"Biz xalq olaraq məğlub olmaqdan bezdik”
Tarix: 3-11-2020, 12:46 | Çap et
"Çox qarışıq günlər yaşayırıq. Bir tərəfdən sevincli, çünki torpaqlarımızı azad etməyə başlamışıq. Bir tərəfdən kədərli, çünki şəhid veririk. Müharibə bir yandan qələbə və sevincdirsə, bir yandan da itki və göz yaşıdır. Biz 30 il müharibə istəməmişik, 30 il danışıqlar aparmışıq. Düşmən isə elə bilib ki, belə də olmalıdır. Həmişə də belə olacaq".
Cebhe.info xəbər verir ki, bunu tanınmış aktyor Taleh Yüzbəyov deyib.
O bildirib ki, müharibə insanın eləyə biləcəyi ən mundar işdir:
"Müharibə insan xislətinin vəhşiliyinə enişdir. Ona görə sülh istəyən insanları söymək lazım deyil. Əgər o, insan səmimidirsə. Əgər sülh istəyəndə öz mənafeyini güdmürsə. Əgər buna görə kimlərdənsə heç nə almağı ummursa. İndiki anda sülh istəmək cəsarət tələb edən bir şeydir. Ona görə sülh istəyən adamları təhqir eləmək lazım deyil. Kimlərsə sülhü də öz tərbiyəsinə və intellektinə görə loban kimi tələb edirsə, bu onun öz problemidir. Belə adamları ciddiyə almağa dəyməz. Biz reaksiya verdikcə onlar var. Sülhü səmimi istəyən insanlar insan faktorunu ən önə qoyanlardır. Sadəcə, başa düşsünlər ki, müharibə istəyənlər də bunu öz kefindən istəməyiblər".
Aktyor qeyd edib ki, müharibə bizim seçimimiz deyildir, biz heç kəsin torpağını zəbt eləməmişik:
"Biz heç kəsi öldürüb, əsir götürüb, yaşadığı yerlərdən qovmamışıq. İndi də olmasa idi bu müharibə nə vaxtsa yenə başlayacaqdı. Çünki düşmənin hələ Naxçıvan iddiası da var. Düşmənin dənizdən-dənizə arzusu var. Onların qurduğu müdafiəyə baxanda görürsən ki, aldıqları yerləri də nə vaxtsa qaytarmaq fikrində olmayıblar. Bu müharibə indi başlamasaydı da, bizim övladlarımızın vaxtında başlayacaqdı yəqin.
İndi bu qədər insanın könüllü olaraq cəbhəyə getməsi də elə belə deyil. Biz xalq olaraq məğlub olmaqdan bezdik. Biz bununla yaşamaq istəmədik. Bəlkə də tariximzdə ilk dəfə belə həmrəy olduq. Biz onları 1905-dən, 1918-dən sonra bağışladıq. Amma 1992-dən sonra bağışlamaq istəmədik. Niyə bir əsrdə 3 dəfə bizə hücum edib, əlisilahsız adamları öldürənlərə qarşı vuruşmamalıyıq? Niyə hər dəfə bağışlayan tərəf biz olaq ki?! Kimlərsə bunu başa düşmürsə yəqin əzikdir və həmin adamın özündən başqa müqəddəs heç nəyi yoxdur. Ya da özünü gicliyə qoyub. Vətən bir çox insan üçünsə dəyərdir, sadəcə torpaq yox. Biz bu müharibədə haqq tərəfik. Həm mənəvi, həm beynəlxalq hüquq baxımından evimizə qayıdırıq.
Müharibə uzandıqca dəhşətli səhnələr çoxalır. Amma bu günlərdə bir erməni əsirinin əhvalatı mənə toxundu. Deyir:
“Mən yaralı idim, tez telefonumu qırdım ki, birdən evdəkilərə ölümümdən sonra zəng edərlər. Avtomatı qapıya tərəf tuşlamışam, bizi mühasirəyə alan Azərbaycan əsgərinə dedim ki, səndən bir xahişim var. Bizi öldürəndən sonra meyitimizi evə göndərin, anamız basdıra bilsin. O əsgər də mənə dedi ki, biz sizi öldürmək istəmirik, mən ona dedim ki, inanmıram. Onda Azərbaycan əsgəri silahsız və zirehli gödəkçəsiz içəri daxil oldu. Mənim silahım ona tuşlanmışdı. O dedi ki, görürsən mən sənə inanıram. Sən də mənə inan. Və məni öldürmədilər”. Müharibənin içində insanlığı itirməmək bir insan üçün ən böyük uğurdur. Azərbaycan əsgəri buna qadirdir. Biz uşaq öldürmədik, qadın zorlamadıq bu müharibədə. Əgər belə bir hal olsaydı bütün dünyaya car çəkərdilər. Azərbaycan əsgərinə həmişə belə təmkinli olmağı arzulayıram.
