"Uşaq kimi qışqırırdım, qətiyyən heç nə düşünmədən"
Tarix: 21-11-2020, 09:21 | Çap et
Uzun müddətdir ki, mətbuatdadır. Tamaşaçılar onu aparıcı kimi tanıyıb və ciddi xəbər aparıcısı kimi sevgi ilə qəbul edib. Hazırda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə mətbuat katibi vəzifəsini icra edən Günel Gözəlova Moderator.az saytının qonağıdır. Onunla ordumuzun tarixi qələbəsindən danışdıq. Günel Gözəlova bu bayram günlərində təəssüratlarını bizimlə bölüşdü.
- Günel xanım, söhbətimizə ritorik sualla başlamaq istərdim. Şuşa əhatə dairəsindədirmi? - Ritorik deyəndə ki, siz mənə hər bir Azərbaycanlının bu gün eşitmək istədiyi, ancaq cavab vermək üçün ən gözəl, ən özəl sözü, ifadəni tapa bilmədiyi sualı ünvanlayırsız. Mən sizə Şuşanın artıq erməni nəfəsindən təmizləndiyi gün, Azərbaycan bayrağını Şuşaya Şanlı Ordumuzun sancdığı gün və nəhayət Ali Baş Komandanım, Prezidentim, cənab İlham Əliyevin “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!” dediyi gün nə etdiyimi, nə yaşadığımı deyəcəm. Çünki indi belə, bu suala cavabda sizə deyəcəyim sözləri, sadəcə xoşbəxtliyimi bildirəcək ifadəni tapa bilmərəm, tapsam belə o olmayacaq. 8 noyabr saat 12:50 radələri... Bu tarixi heç vaxt unutmayacam. Televiziya vasitəsilə Ali Baş Komandanı izləmək imkanım yox idi, maşında idim və onun Şuşadan qələbə xəbərini eşitmək ümidi ilə bütün diqqətimi radioya yönləndirmişdim və o an, o cümləni eşitdiyim an, dəlicəsinə bağıra-bağıra, ağlaya-ağlaya pəncərəni açıb, mənə baxan, mənim gördüyüm hər kəsi təbrik edirdim. Uşaq kimi qışqırırdım, qətiyyən heç nə düşünmədən. O an anladığım bir şey vardı, mən artıq qalib xalqın nümayəndəsiyəm. Artıq dünyanın heç bir yerində mənə erməni dığaları ilə bacarmadığımızı deməyəcəkdilər və nəhayət Qarabağın nəfəsi olan tarixi torpağımız Şuşamızı ermənilər “Şuşi mern e” -deyib təqdim etməyəcəkdilər. Bir sözlə Şuşa ürəyimizdədir, 30 ilə yaxındır da belə idi, Pənahabad olduğu dövrdə də belə idi. Şuşa Qafqazın sənət məbədi olaraq həmişə Azərbaycanın tarixinin incisi olub. Bizim isə sevimlisi, nəfəsi...
- Ordumuz Azərbaycan tarixində yeni bir səhifə açdı. Qalib xalqın vətəndaşı olaraq təəssürtlarınzı eşitmək istərdik. - Bu sualınıza bircə cümlə ilə cavab verəcəm. İlllərlə bu ifadəni Ümumilli Liderimiz Heydər Əliyevin dilindən eşidib, fəxrlə təkrarlamışıq, ancaq onda qəbimizdə bir Qarabağ nisgili, Qarabağ yarası vardı. İndi isə mən inadla, qürurla təkrar edəcəm onun sözlərini: “Mən fəxr edirəm ki, azərbaycanlıyam!”
- Uzun müddət sizi efirdə görmüşük və tamaşaçıların şüur altına məhz insanları yeni xəbərlərlə məlumatlandıran aparıcı Günel Gözəlova kimi həkk olunmusunuz. Bir aparıcının ən böyük arsuzu isə qələbə xəbərini tamaşaçılarla bölüşməkdir. Bu günlərdə qələbə xəbəri təqdim edən aparıcıların yerində olmağı necə, istərdinizmi? - 17 ilə yaxın xüsusi günlərdə, efir vasitəsilə, “Qarabağ Azərbaycanındır, biz öz torpaqlarımızı yağı düşməndən azad etdik” deməyi arzu etdim. Ən əsası isə sədamın Qarabağdan, Şuşadan, Ağdamdan gələcəyi günü səbrsizliklə gözləyirdim, amma olmadı. Ancaq bilirsiz nəyə görə arzum real oldu deyə xoşbəxtəm? Bu sevinc jurnalistika sahəsində çiyin-çiyinə çalışdığım, həmvətənlərim, həmkarlarıma nəsib oldu, öz dilimdən tamaşıçıma çatdıra bilmədiyim sözləri, arzularımı canım həmkarlarım deyə bildi. Sevgi ilə, sevinclə, ucadan “Qarabağ Azərbaycandır!” başlığı altında azad etdiyimiz torpaqlarını adını çəkdilər. Mən bəxtəvər olmayım, kim olsun!? Mən jurnalistəm, aparıcıyam, harada olmağımdan asılı olmayaraq peşəm məni daim izləyəcək. Odur ki, harada Azərbaycanlı jurnalist öndədir, xoşbəxtdirsə, o yerdə mən də bəxtəvərəm.
