"Bu xəbərdən çox sarsıldım"
Tarix: 22-12-2020, 15:21 |
Çap et
Xəbər verdiyimiz kimi Xalq artisti Sabir Əliyev koronavirusdan dünyasını dəyişib. S.Əliyevin yaxın dostu Əməkdar artist Cavanşir Məmmədov bu ağır xəbərdən sarsıldığını bildirib:
“Bu xəbərdən çox sarsıldım. Biz əziz bir insanımızı itirdik. Sabir müəllimi 1968-ci ildən tanıyırdım. Həmişə məclislərdə olmuşuq. Verilişlərdə də birlikdə münsiflər heyətinin üzvü olmuşuq. Səhər tezdən onun bu acı xəbərini aldım və indi elə haldayam ki, heç danışmağa halım yoxdur. Allah rəhmət eləsin!”.
Qeyd edək ki, Sabir Əliyev 1948-ci ildə Cəlilabadda anadan olub. 1967-1972-ci illərdə A.Zeynallı adına Bakı Musiqi texnikumunun muğam şöbəsində, 1981-1986-cı illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda təhsil alıb. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının muğam bölməsinin solisti, Azərbaycan Respublikasının Xalq artisti idi.
Bu gün səhər saatlarında sənətçi koronavirusdan dünyasını dəyişib.
Allah rəhmət eləsin!
(Moderator)