"Allahın izni ilə, bundan sonra artıq ikinci ömür başlaya bilər" - Qulu Məhərrəmli
Tarix: 23-10-2020, 08:19 | Çap et
Sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində Azərbaycan Ordusunun başlatdığı ək-hücum əməliyyatları uğurla davam edir. Əməliyyatlar çərçivəsində işğal altında olan çox sayda yaşayış məntəqəsi azad edilib. İşağldan azad edilən yaşayış məntəqlərindən biri də, 1993-cü ilin 29 oktyabrında işğal edilmiş Zəngilan şəhəridir. Zəngilan şəhəri oktyabrın 20-də işğaldan azad edildi və yenidən Azərbaycana birləşdirildi.
Qələbə xəbəri eşitmək, doğma yurduna qovuşmaq, həsrətə son qoyulması təsvirolunmaz hissdir. AYNA-nın müsahibi, 1954-cü ildə Zəngilan rayonunda dünyaya gələn, professor, Əməkdar jurnalist Qulu Məhərrəmli də hazırda belə hisslər keçirir:
- Qulu müəllim, Zəngilanın işğaldan azad edilməsi münasibətilə sizi bir daha təbrik edirik. Təəssüratlarınız maraqlıdır...
- Çox sağolun. Əvvəlcə onu deyim ki, əvvəllər insanların haralı olmasına fikir verilmirdi. Dünəndən də çox adam mənə zəng edib zəngilanlı olmağımdan indi xəbər tutduqlarını deyir. Hamısına da zəngilanlı olmaqda qeyri-adi heç nə olmadığını deyirəm. Lakin qeyri-adi olan Zəngilanın işğaldan azad olunmasıdır. Əslində, bir rayona məxsus olmaq bir az şərtidir. Çünki dünən biz füzulili, ondan əvvəl cəbrayıllı, bu gün isə zəngilanlıyıq. Qubadlı azad ediləndən sonra isə hamımız qubadlılı olacağıq. Həmçinin, şuşalı, kəlbəcərli, ağdamlı və s. Bu isə qeyri-adi bir hissdir. Amma dünyaya göz açdığın rayonun azad edilməsi tamam başqa hissdir və bunu sözlə ifadə etmək çətindir. Çünki torpaqların işğaldan azad olunma xəbəri insanda elə güclü enerji yaradır ki, insanın bütün duyğuları dilə gəlir, ruhu oyanır və özünü fərqli hiss edir. Bu baxımdan, Zəngilanın işğaldan azad olunması xəbəri mənə ildırım çaxması kimi təsir etdi. Bu cür xəbərlər insanın həyatında bir dəfə olur. Məsələn, Qarabağla bağlı qalibiyyətli döyüşlər yüz il bundan əvvəl olurdu. Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusu 1918-ci ilin aprel-may aylarında qalibiyyətli döyüş aparıb və bütün erməni qiyamçı dəstələrini darmadağın edərək, Şuşada Azərbaycanın üçrəngli bayrağını qaldırmışdı. İndi isə - yüz ildən sonra həqiqi mənada Vətən müharibəsi gedir və bu müharibədə Azərbaycan Ordusu həm nizam-intizam, həm texniki təminat, həm də hərbi düşüncə baxımından üstündür. Bu qalibiyyət dalğası insanlarda fərqli coşğu yaradır, insanları bir araya gətirir. İnsanlar, sanki yenidən dünyaya gəlib və xarakterlərində, davranışlarında, yanaşmalarında hər şey dəyişir. Bu, çox gözəl hissdir və bu hisslərin fonunda Zəngilanın işğaldan azad olunması başqa bir dalğa yaradır. Buna ancaq sevinmək olar.
- Zəngilanda dünyaya gəlmisiniz və uşaqlıq illəriniz orada keçib. Həm Zəngilanın işğalına qədər olan, həm də işğaldan sonrakı dövr yaddaşınızda necə qalıb?
