Rəhim Aygün və Natavanı bir araya gətirəcək - Şou-biznesdə yeni qruplaşma
Tarix: 13-12-2016, 09:29 |
Çap et
“Natavanın yerində olsaydım, Aygün Kazımova ilə mənə qoşulardım. Üçümüz “Həbibim” mahnısını ifa edərdik. Niyə də yox?”.
Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni-bəstəkar Rəhim Rəhimli "Xəzər maqazin"ə açıqlamasında deyib.
İfaçı şou-biznesdəki yeni qruplaşmadan danışıb. O, xalq artisti Aygün Kazımova və müğənni Natavan Həbibini barışığa səsləyib.
R.Rəhimlinin bu təklifinə Aygün Kazımova da müsbət yanaşdığını bildirib:
“Biz yaradıcı insanlarıq. Ortaya layihələr çıxarmalıyıq. Təbii ki, razıyam. Niyə olmasın? Mən təsəvvür edirəm, çox maraqlı olar”.
N.Həbibi də R.Rəhimlinin təklifinə müsbət yanaşıb:
“H-trio” olar. “W-trio” artıq olub (gülür). Mənə hələ heç kəs təklif etməyib. Xahiş edirəm, yazılı şəkildə mənə təklifinizi bildirin. Sizin cavabınızı gözləyirəm”.