DİA.AZ: - Tanınmış rejissor Nail Naiboğlu kyokuşin karate üzrə dünya çempionu Səlahət Həsənov haqqında film çəkir.
DİA.AZ xəbər verir ki, film sərt karate növü sayılan kyokuşin üzrə dünya çempionu adını ilk dəfə Azərbaycana gətirən Səlahət Həsənovun həyatına həsr olunub.
Rejissor Nail qeyd edib ki, "Qafqazın əfsanəsi" adlı film Azərbaycan Kyokuşin Karate Federasiyasının sifarişi ilə lentə alınır. Dekabr ayında filmin təqdimatı keçiriləcək.