"Yenə qismən döyüş ruhunu təbliğ edən bir ANS telekanalı var idi..." - Qulu Məhərrəmli
Tarix: 23-10-2020, 11:05 | Çap et
Tanınmış telejurnalist, professor Qulu Məhərrəmli Modern.az-a informasiya müharibəsi dövründə mətbuatın rolu, müxtəlif sahələrin fəaliyyəti və Qarabağ müharibəsinin siyasi əsasları haqqında danışıb. Onunla müsahibəni təqdim edirik:
- Qulu müəllim, indi hər yerdə danışılan bir mövzu var - Qarabağ. 30 il içimizdə yığılıb qalan vətənpərvərliyimiz, həmrəyliyimiz, torpaq sevgimiz, ruh yüksəkliyimiz möhtəşəm bir dövrünü yaşayır. Biz sanki belə qələbələr qazana biləcəyimizə hələ də inanmırıq...
- Tarixin elə dönəmləri olur ki, millət sınaq qarşısında qalır. Uzun illərin susqunluğu, bizə edilən həqarətlər... Bəzən biz özümüzü də tənqid etdik, Mirzə Ələkbər Sabirdən sitatlar gətirdik. İndi elə məqamdır ki, bir qığılcımla xalqımız özünü yenidən göstərə bilir. Bu baş verənlər uzun illərdir, millətimizin içərisində yığılıb, qalmış enerjisinin birdən-birə bu şəkil almasıdır. Əvvəla, illərdir ki, ordumuz formalaşdırılır. Bu illər ərzində hakimiyyətimiz fəaliyyətsizlikdə tənqid olunurdu. Ordunun problemləri barədə də yazılırdı. Şübhəsiz ki, bu əks-təbliğatın içərisində kənardan məqsədli şəkildə ötürülən mesajlar da var idi. Milli əksiklik kompleksi yaratmağa çalışırdılar. 2016-cı ilin aprel ayında baş verən hadisələr, bütün itkilərə baxmayaraq, son illərdə Azərbaycan ordusunun ilk hücum əməliyyatı idi. Qarşıya qoyulan məqsəd yerinə yetirildi. Cəmiyyətimizə ruh yüksəkliyi aşılandı, xalqımız “niyə o zamanlar əməliyyatlar genişləndirilmədi” deyə sorğuladı. Yalnız Lələtəpə yüksəkliyinin və bir neçə məntəqənin azad edilməsi ilə sonlandırıldı. Lakin bu il Tovuz cəbhəsində baş verən hadisələr, iyulun 14-də təşkilatsız formada insanların mitinq keçirməsi indiki hadisələrin əks-sədası idi. İnsanların oyanmış ruhu püskürdü. Hər kəs orduya getmək üçün can atırdı. Ona görə də mən hesab edirəm ki, oradakı əhval-ruhiyyə bu gün baş verənlərin əsasını qoydu. Bu zamana qədər xalqda olan inamsızlığı xüsusi olaraq təlqin edirdilər. Bizim 20-ci əsrdə Cümhuriyyət qurularkən verdiyimiz mübarizəni, hərbi əməliyyatları heç kim unutmamalıdır. Bu tək hərbi salnamələrdə qalmır, ruh ilə nəsildən-nəsilə keçir.
- Sizin Azərbaycan xalqının mübarizə əzmini özündə əks etdirən filminiz də var...
- Bəli, dostlarla bir film çəkdik. Mövzusu Qırmızı Ordu Azərbaycana hücum edərkən onların qarşısına çıxan 350 nəfərlik alayın hekayəsidir. Təsəvvür edib, onlar bilirdilər ki, məğlub olacaqlar, 72 minlik bir ordunun qarşısında 350 nəfərin qalib gəlməsi qeyri-mümkündür. Amma vəzifə vətənin sərhədlərini qorumaqdır. Alay məhv olur, amma iki saat döyüş aparılır. Onlar Azərbaycanın müstəqilliyinin ömrünü iki saat daha uzadırlar. Bu, tarix yazmaqdır. Cümhuriyyət dövrünün özündə belə, məsələn, erməni üsyanı, Muğanda və Qarabağda baş verən üsyanlar və s. Bunların hamısını o zamanlar Həbib Səlimov, Səməd Bəy Mehmandarov, Əliağa Şıxlinski kimi sərkərdələrimiz yatırmışdılar.