- Müharibə zamanı döyüş bölgəsindən videolar yayılmağa başladı. Bu da əsgərlərimizin yerini düşmən tərəfindən təsbit edilməsi demək idi. Sözügedən mövzu ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Naziliyi olaraq bunun qarşısını almaq üçün hansı tədbirlər görüldü?
- Bəli, dəfələrlə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Xidməti, eyni zamanda Respublikanın bir sıra aidiyyəti qurumları vətəndaşlara müraciət etdi. Ancaq təəssüf ki, bir çox hallarda vətəndaşlar torpaqlarımızın qələbəsinin sevincinin sehrinə düşüb, Azərbaycan Ordusunun apardığı əməliyyatları barədə çox sayda foto və videolar, qəhrəman əsgərlərimizin şəkillərini sosial şəbəkələrdə paylaşırdılar. Ancaq hamı anlamalıdır ki, nəinki dünən, bu gün də düşmənə hərbi sirr verməmək üçün bu addımlari atmamaq lazımdır, maksimum diqqətli olmalıyıq. Biz qələbə qazana bilərik, ancaq erməni özünü hələ də türkün düşməni sayır, axı biz bunu daim erməni ictimaiyyətinin öz dilindən eşidirik! Məhz bu səbəbdən diqqətli olmalıyıq, xüsusilə kiber mühitdə. Sentyabrın 27-dən başlayaraq Ermənistanın törətdiyi təxribat nəticəsində cəbhədə vəziyyətin gərginləşdiyi bir vaxtda, insidentlər həmçinin kibermühitdə də baş verməyə başladı. Belə ki, ölkəmizin sosial şəbəkə istifadə hesablarına, şəbəkə qurğularına – router və ya modemlərinə kütləvi hücumlar edilir, insanlar arasında dezinformasiya yaymaqla qorxu və ya təşviş yaratmağa cəhdlər edilirdı. Siz də bilirsiz ki, bu gün hər kəsin mobil texnologiya və internetə çıxışının olması hamını potensial olaraq informasiya müharibəsinin iştirakçısına və qurbanına çevirə bilir. Məhz bu dövrdə hər birimizin kibertəhlükəsizlik məsələsinə xüsusi həssaslıqla yanaşması və kibertəhlükəsizlik qaydalarına əməl etməsi xüsusi əhəmiyyət daşıyırdı. Biz Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliyi olaraq ilk günlərdən bugünə qədər 10-larla erməni təxribatının üstünü açıb və sizlərin, KİV-in vasitəsilə cəmiyyəti xəbərdar etməklə yanaşı, həm də maarifləndirmişik. Müxtəlif vasitələrlə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşları mövcud vəziyyətdə ayıq davranmağa və sadə kibertəhlükəsizlik qaydalarına əməl etməyə çağırıb. Eyni zamanada mincom.gov.az və cert.az rəsmi saytları vasitəsi ilə daim kiberinsidentlər, düşmən tələləri haqda məlumatları yayıb, bu tələlərə düşməməyin yollarını izah edib. Fürsətdən istifadə edib bir daha, nazirlik adından oxuculara səslənirəm. Sosial mediada qarşınıza çıxan, telefonunuza, e-poçtunuza tanımadığınız şəxslər tərəfindən göndərilən heç bir keçidə daxil olmayın, yaxud hər hansı faylı və ya tətbiqi yükləməyin.Tanımadığınız nömrələrdən gələn mesajlara və zənglərə etimad etməyin və cavab verməyin. Tanıdığınız mənbə olsa belə əvvəlcə mesajın düzgünlüyünü yoxlayın, güclü parollardan istifadə edin. “Wi-Fi” şəbəkənizin təhlükəsizliyini qoruyun və vaxt itirmədən müvafiq sazlamaları aparın. Telefonunuzda istifadə edilən tətbiqlərin mənşəyinə və etibarlılığına diqqət yetirin. Bəzi tətbiqlər xəbəriniz olmadan fərdi məlumatlarınızı oğurlaya bilər. İstifadə etmədiyiniz tətbiqləri silin. Sosial media hesablarınız, cihazlarınız, internetə qoşulan bütün qurğular üçün ən sadə kibertəhlükəsizlik qaydalarına riayət edin. Unutmayın, hər bir hücumdan ən yaxşı müdafiə yolu məlumatlı olmaq və vaxtında tədbir görməkdir!
- Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Qarabağda nə kimi layihələr reallaşdırmağı düşünür? Bununla bağlı ilkin təklifləriniz varmı? - Mən bu gün böyük sevinc hissi ilə bildirmək istəyirəm ki, işğaldan azad olunmuş ərazilərdə ilk mobil infrastrukturun qurulmasına başlamışıq və orada dördüncü nəsil LTE baza stansiyaları quraşdırılır. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparatı və bütün qurumlarının əməkdaşları Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi sayəsində qəhrəman ordumuzun bu zəfər yürüşünün möhtəşəm bir qələbə ilə başa çatacağına əmin idilər və şükür ki, bu real oldu! Qeyd edim ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ölkəmizin azad edilmiş bütün tarixi ərazilərini, eləcə də tezliklə öz evlərinə qayıdacaq sakinlərini müasir nəqliyyat, poçt, telekommunikasiya, o cümlədən internet, mobil rabitə xidmətləri və radio-televiziya yayımı ilə təmin etməyə hazırdır. Hamımız bilirik ki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən hərbi işğalı nəticəsində çoxsaylı sosial-iqtisadi obyektlər məhv edilib və ölkə iqtisadiyyatına ciddi ziyan dəyib. Ermənistanın işğalı nəticəsində Azərbaycan Respublikasının nəqliyyat, rabitə və telekommunikasiya infrastrukturu da böyük həcmdə zərərlə üzləşib. Belə ki, avtomobil və dəmir yollarına, körpülərə, aeroportlara, rabitə xətlərinə, kabel kanalizasiya qurğularına ziyan dəyib. İşğaldan öncə Ağdamda 32, Cəbrayılda 26, Füzulidə 32, Xocavənddə 62, Xocalıda 3, Kəlbəcərdə 29, Qubadlıda 24, Laçında 40, Şuşada 12, Zəngilanda 24, Xankəndidə 3, Qazaxın işğal olunmuş ərazilərində 3, Tərtərin işğal altında olan hissəsində 5 poçt şöbəsi, olmaqla ümumilikdə 295 poçt şöbəsi fəaliyyət göstərib.
- Həmçinin Ermənistanın son hərbi təxribatları səbəbindən Azərbaycanın bir neçə bölgəsində İKT və telekommunikasiya infrastrukturu ya tamamilə məhv edilib, ya da ciddi şəkildə ziyan görüb.
- İnşallah bu ərazilərdə yeni texnologiyalar əsasında telekommunikasiya və poçt infrastrukturu qurulacaq, radio-televiziya yayımı, modern sərnişindaşıma xidməti təqdim olunacaq, bir sözlə, əhaliyə keyfiyyətli nəqliyyat, telekommunikasiya və poçt xidmətləri göstəriləcək.Təbii ki, bütün bunlar olacaq, anacq əsas o ki, bü gün Ali Baş Komandanımız, Prezident İlham Əliyevin qətiyyəti və Şanlı Azərbaycan Ordusunun gücü sayəsində bi bir tarix yazdıq, onun adı Qələbədir!
- Müharibə zamanı internetdə məhdudiyyətlər oldu. Bəzi sosial şəbəkə istifadəçiləri mahiyyətinə varmadan sizə müraciət etdilər. İstərdik son olaraq bu məsələ ilə bağlı fikirlərinizi də öyrənək. - Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Ermənistanın törətdiyi genişmiqyaslı təxribatların qarşısını almaq məqsədilə hərbi vəziyyət şəraitində olan ölkəmizdə internetin verilməsində məhdudiyyətlər tətbiq etmişdi. Və bu məhdudiyyət “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununa, “Hərbi vəziyyət şəraitində rabitədən istifadə üçün xüsusi Qaydalar”a əsasən həyata keçirildi. Mən vətəndaşlarımızı qınamıram, bəziləri bizim xüsusi maarifləndirici xəbərdarlıqlarımıza görə, ziyanlı tətbiqlər yükləmək istəmədikləri üçün, müvafiq qurum olaraq elə bizə müraciət edib, müəyyən şəbəkələr üzərindən məhdudiyyətin aradan qaldırılmasını xahiş edirdilər. Hamı nəsə etmək istəyirdi. Bəziləri öz fəaliyyət sahələrində, bəziləri evində, hərə bir formada vətən sevgisini, qələbə istəyini, düşmənə nifrətini dünyaya sərgiləmək istəyirdi. Müsir dövrdə də ən əsas vasitə internetdir. Mən əminəm ki, Vətən müharibəsinin başladığı gündən damarında azərbaycanlı qanı axan hər kəs, siyasi mövqeyindən, statusundan asılı olmayaraq, hər kəs bütöv Azərbaycan uğrunda zərrə qədər də olsa nəsə etmək istəyirdi və edirdi. Təbii ki, bütün Azərbaycan xalqı əvvəlcə Ali Baş Komandanımıza, eyni zamanada bizim firavan yaşamağımız üçün canından keçən Azərbaycan əsgərinə inanırdı. Bir şeydən əmin olmaq istəyirəm ki, bilərəkdən heç bir azərbaycanlı düşmən dəyirmanına su tökməz, özümüzə xəyanət etməzdi!
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Azərbaycan bələdiyyəsinin büdcə maliyyə istiqamətləri əgər alınırsa..." - ŞƏRH
Bu gün, 18:00 |
|
|
|
• Elmina Kazımzadəyə yeni vəzifə verildi - 900 manat maaş alacaq
Bu gün, 17:58 |
|
|
|
• Kobaxidzedən Aİ səfirinə XƏBƏRDARLIQ: - “Daxili işlərimizə müdaxiləni dayandırmasa...”
Bu gün, 17:49 |
|
|
|
• “Baku Elektroniks”dən MİSİLSİZ FIRILDAQ - 4 min manata satdığı telefon…
Bu gün, 17:43 |
|
|
|
• Rusiya "3+3"ü təşkilata çevirmək İSTƏYİR
Bu gün, 17:41 |
|
|
|
• Tərəflər sülh masasına qayıdır: - Gələn ay bu sənədlər müzakirə ediləcək
Bu gün, 17:36 |
|
|
|
• Papikyan Kopırkinlə görüşdü
Bu gün, 17:31 |
|
|
|
• İnvestAZ-ın rəhbərliyində təyinatlar – Şirkət Korporativ İdarəetməsini təkmilləşdirir
Bu gün, 17:28 |
|
|
|
• Paşiyan Azərbaycan qarşı yeni müharibəyə hazırlaşaraq itirdiyi nüfuzunu bərpa etməyə çalışır - ƏGƏR BELƏDİRSƏ...
Bu gün, 17:24 |
|
|
|
• “Hansı səbəbdən işdən çıxarıldığımı bilmirəm” - NARAZILIQ VAR...
Bu gün, 17:21 |
|
|
|
• Paşinyanın başqa yolu qalmadı: Sülhə ilk addımı - NƏ BAŞ VERİR?
Bu gün, 17:16 |
|
|
|
• "SAT-SAS-2024" təlimi başa çatıb
Bu gün, 17:09 |
|
|
|
• 18 milyon manatlıq şirkət ləğv edilir - “ATS FOOD”LA BİRLƏŞİR
Bu gün, 17:03 |
|
|
|
• Kəmaləddin Heydərov alay komandirini işdən çıxardı - Yeni təyinat
Bu gün, 17:01 |
|
|
|
• Milli Məclisdə “marjinal və populist siyasi qüvvələrə” mesaj... - “Diqqətli olsunlar”
Bu gün, 16:57 |
|
|
|
• Agentlik tender keçirmədən bu şirkətlə 42 milyonluq müqavilə imzaladı - "DƏRƏ"Nİ XƏLVƏT BİLİR...
Bu gün, 16:54 |
|
|
|
• Saxta şərab hazırlayan azərbaycanlı dəstə İFŞA OLUNDU
Bu gün, 16:52 |
|
|
|
• Rusiya Ermənistana yeni hərbi attaşe təyin edib
Bu gün, 16:49 |
|
|
|
• "Cavanlar az qalır deyə ki, qocal çıx get"
Bu gün, 15:46 |
|
|
|
• Azər Səmədova yüksək vəzifə verildi - ƏMR
Bu gün, 15:43 |
|
|
|
• FHN yetkilisi pul alıb tikintiyə göz yumdu, sonda 50 ailə evsiz qaldı - İTTİHAM VAR...
