"Amma mən Azərbaycan gözəliyəm"
Tarix: 28-12-2017, 10:36 |
Çap et
DİA.AZ: - "Azərbaycan Gözəli -2016" milli gözəllik yarışmasının qalibi Günel Ağayeva yeni saç düzümü ilə diqqət çəkib.
DİA.AZ-ın məlumatına görə, model son vaxtlar başına tac qoyur.
O, buna görə onu qınayanlara da cavab verib:
“Tacı ancaq gəlinlik libasına yaraşdıran cahillər... Arada bir az kitab oxuyun, internetdən məlumat toplayın. İmkan olanda burnunuzdan o tərəfi də görün. Bundan sonra ara-sıra məni tac aksesuarımla səhnələrdə, təşkil olunan məclislərdə “Şəhzadə” obrazında hələ çox görəcəksiniz. Qəbul eləsəzdə, eləməsəzdə, amma mən Azərbaycan gözəliyəm”.