Ermənilərin hamısı qaniçən deyil. Bir xalqın hamısı cani ola bilməz. İndiki halda bir çoxumuz hiddətlənib, onları ümumiləşdiririk. Çünki yaralarımız təzədir. Çünki gözümüzün qarşısında dinc əhalimiz ölür. Onlardan isə adekvat adama demək olar ki, rast gəlmirik. Heç bir erməni qrupunun küçələrə çıxıb, öz dövlətindən uşaq ölümlərinə son qoymağı tələb etdiklərini görmürük. Nə Ermənistanda, nə dünyada. Ancaq çıxıb “Artsax” qışqırırlar. İnanmaq istəyirəm ki, onların da arasında haqqı deyən insanlar var. Bəlkə də qorxularından səs çıxartmırlar. Amma əgər yoxdursa vay o xalqın halına. Bu xəstə təfəkkürlə məğlubiyyət qaçılmazdır. Bu təfəkkürlə hələ çox itirəcəklər".
Aktyor bildirib ki, arzusu müharibənin tez bitməyi və torpaqlarımızın tez bir zamanda qaytarılmağıdır:
""Biz ermənilərin kökünü kəsməliyik!" sözü düzgün deyil. Amma mən ermənilərlə dost da olmaq istəmirəm. Mən tarix boyu olanlardan sonra onlarla ümumi nəyiminsə olmağını istəmirəm. Gələcəkdə ermənilərlə birgə yaşamağın qərarını isə sırf gərək Qarabağda yaşayan insanlar versinlər. Bu insanların vaxtı ilə ermənilərin elədiyi kimi referemdum haqqı olmalıdır. İndi isə bu haqda danışmaq tezdir. Zaman hər şeyi öz yerinə qoyacaq.
Arzum budur ki, müharibə tez bitsin. Biz torpaqlarımızı qaytaraq, əsgərlərmiz, zabitlərimiz sağ-salamat evlərinə qayıtsınlar. Bir də heç vaxt düşmən cəsarət eləyib, bizə hücum eləyə bilməsin. Öz torpaqlarımızda yaşayaq və yaradaq. Topraqları işğal altında olmayan bir Azərbaycanda ömür sürək".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Putin Trampa görə qəzəbləndi: - “Sui-qəsd çağırışının əsas məqsədi…”
Bu gün, 22:32 |
|
|
|
• Bazarlarda tüğyan edən saxta pullar: Azərbaycanda dövriyyədə belə əskinaslar varmı? - AÇIQLAMA
Bu gün, 22:29 |
|
|
|
• Zəngəzur dəhlizi: Həm rahat, həm qazanclı - HƏQİQƏTƏN DƏ...
Bu gün, 19:02 |
|
|
|
• Kreml Ermənistanla münasibətləri yaxşılaşdırmaq niyyəti güdür - GÖRÜNƏNİ BUDUR
Bu gün, 19:00 |
|
|
|
• Ermənistan regiona kənar geosiyasi mərkəzləri cəlb etməyə çalışır - İrəvanın "Avropa" gedişi
Bu gün, 18:58 |
|
|
|
• "Azərbaycan bələdiyyəsinin büdcə maliyyə istiqamətləri əgər alınırsa..." - ŞƏRH
Bu gün, 18:00 |
|
|
|
• Elmina Kazımzadəyə yeni vəzifə verildi - 900 manat maaş alacaq
Bu gün, 17:58 |
|
|
|
• Kobaxidzedən Aİ səfirinə XƏBƏRDARLIQ: - “Daxili işlərimizə müdaxiləni dayandırmasa...”
Bu gün, 17:49 |
|
|
|
• “Baku Elektroniks”dən MİSİLSİZ FIRILDAQ - 4 min manata satdığı telefon…
Bu gün, 17:43 |
|
|
|
• Rusiya "3+3"ü təşkilata çevirmək İSTƏYİR
Bu gün, 17:41 |
|
|
|
• Tərəflər sülh masasına qayıdır: - Gələn ay bu sənədlər müzakirə ediləcək
Bu gün, 17:36 |
|
|
|
• Papikyan Kopırkinlə görüşdü
Bu gün, 17:31 |
|
|
|
• İnvestAZ-ın rəhbərliyində təyinatlar – Şirkət Korporativ İdarəetməsini təkmilləşdirir
Bu gün, 17:28 |
|
|
|
• Paşiyan Azərbaycan qarşı yeni müharibəyə hazırlaşaraq itirdiyi nüfuzunu bərpa etməyə çalışır - ƏGƏR BELƏDİRSƏ...
Bu gün, 17:24 |
|
|
|
• “Hansı səbəbdən işdən çıxarıldığımı bilmirəm” - NARAZILIQ VAR...
Bu gün, 17:21 |
|
|
|
• Paşinyanın başqa yolu qalmadı: Sülhə ilk addımı - NƏ BAŞ VERİR?
