DİA.AZ: - Azərbaycanda ötən gün keçirilən “Miss & Mister of the Year 2017” Milli Gözəllik yarışmasının final gecəsi baş tutub.
DİA.AZ xəbər verir ki, münsiflər heyətində təmsil olunan ulduz sənətçilərin və tanınmış simaların iştirakı ilə “Qafqaz Biznes Center”da təşkil olunan final gecəsi olduqca maraqlı və diqqəti cəlb edən hadisələrlə yadda qalıb. Münsiflərin səsverməsi və eyni zamanda tədbirə dəvət almış tamaşaçıların iştirakı ilə baş tutan səsvermə sonrası Gülşən Quliyeva birinci yerə layiq görülüb.