- Mən Zəngilanda dünyaya gəlmişəm. 6 yaşımda atam dünyadan köçüb və cəmi bir ildən sonra məni və böyük qardaşımı Şuşada internat məktəbinə qoyublar. 10 il həmin məktəbdə təhsil almışam. Yəni, yeniyetməlik və gəncliyimin bir hissəsi Şuşada keçib. Amma uşaqlıq xartirələrim tamamilə Zəngilanla bağlıdır. Psixologiya elmi də bunu təsdiq edir ki, insan ekstremal şəraitdə və qeyri-adi bir vəziyyət yarananda ilk növbədə uşaqlıq dövrünü xatırlayır. Bizim də yaşımızın üstünə yaş gəlir deyə, təbii ki, o yerləri daha çox xatırlayırıq. 1993-cü ildə Zəngilan işğal olunub. İnsanlar çox əzab-əziyyətlə Araz çayını keçərək İrana keçib və hərəsi bir rayona üz tutub. Ölkənin, təxminən 20-30 rayonunda Zəngilan qaçqınları var. Düzdür, dövlət onlara yardım göstərib, pul verib, kommunal xərclərdən azad edib, amma bunların heç biri o insanların doğma yurd-yuvasındakı istiliyin əvəzini ödəməyib. Çünki harada olursan ol, doğma yurdun yerini heç nə vermir. İnsanlar uzun illər qaçqınlıq həyatı yaşadı, amma heç kim fikrindən dönmədi, özünü zəif göstərmədi. Çünki bir istək vardı: doğma yurd-yuvaya yenidən qayıtmaq. Artıq bu günlər çox yaxındadır. Amma 30 il ərzində ağlamayan insanların bu gün gözündən yaş axır. Hönkürtü və hıçqırıqla danışırlar. Allah bu millətə həmişə sevinməkdən ağlamağı qismət eləsin.
- Artıq 29 oktyabr 1993-cü il tarixi yoxdur, 20 oktyabr 2020-ci il tarixi var. Yəqin ki, bu tarix sizin üçün əvəzolunmaz olacaq…
- Hesab edirəm ki, bu il Allah da nəzərlərini bizə çevirib. Sanki dünyada gedən proseslərdə də bizim üçün uğurlu situasiya yaranıb. Bütün bunların hamısı üst-üstə gəlir və bu, 100 ildə bir dəfə formalaşan situasiyadır. Bu situasiyada da Azərbaycan Ordusu çox yaxşı və düşünülmüş hərəkət edir və düşməni geri oturdur. Ermənistan ordusu artıq 6000-dən çox döyüşçüsünü itirib. Onlar qorxduqları üçün bunu etiraf etmirlər, çünki hansı dalğanın yaranacağını bilirlər. Təbii ki, Azərbaycan tərəfdən də itkilər, xalqın ürəyinin işığı, başının tacı olan şəhidlər var. Amma camaat bunu başa düşür və onları Vətən uğrunda həlak olan həqiqi qəhrəmanlar kimi qarşılayır. Ona görə də bu anlaşma, bu birlik və bir yumruğa çevrilmiş bu cəmiyyətin özü də bu qələbələrin bir rəhnidir. Mən bu yaxınlarda Gəncədə oldum. Məqsədimiz Gəncədə ermənilərin hərbi cinayətlərindən zərər çəkən insanlara ürək-dirək vermək idi. Amma onların yüksək əhval-ruhiyyədə olduğunun, dirəniş göstərdiklərinin şahidi olduq. Hamısı mənəvi müqavimət göstərir və açıq-aşkar ölməyə belə, hazır olduqlarını, lakin bir gündə evlərini-eşiklərini tərk etməyəcəklərini deyir. Ermənilər hələ də 1992-93-cü illərin ab-havasında qalıblar. O vaxt onlar Azərbaycan torpaqlarını başqa ölkənin əliylə, başqa ölkənin silahlarıyla rahatlıqla ələ keçirmişdilər. Amma indi layiqli cavablarını alırlar. Azərbaycan Ordusu Prezidentimizin dediyi kimi, onları “iti qovan kimi qovur” və qovmağa da davam edəcək.
