"30 ildir zülm çəkirdik, indi mənə yuxu kimi gəlir" - Xalq artisti gözyaşlarına boğuldu
Tarix: 8-10-2020, 15:30 |
Çap et
Uzun müddətdir səssizliyə qərq olan Xalq artisti Bilal Əliyev BiG.AZ- izləyicilərilə, ordumuzun qazandığı uğurlarla bağlı sevinc hislərini bölüşüb.
Sənətkar müsahibəsində bunları deyib:
"30 ilə yaxındır ki, zülm çəkirdik.İndi mənə yuxu kimi gəlir.Ordumuz çox güclüdür.Təbii ki,Prezidentimizin sayəsində.
Hər an gözləyirdik ki,Prezident əmr versin və torpaqlarımızı işğaldan azad edək, nəhayət bu baş verdi!
Mən inanıram ki, Qarabağ işğaldan azad olunacaq!
Ordumuz bu işin öhdəsindən gələcək!
Çünki, ordumuz günü-gündən irəli gedir"