Axşam.az-ın məlumatına görə, o, rejissor olmazdan əvvəl yer pulu yığdığını deyib. Kənan bu haqda “Stop” verilişində danışıb:
“İşim olmasa oğurluqdan, cinayətdən başqa hər şey edərəm. Bunu deməkdən çəkinmirəm. Hətta ilk dəfə deyim ki, əvvəllər 20 Yanvar metrosunda yer pulu yığırdım. Heç yerdə bu haqda danışmamışam”.
Kənan övladlarından da söz açıb:
“Böyük qızım vurub-dağıtmaqda mənə oxşayır. Əgər istəsə, incəsənətə gəlməsinə icazə verərəm. Amma indi görürəm ki, evdə əşyaların yerini dəyişir. Özü də zövqlə edir. Deyirəm, yəqin dizayner olacaq”.
Qeyd edək ki, müğənni Aygün Mahmudova ilə ailəli olan Kənanın üç övladı var.