DİA.AZ: - Türk pop musiqisinin kraliçası Hande Yener səhnə fəaliyyətinin 20-ci ilini xüsusi albomla qeyd edir.
DİA.AZ Mediatime.AZ-a istinadən xəbər verir ki, oktyabrın 2-də təqdim olunacaq albom "Carpe Diem" adlanır. Albom 2 hissədən ibarət olacaq.
Hər albom öncəsi arıqlamağa başlayan Hande, bu dəfə də əlindən gələni edib. O, 2 ayda 5 kiloqram arıqlayaraq, qarderobunu yeniləyib və imicini dəyişdirib.
Fərqli xarici görüşünə sahiblənən sənətçi, fotoqraf Aytekin Yalçının kamerası önünə keçərək cəsarətli poz verib.