Tarix boyu sübut etmişik ki, bu xalqın tarixində döyüşkənlik, mübarizə əzmi var, bu əzm yaşayır və daim yaşayacaq. Gəncə şəhərini bombalayırlar, iki-üç gün öncə biz də oradaydıq. İnsanları ruhlandırmağa çalışarkən onların bizdən daha yüksək əhval-ruhiyyədə olduğunu müşahidə etdim. Yaşlı bir döyüşçünün türk kanalına verdiyi müsahibədə işlətdiyi maraqlı cümlə var ki, atırıq orada şüara çevrilib: “ Biz qandan qorxmuyoruz, naborot qızışıyoruz”.
Bu onun göstəricisidir ki, millətin oyanan ruhunun qarşısında heç nə dayana bilməz. Mənə görə Ermənistan hakimiyyəti dirənməyə çalışdıqca, ordusunda böyük itki verməyə davam edir. İtirilən hərbi mühimmatlar ilə onlar daha çox dirənə bilməyəcəklər. Azərbaycan xalqının və ordusunun yenilməz ruhu qarşısında heç bir qüvvə, Ermənistan dura bilməz. Bu hadisələr tariximizə qızıl hərflərlə həkk olundu. İndi içimizdə oyanan ruh yüksəkliyi, mübarizə əzmi 350 nəfərlik qəhrəman ordunun yaddaşı, Cavad Xanın yaddaşıdır. Cavad Xanın böyük döyüşündən sonra Rusiya tarixçiləri yazırdılar ki, bundan sonra Qafqazda hamı tatarlara (azərbaycanlılara – red.) böyük məhəbbətlə baxırdılar. Bu xalqın çox döyüşkən və yenilməz olduğunu deyirdilər. İndi də itkilərimiz var, lakin Vətən, Millət hissi, düşmən qarşısında məğrur dayanış hissi ağrı-acıları üstələyir. Bu millətin ruhunun möhkəmlənməsinin təcəssümüdür.
- Sizcə, gələcək nəsillərə bütöv bir Azərbaycan qoya biləcəyikmi?
- Hər bir azərbaycanlının düşüncəsinə hakim kəsilən fikirdir ki, genişlənən əks-hücum əməliyyatlarını dayandırmaq olmaz. Axıra qədər getmək və vuruşmaq lazımdır. Sonra isə əgər Azərbaycanın ərazi bütövlüyünə qəsd etməyəcəksə, istəsələr ermənilər də burada yaşaya bilərlər. Bu məsələ “cərrahi müdaxilə” ilə birdəfəlik həll olunmalıdır. Dünyada qaraqışqırıq salmalarına baxmayın. Mənim fikrimcə, bunlar yalnız görüntü yaratmaq üçündür. Hamı müharibənin səbəbini gözəl bilir. Azərbaycana rəğbəti olan dövlətlərin sayı artır. Qondarma Dağlıq Qarabağ bir qrup təcavüzkar millətin formalaşdırdığı bir qurumdur ki, bunu heç bir ölkə tanımır. Tanısa belə artıq əhəmiyyəti yoxdur. Bunları başqa bir dövlətin əli ilə Azərbaycanın üstünə qaldırmaq, insanların qürurunu əzməkdir. Onun özünü o günə salırlar ki, dünya dövlətlərinə zəng edib zəhlələrini tökür. O gün bir erməninin sosial şəbəkədə ruslara “bizə xəyanət etdiniz, ruslar sonunda ölüm olsa belə bizim üçün vuruşmalı idi, çünki biz dünyanın nadir xalqlarındanıq” kimi sözlər yazdığını gördüm. Onların yanaşması belə əxlaqsızdır. Tarixçilərdən biri ironik bir şəkildə yazmışdı ki, kim mənə X-XIX əsrə kimi bir erməni toplumu, dövləti göstərsə, mən ona bir milyon pul hədiyyəsi verəcəm. Ermənilərin hər şeyi- tarixi, iddiaları, prinsipləri, qurduqları sistem yalandan ibarətdir. Onların bugünkü faciəsi də bu yalanlarla bağlıdır. Erməni xalqının bunları anlaya bilən hissəsi üçün hər şey ciddi tarixi dərsdir. Osmanlı tarixində də, onlar gözəl yaşayışları olduğu halda dövlətə xəyanət etdilər. 1918-1920-ci illərdə onlar ciddi şəkildə hazırlaşmışdılar. Azərbaycanın bir əsgəri belə olmadığı halda, onların 20-ə yaxın diviziyası var idi. Zəngəzurdan İrəvan Xanlığına qədər, azərbaycanlıları yaşadıqları yerlərdən qovub çıxarmışdılar.
