DİA.AZ: - "Türkiyədən heç tanımadığım insanlardan təklif aldım. Bir fotosessiyamı görüb, məni bəyəniblər. İnstaqramda mənə yazdılar, məlumat aldılar. Təklif etdilər ki, sizinlə fotosessiya etmək istəyirik”.
Bu sözləri DİA.AZ-a açıqlamasında Lider TV-nin aparıcısı Çinarə Əliyeva deyib.
Aparıcı bildirib ki, Türkiyədə olan zamanı məşhur kosmetik brendin sahibləri tərəfindən iş təklifi aldığını bildirib:
"Tədbirdə böyük kosmetik brendlərin sahibləri iştirak edirdilər. Mənə bir brendin siması olmaq təklifi gəldi. Göz-qaş hissəmi çox bəyəndilər. Tezliklə danışıqlar üçün yenidən İstanbula yollanacam".
Çinarə Əliyeva söhbət əsnasında yeni fotosessiya etdirdiyini də bildirib. Əliyevanın şəkillərini fotoqraf Turalbəy Həsənzadə lentə alıb. Çinarənin görünüşü üzərində stilist Günay Mustafa çalışıb.
Çinarə Əliyevanın yeni fotosessiyasını oxuculara təqdim edirik: