DİA.AZ: - "Miss Suzi" ləqəbli tanınmış model və aktrisa Suzan fərqli fotosessiyaya imza atıb.
DİA,AZ xəbər verir ki, hər zaman formada qalması və gözəlliyi ilə diqqət çəkən model bu dəfə fotoqraf Orxan Mustafanın obyektivi önünə keçib.
Suzan imicini ölkənin tanınmış stilistlərindən olan Sevinc Həsənovaya həvalə edib.
"Zuleykha Shop"dan bir milyon manatlıq zinət əşyalarını üzərində məharətlə daşıyan model və aktrisa ekstravaqant və cazibədar obrazı ilə diqqət çəkib. Görünür, Suzan bu fotosessiya ilə ən ehtiraslı model adına iddialıdır.