- İrəvanın ermənilərə güzəşt edilməsi ilə bağlı Cümhuriyyət qurucularını qınamaq olarmı?
- Bu, tamamilə əsassız bir günahlandırmadır. İndiki ordumuz o vaxt mövcud olsaydı, heç kimə güzəşt getməzdilər. Qalibiyyət, döyüş ruhu xalqımızda tarixən olub, bu da onun yeni bir formada ifadəsifdir. İtkilərimiz, dağıntılarımız çoxdur. Amma bununla yanaşı qazancımız da çoxdur. Dünya artıq Azərbaycanı yeni bir dövlət qismində görür. Azərbaycan türklərini, döyüşkən, qalib olmağa qadir, toplum kimi görür. Ordumuz dünyanın ən yaxşı döyüş aparan ordularından biri kimi çıxış edir. Ona görə də bu cür dövlətdə jurnalist, şair, Prezident, süpürgəçi də olmaq şərəfdir. Bu, birmənalı bizim ruhumuza hopur və bundan sonra görəcəyimiz işlər üçün ruhi, mənəvi bazadır.
- Artıq bu müddətdə ruh yüksəkliyimiz yarandı, torpaqlarımızı tamamilə azad etməyə çox yaxınıq. Burda Azərbaycan mediasının rolu varmı?
- Dərin təəssüf hissi ilə deməliyəm ki, bizim mediamızın artan rolu yoxdur. Mən də jurnalistəm, bugünkü medianı 1990-cı illərə qədər olan media ilə müqayisə etdikdə, sonrakı illərdə susqun və yolundan çıxarılmış bir media var. Əlbəttə bizim yaxşı jurnalistlərimiz, vicdanlı qəzetlərimiz, saytlarımız da var. Amma sayları azdır. Sistem olaraq media yox, bəzi qələm adamları, şairlər və yazıçılar bu ruhu saxladılar. Milləti, cəmiyyəti ölməyə qoymadılar. Bu çox fenomenal bir hadisədir. Son 10-15 ildə bizim mediamıza niyə o səviyyəyə yüksəlməyə imkan vermədilər? Niyə heç bir media orqanında bizə bu döyüş ruhu aşılanmırdı? Yenə qismən döyüş ruhunu təbliğ edən bir ANS telekanalı var idi, onların da başının üstünə elə bir qılınc qoydular ki, oranın da sistemi pozuldu və dəyərlərimizə hücumlar oldu. Düşünülmüş bir siyasət idi. Şou-biznes adamlarına hərbi paltar geyindirib efirə buraxmaq da yanlışdır. Bu keçmişdə qalmış bir yoldur. Döyüş ruhu yaranıbsa bunda hamının rolu var. Əlahiddə bir qurumun rolu yoxdur. Əyilməyən, dizini bükməyən insanlar kifayət edir. Bir nəfər etiraz edən varsa, milləti o təmsil edir. Mən yerli adamlardan danışıram, Toğrul Nərimanbəyovu ya da başqa görkəmli adamları nəzərdə tutmuram. Məsələn, Çingiz Hüseynov, Rəhman Bədəlov, Məmməd Aslan - belə insanlarda etirazçı ruhu var. Müxalif, ya da hakimiyyət yönümlü olmasından asılı olmayaraq, bu dəyərləri, prinsipləri saxlamaq çox önəmlidir. İçində Qarabağ, vətən işığı gəzdirən adamların burada böyük rolu oldu. Bu, mətbuatın özündən də asılı deyil. O vaxt “Qarabağ şikəstəsini verməyin, ermənilərdə qıcıq yaradır” deyən insanlar çox uzun müddət media qurumlarını yönəldənlər oldu. Son bir ildə proseslər sürətli dəyişir. Burada xarici faktorlar, Türkiyə, geopolitika faktorları və kadr dəyişiklikləri böyük rol oynadı. Mən bu məsələlərdə sosial medianın rolunu, ənənəvi mediaya nisbətən daha yüksək qiymətləndirirəm. Çünki sosial media azad platforma kimi çıxış edir. Nə yaxşı ki, hakimiyyətdə olan ağıllı adamlar xaqın gerçək düşüncələrini buradan mənimsəməyə başladılar. Məsələn, Amerika üçün sosial şəbəkələr elə də önəmli deyil, çünki onların mediası bu rolu oynayır. Bizim 90-cı illərdəki mediamız haradadır?
- Sizə görə informasiya müharibəsi nədir, necə aparılmalıdır?
- İndi elə hesab edirlər ki, cəbhədən xəbər vermək informasiya müharibəsidir. İnformasiya müharibəsinin əsas məqsədi qarşı tərəfin düşüncəsinə, psixologiyasına, siyasətinə təsir etməkdir. Bunu etməyin formaları müxtəlifidir. İndiyə qədər iki dövlət arasında münaqişə olan kimi hücum çəkənlər, artıq ölkəyə sanksiya tətbiq edirlər. Oraya maliyyə axınları dayandırılır, hökümət adamlarına müxtlif sanksiyalar etməklə başqa bir yerə getməsinə mane olurlar. 1976-cı ildə amerikalı hərbi mütəxəssis Tomas Rona “Boing” şirkəti üçün hesabat hazırlayanda ilk dəfə informasiya müharibəsi ifadəsinin işlətdi. Bu sahə ilə xüsusi mütəxəssislər məşğul olmalıdır. Baxın, qarşı tərəfin yaydığı görüntünü bizimkilər dərhal araşdırıb nə vaxt və harada çəkildiyini müəyyən edirlər. Bununla da qarşı tərəf iflic edilir. Pandemiya dövründə də çox dezinformasiyalar yayıldı. 5 il öncəki görüntülər bugünkü kimi göstərildi. Bu kiber müharibədir. Çin bu sahənin ustasıdır. Bu müharibənin məqsədi həm də qarşı tərəfdə narazılıq yaratmaqdır. Saydığım metodlara xalqı hakimiyyətə, orduya qarşı qaldırmaq istəyirlər. Əks-hücum əməliyyatları başlayanda Azərbaycanın bəzi əksikləri var idi. Yaxşı ki, biz bunları tədricən bərpa etdik. Gəncə hadisələri ilə bağlı Twitterdə böyük bir dalğa yaratdıq. Bu, böyük bir uğur idi və alqışa layiqdir. Bəzən biz də tanıdığımız görkəmli adamlara deyirik ki, bu haqda danışın və ictimai rəyə təsir edin. İnformasiya müharibəsi, bəşər tarixinin 7-ci nəsil müharibə növüdür. Ölkənin PR-ını təşkil etmək və informasiya sahəsini gücləndirmək üçün yeni texnologiyalara yiyələnməliyik. Niyə Azərbaycanda Qarabağ Elmi Mərkəzi yoxdur. Amma ermənilərin dünyanın hər yerində 70-ə yaxın Qarabağla bağlı təşkilatları var. Niyə bunlarla vaxtında məşğul olmadıq? Bizdə Qarabağ İcması layihəsi yarandı, bazası genişləndirildi və ingilis dilini bilən adamlar gətirildi. Bunları çoxdan etmək lazım idi. Ermənilərin birinci partiyaları 1880-ci ildə yaranmağa başladı. Onlar o vaxtdan bu məsələylə məşğuldurlar. İnstitutlaşmış şəkildə olarsa, cəmiyyət bunu irəli apara bilər. Bəzən “sərhədi keçib Zəngəzura irərləyək” kimi fikirlər səsləndirilir. Bunlar təbliğat və ya informasiya müharibəsi üçün lazımdır. Azərbaycan xalqının bu iddialar üçün mənəvi haqqı var, çünki Xalq Cümhuriyyət dövründə o ərazilər Azərbaycanın tərkibində olub. Oraları bizdən Stalin və Lenin qoparıb. Bu əməlləri etməkdə əsas məqsədləri Türkiyə ilə