- Ömrünün müəyyən bir hissəsi həmin torpaqlarda keçmiş bir insan kimi, bu xəbəri eşidəndə necə reaksiya verdiniz? Hansı hissləri keçirdiniz?
- Sözün düzü, bu xəbər o qədər də gözlənilməz deyildi. Çünki ondan bir həftə əvvəl də bu barədə məlumatlar gəlirdi. Amma mən həm də o yerləri tanıyan biri kimi düşünürdüm ki, əgər Xudafərin körpüsü azad edilibsə, təxminən 10 kilometr sonra bizim kəndimizdir və inanmırdım ki, ermənilər qısa müddət ərzində orada istehkam yaradıb, müqavimət göstərə bilsinlər. Bu mənada bu xəbərin gözlənilən olduğunu bilirdim. Lakin bir ölüm, bir də qələbə xəbərləri nə qədər gözlənilən olsa da, yenə də gözlənilməzdir. Ona görə də Prezident Zəngilanın azad edilməsi xəbərini səsləndirəndə, hər yerdən səs-küy qopdu, hamı sevinməyə başladı. Belə reaksiyalar isə nadir hallarda olur. Bu xəbəri eşidəndə özümü güclə saxladım. Amma nə qədər müqavimət göstərsəm də, daxildə kövrək və zəif olduğumu duydum. Çünki bu cür qələbə xəbərlərinə müqavimət göstərmək olmur və artıq o hisslərə təslim olmalısan. Təbii ki, biz də bu hissi yaşadıq.
- Çox sayda insanın sizə zəng edib təbrik etdiyini vurğuladınız. Bəs, siz kimləri təbrik etdiniz?
- Dərhal kəndimizin ağsaqallarına zəng edib gözaydınlığı verdim. Daha sonra böyük qardaşımla danışdım. O da artıq xəbər tutmuşdu və çox sevinirdi. Ondan sonra da mənim telefonuma intensiv zənglər gəlməyə başladı və mən telefonumu axşama qədər işlədə bilmədim (gülür – M.N.). Ona görə də həmişə deyirəm ki, bu dünyada xəbərlərin ən gözəli qələbə xəbərlərini eşitməkdir. Bu gün hər bölgə işğaldan azad ediləndə böyük coşğu yaranır. İnsanlar ümidlənir, zəkaları işıqlanır. Bu, çox qeyri-adi hissdir. Azru edirəm ki, ümumi qələbə xəbərini də biz bu cür qarşılayaq. Hesab edirəm ki, o zaman Azərbaycandakı sevincin ölçüsü və miqyası olmayacaq.
- Hər şey öz yoluna düşəndən və işğaldan azad edilmiş ərazilərə getmək imkanı təmin ediləndən sonra planlarınız nədir?
- İndiki halda Zəngilanla bağlı əsas planımız odur ki, burada doğulmuş və böyümüş uşaqları, ailələri Zəngilana aparaq və onların hamısı da doğma yurda qayıdacaqlar. Biz özümüz də “nə edə bilərik”, - deyə düşünürük. Çünki bu uzun və iztirablı qaçqınlıq illəri insanların xarakterini bir az sərtləşdirib, tələblərini və mübarizliyini artırıb. Həm də onlara əlavə bacarıqlar verib. Mənə elə gəlir ki, onlar o torpağın, o suyun, o sərvətlərin qədrini tamam başqa cür biləcəklər. Mənim də ən böyük planım yenidən Zəngilana getmək, torpağının ətrini duymaq, suyundan içmək, mənzərələrini görmək və havanı ciyərlərimə çəkməkdən ibarətdir. Allahın izni ilə, bundan sonra artıq ikinci ömür başlaya bilər. Bilirəm ki, o torpaqlardan kim didərgin düşübsə, hamısı geri qayıdacaq. Təbii ki, biz də nümunə olaraq onların önündə olmalı və o torpaqların yeni cizgisini, mənzərəsini onlara göstərməliyik.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötür - ANIM
Bu gün, 00:22 |
|
|
|
• Yolumuz Qarabağa: “İcazəsiz?” - “Portal yolu” ləğv edilə bilərmi?
Bu gün, 00:17 |
|
|
|
• Həm Prezidentə, həm də Qərbə əlvida - Gürcüstan xalqı buna dözməyəcək”, amma...
Bu gün, 00:07 |
|
|
|
• SOCAR-da 13-CÜ MAAŞ VERİLİRMİ? - Əmrin detalları
Bu gün, 00:04 |
|
|
|
• Putin Trampa görə qəzəbləndi: - “Sui-qəsd çağırışının əsas məqsədi…”
Dünən, 22:32 |
|
|
|
• Bazarlarda tüğyan edən saxta pullar: Azərbaycanda dövriyyədə belə əskinaslar varmı? - AÇIQLAMA
Dünən, 22:29 |
|
|
|
• Zəngəzur dəhlizi: Həm rahat, həm qazanclı - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:02 |
|
|
|
• Kreml Ermənistanla münasibətləri yaxşılaşdırmaq niyyəti güdür - GÖRÜNƏNİ BUDUR
Dünən, 19:00 |
|
|
|
• Ermənistan regiona kənar geosiyasi mərkəzləri cəlb etməyə çalışır - İrəvanın "Avropa" gedişi
Dünən, 18:58 |
|
|
|
• "Azərbaycan bələdiyyəsinin büdcə maliyyə istiqamətləri əgər alınırsa..." - ŞƏRH
Dünən, 18:00 |
|
|
|
• Elmina Kazımzadəyə yeni vəzifə verildi - 900 manat maaş alacaq
Dünən, 17:58 |
|
|
|
• Kobaxidzedən Aİ səfirinə XƏBƏRDARLIQ: - “Daxili işlərimizə müdaxiləni dayandırmasa...”
Dünən, 17:49 |
|
|
|
• “Baku Elektroniks”dən MİSİLSİZ FIRILDAQ - 4 min manata satdığı telefon…
Dünən, 17:43 |
|
|
|
• Rusiya "3+3"ü təşkilata çevirmək İSTƏYİR
Dünən, 17:41 |
|
|
|
• Tərəflər sülh masasına qayıdır: - Gələn ay bu sənədlər müzakirə ediləcək
Dünən, 17:36 |
|
|
|
• Papikyan Kopırkinlə görüşdü
Dünən, 17:31 |
|
|
|
• İnvestAZ-ın rəhbərliyində təyinatlar – Şirkət Korporativ İdarəetməsini təkmilləşdirir
Dünən, 17:28 |
|
|
|
• Paşiyan Azərbaycan qarşı yeni müharibəyə hazırlaşaraq itirdiyi nüfuzunu bərpa etməyə çalışır - ƏGƏR BELƏDİRSƏ...
Dünən, 17:24 |
|
|
|
• “Hansı səbəbdən işdən çıxarıldığımı bilmirəm” - NARAZILIQ VAR...
Dünən, 17:21 |
|
|
|
• Paşinyanın başqa yolu qalmadı: Sülhə ilk addımı - NƏ BAŞ VERİR?
Dünən, 17:16 |
|
|
|
• "SAT-SAS-2024" təlimi başa çatıb
Dünən, 17:09 |
|
|
|
• 18 milyon manatlıq şirkət ləğv edilir - “ATS FOOD”LA BİRLƏŞİR
Dünən, 17:03 |
|
|
|
• Kəmaləddin Heydərov alay komandirini işdən çıxardı - Yeni təyinat
Dünən, 17:01 |
|
|
|
• Milli Məclisdə “marjinal və populist siyasi qüvvələrə” mesaj... - “Diqqətli olsunlar”
Dünən, 16:57 |
|
|
|
• Agentlik tender keçirmədən bu şirkətlə 42 milyonluq müqavilə imzaladı - "DƏRƏ"Nİ XƏLVƏT BİLİR...
Dünən, 16:54 |
|
|
|
• Saxta şərab hazırlayan azərbaycanlı dəstə İFŞA OLUNDU
Dünən, 16:52 |
|
|
|
• Rusiya Ermənistana yeni hərbi attaşe təyin edib
Dünən, 16:49 |
|
|
|
• "Cavanlar az qalır deyə ki, qocal çıx get"
Dünən, 15:46 |
|
|
|
• Azər Səmədova yüksək vəzifə verildi - ƏMR
Dünən, 15:43 |
|
|
|
• FHN yetkilisi pul alıb tikintiyə göz yumdu, sonda 50 ailə evsiz qaldı - İTTİHAM VAR...
Dünən, 15:39 |
|
|
|
• Yeni Vergi Məcəlləsi hazırlanır
Dünən, 15:34 |
|
|
|
• Mehdiabadda 45 yaşlı kişi azyaşlı qıza təcavüz etdi: Atası və dostları isə... - Şok təfərrüat
Dünən, 15:30 |
|
|
|
• Daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib - FOTO
Dünən, 15:25 |
|
|
|
• Növbəti “rəngli inqilab” cəhdi – Qərb Gürcüstanı fəlakətə sürükləyir
Dünən, 15:01 |
|
|
|
• Mahnı qalmaqalına görə işdən çıxarılan direktor vəzifəyə bərpa edildi - QƏRAR
Dünən, 14:47 |
|
|
|
• Nazirin nəzərinə İSTİ FAKT: Camaata verilən heyvanlar xəstə çıxdı, ikisi öldü - FACİƏ DEYİL... AMMA FAKTDIR!
Dünən, 14:10 |
|
|
|
• DTX Qəhraman Məmmədovla bağlı MƏLUMAT YAYDI! 70 kq qızıl əməliyyatının BÜTÜN DETALLARI! - ƏSLİNDƏ...
Dünən, 14:07 |
|
|
|
• Dudanın “durbin şousu” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:02 |
|
|
|
• “Qara yumor” və ya ikiüzlülüyün zirvəsi - Bir tərəfdən sıxışdır, digər tərəfdən dəvət et
Dünən, 14:00 |
|
|
|
• Xankəndi Dövlət Dram Teatrı təmir olunacaq - DETALLAR
Dünən, 13:58 |
|
|
|
• Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir - DİQQƏT!
Dünən, 13:12 |
|
|
|
• Rusiyada 8, Ukraynada isə 5 min əsir var - "The Wall Street Journal"
Dünən, 13:07 |
|
|
|
• İmamoğlunun “itib-batan” Bakı səfərinin sensasion detalı - VİDEO
Dünən, 13:05 |
|
|
|
• Biz heç kimə Gürcüstanı şantaj etmək və qətnamələrlə hədələmək icazəsi verməyəcəyik - “Gürcü Arzusu”
Dünən, 13:02 |
|
|
|
• Mikaelyan sərhəddən görüntü yaydı: “Döyüşə hazırıq” - QAŞINIRLAR!
Dünən, 12:58 |
|
|
|
• Erməni general İtaliyada: - Hərbi əməkdaşlıq genişləndirilir
Dünən, 12:56 |
|
|
|
• Kursk təmizlənir - ATACMS sursatları məhv edildi
Dünən, 12:52 |
|
|
|
• Kartdan-karta ödəniş necə aşkarlanır? - “Bu məlumatı vergiyə banklar ötürür”
Dünən, 12:37 |
|
|
|
• Xəstəxanaya yerləşdirildiyi deyilən XALQ ARTİSTİ: - “Evdəyəm”
Dünən, 12:35 |
|
|
|
• "Fitch Solutions" Azərbaycanın iqtisadi artım proqnozu yaxşılaşdırıb - MÜHÜM
Dünən, 12:32 |
|
|
|
|