"Biz hamımız bir arzuyla yaşayırıq"
Tarix: 23-10-2020, 08:53 |
Çap et
“Biz hamımız bir arzuyla yaşayırıq və o da Qarabağ torpaqlarının geri qaytarılmasıdır. O torpaqlara bizim didərgin düşmüş insanlarımız geri qayıtmalıdır və hər yerdə üçrəngli bayrağımız dalğalanmalıdır”
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Faiq Sücəddinov deyib.
Bəstəkar vətən mövzusunda yeni musiqilər bəsdələdiyini bildirib:
“Dünən oturub vətən mövzusunda yazdığım musiqilərin siyahısını tutmuşam. “Paşam hey!” əsərimi Şəmistan Əlizamanlı oxuyur və general Polad Həşimova həsr olunub. Mahnının sözləri isə Musa Urudundur. “Ucalan Azərbaycan” əsərimi Pərviz Gəncəli oxuyur. “Azərbaycan əsgərinə” əsərimi Zeynəb Xanlarova oxuyur. “Qarabağ Azərbaycandır!” musiqimi isə Brilliant Dadaşovayla mən oxumuşam. “Gözün aydın, Azərbaycan” musiqimi Gülyaz və Gülyanaq Məmmədovalar oxuyur. “Azərbaycandır” musiqimi də bəstələmişəm və indi onu hələ ki, kimin oxuyacağını bilmirəm.
Demək istəyirəm ki, bizim işimiz haqq işidir. Yaradıcı insanlar olaraq hamımız cəbhə üçün əlimizdən gələni etməliyik. Mən inanıram ki, bu yaxınlarda bizim cənab prezidentimiz gözəl xəbərlər verəcək. Biz hamımız bir arzuyla yaşayırıq və o da Qarabağ torpaqlarının geri qaytarılmasıdır. O torpaqlara bizim didərgin düşmüş insanlarımız geri qayıtmalıdır və hər yerdə üçrəngli bayrağımız dalğalanmalıdır”.