Azərbaycanın quru sərhəddini kəsmək idi. Zəngəzuru bizdən qoparmaqla buna nail oldular. Ermənilər o torpaqları aldıqda Qarabağa və Naxçıvana iddia etməyə başladılar. Qars müqaviləsi və Nərimanovun səyləri ilə Qarabağı müdafiə etmək mümkün oldu. Bu tarixi yanlışlıqlara baxmayaraq, bu gün bizim hakimiyyətimizin heç bir yerə iddiası yoxdur. Ona görə də hazırkı dövrün reallıqları ilə belə şeylər yazmaq yersizdir. Bizim istəyimiz sadəcə işğalçı Ermənistan ordusunun torpaqlarımızdan çıxması, rədd olmasıdır.
- Digər sahələrdə adekvat addımlar ata bilirikmi? Məsələn, Azərbaycan elminin indiki dönəmdə fəaliyyətini necə qiymətləndirirsiniz?
- Bu dəqiqə Azərbaycan Prezidenti, ordusu, diplomatiyası vuruşur. Elmlə bağlı 12 minlik kontengenti olan Elmlər Akademiyası indi öndə olmalı idi. Lakin onlar “ölür”. Səsləri yoxdur. Akademiyanın Prezidentinə toy məsələsi ilə bağlı irad tutanda özünü “yırtırdı”. İndi niyə bir məqaləsini, bəyanatını görmürük? Hər şeyi kadrlar həll edir. Təkcə akademiya yox, intellekti imkan verən hər kəs bu məsələdə rol oynamalıdır. İnformasiya müharibəsi tək jurnalistikanı deyil, bütün sahələri əhatə edir. Beynəlxalq aləmi doğru informasiya ilə təmin etmək çox vacibdir. Hüquqi normalar çox önəmlidir. Bəzən deputatlar açıqlama verir, lakin ortada məntiqi çıxışlar, informasiya müharibəsində rol oynayacaq fikirlər yoxdur. Aktivliyə ehtiyac var. İndi insanların beynini yeni ideyalarla qıcıqlandırmaq lazımdır. Köhnə təfəkkür ilə çox yol almaq mümkün deyil. Hadisənin informasiyaya çevrilməsi üçün onun məzmun şəkli olmalıdır. Bu prosesi təhlil etmək, fəlsəfi tərəflərini gözdən keçirmək lazımdır.
Milli qürur, ruhun oyanışı birlikdə yeni düşüncə yaradır. Bunun mənzərəsini alimlər cızmalıdır. Alimlərimiz bununla məşğul olmalıdır. Jurnalist sadəcə günbəgün baş verən hadisələri yazmaqda vəzifəlidir. Yazılan gündəlik xəbərlər, gündəlik qəzetlər, saytlar tarixin saniyə əqrəbləridir. Amma tarixi iri “əqrəbi”, bütün zamanın bütöv şəklini əks etdirir. Bu dövrdə akademiyanın, alimlərin fəaliyyəti, alim düşüncəsi, elmi fikir çox aktiv olmadır.
Dünyada nə qədər Mətbuat Şurası, jurnalist təşkilatları var. Biz onlarla səmimi əlaqələr qursaydıq, indi çox effektli olardı. Bu dəqiqə sizin qaldırdığınız məsələlər, hisslərə toxunan mövzular qəbiristanlıqlar, mədəniyyət abidələrinin vəziyyətidir. Ermənistanın bizim abidələri, məzarları darmadağın etməsini dünyaya göstərmək və mədəni bir xalq olmadıqlarını bildirmək lazımdır. Bu ən yaxşı təbliğatdır.
