERİLƏCƏK
DİA.AZ: - Keçən günlərdə məlumat verərək bildirmişdik ki, ölkənin sabiq baş gömrükçüsü Səfər Mehdiyevin durumu o qədər də ürəkaçan deyil və onunla bağlı hüquqi araşdrımalara start verilib.

Bu barədə DİA.AZ-a danışan hökumətdəki mötəbər mənbə iddia edirdi ki, hal-hazırda Səfər Mehdiyev DGK-nın keçmiş sədri olaraq istənilən bir istintaqdan kənardadır. Amma sabah belə olmayacaq. Mənbənin dia-az.site-a söylədikləri: "Səfər Mehdiyev 245 milyon manatlıq bir yeyintidə ittiham olunur. Bu, ilkin rəqəmdir və araşdırmalar ortaya daha real nəticəni çıxaracaq".

DİA.AZ-a daxil olan son informasiyadan isə aydın olur ki, artıq Səfər Mehdiyevin yaxın qohumlarının nəzarətində olan maliyyə qaynaqları araşdırılır. Mənbə iddia edir ki, bu istiqamətdə xüsusi olaraq keçmiş DGK sədrinin qayınları - İlham və Zeynal Tarquluyevlər nəzarətə götürülüb. Bu araşdırmaların isə yekunda Səfər Mehdiyevlə bağlı veriləcək qərara təsir edəcəyi istisna deyil.

Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin. İddia olunanlarla bağlı dia-az.site olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Geri qayıt