Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/dia-az.site/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/dia-az.site/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Siyasət, Manşet > Zabux sakininin evini ƏLİNDƏN ALDILAR...
Zabux sakininin evini ƏLİNDƏN ALDILAR...3-05-2024, 09:40 |
![]() Laçın rayon sakini Aydın Abışzadə haqsızlıqla üz-üzə qalıb. dia-az.life bildirir ki, o, rayonun Zabux kəndinin icra nümayəndəsinin özbaşınalığının qurbanıdır. Bu barədə məlumat verən A.Abışzadənin sözlərinə görə, rayonun Zabux kəndində onun ata-baba yurdunda yenidən inşa olunmuş və püşklə ona düşən mənzil qanunsuz olaraq və icra nümayəndəsinin özbaşınalığı ilə əlindən alınıb. "32 nömrəli ev mənim öz ata-baba yurdumda tikilib. Püşklə mənə düşsə də, aradan 3 gün keçəndən sonra kəndin icra nümayəndəsi Elsevər mənə zəng edərək dedi ki, həmin ev əlimdən alınıb və Rusiyada yaşayan birinə verilib". ![]() Narazı vətəndaş Prezident İlham Əliyevə müraciət edərək haqqının bərpa olunmasını xahiş edir. Geri qayıt |