Ermənilər yalan tarixlərini dünyaya çox gözəl şəkildə təbliğ etməyi bacarır, amma biz hələ də nəticəsiz “araşdırmalar” aparmaqla məşğuluq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötür - ANIM
Bu gün, 00:22 |
|
|
|
• Yolumuz Qarabağa: “İcazəsiz?” - “Portal yolu” ləğv edilə bilərmi?
Bu gün, 00:17 |
|
|
|
• Həm Prezidentə, həm də Qərbə əlvida - Gürcüstan xalqı buna dözməyəcək”, amma...
Bu gün, 00:07 |
|
|
|
• SOCAR-da 13-CÜ MAAŞ VERİLİRMİ? - Əmrin detalları
Bu gün, 00:04 |
|
|
|
• Putin Trampa görə qəzəbləndi: - “Sui-qəsd çağırışının əsas məqsədi…”
Dünən, 22:32 |
|
|
|
• Bazarlarda tüğyan edən saxta pullar: Azərbaycanda dövriyyədə belə əskinaslar varmı? - AÇIQLAMA
Dünən, 22:29 |
|
|
|
• Zəngəzur dəhlizi: Həm rahat, həm qazanclı - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:02 |
|
|
|
• Kreml Ermənistanla münasibətləri yaxşılaşdırmaq niyyəti güdür - GÖRÜNƏNİ BUDUR
Dünən, 19:00 |
|
|
|
• Ermənistan regiona kənar geosiyasi mərkəzləri cəlb etməyə çalışır - İrəvanın "Avropa" gedişi
Dünən, 18:58 |
|
|
|
• "Azərbaycan bələdiyyəsinin büdcə maliyyə istiqamətləri əgər alınırsa..." - ŞƏRH
Dünən, 18:00 |
|
|
|
• Elmina Kazımzadəyə yeni vəzifə verildi - 900 manat maaş alacaq
Dünən, 17:58 |
|
|
|
• Kobaxidzedən Aİ səfirinə XƏBƏRDARLIQ: - “Daxili işlərimizə müdaxiləni dayandırmasa...”
Dünən, 17:49 |
|
|
|
• “Baku Elektroniks”dən MİSİLSİZ FIRILDAQ - 4 min manata satdığı telefon…
Dünən, 17:43 |
|
|
|
• Rusiya "3+3"ü təşkilata çevirmək İSTƏYİR
Dünən, 17:41 |
|
|
|
• Tərəflər sülh masasına qayıdır: - Gələn ay bu sənədlər müzakirə ediləcək
Dünən, 17:36 |
|
|
|
• Papikyan Kopırkinlə görüşdü
Dünən, 17:31 |
|
|
|
• İnvestAZ-ın rəhbərliyində təyinatlar – Şirkət Korporativ İdarəetməsini təkmilləşdirir
Dünən, 17:28 |
|
|
|
• Paşiyan Azərbaycan qarşı yeni müharibəyə hazırlaşaraq itirdiyi nüfuzunu bərpa etməyə çalışır - ƏGƏR BELƏDİRSƏ...
Dünən, 17:24 |
|
|
|
• “Hansı səbəbdən işdən çıxarıldığımı bilmirəm” - NARAZILIQ VAR...
Dünən, 17:21 |
|
|
|
• Paşinyanın başqa yolu qalmadı: Sülhə ilk addımı - NƏ BAŞ VERİR?
Dünən, 17:16 |
|
|
|
• "SAT-SAS-2024" təlimi başa çatıb
Dünən, 17:09 |
|
|
|
• 18 milyon manatlıq şirkət ləğv edilir - “ATS FOOD”LA BİRLƏŞİR
Dünən, 17:03 |
|
|
|
• Kəmaləddin Heydərov alay komandirini işdən çıxardı - Yeni təyinat
Dünən, 17:01 |
|
|
|
• Milli Məclisdə “marjinal və populist siyasi qüvvələrə” mesaj... - “Diqqətli olsunlar”
Dünən, 16:57 |
|
|
|
• Agentlik tender keçirmədən bu şirkətlə 42 milyonluq müqavilə imzaladı - "DƏRƏ"Nİ XƏLVƏT BİLİR...
Dünən, 16:54 |
|
|
|
• Saxta şərab hazırlayan azərbaycanlı dəstə İFŞA OLUNDU
Dünən, 16:52 |
|
|
|
• Rusiya Ermənistana yeni hərbi attaşe təyin edib
Dünən, 16:49 |
|
|
|
• "Cavanlar az qalır deyə ki, qocal çıx get"
Dünən, 15:46 |
|
|
|
• Azər Səmədova yüksək vəzifə verildi - ƏMR
Dünən, 15:43 |
|
|
|
• FHN yetkilisi pul alıb tikintiyə göz yumdu, sonda 50 ailə evsiz qaldı - İTTİHAM VAR...
Dünən, 15:39 |
|
|
|
• Yeni Vergi Məcəlləsi hazırlanır
Dünən, 15:34 |
|
|
|
• Mehdiabadda 45 yaşlı kişi azyaşlı qıza təcavüz etdi: Atası və dostları isə... - Şok təfərrüat
Dünən, 15:30 |
|
|
|
• Daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib - FOTO
Dünən, 15:25 |
|
|
|
• Növbəti “rəngli inqilab” cəhdi – Qərb Gürcüstanı fəlakətə sürükləyir
Dünən, 15:01 |
|
|
|
• Mahnı qalmaqalına görə işdən çıxarılan direktor vəzifəyə bərpa edildi - QƏRAR
Dünən, 14:47 |
|
|
|
• Nazirin nəzərinə İSTİ FAKT: Camaata verilən heyvanlar xəstə çıxdı, ikisi öldü - FACİƏ DEYİL... AMMA FAKTDIR!
Dünən, 14:10 |
|
|
|
• DTX Qəhraman Məmmədovla bağlı MƏLUMAT YAYDI! 70 kq qızıl əməliyyatının BÜTÜN DETALLARI! - ƏSLİNDƏ...
Dünən, 14:07 |
|
|
|
• Dudanın “durbin şousu” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:02 |
|
|
|
• “Qara yumor” və ya ikiüzlülüyün zirvəsi - Bir tərəfdən sıxışdır, digər tərəfdən dəvət et
Dünən, 14:00 |
|
|
|
• Xankəndi Dövlət Dram Teatrı təmir olunacaq - DETALLAR
Dünən, 13:58 |
|
|
|
• Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir - DİQQƏT!
Dünən, 13:12 |
|
|
|
• Rusiyada 8, Ukraynada isə 5 min əsir var - "The Wall Street Journal"
Dünən, 13:07 |
|
|
|
• İmamoğlunun “itib-batan” Bakı səfərinin sensasion detalı - VİDEO
Dünən, 13:05 |
|
|
|
• Biz heç kimə Gürcüstanı şantaj etmək və qətnamələrlə hədələmək icazəsi verməyəcəyik - “Gürcü Arzusu”
Dünən, 13:02 |
|
|
|
• Mikaelyan sərhəddən görüntü yaydı: “Döyüşə hazırıq” - QAŞINIRLAR!
Dünən, 12:58 |
|
|
|
• Erməni general İtaliyada: - Hərbi əməkdaşlıq genişləndirilir
Dünən, 12:56 |
|
|
|
• Kursk təmizlənir - ATACMS sursatları məhv edildi
Dünən, 12:52 |
|
|
|
• Kartdan-karta ödəniş necə aşkarlanır? - “Bu məlumatı vergiyə banklar ötürür”
Dünən, 12:37 |
|
|
|
• Xəstəxanaya yerləşdirildiyi deyilən XALQ ARTİSTİ: - “Evdəyəm”
Dünən, 12:35 |
|
|
|
• "Fitch Solutions" Azərbaycanın iqtisadi artım proqnozu yaxşılaşdırıb - MÜHÜM
Dünən, 12:32 |
|
|
|
|