"Heç kim olduqlarını dərk etməklə barışa bilmədikləri üçün, trendə qoşulmaq istəyirlər"
Tarix: 23-10-2020, 17:39 |
Çap et
Artıq 3 ildir ki, efirlərdə görünməyən, televiziya sahəsindən uzaqlaşan aparıcı Turan İbrahimov BiG.AZ-ın qonağı olub.
Aparıcı maraqlı açıqlamaları ilə diqqət çəkib.
Bu gün şou-biznes nümayəndələrinin əksəriyyətinin hərbi forma geyinib, cəbhə xəttinə getməsinə belə münasibət bildirib:
"Şou-biznes insanlarının bir qismi diqqətdən kənarda qaldılar. Heç kim olduqlarını dərk etməklə barışa bilmədikləri üçün, trendə qoşulmaq istəyirlər. Trendə də o səviyyəsiz, məntiqsiz bacarıqları ilə bu cür qoşulurlar.
Öz aləmlərində fikirləşirlər ki, guya əsgər paltarı geyinməklə, çevrilib kimsə olacaqlar.
Daha adlarını açıqlamıram. Bu qıcıq doğurur, ət tökür"