Ermənistan radiosu Sərdar Ortaçdan sonra bu dəfə Tarkanı "ÖLDÜRDÜ"
Tarix: 24-10-2020, 10:43 |
Çap et
Bir neçə gün öncə əsgərlərimizi öldürdüklərini iddia edən düşmən radiosu məşhur türk müğənnisi Sərdar Ortaçın fotosunu palaşaraq özlərini gülünc vəziyyətə salmışdı.
Moderator.az xəbər verir ki, düşmən radiosu bu dəfə məşhur türk estrada müğənnisi Tarkanın, aktyorlar Aras Bulud İynəmi və Burak Özdəmirin fotolarını paylaşaraq Azərbaycan əsgərləri kimi təqdim edib. Ermənistan radiosunun bu gülünc addımı qardaş Türkiyə mediasında da gülüş hədəfinə çevrilib.
Qeyd edək ki, Azərbaycan Ordusunun 27 sentyabrdan başlayan əks-hücum əməliyyatları davam edir. Ağır məğlubiyyətə uğrayan Ermənistan Ordusunun əsgərləri artıq cəbhədən qaçırlar. İrəvanın ictimai radiosu isə yanlış xəbərlər yaymaqla həm özünü, həm də ölkəsini biabır edir.