"Mənim 65 yaşım var mən əsgərlərimizə həsəd aparıram"
Tarix: 24-10-2020, 12:58 |
Çap et
Xalq artisti Fəxrəddin Manafov Xəzər Tv-də yayımlanan "Birinci studiya" verilişində qonaq olub.
BiG.AZ xəbər verir ki, aparıcı lalə Azərtaş əslən Xankəndidən olan xalq artistinə "Xankəndi alınsa ora sizi nə aparacaq?" sualını ünvanlayıb.
Fəxrəddin Manafovun cavabı isə özünəməxsus olub:
"Ora mənim tarixim aparacaq. Ədəbiyyatım aparacaq. Dədə Qorqudum aparacaq...Ora məni aparacaq dünyadan çoxdan köçmüş valideynlərim. Ora məni aparacaq şəhidlərimiz hansılar ki, onların valideynlərinin əllərindən öpürəm. Mənim 65 yaşım var mən əsgərlərimizə həsəd aparıram. Axı niyə mən gənc deyiləm?! Niyə mən ora gedə bilmirəm?!Heç olmasa bir daşı daş üstünə qoya bilərdim".