"Həmin obrazı elə mahir oynamışdı ki..."
Tarix: 5-04-2021, 08:21 | Çap et
“Gözəl sənətkarımız, Xalq artisti Muxtar Maniyevlə mən bir neçə filmdə çəkilmişəm. Onun kinoda oynadığı onlarla obrazlar arasında xüsusilə xarakterik obrazlar yadda qalıb. Ümumiyyətlə Azərbaycan kinosunda Muxtar Maniyev xarakterik obrazların mahir ifaçısı idi. Məsələn “Qorxma, mən səninləyəm” filmində həbsxanadakı dustaqlardan birini oynamağı heç vaxt gözümün qabağından getmir. Çünki bu həm komik, həm də dramatik bir obraz idi. Daha çox komik idi. Biz həbsxana epizodunu kinostudiyanın həyətində çəkirdik, orada böyük bir çən var idi, çənin bir hissəsini plastilinlə hörmüşdülər ki, Muxtar Maniyevin oynadığı dustaq obrazı barmağı ilə çəni rahatlıqla deşə bilsin. Həmin obrazı elə mahir oynamışdı ki, biz çəkiliş meydançasında ona baxıb uğunurduq. Bundan başqa yenə də mənim çəkildiyim “Qızıl uçurum” filmində onun oynadığı faytonçu obrazı çox gözəl xarakterli, koloritli, həm də dramatik obraz idi. Həmin obraz vasitəsilə o Cəlil ağaya olan nifrətini tam ifadə etmişdi” Bunu Moderator.az-a açıqlamasında Xalq artisti, sevilən aktrisa Həmidə Ömərova bu gün doğum günü tamam olan mərhum aktyor, Xalq artisti Muxtar Maniyev haqda deyib. Aktrisa daha sonra aktyorla olan xatirələrini bölüşüb.
“Muxtar Maniyev həyatda tamam fərqli biri idi. Mənfi obrazlarına baxmayaraq çox səmimi, sadə, gülərüz insan idi. Yadımdan heç vaxt çıxmaz ki, 75 illiyi idi, biz sənət yoldaşlarımızla yığışıb onun yeni köçdüyü evinə getdik. Bizimlə o qədər zarafatlaşırdı ki. Kinostudiyanın köhnə vaxtları yadıma düşmüşdü, çünki aktyor şöbəsində də hər zaman Muxtar Maniyev zarafatlaşırdı, deyib-gülürdü. Rəhmətlik aktrisa Nuriyyə Əhmədova başına müxtəlif şlyapalar, papaqlar taxmağı xoşlayırdı. Bir gün Nuriyyə bizə şikayət edirdi ki, papağımı Bakı küləyi saxlamır. Muxtar Maniyev baxıb qəfildən dedi ki, Nuriyyə, sən o papağı yun corabla başına keçir (gülür). Onun qeyri-adi ifadələri həmişə yadda qalırdı. Bir dəfə ad günüm idi, Muxtar Maniyev evə zəng etdi ki, Həmidə, tez ol, düş aşağı, vacib işim var səninlə, tez ol, ölüm-dirim məsələsidir. Həyəcanla düşdüm aşağı. Gördüm ki, dayanıb yolun o biri tərəfində, əlində də çox böyük qızılgül dəstəsi. Güldü, gülləri mənə təqdim edib, ad günümü təbrik etdi. Aktyor şöbəsində onunla neçə il çalışmışıq, hamıya hörmətlə yanaşırdı, yeri gələndə zarafat da edirdi, hamının dilini bilirdi. Amma heç kimin xətrinə dəyməzdi. Bir dəfə də biz- Muxtar Maniyev, Ceyhun Mirzəyev və mən Moskvada festivalda iştirak edirdik, tədbirdən qayıdanda Moskvanın içində taksi tutmuşduq. Birdən məktəb illərindən söz düşdü, Muxtar Maniyevlə Ceyhun Mirzəyev başladılar xatirələrini danışmağa. Mən də qabaqda sürücünün yanında əyləşmişdim. Çönüb dedim ki, Muxtar müəllim, siz bəyəm Ceyhunla yaşıdsınız? Gördüm ikisi də bir-birlərinə mənalı şəkildə baxırlar. Dedi ki, niyə soruşursan? Dedim ki, siz məktəb illərindən danışırsız, danışıqlarınızdan da belə başa düşürəm ki, siz bir-birinizi o illərdən tanıyırsız. Muxtar Maniyev o dəqiqə dedi ki, əlbəttə, biz bir-birimizlə yaşıdıq, bir partada oturmuşuq. O qədər səmimi dedi ki, mən də inandım, gözüm kəlləmə çıxdı ki, bunlar eyni yaşdadır?! Muxtar dedi ki, həyat məni qocaltdı da, Həmidə, həyat qocaltdı! Sən mənim belə olmağıma baxma, bilirsən necə oğlan idim? Məni Ceyhun kimilər qocaltdılar. Bu əlbəttə onun bir zarafatı idi, çünki o neçə il Ceyhundan böyük idi. Zaraftaları elə səmimi, yerində deyirdi ki, biz ciddi qəbul edirdik. Çox şən, həyatsevər insan idi. Sonuncu dəfə biz onun yanına xəstəxanaya getdik. O şəkil məndə indi də var, amma ona baxa bilmirəm. Mən idim, Nahidə Orucova, rəhmətlik Nuriyyə Əhmədova, Sonaxanım Mikayılova, həyat yoldaşı Nəsibə xanım da yanında idi. Ayağının birini kəsmişdilər, amma maraqlısı burasındadır ki, o adam elə çətin vəziyyətdə də bizimlə zarafatlaşıb gülürdü. O qədər həyat eşqi var idi ki. Çox gözəl insan idi, Allah ona rəhmət etsin, ruhu şad olsun” deyə Həmidə Ömərova bildirib.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Afina İrəvana bu sistemləri göndərir: Bakı artıq tədbir görür - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:09 |
|
|
|
• Mirşahin Ağayev bu deputatları sərt tənqid etdi - VİDEO
Bu gün, 07:06 |
|
|
|
• "Bütün hallarda, onlar düzgün yolu seçmədilər" - Fazil Mustafa
Bu gün, 06:47 |
|
|
|
• "Proses davam etməlidir" - deputat
Bu gün, 06:38 |
|
|
|
• Bortnikov kəşfiyyat məlumatlarını “sızdırdı” - Azərbaycan iki ay ərzində…
Bu gün, 06:32 |
|
|
|
• Bakıda yataqxana içində yaşayış ola-ola sökülür - ŞİKAYƏT / VİDEO
Bu gün, 02:16 |
|
|
|
• Əri ölüm ayağında olduğu üçün intihar edibmiş - Eyni gündə dəfn olundular
Bu gün, 02:13 |
|
|
|
• "Xırda-para" nöqsanlar, yoxsa sosial çaxnaşma təhlükəsi - GƏLİŞMƏ
Bu gün, 02:09 |
|
|
|
• Qonşu ölkədə iqtisadi vəziyyətin pisləşməsi Azərbaycan hökumətinə həyəcan siqnalıdır - Batan Rusiya, üzməyə çalışan azərbaycanlılar
Bu gün, 02:02 |
|
|
|
• “Gürcü Arzusu”ndan növbəti ruspərəst addım: qonşuda yeni qalmaqal - NƏ BAŞ VERİR?
Bu gün, 02:00 |
|
|
|
• Estetik cərrah pasiyenti görün nə hala salıb - "Bədənimdən çirk axır"
Bu gün, 01:10 |
|
|
|
• "Ticarətlə məşğul olmaq istəyirdim..."
Bu gün, 01:06 |
|
|
|
• AzTV “üsyankar” deputatları yıxıb sürüdü: “Möhtəkir”, “Şoumen” - VİDEO
Bu gün, 01:00 |
|
|
|
• Hikmət Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:53 |
|
|
|
• Dövlət Xidməti avtomobillərinə 3,8 milyon manatlıq ehtiyat hissələri aldı
Bu gün, 00:05 |
|
|
|
• Füzulinin 5 kəndinin elektriklə təmin olunması 4 milyona - BAŞA GƏLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Şirvanda insult keçirən adama əlillik verilmir – Nazirliyə şikayət
Dünən, 19:02 |
|
|
|
• Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? - NƏ ETMƏLİ?
Dünən, 19:00 |
|
|
|
• “Veteran pulu” nə qədər artırılacaq? - AKTUAL
Dünən, 18:58 |
|
|
|
• Tehran artıq başa düşür ki... - ŞƏRH
Dünən, 18:24 |
|
|
|
• Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Dünən, 18:11 |
|
|
|
• DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Dünən, 18:00 |
|
|
|
• Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Dünən, 17:59 |
|
|
|
• Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Dünən, 17:55 |
|
|
|
• Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Dünən, 17:53 |
|
|
|
• Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:49 |
|
|
|
• İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Dünən, 17:41 |
|
|
|
• BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Dünən, 17:36 |
|
|
|
• Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Dünən, 17:29 |
|
|
|
• "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Dünən, 17:24 |
|
|
|
• Azərbaycanda MTK MMC-yə çevrilir
Dünən, 17:22 |
|
|
|
• Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Dünən, 17:17 |
|
|
|
• Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Dünən, 17:05 |
|
|
|
• 14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Dünən, 17:03 |
|
|
|
• “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Dünən, 17:01 |
|
|
|
• "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Dünən, 16:52 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Dünən, 16:45 |
|
|
|
• "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Dünən, 16:40 |
|
|
|
• Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Dünən, 16:33 |
|
|
|
• “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Dünən, 16:23 |
|
|
|
• Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Dünən, 16:20 |
|
|
|
• Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Dünən, 16:19 |
|
|
|
• Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Dünən, 16:17 |
|
|
|
• Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Dünən, 16:14 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Dünən, 16:13 |
|
|
|
• Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Dünən, 16:07 |
|
|
|
• Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Dünən, 16:05 |
|
|
|
• İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Dünən, 16:03 |
|
|
|
• Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Dünən, 16:00 |
|
|
|
• Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Dünən, 15:58 |
|
|
|
|