DİA.AZ: - Tanınmış azərbaycanlı model Elvira Xanlayaeva idman abu-havasında olan fotosessiyaya imza atdı.
DİA.AZ xəbər verir ki, model Elvira Xanlayeva ilə foto-model İqaməddin Hüseynov peşəkar fotoqraf Ratmir Şərifovun kamerası qarşısına keçiblər.
"Hər kəs istifadə etdiyi geyimlərlə yanaşı öz bədən quruluşuna diqqət etməyə çalışır. Xaricdə çəkilən fitnes tərzli fotosessiyalardan fərqli olaraq belə layihələr hər kəsə stimul verəcək. Bunun nəticəsi olaraq gözəl bədən quruluşuna sahib olmağın mümkünsüz olmadığını dərk edirlər", - deyə Elvira bildirib.
Model "make up"ını Əsmər Əsgərovaya həvalə edib.
2 maraqlı obraz yaradan Elviranın fotosessiyasını təqdim edirik: