Türkiyənin ATV kanalında yayımlanan “Esra Erolda” evlilik verilişinə Roza adlı azərbaycanlı xanım qatılıb.
Axşam.az-ın məlumatına görə, Gürsəl adlı bəy namizədi ilə qalmaqallı müzakirələri ilə proqramın diqqətçəkən iştirakçılarından olan Roza 4 uşaq anasıdır.
O, polis məmuru olduğunu bildirib. Qalmaqallı iddiaları ilə tanınan Roza Gürsəlin onu evinə aparmaq istədiyini desə də, qarşı tərəf buna etirazını bildirib.