Bu gün, 17:16 |
|
|
|
• "SAT-SAS-2024" təlimi başa çatıb
Bu gün, 17:09 |
|
|
|
• 18 milyon manatlıq şirkət ləğv edilir - “ATS FOOD”LA BİRLƏŞİR
Bu gün, 17:03 |
|
|
|
• Kəmaləddin Heydərov alay komandirini işdən çıxardı - Yeni təyinat
Bu gün, 17:01 |
|
|
|
• Milli Məclisdə “marjinal və populist siyasi qüvvələrə” mesaj... - “Diqqətli olsunlar”
Bu gün, 16:57 |
|
|
|
• Agentlik tender keçirmədən bu şirkətlə 42 milyonluq müqavilə imzaladı - "DƏRƏ"Nİ XƏLVƏT BİLİR...
Bu gün, 16:54 |
|
|
|
• Saxta şərab hazırlayan azərbaycanlı dəstə İFŞA OLUNDU
Bu gün, 16:52 |
|
|
|
• Rusiya Ermənistana yeni hərbi attaşe təyin edib
Bu gün, 16:49 |
|
|
|
• "Cavanlar az qalır deyə ki, qocal çıx get"
Bu gün, 15:46 |
|
|
|
• Azər Səmədova yüksək vəzifə verildi - ƏMR
Bu gün, 15:43 |
|
|
|
• FHN yetkilisi pul alıb tikintiyə göz yumdu, sonda 50 ailə evsiz qaldı - İTTİHAM VAR...
Bu gün, 15:39 |
|
|
|
• Yeni Vergi Məcəlləsi hazırlanır
Bu gün, 15:34 |
|
|
|
• Mehdiabadda 45 yaşlı kişi azyaşlı qıza təcavüz etdi: Atası və dostları isə... - Şok təfərrüat
Bu gün, 15:30 |
|
|
|
• Daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib - FOTO
Bu gün, 15:25 |
|
|
|
• Növbəti “rəngli inqilab” cəhdi – Qərb Gürcüstanı fəlakətə sürükləyir
Bu gün, 15:01 |
|
|
|
• Mahnı qalmaqalına görə işdən çıxarılan direktor vəzifəyə bərpa edildi - QƏRAR
Bu gün, 14:47 |
|
|
|
• Nazirin nəzərinə İSTİ FAKT: Camaata verilən heyvanlar xəstə çıxdı, ikisi öldü - FACİƏ DEYİL... AMMA FAKTDIR!
Bu gün, 14:10 |
|
|
|
• DTX Qəhraman Məmmədovla bağlı MƏLUMAT YAYDI! 70 kq qızıl əməliyyatının BÜTÜN DETALLARI! - ƏSLİNDƏ...
Bu gün, 14:07 |
|
|
|
• Dudanın “durbin şousu” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:02 |
|
|
|
• “Qara yumor” və ya ikiüzlülüyün zirvəsi - Bir tərəfdən sıxışdır, digər tərəfdən dəvət et
Bu gün, 14:00 |
|
|
|
• Xankəndi Dövlət Dram Teatrı təmir olunacaq - DETALLAR
Bu gün, 13:58 |
|
|
|
• Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir - DİQQƏT!
Bu gün, 13:12 |
|
|
|
• Rusiyada 8, Ukraynada isə 5 min əsir var - "The Wall Street Journal"
Bu gün, 13:07 |
|
|
|
• İmamoğlunun “itib-batan” Bakı səfərinin sensasion detalı - VİDEO
Bu gün, 13:05 |
|
|
|
• Biz heç kimə Gürcüstanı şantaj etmək və qətnamələrlə hədələmək icazəsi verməyəcəyik - “Gürcü Arzusu”
Bu gün, 13:02 |
|
|
|
• Mikaelyan sərhəddən görüntü yaydı: “Döyüşə hazırıq” - QAŞINIRLAR!
Bu gün, 12:58 |
|
|
|
• Erməni general İtaliyada: - Hərbi əməkdaşlıq genişləndirilir
Bu gün, 12:56 |
|
|
|
• Kursk təmizlənir - ATACMS sursatları məhv edildi
Bu gün, 12:52 |
|
|
|
• Kartdan-karta ödəniş necə aşkarlanır? - “Bu məlumatı vergiyə banklar ötürür”
Bu gün, 12:37 |
|
|
|
• Xəstəxanaya yerləşdirildiyi deyilən XALQ ARTİSTİ: - “Evdəyəm”
Bu gün, 12:35 |
|
|
|
• "Fitch Solutions" Azərbaycanın iqtisadi artım proqnozu yaxşılaşdırıb - MÜHÜM
Bu gün, 12:32 |
|
|
|
• "Nəvəmə qızımın adını qoymuşam"
Bu gün, 12:31 |
|
|
|
• Yunanıstan Ermənistana köhnə sovet silahlarını satır: - Bu, Bakı üçün nə deməkdir?
Bu gün, 12:27 |
|
|
|
• Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:24 |
|
|
|
• Yaqub Eyyubov Paşinyanın müavini ilə görüşüb - 10 dəqiqədən çox ayaqüstü söhbət ediblər
Bu gün, 12:15 |
|
|
|
|