Bu gün, 15:39 |
|
|
|
• Yeni Vergi Məcəlləsi hazırlanır
Bu gün, 15:34 |
|
|
|
• Mehdiabadda 45 yaşlı kişi azyaşlı qıza təcavüz etdi: Atası və dostları isə... - Şok təfərrüat
Bu gün, 15:30 |
|
|
|
• Daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib - FOTO
Bu gün, 15:25 |
|
|
|
• Növbəti “rəngli inqilab” cəhdi – Qərb Gürcüstanı fəlakətə sürükləyir
Bu gün, 15:01 |
|
|
|
• Mahnı qalmaqalına görə işdən çıxarılan direktor vəzifəyə bərpa edildi - QƏRAR
Bu gün, 14:47 |
|
|
|
• Nazirin nəzərinə İSTİ FAKT: Camaata verilən heyvanlar xəstə çıxdı, ikisi öldü - FACİƏ DEYİL... AMMA FAKTDIR!
Bu gün, 14:10 |
|
|
|
• DTX Qəhraman Məmmədovla bağlı MƏLUMAT YAYDI! 70 kq qızıl əməliyyatının BÜTÜN DETALLARI! - ƏSLİNDƏ...
Bu gün, 14:07 |
|
|
|
• Dudanın “durbin şousu” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:02 |
|
|
|
• “Qara yumor” və ya ikiüzlülüyün zirvəsi - Bir tərəfdən sıxışdır, digər tərəfdən dəvət et
Bu gün, 14:00 |
|
|
|
• Xankəndi Dövlət Dram Teatrı təmir olunacaq - DETALLAR
Bu gün, 13:58 |
|
|
|
• Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir - DİQQƏT!
Bu gün, 13:12 |
|
|
|
• Rusiyada 8, Ukraynada isə 5 min əsir var - "The Wall Street Journal"
Bu gün, 13:07 |
|
|
|
• İmamoğlunun “itib-batan” Bakı səfərinin sensasion detalı - VİDEO
Bu gün, 13:05 |
|
|
|
• Biz heç kimə Gürcüstanı şantaj etmək və qətnamələrlə hədələmək icazəsi verməyəcəyik - “Gürcü Arzusu”
Bu gün, 13:02 |
|
|
|
• Mikaelyan sərhəddən görüntü yaydı: “Döyüşə hazırıq” - QAŞINIRLAR!
Bu gün, 12:58 |
|
|
|
• Erməni general İtaliyada: - Hərbi əməkdaşlıq genişləndirilir
Bu gün, 12:56 |
|
|
|
• Kursk təmizlənir - ATACMS sursatları məhv edildi
Bu gün, 12:52 |
|
|
|
• Kartdan-karta ödəniş necə aşkarlanır? - “Bu məlumatı vergiyə banklar ötürür”
Bu gün, 12:37 |
|
|
|
• Xəstəxanaya yerləşdirildiyi deyilən XALQ ARTİSTİ: - “Evdəyəm”
Bu gün, 12:35 |
|
|
|
• "Fitch Solutions" Azərbaycanın iqtisadi artım proqnozu yaxşılaşdırıb - MÜHÜM
Bu gün, 12:32 |
|
|
|
• "Nəvəmə qızımın adını qoymuşam"
Bu gün, 12:31 |
|
|
|
• Yunanıstan Ermənistana köhnə sovet silahlarını satır: - Bu, Bakı üçün nə deməkdir?
Bu gün, 12:27 |
|
|
|
• Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:24 |
|
|
|
• Yaqub Eyyubov Paşinyanın müavini ilə görüşüb - 10 dəqiqədən çox ayaqüstü söhbət ediblər
Bu gün, 12:15 |
|
|
|
• Partiyalar bələdiyyə seçkilərinə necə hazırlaşır? - SORĞU
Bu gün, 12:11 |
|
|
|
• Mingəçevir şəhəri 4 nömrəli tam orta ümumtəhsil məktəbinə Natiq Qasımovun adı verilib - UNUTMARIQ!!!
Bu gün, 12:03 |
|
|
|
• Şirvanda 13 hektar ərazi başçı tərəfindən zəbt edilib - Qazinin əli ilə...
Bu gün, 12:02 |
|
|
|
• Ordunun müxtəlif bölmələri dağlıq və meşəlik ərazilərdə şərti döyüş tapşırıqları icra ediblər - VİDEO
Bu gün, 12:00 |
|
|
|
• Gürcüstanda rus jurnalistə xəsarət yetirilib: - əlləri, üzü, boynu yanıb
Bu gün, 11:52 |
|
|
|
|