Azərbaycanlı parodiyaçı susqunluğu nə ilə pozacaq?
Tarix: 25-10-2017, 17:07 |
Çap et
DİA.AZ: - Tanınmış mahir parodiyaçı Ceyhun Məmmədov sənətində yaratdığı kiçik fasiləni yeni layihələrlə pozacaq.
Bu barədə DİA.AZ-a parodiyaçı özü məlumat verib. O, bildirib ki, tezliklə yeni layihələr təqdim edəcək:
“Aktyor kompleksiz olmalıdır, çünki səhnə sərhəd tanımır. Şou yaradan adam səhnədə özünə sərhəd qoyursa o, heç vaxt tamaşaçısına gülüş və sevinc bəxş edə bilməz. Belə ki, mən aferistiyi sevmirəm. Yeni və maraqlı layihələr olacaq”.
Qeyd edək ki, parodiyaçı Ceyhun Məmmədov qarının piylərini çıxartdırıb.