"Mənim yaşamaq və sənətimi davam etdirmək istədiyim yeganə yer Azərbaycandır"
Tarix: 16-09-2016, 09:04 |
Çap et
Qəti surətdə heç yerə getmək fikrim yoxdur.
Bu sözləri xalq artisti Faiq Ağayev sənətini başqa ölkədə davam etdirmək fikrində olub-olmaması haqda Axar.az-a danışarkən deyib. O, Azərbaycanda yaşayıb-yaratmaq istədiyini bildirib:
“Mənim yaşamaq və sənətimi davam etdirmək istədiyim yeganə yer Azərbaycandır. Qəti sürətdə vətənimi tərk etmək fikrim yoxdur. Ölkəmi yalnız qısa müddətli səyahətlər üçün tərk edə bilərəm”.
Qeyd edək ki, Faiq Ağayevin ölkəni tərk edəcəyi ilə bağlı şayiələr dolaşır.